* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] köhn. klas. Yalnız bir şəxs və ya şeyə həsr edilən, məxsus olan. Həqqa ki, həmin vücud birdir; Bir zatə vücud münhəsirdir. Füzuli. Birinci gecə söhbət Tellinin əri İslamla olan əlaqəsinə münhəsir edilmişdi. S.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / münhəsir2 ə. 1) hasarlanmış, məhdud; 2) yalnız bir şeyə və ya bir adama həsr edilmiş.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / münhəsir