çux sözü azərbaycan dilində

çux

Yazılış

  • çux • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağ çuxurlar
Ağ dəlik —Ümumi nisbilik nəzəriyyəsində ağ dəlik , enerji - maddə , işıq və məlumat ondan qaça bilsə də, xaricdən daxil edilə bilməyən fəza - zaman və təkliyin hipotetik bölgəsidir . Bu mənada o, yalnız xaricdən daxil ola bilən və enerji-materiya, işıq və informasiyanın çıxa bilməyəcəyi qara dəliyin əksidir. Əbədi qara dəliklər nəzəriyyəsində ağ dəliklər meydana çıxır . Gələcəkdə qara dəlik bölgəsinə əlavə olaraq, Eynşteyn sahə tənliklərinin belə bir həlli keçmişində ağ dəlik bölgəsinə malikdir. Bu bölgə cazibə qüvvəsinin çökməsi nəticəsində əmələ gələn qara dəliklər üçün mövcud deyil, ağ dəliyin əmələ gəlməsi üçün müşahidə edilən fiziki proseslər də yoxdur. Superkütləvi qara dəliklərin (SBH) nəzəri olaraq hər qalaktikanın mərkəzində olacağı proqnozlaşdırılır və ola bilsin ki, qalaktika onlarsız yarana bilməz. Stephen Hawking və başqaları bu SBH-lərin superkütləvi ağ dəlik/ Biq Partlayış yaratmasını təklif etdilər . == Baxış. == Qara dəliklər kimi ağ dəliklər də kütlə , yük və bucaq momentumu kimi xüsusiyyətlərə malikdir . Onlar hər hansı digər kütlə kimi materiyanı cəlb edirlər, lakin ağ dəliyə doğru düşən cisimlər heç vaxt ağ dəliyin hadisə üfüqünə çata bilməz (baxmayaraq ki, Schwarzschild məhlulu maksimum genişlənmişdir )., aşağıda müzakirə edildiyi kimi, keçmişdə olan ağ dəlik hadisə üfüqü gələcəkdə qara dəlik hadisələri üfüqünə çevrilir, ona görə də ona doğru düşən hər hansı bir obyekt sonda qara dəlik üfüqünə çatacaq).
Cənnət və Cəhənnəm çuxurları
Cənnət və Cəhənnəm çuxurları (türk. Cennet ve Cehennem Çökükleri və ya Cennet ve Cehennem Obruklar) — Mersin ilinin Narlıkuyu kəndi yaxınlığında karst prosesi nəticəsində meydana gələn mağaraların tavalarının çökməsi nəticəsəində formalaşan çuxurlar. == Ümumi məlumat == Mersinin Aralıq dənizi sahillərinə yaxın hissəsində, Narlıkuyu kəndinin 3 km-də, əhəng daşı süxurlarından təşkil olunmuş bir yayla da meydana gələn çüxurlar mənşə baxımdan karst mağaraları hesab olunur. Bir-birindən 80 metr məsafədə yerləşən çuxurların divarları çox dikdir. Vaxtilə tavan çökmüş və hal-hazırdada ərazidə çökmüş tavanın qalıqları qalmaqdadır. Hər iki çuxurun ağız hissəsi ellipsis formasındadır. Mağaralar tarixi, mifoloji və turizm baxımdan əhəmiyyətlidirlər. == Cənnət çuxuru == Ölçüləri 250 m və 110 m olan bu çuxurun dərinliyi 70 metrdir. Çüxurun cənub ucunda uzunluğu 200 m, maksimium dərinliyi 135 metr olan mağara girişi mövcuddur. Girişdə V əsrə aid olunan kiçik Məryəm Ana kilsəsi mövcuddur.
Naxçıvan çuxuru
== Məlumat == Ordubad sinklinoriumu və Şərur-Culfa antiklinoriumunun üstünü örtür və bu prosesdə q.-ə doğru miqrasiya qeyd olunur.Dağarası çuxurun əmələ gəlməsi bir neçə qırılmanın,əsasən,onun şm.-ş. kənarı boyu izlənən Naxçıvan dərinlik qırılnmaasının Oliqosen və Miosen dövrlərində aktiv fəailiyyəti ilə əlaqədardır. == Coğrafi yeri == Naxçıvan qırışıqlıq zonasının sonrakı təkamülü tektonik sıxılma və blokların müxtəlif miqyasda qalxması şəraitində davam etmiş və Pliosen dövründə Zəngəzur və Dərələyəz silsilələrinin qovuşduğu sahədə yerüstü vulkanlar fəaliyyət göstərmişdir. == Təbiəti == Mineral su bulaqlarının rəngarəngliyinə görə Nax.MR dünyanın ən diqqətəlayiq bölgələrindəndir.Bu bulaqların böyük əksəriyyəti Şərqi arpaçay,Əlincəçay,Gilançay,Qaradərə çaylarının vadilərində və yaxınlıqlarındadər.
Noxud çuxuru
Noxud çuxuru — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramı və digər el şənliklərində uşaqlar tərəfindən oynanılan oyunlardan biridir. Bu maraqlı oyun ev şəraitində keçirilir. == Oyunun qaydaları == Böyük bir sini təmiz və narın qumla doldurulub, üzəri hamarlanır. Sinini dövrəsi boyunca bir- birinin yanında, qumun üstündə kiçik çuxurlar qazılır... Hər çuxura yeddi ədəd noxud salınır. Oyunçular cüt-cüt noxudları çuxurlara salarkən belə bir şeir deyirlər: Oyunda üç və üçdən artıq oyunçu iştirak edə bilər. Oyunçulardan biri payına düşən çuxurlardan birinin noxudlarını saat əqrəbi istiqaməti üzrə qonşu çuxurlara bir- bir salır. Növbə ilə ikinci və üçüncü oyunçunu da bunu təkrar edir. Kimin axrıncı noxudu oyunçuların çuxurundakı tək sayda (1,3,5) olan noxudların üzərinə düşürsə, o oyunu udmuş hesab olur.
Qriqori Çuxray
Qriqori Çuxray (rus. Григорий Наумович Чухрай) — Sovet kino rejissoru, ssenari müəllifi. SSRİ xalq artisti. == Filmləri == Qırx birinci (film, 1956) Əsgər haqqında ballada (film, 1959) Aydın səma (film, 1961) Xatirə (film, 1971) Həyat gözəldir (film, 1980) Mən sizə arzularla yaşamağı öyrədərəm (film, 1985) == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı, 1987, səh. 385.
Qışlaq-i Çuxluquyu Bahadruhamat (Pərsabad)
Qışlaq-i Çuxluquyu Bahadruhamat (fars. قشلاق چوخلي قوئي بهادروهمت‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 58 nəfər yaşayır (16 ailə).
Qışlaq-i Çuxluquyuhacıhəsənəli (Pərsabad)
Qışlaq-i Çuxluquyuhacıhəsənəli (fars. قشلاق چوخلي قوئي حاج حسنعلي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 129 nəfər yaşayır (24 ailə).
Qışlaq-i Çuxluquyuhacıramazan (Pərsabad)
Qışlaq-i Çuxluquyuhacıramazan (fars. قشلاق چوخلي قوئي حاج رمضان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (14 ailə).
Qışlaq-i Çuxluquyuhacıəkbər (Pərsabad)
Qışlaq-i Çuxluquyuhacıəkbər (fars. قشلاق چوخلي قوئي حاج اكب‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 45 nəfər yaşayır (7 ailə).
Qışlaq-i Çuxluquyuhüseynağbaşlar (Pərsabad)
Qışlaq-i Çuxluquyuhüseynağbaşlar (fars. قشلاق چوخلي قوئي حسين اق باشلار‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 74 nəfər yaşayır (15 ailə).
Qışlaq-i Çuxluquyuhəsənəxtəri (Pərsabad)
Qışlaq-i Çuxluquyuhəsənəxtəri (fars. قشلاق چوخلي قوئي حاج حسن اختري‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 34 nəfər yaşayır (10 ailə).
Qışlaq-i Çuxluquyuxudaş (Pərsabad)
Qışlaq-i Çuxluquyuxudaş (fars. قشلاق چوخلي قوئي خداش‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 24 nəfər yaşayır (4 ailə).
Sirkə kasası çuxuru
Sirkə kasası çuxuru və ya sadəcə Sirkə kasası (lat. acetabulum) çanağın qalça sümüyünün bayır səthində bud-çanaq oynağına məxsus oynaq çuxuru. Sirkə kasasına bənzədiyi üçün bu çuxur təbabətdə, xüsusilə anatomiyada belə adlandırılır Sirkə kasası çuxuru çanağın üç: qalça (lat. os ilium), oturaq (lat. os ischii) və qasıq (lat. os pubis sümüklərinin birləşməsindən yaranmışdır. Sirkə kasası çuxuru aypara formalı qığırdaq oynaq səthinə (lat. Facies semilunata) malikdir. Bu qığırdaq oynaq səthinin uzunluğu təxminən 2 sm, qalınlığı isə 0,3 sm-dir. Kasanın ətrafı qığırdaqla örtülərək oynaq kasası dodağını (lat.
Tiqran Çuxacyan
Tiqran Çuxacyan (ermənicə: Տիգրան Չուխաճեան, 1837, İstanbul, 11 mart 1898, İzmir) — erməni əsilli Osmanlı bəstəkarı və orkestra şefidir. == Həyatı == Çuxacyanın bu sahəyə marağı Manzonidən aldığı pianino dərsləri ilə başladı və 22 yaşında Hasköy Məhəllə Teatrının musiqi işlərini öz boynuna götürdü.14 dekabr 1861-ci ildə açılan Şərq Teatrı üçün səhnə musiqiləri bəstələməyə başladı.1862-ci ildə isə ''Şərq Musiqi Cəmiyyəti'' mənasına gələn "Kınar Arevelyan" adlı dərnək qurdu. Səhnə musiqiləri və operetta janrında yazdığı musiqilərlə şöhrət qazanan bəstəkar, atası tərəfindən 1862–1866-cı illər arasında Milano Konservatoriyasına göndərildi. İstanbula qayıtdıqdan sonra isə bəstələdiyi orkestra və xor mahnıları ilə marşları Şərq Teatrında özü idarə etdi. 1874-cü ilin iyul ayında Bəyoğlu Haçopulo Keçidində Adamın Konsert Salonunda 30 nəfərlik opera topluluğu qurdu. Daha sonra Yeğyazar Məlikyan adlı varlı birindən maddi dəstək aldı və bununla da Osmanlı Opera Kumpanyasını qurdu. Dikran Kalemciyan ilə birlikdə Ramazan ayında Bəyaziddəki qonaqxanada yerli və xarici əsərlərin təmsilinə başladı. İlk olaraq onun ''Məktəb Ustası'' və ''Şair Evlənməsi'' əsərləri təmsil edildi. Osmanlı Opera Kumpanyasının istifadə etdiyi Bəyaziddəki qonaqxananın 1875-ci ildə təmirə girməsindən sonra Çuxacyan 40.000 frank qarşılığında Fransız Teatrını kirayələdi və 11 oktyabr 1876-cı ildə ''Ləbləbici Xor-Xor Ağa''nı çıxış etdirdi. Bundan bir müddət sonra kumpaniyanısı ağır günlər keçirtdi.
Yelena Çuxray
Alyona Yuryevna Çuxray (12 yanvar 1946, SSRİ) – Aktrisa. == Həyatı == Alyona Yuryevna Çuxray 12 yanvar 1946-cı ildə anadan olub. MXAT məktəb-studiyasında təhsil alıb (1969). == Filmoqrafiya == Var olun, qızlar...
Çuxa
Çuxa — kişi üst geyimlərindən biri. == Haqqında == Azərbaycanda iki cür - vəznəli və çərkəzi çuxalar mövcuddur. Hər iki çuxanın yaxası açıq biçilir. Çuxa belə qədər kip və astarlı, ətəyi büzməli yaxud qırçınlı tikilir. Bel hissəsində çuxanın bəndi olur. Vəznəli çuxanın qolları düz və uzun biçilib hər iki döşünə vəznə xəzinələri tikilir. Başları gümüş yaxud qızıl ilə ziynətləndirilmiş vəznələr xəzinələrə geydirilir. Çərkəzi çuxa vəznəlidən qolunun biçiminə görə fərqlənir. Çərkəzi çuxanın şiş və ya dairəvi uclu əlçəkli qondarma qolunun astarı ipək parçadan tikilir. Bu qolların kəsiyi boyu çox vaxt qaytandan duzəldilmiş ilgək və düymələri olur.
Çuxa sultan Təkəli
Çuxa sultan Təkəli – qızılbaş sərkərdəsi, I Şah Təhmasibin vəkili, əmir əl-üməra. == Həyatı == Əsl adı Bəxşi bəy olan bu Təkəli əmiri I Şah Ismayıla (1501 – 1524) xidmət etmişdi. Şah onu zarafatla "Çuxa sultan" adlandırırdı. Sonra bu adla da tanındı. Çuxa sultan 1525-ci ildə İsfahanın hakimi təyin edilmişdi. Qızılbaşlar dövlətinin böyük əmirlərindən idi. I Şah Təhmasibin hakimiyyətinin ilk illərində vəzifə uğrunda qızılbaşlar arasında mübarizə gedirdi. Ustaclı eli ilə Təkəli eli arasında bir neçə qanlı çarpışma olmuşdu. Təkəli elinə Əmir çuxa sultan rəhbərlik edirdi. Təkəlilər və ustaclılar Səksəncək adlı yerdə qarşılaşdılar.
Çuxadar Əhməd Paşa
Çuxadar Əhməd Paşa (ö. 1618) — Osmanlı sultanı I Əhmədin dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əsli və saraya necə alındığı bilinmir. Əndərunda yetişmiş, 1612-ci ildə baş çuxadar, ardından has odabaşı olmuşdur. 1613-cü ildə yeniçəri ağalığı ilə saraydan ayrılmışdır. Ancaq həmin ilin sonlarında anidən vəzirliyə yüksələrək Rumeli bəylərbəyi olmuş, Sultan Muradın qızlarından Fəxriyə Sultanla nigahlanmışdır. Bir müddət sonra vəzifədən alınsa da, 1616-cı ildə yenidən Rumeliyə təyin olunmuşdur. 1617-ci ildə Şam bəylərbəyi olsa da, ertəsi il vəzifədən alınmış, çox keçmədən 1618-ci ildə vəfat etmişdir. == Mənbə == Sicill-i Osmani I cild, səh.
Çuxadurmaz
Çuxadurmaz (dağ) — Şəki rayonu ərazisində dağ. Çuxadurmaz (çay) — Şəki rayonu ərazisində çay.
Çuxanlı
Çuxanlı (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Çuxanlı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd.
Çuxanlı (Qobustan)
Çuxanlı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Çuxanlı Qobustan rayonunun kiçik kəndlərindən biridir. Bu kənd öz zəhmətkeşliyi ilə seçilir. Çuxanlı Qobustan rayonunun Təklə inzibati ərazi vahidində kənd. Acıçayın mənbə hissəsində, dağlıq ərazidədir. Çuxanlı tayfasının adı ilə bağlıdır. Etnotoponimdir. == Toponimikası == Kənd Acıçayın mənbə hissəsində, dağlıq ərazidədir. Çuxanlı tayfasının adı ilə bağlıdır. Etnotoponimdir.
Çuxanlı (Salyan)
Çuxanlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Çuxanlı Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kürçayının sahilində, Cənub-Şərqi Şirvan düzündədir. Keçmış adı Süleymankənd olmuşdur. 1872-ci ildə baş vermış zəlzələ nəticəsində Şamaxı qəzasının Çuxanlı kəndindən köçmüş ailələr burada məskunlaşmışdılar. Bu vaxta qədər kəndin ərazisi Şirvanın dağlıq zonasında yaşayan çuxanlı tayfasının qışlağı olmuşdur. == Foto məlumatlar == Çuxanlı kəndi 2012 Arxivləşdirilib 2016-08-30 at the Wayback Machine == Əhalisi == Azərbaycanlı tərəkəmələrindən (türkmənlərindən) ibarətdir. 1066-cı ildən etibarən Şirvana gəlmiş oğuzların törəmələridir. 24 oğuz tayfasının hansına mənsub olmaları tam araşdırılmayıb. İkinci dünya müharibəsinə qədər köç həyatı sürmüşlər.
Çuxanlı xalçaları
Çuxanlı xalçaları — Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir. == İstehsalı == Bu xalçalar keçmiş Şamaxı mahalında, əsasən Qobustan adı ilə tanınan xalçaçılıq məntəqələrində istehsal olunurdu. Xalçanın adı Şamaxıdan 13km cənub - şərq istiqamətində yerləşən Çuxanlı kəndinin adından götürülmüşdür. Əvvəllər "Kabristan", "Qəbristan", "Mərəzə" və ya "Çuxan" adlandırılan bu xalçalar XVIII əsrin ikinci yarısından "Çuxanlı" adı ilə məşhur oldu. == Bədii xüsusiyyətləri == "Çuxanlı" xalçaları ara sahənin kompozisiyasına görə "Sorsor" xalçaları ilə müəyyən qədər oxşar olsa da, butanın formasına görə bir qədər fərqlənirlər. "Çuxanlı" xalçasında şaquli və üfiqi istiqamətdə yerləşən bu elementlərin rəngi diaqonal üzrə eyndir və bu, xalçanın bədii xüsusiyyətlərindən biri hesab edilir. Şirvan xalçaları üçün xarakterik olan köbə zolaqları, xüsusən "hörük" adlanan orta haşiyə "Çuxanlı" xalçasında da tamamilə tətbiq olunur. Azərbaycanın qədim xalçaçılıq mərkəzlərinin - Muğanın və Kobıstanın xalçaları "Çuxanlı" xalçalarına böyük təsir göstərmişdir. == Texniki xüsusiyyətləri == "Çuxanlı" adı ilə tanınan xalçaların ölçüsü 120x180 sm-dən 160x260 sm-ə qədər olur. Bəzən uzunsov gəbələr də istehsal olunur (uzun ensiz xalça olub, adətən divar boyunca döşənir).
Çuxur
Çuxur — ətrafına görə aşağı çökmüş olan yerdir.
Çuxur (dəqiqləşdirmə)
Çuxur — ətrafına görə aşağı çökmüş olan yerdir.

"çux" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çux nədir? #çux sözünün mənası #çux nə deməkdir? #çux sözünün izahı #çux sözünün yazılışı #çux necə yazılır? #çux sözünün düzgün yazılışı #çux leksik mənası #çux sözünün sinonimi #çux sözünün yaxın mənalı sözlər #çux sözünün əks mənası #çux sözünün etimologiyası #çux sözünün orfoqrafiyası #çux rusca #çux inglisça #çux fransızca #çux sözünün istifadəsi #sözlük