Noxud çuxuru
Noxud çuxuru — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Novruz bayramı və digər el şənliklərində uşaqlar tərəfindən oynanılan oyunlardan biridir. Bu maraqlı oyun ev şəraitində keçirilir.
Böyük bir sini təmiz və narın qumla doldurulub, üzəri hamarlanır. Sinini dövrəsi boyunca bir- birinin yanında, qumun üstündə kiçik çuxurlar qazılır... Hər çuxura yeddi ədəd noxud salınır. Oyunçular cüt-cüt noxudları çuxurlara salarkən belə bir şeir deyirlər:
Oyunda üç və üçdən artıq oyunçu iştirak edə bilər. Oyunçulardan biri payına düşən çuxurlardan birinin noxudlarını saat əqrəbi istiqaməti üzrə qonşu çuxurlara bir- bir salır. Növbə ilə ikinci və üçüncü oyunçunu da bunu təkrar edir. Kimin axrıncı noxudu oyunçuların çuxurundakı tək sayda (1,3,5) olan noxudların üzərinə düşürsə, o oyunu udmuş hesab olur.