şux sözü azərbaycan dilində

şux

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şux • 90.7071%
  • Şux • 9.0909%
  • ŞUX • 0.2020%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Addala-Şuxqelmer
Addala-Şuxqelmer — Böyük Qafqazın şərq hissəsində, Boqos silsiləsi sistemində, Dağıstanda dağ zirvəsi. Dağıstanın üçüncü ən yüksək dağ zirvəsidir, hündürlüyü dəniz səviyyəsindən 4151 metr hündürlüyə çatır. Yerlilər dağa Kabbala dağı deyirlər. == Təsviri == Dağın forması zirvəyə doğru uzanan silsilələri xatırladır, buna görə də, Adalla-Şuxqelmer ulduz kimi görünür.Dağın cənub-qərbində Boçek dağı (4116 m) massivi var, qərbdən Addalaya qədər buzla örtülmüş, Belyakov (Belenqi-mer, 4053 m), Baydukov (Kosaraku-mer dağı, 4097 m), Çkalov (Anchobala-anda, 4150 m) zirvələrinin olduğu bir silsilə yüksəlir. Yarım kilometr şərqdə Tunsada (4013 m) və İjinamer (4025 m) zirvələri yüksəlir. Çoxlu dırmanma marşrutları Adallaya aparır.Avar və Andi Göysu çaylarının çoxsaylı qolları Addala buzlaqlarından başlayır, dağ bu çayların hövzələrini ayırır.Addala yaxınlığında Dağıstanın Tsumada rayonunun kəndləri: Honox, Xvarşi, Tindi vardır. == Tarixi == Dağa ilk dəfə 1892-ci ildə Belenqi dərəsindən Alman alpinist Qotfrid Mertsbaxer olmuşdur. Addala-Şuxqelmerin fəthi Mertsbaxerin ekspedisiyasında sonuncu kəşf idi, bundan əvvəl onlar Qafqazın Alazani vadisinə qədər bir sıra dağ silsilələrini araşdırmışdılar. Dağa qalxmaq onun hündürlüyünün ölçülməsi ilə müşayiət olunurdu. Adallaya qalxan zaman onun hündürlüyü məsələsi aydın deyildi.
Mustafa ağa Şuxi
Mustafa ağa Kərim ağa oğlu Şuxi (?-1895) — şair. == Həyatı == Firudin bəy Köçərli onun haqqında yazır: "Mustafa ağa Şəkixanov məşhur şair Kərim ağa Fatehin sülbi oğludur. Mustafa ağa validi-büzürgvarı kimi mərifət və kamal sahibi, möhtərəm bir şəxs olub, əksər övqat məclisini ürəfavü şüəralar ilə təzyin edərmiş. Zindəganlığının ibtidasında dövlətmənd olub, axır vaxtlarda bir az kasıb düşübdür və özünə mütəəlliq olan əmlakın mədaxili ilə güzəran edərmiş. Mərhum Mustafa ağa Şuxinin çox rəvan və gözəl təbi var imiş. Öz dəstxətti ilə yazılmış bir divanı vardır ki, onda ədəbiyyatın hər növünə dair əşarü kəlam vardır".
Şuxov qülləsi
Şuxov qülləsi (rus. Шуховская башня) və ya Şabolovka qülləsi (rus. Шаболовская башня) — Rusiyanın paytaxtı Moskvada yerləşən, Vladimir Şuxov tərəfindən hazırlanmış teleradio qülləsi. 160 metr hündürlüyündə olan bu diaqrid struktur Rusiya vətəndaş müharibəsi illərində — 1920–1922-ci illərdə poladdan hazırlanmışdır. == Struktur == Şuxov qülləsi hiperboloid quruluşa malik olub (hiperbolik polad torşəkilli örtük) konusşəkillidir. Qüllə diaqrid quruluşa malikdir və onun polad örtüyü küləyə davamlı olması üçündür (hündür binalar üçün əhəmiyyətli dizayn faktoru). Orijinal plana əsasən qüllənin hündürlüyü 350 metr olmalı idi. Lakin tikildiyi dörvrdə Rusiyada polad ehtiyatları az olduğundan 160 metr hündürlüyündə tikilmişdir. == Yer == Şuxov qülləsi Moskvada, Kremlın bir neçə kilometr cənubunda yerləşir, amma turistlərin bura daxil olmasına icazə verilmir. Qüllə Şabolovka küçəsi, 37 ünvanında yerləşir.
Şuxrat Barlas
Şuxrat Salamov və ya Şuxrat Barlas (tam adı Salamov Şuxrat Nasıroviç) — məşhur özbək tarixçisi və tədqiqatçısı. == Fəaliyyəti == Azərbaycanın dostu və təəssübkeşi olan Şuxrat Salamov Azərbaycanın Özbəkistan səfirliyi və Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir. O, erməni məsələsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı, Xocalı faciəsi, ermənilərin bütövlükdə türk xalqlarına qarşı törətdikləri soyqırım siyasətini arxiv materialları, sənədlər və tarixi faktlara istinad edərək ifşa etmişdir. == Kitabları == "Qarabağ: ideyalar müharibəsi" "Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə.
Şuxrat Salamov
Şuxrat Salamov və ya Şuxrat Barlas (tam adı Salamov Şuxrat Nasıroviç) — məşhur özbək tarixçisi və tədqiqatçısı. == Fəaliyyəti == Azərbaycanın dostu və təəssübkeşi olan Şuxrat Salamov Azərbaycanın Özbəkistan səfirliyi və Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir. O, erməni məsələsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı, Xocalı faciəsi, ermənilərin bütövlükdə türk xalqlarına qarşı törətdikləri soyqırım siyasətini arxiv materialları, sənədlər və tarixi faktlara istinad edərək ifşa etmişdir. == Kitabları == "Qarabağ: ideyalar müharibəsi" "Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.38 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 4.33
2004 •• 0.34
2005 ••••••• 1.35
2006 •••••••• 1.58
2007 •••••••••••• 2.54
2008 •••••••••••• 2.44
2009 •••••• 1.28
2010 ••••••••••• 2.18
2011 •••••• 1.12
2012 •••••••••••••• 2.84
2013 ••••••• 1.31
2014 ••••• 1.03
2015 •••• 0.68
2016 ••••• 0.87
2017 •• 0.33
2018 ••• 0.45
2019 ••• 0.56
2020 •• 0.27

şux sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] 1. Şən, xoştəbiət, xoşədalı, işvəli, oynaq. Gözlərin şuxdu sənin; Kirpiyin oxdu sənin; Dərdin məni öldürür; Xəbərin yoxdur sənin. Sarı Aşıq. Ta ki xəbər gəldi xublar şuxundan; Əl çəkdim cahanın varıyoxundan. M.V.Vidadi. Fəxrəddinin diqqətnəzərini gözəl və şux bir qız cəlb etdi. M.S.Ordubadi. 2. məc. Nəzərəçarpan, ürəkaçan, parlaq. Şux rəng. – [Şəbbu:] Gər yox isə sevimli rəngim mənim; Şux deyildirsə də həngim mənim; Ətrim uzaqdan bürüyür aləmi. A.Səhhət. …[Qumru] hansı tərəfə dönürdüsə, daha şux bir rəng gözlərini oxşayıb, onu özünə doğru çağırırdı. Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / şux

şux sözünün etimologiyası

şux sözünün sinonimləri (yaxın mənalı sözlər)

şux sözünün antonimləri (əks mənalı sözlər)

şux sözünün rus dilinə tərcüməsi

  • 1 1. веселый, игривый, жизнерадостный, резвый; 2. яркий (цвет);

    Azərbaycanca-rusca lüğət / şux
  • 2 I прил. 1. весёлый: 1) полный радости, веселья; жизнерадостный. Şux adam весёлый человек, şux xasiyyət весёлый характер, веселый нрав 2) выражающий радость, веселье. Şux gözlər весёлые глаза, şux sifət весёлое лицо, şux görkəm весёлый вид, şux təbəssüm весёлая улыбка 3) бодрый, игривый. Şux əhvali-ruhiyyə весёлое (игривое, бодрое) настроение 4) вызывающий веселье. Şux zarafat вес ёлая шутка, şux mahnı (nəğmə) весёлая песня, şux rəqs весёлый танец, şux tamaşa весёлый спектакль 5) приятный для взора, яркий, светлый, не мрачный. Şux rəng весёлая раскраска (расцветка) 2. резвый, живой, подвижный, игривый. Şux uşaq резвый ребёнок 3. грациозный, изящный, лёгкий. Şux yerişli с лёгкой походкой 4. кокетливый. Şux qız кокетливая девушка II нареч. 1. весело. Şux danışmaq весело говорить 2. изящно, грациозно. Şux dayanmaq грациозно стоять, держаться 3. кокетливо. Şux geyinmək кокетливо одеваться 4. ярко III сущ. устар. красавица

    Azərbaycanca-rusca lüğət / şux

şux sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. merry, lively; d.d. jolly; cheerful, jovial; cheery; ~ oğlan cheerful / jovial fellow; ~ qız jolly girl; 2. bright; ~ rəng bright colour

    Azərbaycanca-ingiliscə lüğət / şux

şux sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. 1) joyeu//x, -se, gai, -e, jovial, -e ; radieu//x, -se ; ~ qız fille f joviale ; 2) gracieu//x, - se, charmant, -e, élégant, -e ; ~ yeriş démarche f aisée

    Azərbaycanca-fransızca lüğət / şux

şux sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] прил. 1. шух, ишвелу, назлу, хъвер авай хьтин (мес. вилер); хуш къилихдин, кӀубан, гумрагь, чӀагай (мес. руш); 2. пер. вили фад кьатӀудай, рикӀ аладардай, рикӀ ачухдай (мес. ранг).

    Azərbaycanca-ləzgicə lüğəti / şux

şux sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) naz, işvə; 2) oynaq, şən.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"şux" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şux nədir? #şux sözünün mənası #şux nə deməkdir? #şux sözünün izahı #şux sözünün yazılışı #şux necə yazılır? #şux sözünün düzgün yazılışı #şux leksik mənası #şux sözünün sinonimi #şux sözünün yaxın mənalı sözlər #şux sözünün əks mənası #şux sözünün etimologiyası #şux sözünün orfoqrafiyası #şux rusca #şux inglisça #şux fransızca #şux sözünün istifadəsi #sözlük