Şıx sözü azərbaycan dilində

Şıx

Yazılış

  • Şıx • 99.4967%
  • şıx • 0.4026%
  • ŞIX • 0.1007%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şıx Dursun
Şıx Dursun (əvvəlki adı: Sıxtoraşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Sıxtoraşen kəndi Şıx Dursun kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şıx Dursun kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıdıb. == Toponimikası == XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdıqdan sonra kəndi Sıxtoraşen (erm. "sarımsaqlı kənd") adlandırmışdılar. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir. Kənd Şeyx Dursun adlı şəxsin adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Şıx Dursun kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Köndələnçayın (Arazın qolu) sahilində yerləşir.
Şıx Salahlı
Şıx Salahlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Şıx burnu
Şıx burnu — burun olaraq Abşeron yarımadasının cənub-qərbində, Bakı buxtasının qərbində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri Qaradağ rayonu, Bibiheybət qəsəbəsi ərazisinə daxildir. Buxtanın təbii sərhəddini təşkil edir. Salyan şossesindən qərbdə burunun daxilinə yol ayrılır. Ərazisində Bibiheybət Tarix və Diyarşünaslıq Muzeyi vardır. Burun sahilindən 160 m cənubda kiçik qaya çıxıntısını xatırladan Şıxov adası yerləşir.
Şıx piri
Şıx piri — Ordubad rayonunun Biləv kəndində ziyarətgah. Dördkünc formalı daşdan tikilmiş binadan ibarətdir. İçərisində iki müsəlman qəbri var. Qəbirlərin üzərinə daş döşənmiş, ətrafı dördkünc formada daşlarla əhatə edilmişdir. Hazırda pirin içərisində sumax ağacları var. İnsanlar dilək tutaraq ağaclara müxtəlif rəngli parçalar bağlayırlar. Pirin ətrafında orta əsrlərə aid qəbiristanlıq var. Şıx pirini 16-18 əsrlərə aid etmək olar.
Şıx qalası
Dairəvi Mərdəkan qəsri və ya Kiçik Mərdəkan qəsri — Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi. Qəsr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi bəlli olur. Qəsrin inşasında əhəng məhlulu və yerli əhəngdaşından istifadə edilmişdir. Dairəvi Mərdəkan qəsri planda, yanlardan kor bürclərlə bərkidilən 7 metr hündürlüyə malik möhkəm qala divarları ilə əhatə olunmuş mərkəzi qüllədən ibarətdir. Qüllənin xarici diametri 7,6 metr, divarların qalınlığı isə 2 metrdir. Daxildə qüllə üç yarusa bölünmüş və yarusların hər biri daş günbəzlərlə örtülmüşdür. Üçüncü mərtəbənin divarında xaricə çıxan yola malik sanitar niş vardır. == Tarixi == Dairəvi Mərdəkan qəsri, bir zamanlar bu ərazidə olmuş və dövrümüzə çatmamış qala kompleksinin bir hissəsi olmuşdur.Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi bəlli olur. == Memarlıq xüsusiyyətləri == XII-XV əsrlər Ön və Orta Asiya şəhərləri üçün xarakterik memarlıq planına malik olan Dairəvi Mərdəkan qəsri planda, yanlardan kor bürclərlə bərkidilən 7 metr hündürlüyə malik möhkəm qala divarları ilə əhatə olunmuş mərkəzi qüllədən ibarətdir.Qala divarları hər tərəfdən 25 metr uzunluğa malikdir.
Şıx Baba piri
Şıx Baba türbəsi — Cəbrayıl rayonunda Şıxlar kəndinin ərazisində, qocaman dağların qoynunda xalq arasında "Şıx baba piri" adıyla şöhrət tapmış ziyarətgah. Böyük əraziyə malik qəbiristanlıqla əhatə olunmuş Şıx baba piri, əsasən, daxildən və xaricdən dairəvi plana malik türbə binasından ibarətdir. Çatma tağlı qapı yerinin üzərində kitabə yoxdur. Şıx baba türbəsinin 1308-ci ilə aid kitabədə onun Qarabağda "Qədiriyyə" cəmiyyətinin şeyxi Şeyx Qiyasəddinli oğlu şeyx Əbdülsalmanın qəbrinə aid olduğu göstərilir. Qəbələ rayonunda Həmzəli kəndində "Şıx baba" ziyarətgahının adı ilə mənaca eynidir. Şıx baba türbəsi XIV əsrə aid edilir. Ziyarətgahın yerləşdiyi Şıxlar kəndidə "Şıx baba" türbəsinin adındandır. Abidənin dairəvi günbəzi uçmuş, içəridə bitən ardıc ağacı boy atıb türbədən qalxmış, abidənin önündə bitmiş digər ardıc ağacıyla baş-başa verərək, mərkəz hissədə dəfn olunmuş böyük alim, əzəmətli şeyxin məzarı üzərinə sayə salmaqdadır. Qoşa ardıc ağacları sanki yarımxaraba abidəni tamam məhv olmaq təhlükəsindən qorumağa çalışır və tədqiqatçıları, vaxtilə Avropanı Yaxın Şərq ölkələri ilə birləşdirən karvan ticarət üzərində bərqərar olmaqla qaynar həyat keçirmiş mədəni-ideoloji, sosial-siyasi-iqtisadi mərkəzlərdən birinə, xalqın pir, müqəddəs yer deyə qoruyub saxladığı tarixin izlərində elmin, mədəniyyətin sirlərini açmağa çağırır. == Arxitekturası == Şeyxin məzarı üzərinə günbəzdən uçub tökülmüş və digər müxtəlif xatirə abidələrindən daş parçaları yığılmışdır.
Şıx Salahlı bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şıx Baba piri (Qəbələ)
Şıx Baba piri — Qəbələnin Həmzəlli kəndi ərazisində yerləşəir. . Qəbələ rayonunun qədim tarixə malik kəndlərindən olan Həmzəlli kəndi özünün gözəl təbiəti, həm də tarixi abidələri ilə məşhurdur. Belə tarixi abidələrdən biri də el arasında Şıx baba kimi tanınan Seyyid Şeyx Molla Məhəmməd piridir. O, həm rayona gələn qonaqlar, həm də turistlərin diqqət mərkəzində olan abidələrdəndir. Abidənin əsas özəlliyi məhz bu abidədə olan ağacların "Qırmızı kitab"a düşməsi və abidənin cox qədim tarixə malik olmasıdır. == Tarixi == El dilində İşıq baba kimi tanınan ən ağır ocaq Həmzəlli kəndindədir. Şıx Baba piri XVI əsrin abidəsidir. Pirdəki şeyxə məxsus məqbərə, içəridəki məzar və üzərindəki kitabələr hazırda mühafizə olunur. Bu abidələr kompleksinin yaranması tarixi haqqında dəqiq məlumat yoxdur. Məqbərədə saxlanılan Şeyxə aid sənəd oxunarkən məlum olub ki, şəhadətnamə hicri tarixi ilə 1283-cü ilin ramazan ayının əvvəllərində (7.1–6.
Şıx Baba türbəsi (Cəbrayıl)
Şıx Baba türbəsi — Cəbrayıl rayonunda Şıxlar kəndinin ərazisində, qocaman dağların qoynunda xalq arasında "Şıx baba piri" adıyla şöhrət tapmış ziyarətgah. Böyük əraziyə malik qəbiristanlıqla əhatə olunmuş Şıx baba piri, əsasən, daxildən və xaricdən dairəvi plana malik türbə binasından ibarətdir. Çatma tağlı qapı yerinin üzərində kitabə yoxdur. Şıx baba türbəsinin 1308-ci ilə aid kitabədə onun Qarabağda "Qədiriyyə" cəmiyyətinin şeyxi Şeyx Qiyasəddinli oğlu şeyx Əbdülsalmanın qəbrinə aid olduğu göstərilir. Qəbələ rayonunda Həmzəli kəndində "Şıx baba" ziyarətgahının adı ilə mənaca eynidir. Şıx baba türbəsi XIV əsrə aid edilir. Ziyarətgahın yerləşdiyi Şıxlar kəndidə "Şıx baba" türbəsinin adındandır. Abidənin dairəvi günbəzi uçmuş, içəridə bitən ardıc ağacı boy atıb türbədən qalxmış, abidənin önündə bitmiş digər ardıc ağacıyla baş-başa verərək, mərkəz hissədə dəfn olunmuş böyük alim, əzəmətli şeyxin məzarı üzərinə sayə salmaqdadır. Qoşa ardıc ağacları sanki yarımxaraba abidəni tamam məhv olmaq təhlükəsindən qorumağa çalışır və tədqiqatçıları, vaxtilə Avropanı Yaxın Şərq ölkələri ilə birləşdirən karvan ticarət üzərində bərqərar olmaqla qaynar həyat keçirmiş mədəni-ideoloji, sosial-siyasi-iqtisadi mərkəzlərdən birinə, xalqın pir, müqəddəs yer deyə qoruyub saxladığı tarixin izlərində elmin, mədəniyyətin sirlərini açmağa çağırır. == Arxitekturası == Şeyxin məzarı üzərinə günbəzdən uçub tökülmüş və digər müxtəlif xatirə abidələrindən daş parçaları yığılmışdır.
Hidayət Şıxlarov
Hidayət Şıxlarov (tam adı: Hidayət Cəfər oğlu Şıxlarov; d. 1923, Salyan, Azərbaycan SSR, SSRİ — ö. 2008, Bakı, Azərbaycan) — İkinci Dünya müharibəsinin iştirakçısı, leytenant. == Həyatı == Hidayət Şıxlarov 1923-cü il Salyan şəhərində doğulmuşdur. İkinci Dünya müharibəsi zamanı, 1943-cü il oktyabrın 10-da cəbhəyə yollanmışdır. 1945-ci il yanvarın 24-də Hidayət Şıxlarov şücayət göstərərək, Odra çayını sol tərəfinə ilk keçərək, başlanğıc xəttində yerləşmişdir. Düşmənin əks-hücumunu dəf edərkən, 30 faşist əsgər və zabitini məhv etmişdir. O, yaralansa da, hərbi tapşırığını sona kimi yerinə yetirmişdir. Buna görə, 1945-ci ildə II dərəcəli Vətən Müharibəsi Ordeni ilə təltif olunmuşdur.
Hikmət Şıxməmmədov
Honuba Şıxlar
Honuba Şıxlar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yaşayış məntəqəsi XIX əsrdə Honuba kəndindən çıxmış şıxlar nəslinə mənsub ailələrin bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Hüseyn Şıxıyev
Şıxıyev Hüseyn Mustafa oğlu (25.6.1898, Qazax qəzası -?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Bakı real məktəbini bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini dağ mühəndisliyi sahəsində davam etdirmək üçün Frayberq akademiyasına (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə il yarım qaldığı göstərilirdi. Sonrakı taleyi haqqında məlumat aşkar olunmamışdır.
Həmzə Şıxəliyev
Həmzə Mirələm oğlu Şıxəliyev (3 sentyabr 1915, Kələxan, Lerik rayonu – 2009, Kələxan, Lerik rayonu) — Kapitan, 412-ci Diviziya, rota komandiri. == Həyatı == Həmzə Şıxəliyev 1915-ci ildə Lerik rayonunun Kələxan kəndində anadan olan Həmzə Şıxəliyev 1934-cü ildə orta məktəbi bitirib müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1935–41-ci illərdə Çayrud və Lerik kənd sovetlərində katib, kənd sovetinin sədri vəzifəsində çalışmışdır. === Müharibə illərində döyüş yolu === 1941-ci ildə ordu sıralarına çağırılan H. Şıxəliyev sıravi əsgərdən kapitan rütbəsinə qədər yüksəlmişdir. HƏMZƏ ŞIXƏLİYEV Böyük vətən müharibəsində Qafqazdan Berlinədək ön cəbhədə vuruşmuş, müharibəni kapitan rütbəsində başa vurmuşdur.Odessa, Kişinyov, Minsk Varşavanın alınmasına görə qırmızı ulduz, 1 və 2ci dərəcəli vətən müharibəsi ordenləri və medallarla təltif edilmişdir. Seçmə döyüşçülərdən ibarət 5ci Zərbə ordusu sıralarında rota komandiri Həmzə Şıxəliyev Berlinin alınmasındakı igidliyinə görə sovetlərin ən yuksək ordeni lenin ordeni ilə təltif edilib. Qələbədən sonra Berlində sahə komendantı kimi fəaliyyət göstərib. === Müharibədən sonrakı həyatı === 1945–47-ci illərdə Şərqi Almaniyada komendant vəzifəsində çalışmışdır. 1947 ci ildən O öz xahişi ilə ordudan tərxis edilmiş doğulub böyüdüyü lerik rayonuna qayıtmışdır.1947-ci ildə boya-baş çatdığı rayona qayıdaraq müxtəlif məsul vəzifələrdə çalışmış, 1955-ci ildə kolxoz sədri seçilən H. Şıxəliyev yarım əsrə yaxın təsərrüfat rəhbəri işləmişdir. Müstəqillik illərində də rayonun ictimai işlərində fəallığı ilə seçilmişdir.
II Şıxlı
İkinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Düzənlikdədir. 1950-ci ildə r-nun ərazisindəki Sarıvəlli və Dəllər (Hüseynoğlu) kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış bu yaşayış məntəqəsi yaxınlığındakı eyniadlı kəndin adı ilə Şıxlı adlandırılmış, sonralar bu kəndlər birinci və ikinci komponentləri ilə fərqləndirilmişdir. Oykonimin ikinci komponenti etnotoponimdir. == Tarixi == İkinci Şıxlı kəndi düzənlikdə yerləşir. 1950-ci ilə qədər mövcud olmuş Sarıvəllı və Dəllər kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış və İkinci Şıxlı adlandırılmışdır. Kənd Gürcüstanla sərhəddə, Qazax rayonu mərkəzindən 34 kilometr aralıqda yerləşir. Gəncə arxeoloji ekspedisiyası tərəfindən aparılan qazıntılar zamanı Kürlə Anaxatır (Xrami) çayının birləşdiyi yerdə qədim şəhərin xarabalıqları aşkar edilmişdir. Arxeoloqların rəyinə görə, xarabalıqlar bu vaxtadək Tovuz rayonu ərazisində lokalizə edilən Xunan şəhərinə aiddir (1↑ В Азербайджане обнаружен старинный город (рус.), Day.Az (18 мая 2011). Bundan əlavə kənd özü də çox qədimdir.
I Şıxlı
Birinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Şıxlı kəndinin tarixi qədim olsa da XIX əsrin əvvəllərində Birinci Şıxlı kimi adlandırılmışdır == Toponimikası == Birinci Şıxlı oyk, mür. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kür çayının sağ sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin adındakı birinci komponent onu ərazidəki İkinci Şıxlı kəndindən fərqləndirmək üçün artırılmışdır. İkinci komponent isə qazaxların şıxlı qolunun adını əks etdirir. Mənbələrdə 1537-ci ildə Şəmkirdən köçüb Qazax mahalına gələn Ağdolaqlı Məhəmməd ağanın oğlu şıxı və onun övladları haqqında məlumat verilir. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 3414 nəfər əhali yaşayır. Əhalinin 1628 nəfəri kişilərdən, 1786 nəfəri qadınlardan ibarətdir. == Tanınmış sakinləri == Molla Vəli Vidadi – (1707–1809) görkəmli Azərbaycan şairi.
Leyla Şıxlinskaya
Leyla Şıxlinskaya (27 dekabr - Moskva RSFSR,SSRİ) — Azərbaycan kino aktrisası, baletmeysteri, xoreoqrafı və pedaqoqu, Azərbaycan Respublikasının xalq artisti (1998), sənətşünaslıq elmləri doktoru, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü, 1990–1992-ci illərdə "Dyagilev-balet" truppasının baletmeysteri. == Həyatı == Leyla Fərruz qızı Şıxlınskiya Moskvada anadan olub. Xoreoqrafiya məktəbində, GİTİS-in teatrşünaslıq fakültəsində təhsil alıb. M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində balerina kimi, "Dyagilev-balet" truppasının baletmeysteri (1990–1992) kimi çalışıb. Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə işləyib. Uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində müəllimlik edib. Azərbaycanın xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafı mövzusunda 100-dən çox elmi məqalənin müəllifidir. 1992-ci ildən Moskvada özünün təşkil etdiyi "Şeyla" eksperimental balet yaradıcılıq mərkəzinin bədii rəhbəridir. 1999-cu ildə "Leyla Şıxlinskayanın Klinikası"nın təsisçisi və bir müddət rəhbəri olub. Rusiya istehsalı olan "Qırmızı və qara" (1976, rejissor Sergey Gerasimov) çoxseriyalı filmində xanım de Fervak rolunu ifa edib.
Mallı Şıxlı
Mallı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun Mallı Şıxlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Mallı Şıxlı kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Mallı Şıxlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Şıxlı Malı olmuşdur. Kəndin adı XIX əsrda Göyçay qəzasında şahsevən tayfa ittifaqına daxil olan 105 ailədən ibarət şıxlıların adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, şıxlı XIX əsrin ortalarında Muğandakı köçəri muğanlı tayfasının 275 şəcərəsindən birinin adıdır. Mallılar isə şıxlıların bir qolu idi. Yerli əhalinin məlumatına görə, kəndin sakinləri qara mal saxladığına görə kənd belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1646 nəfər əhali yaşayır. == Din == Kənddə Mallı Şıxlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Mallı Şıxlı bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mehdi Şıxəliyev
Mehti Şıxəliyev
Mehti Yalçın oğlu Şıxəliyev (16 fevral 1996, Meyniman, Hacıqabul rayonu – 7 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehti Şıxəliyev 1996-cı il fevralın 16-da Hacıqabul rayonunun Meyniman kəndində anadan olub. == Hərbi xidməti == Mehti Şıxəliyev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun kiçik giziri olan Mehti Şıxəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehti Şıxəliyev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı Daşaltı istiqamətində şəhid olub. Hacıqabul rayonunun Meyniman kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Mustafa ağa Arif Şıxlinski
Mustafa ağa Arif (1774-1845) — şair, Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biri. Qazax sultanlığının son sultanı. == Həyatı == Mustafa ağa Şıxı ağa oğlu 1774-cü ildə Qazax mahalının Şıxlı kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə şərq dillərini, ilahiyyatı, fəlsəfəni öyrənmişdi. Mustafa ağa şair idi. Arif təxəllüsü ilə xoştəb şeirlər yazırdı.Onun haqqında Firudin bəy Köçərli yazır: "Mərhum Mustafa ağa fars, türk və hətta rus lisanlarını yaxşı bilirmiş, özü də ziyadə dindar, qeyrətkeş və həqiqətdə arif və dana bir şəxs imiş. Vəli bu biçarə dəxi öz qeyrət və millətpərəstliyi ucundan çox bəlalar və müsibətlərə düçar olubdur. Belə ki, mərhum Mustafa ağa Şəmsəddinli Nəsib Sultan ilə dövlət nəzərində müttəhəm olub, zəval təriqi ilə Rusiyaya göndərilir və orada Kazan və bir rəvayətə görə, Xarkov şəhərində sakin olurmuş. Binəva Arif Rusiyada çox üsrət və zillət çəkir və axırda vətəni-məlufunun fəraqına, dost və əqrəbanın hicranına və düşmənlərin tən və şəmatətinə tab gətirə bilməyib, orada vəfat edir".
Muğanlı (Şıxbabalı, Ağdam)
Muğanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Şıxbabalı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Əhalisi == === Tanınmışları === Azad Şükürov — Azərbaycanın əməkdar artisti, dosent == Mənbə == Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri.
Mövsüm Şıxıyev
Mənsur bəy Şıxlınski
Mənsur bəy Şıxlınski (1892, İkinci Şıxlı, Qazax qəzası – 18 oktyabr 1920, Gəncə) — Bakı Polismeysterinin böyük köməkçisi. == Həyatı == Mənsur bəy Hüseyn bəy oğlu Şıxlınski 1892-ci ildə Qazax qəzasının İkinci Şıxlı kəndində anadan olmuşdu. O, Qori Müəllimlər Seminariyasını bitirmiş, bir müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıya gəlmiş və Bakı Polismeysterliyində qulluğa girmişdi. Əvvəlcə kiçik polis məmuru (onun köməkçiləri Velyamin Naydel və Mirhəmid bəy Talışxanov idi) vəsifəsində xidmət aparmışdı. Daha sonra Bakı şəhərinin polismeysteri Rüstəm bəy Mirzəyevin böyük köməkçisi (1-ci müavini) təyin edilmişdi. Ondan əvvəl bu vəzifədə Mehrəli bəy Fərzəlibəyov çalışırdı. Lakin Mehrəli bəy Fərzəlibəyovu 1920-ci il martın 14-də Şamaxı qəzasının rəis əvəzi təyin etdikləri üçün həmin tarixdən xidməti vəzifədə irəli çəkilməklə məhz Mənsur bəy Şıxlınski onun yerinə təyin olunmuşdu. Aprel işğalı sonrası Mənsur bəyi Bakının 7 rayonunun milis komissarı vəzifəsində saxlamışdılar. Lakin 1920-ci il mayın 7-də onu keçmiş Bakı Polismeysterinin zabiti kimi həbs etmişdilər.
Natiq Şıxməmmədov
Nicat Şıxəlizadə
Nicat Şıxəlizadə (12 oktyabr 1988, İliç rayonu) — Azərbaycanı təmsil edən cüdoçu və məşqçi. == Karyerası == Nicat Şıxəlizadə 2003-cü ilin iyulunda Fransada Avropa Gənclər Olimpiya Festivalını və avqustunda Azərbaycanda U-17 Avropa Çempionatını gümüş medallarla başa vurdu. Bir il sonra, 2004-cü ildə isə Nicat Şıxəlizadə Niderlandın Rotterdam şəhərində U-17 Avropa Çempionatının qalibi oldu. Nicat Şıxəlizadə 2005-ci ilin yanvarında Gürcüstanda IJF World Cup beynəlxalq turnirinin gümüş medalarına sahib oldu, aprel ayı ərzində isə Azərbaycanda və Rusiyada baş tutan gənclər arasında beynəxalq turnirləri müvafiq olaraq gümüş və qızıl medallarla başa vurdu. Mayda Nicat Şıxəlizadə Niderlandın Rotterdam şəhərində baş tutan Avropa Çempionatında debüt elədi və turniri beşinci pillədə başa vurdu. İyulda İstanbul şəhərində beynəlxalq turnirin qalibi olan Nicat Şıxəlizadə sentyabrda Misirin Qahirə şəhərində Dünya Çempionatının bürünc medalına sahib oldu. 16 yaşında Dünya Çempionatının medalına sahib olan Nicat Şıxəlizadə sentyabrda Zaqreb şəhərində (Xorvatiya) U-20 Avropa Çempionatının qalibi oldu. Həmçinin Nicat Şıxəlizadə həmin il Azərbaycan Çempionatını bürünc medalla başa vurdu. Bununla belə bir müddət sonra Nicat Şıxəlizadənin U-20 Avropa Çempionatı zamanı qanında qadağan olunan dərman preparatının tapıldığı bildirildi və o, bir il müddətinə beynəlxalq turnirlərdən uzaqlaşdırıldı. 2006-cı ilin martında U-20 Azərbaycan Çempionatının qalibi olan Nicat Şıxəlizadənin cəzası sentyabrda başa çatdı və bir ay sonra Santo-Dominqo şəhərində baş tutan U-20 Dünya Çempionatında mübarizə apardı.
Nigar Şıxlinskaya
Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya (10 oktyabr 1871 və ya 21 mart 1878, Tiflis – 15 avqust 1931, Bakı, Azərbaycan SSR, SSRİ) — ilk azərbaycanlı şəfqət bacısı, ilk ali təhsilli azərbaycanlı qadın. Birinci Dünya müharibəsində yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin sədri, General Əliağa Şıxlinskinin həyat yoldaşı. == Həyatı == Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya 1871-ci ildə Tiflisdə anadan olmuşdur. İlk azərbaycanlı şəfqət bacısıdır. Birinci dünya müharibəsinin iştirakçısıdır. Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirən (1889) ilk ali təhsilli azərbaycanlı qadındır. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi. 1909-cu ildə polkovnik Əliağa Şıxlinski qohumları ilə görüşmək üçün Tiflisə gəldi. Bu günə qədər ömrünün qırx altıncı baharına qədəm qoyan mərd topçu zabit hərbi sahədə misilsiz xidmətlər göstərmiş, Sankt-Peterburqdakı Mixail artilleriya məktəbini bitirdikdən sonra qüsursuz qulluğa, Uzaq Şərq müharibəsi zamanı Port-Artur müdafiəsi zamanı şücaət və hünərinə görə Rusiya imperiyasının bir sıra mötəbər mükafatlarına — ikinci və üçüncü dərəcəli Müqəddəs Stanislav, üçüncü və dördüncü dərəcəli Müqəddəs Vladimir, üçüncü və dördüncü dərəcəli Müqəddəs Anna, qızıl qılıncla birlikdə təqdim olunan dördüncü dərəcəli Müqəddəs Georgi ordenlərinə və rus-yapon müharibəsinin xatirə medalına layiq görülmüşdür. Tsarskoye Selodakı Artilleriya zabitləri məktəbində müvəffəqiyyətlə oxuyub biliklərini müəllim qismində həmin tədris müəssisəsinin müdavimlərinə ötürən Ə. Şıxlinski bütun hərbi mütəxəssislərini heyrətə gətirmiş Şıxlinski uçbucağı kimi tanınan artilleriya atəşinin dəqiqliyini artıran sxem işləyib hazırlamışdır.
Nilufər Abdullayeva-Şıxlı
Nilufər Abdullayeva-Şıxlı — yazıçı, tərcüməçi, publisist. Rusiya Sözçülük Akademiyasının müxbir üzvü, Beynəlxalq Yazıçılar və Publisistlər assosiasiyasının üzvü. == Həyatı == 1991-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2006-cı ildə Moskva şəhəri 1937 saylı iqtisadiyyat təmaüllü orta məktəbin nəzdindəki gimnaziyanı gümüş medalla bitirmişdir. Həmin ildə Moris Torez adına Moskva Dövlət Dilçilik Universitetinin Humanitar və Tətbiqi elmlər fakültəsinə, 2011-ci ildə universiteti bitirərək həmin fakültənin aspiranturasına daxil olub. 2012-də Lomonosov adına MDU-nin jurnalistika fakültəsinə də qəbul edilib. İki roman, bir neçə povest, çoxsaylı şeirlər və hekayələrin müəllifidir. Rəssamlıqla məşğul olur. Mükəmməl olaraq beş dil bilir.
Nurəddin Şıxalıyev
Nurəddin Şıxəliyev
Nəriman Şıxəliyev
Nəriman Səttar oğlu Şıxəliyev (14 oktyabr 1934, Bakı – 3 fevral 2022, Bakı) — Azərbaycan operatoru, rejissor, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1981). == Həyatı == Nəriman Məşədi Səttar oğlu Şıxəliyev 1934-cü ilin 14 oktyabrında Bakıda anadan olmuşdur. 1956-cı ildən Azərbaycan Dövlət Televiziya Komitəsi yaranan gündən burada kinooperator kimi fəaliyyət göstərmişdir. Uzun illər Ekran yaradıcılıq birliyində çoxlu televiziya filmləri çəkmişdir. Azərbaycan Dövlət Televiziyasının kinooperatoru Nəriman Şıxəliyev bu gün də doğma televiziyada fəaliyyətini davam etdirir. O, Proqram Direktorluğunun efirqabağı komissiyasının üzvüdür. Əmək veteranı olan Nəriman Şıxəliyev milli televiziyanın inkişafındakı böyük xidmətlərinə görə 30 dekabr 1981-ci ildə "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adına, 4 noyabr 2006-cı ildə isə "Tərəqqi" medalına layiq görülmüşdür. == Filmoqrafiya == 1915-ci il erməni saxtakarlığının başlanğıcı (film, 2009) Afurca nağılı (film, 2007) Ağasadıq Gəraybəyli (film, 1974) Akademik Validə Tutayuq (film, 2008) Almas Yıldırım (film, 2004) Alovlardan keçən ömür (film, 2005) Atəşgah (film, 2001) Azərbaycan kauçuku (film, 1977) Azərbaycan narı (film, 1978) Badamlı (film, 1974) Bakı toyları (film, 2007) Bal arısı (film, 2000) Balerinanın yaranması (film, 1972) Balıq günü (film, 1983) Bəşir Səfəroğlu (film, 1969) Bir az da Bahar bayramı (film, 1979) Bizi dağlarda axtarın (film, 1976) Bu, Səttar Bəhlulzadədir (film, 1969) Cümhuriyyət generalları (film, 2006) Çalır Bəhram Mansurov (film, 1971) Çingiz Sadıqov (film, 2006) Dağlı çörəyi (film, 2007) Daşları dindirən alim (film, 2001) Dənizdə addımlayanlar (film, 2002) Dostluq dili (film, 1959) Elmi mərkəz (film, 1975) Əhməd Bakıxanov (film, 2003) Ən gənc (film, 1987) General (film, 1970) Göylər sonsuz bir dənizdir (film, 1995) Günəş ardınca, sağlamlıq ardınca (film, 1971) Xalq nəğməkarı (film, 1963) Xəzərdə möcüzə (film, 1961) Xınalıq etüdləri (film, 1974) İki ömür (film, 2000) İki Xəzər (film, 1975) İliç buxtası (film, 1974) İlk traktorçu haqqında hekayə (film, 1973) İncəsənət veteranı (film, 1966) İyirmi ildən sonra (film, 1963) Kirov Azərbaycanda (film, 1976) Koroğlu (film, 2003) Qayıdış (film, 1992) Qeyri-adi dəniz (film, 1975) Qədim Gəncə (film, 2003) Qədim Şəmkir (film, 2003) Qəmbər Hüseynli (film, 2007) Qızıl gül olmayaydı... (film, 1965) Qudyalçay (film, 2001) Marş (film, 1982) Məbədlər diyarı (film, 2005) Mədəniyyət salnaməsi (film, 2001-2004) Mən Muğana vurğunam (film, 1986) Mənim Mingəçevirim (film, 1967) Mir Teymur (film, 2003) Mirzə Fətəli Axundov Adına Kitabxana (film, 2003) Moskvada Azərbaycan Ongünlüyü (film, 1959) Mücadilə (film, 2006) Naxçıvan (film, 1967) Nəbatət bağı (film, 2001) Nəhəngin ilk addımları (film, 1976) Nəriman Əliyev (film, 2005) Odlu məmləkət (film, 1998) Oqtay Ağayev. Ötən günlər (film, 2004) Poladın mahnıları (film, 1982) Reportaj haqqında reportaj (film, 1964) Rəfibəylilər (film, 2009) Rəssam Ponomaryov (film, 2004) Rəşid Behbudov (film, 1975) Sarı çiçək (film, 1983) Seyid Nigari (film, 2004) Səməd Vurğun (film, 1958) Sənə sevinc bağışlayım (film, 1978) Sirkin yeni mənzili (film, 1967) Söz uşaqlara verilir (film, 1998) Şamama (film, 1973) Tarixin şahidləri (film, 2003) Usta Vaqif (film, 2006) Ürək nəğməsi (film, 1989) Üzeyir Hacıbəyov (film, 1965) Ver sözə ehya ki...
Nəsimi Şıxalıyev
Oqtay Şıxəliyev
Oqtay Yusif oğlu Şıxəliyev (3 sentyabr 1931, Bakı – 31 yanvar 2012, Bakı) — Azərbaycan Respublikasının xalq rəssamı (1992). == Həyatı == Oqtay Şıxəliyev 3 sentyabr 1931-ci ildə Bakı şəhərində anadan olub. 1939-cu il Bakı 1 saylı orta məktəbə daxil olub. 8-ci sinfi bitirdikdən sonra 1947-ci il Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olmuşdur. 1952-ci ildə rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinə daxil olmuşdur. Leninqrad şəhərində təhsil alarkən 1955-ci ildən kiçik yaradıcılıq işləri ilə sərgilərdə iştirak edib. 1958-ci ildə Ali Rəssamlıq Məktəbini bitirərək Bakıya qayıdır, Respublika Gənclər festivalının qalibiolur. Elə əsl yaradıcılıq fəaliyyətinə bu ildən başlayır. Sərgilərdə nümayiş olunan ilk işlərində O. Şıxəliyev özünü istedadlı və ruhən milli sənətkar kimi təqdim edir. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvü olur.

şıx sözünün leksik mənası və izahı

"şıx" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şıx nədir? #şıx sözünün mənası #şıx nə deməkdir? #şıx sözünün izahı #şıx sözünün yazılışı #şıx necə yazılır? #şıx sözünün düzgün yazılışı #şıx leksik mənası #şıx sözünün sinonimi #şıx sözünün yaxın mənalı sözlər #şıx sözünün əks mənası #şıx sözünün etimologiyası #şıx sözünün orfoqrafiyası #şıx rusca #şıx inglisça #şıx fransızca #şıx sözünün istifadəsi #sözlük