Şıxlar sənəti
Şıxlar sənəti – XX əsrin sonlarında Siyəzən rayonunda yarandığı qeyd olunan dekorativ sənət növüdür. Bu sənətin yaradıcısı Siyəzən rayonunun sakini Yusif Hacıyev hesab olunur. Bu sənət haqqında danışmamışdan əvvəl onun adlandırılması ilə bağlı məsləyə aydınlıq gətirmək lazımdır. Sənətin belə adlandırılmasını Y.Hacıyev özünün anadan olduğu qədim Şıxlar kəndinin adı ilə bağlıdır. “Şıxlar” toponimi haqqında onu qeyd etmək lazımdır ki, ümumiyyətlə bu adda Azərbaycan Respublikası ərazisində Qobustan, Qax, Qaradağ, Masallı, Ağdam, Ağdaş, Cəlilabad, Sabirabad, Xaçmaz, Goranboy, Yardımlı və Cəbrayıl rayonlarında eyni adlı yaşayış məskənləri mövcuddur. Qeyd olunmalıdır ki, əvvəllər Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) və Vedi rayonlarında “Şıxlar” adlı qədim Azərbaycan kəndləri mövcud olmuşdur. Lakin sonralar həmin yer adları ermənilər tərəfindən dəyişdirilmişdir (“Qızıl Şəfəq” və “Lusarat”).
“Şıxlar” adının toponomikasına gəldikdə qeyd olunmalıdır ki, Qərbi Azərbaycandakı bu adda olan kəndlər daha çox türk tayfalarından olan qazax tayfalarının bir qolu olan “şıx” tayfasının adı ilə bağlı etnonim kimi izah olunur. Bəzən “şıx” tayfası “şeyx” kimi də oxunur. Azərbaycan Republikası ərazisindəki “Şıxlar” adlı kəndlərə gəldikdə isə daha çox dini məzmunlu adlarla əlqələndirilir.