Şıxəli sözü azərbaycan dilində

Şıxəli

Yazılış

  • Şıxəli • 99.2481%
  • ŞIXƏLİ • 0.5013%
  • şıxəli • 0.2506%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şıxəli Dadaşov
Şixəli Dadaşov (tam adı: Dadaşov Şixəli Ələsgər oğlu;10 (23) yanvar 1913, Bakı – 1995, Aşqabad) — neftçi, SSRİ dövlət mükafatı laueratı Dadaşov Şixəli Ələsgər oğlu 10 yanvar 1913-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1934-cü ildə Bakıda "Əzizbəyovneft"in qazıma kontorunda başlamışdır. 1942-ci ildə Türkmənistan SSR-in neft sənayesində çalışmışdır. 1942-48-ci illərdə "Türkmənneft" tresti qazıma kontorunun baş mühəndisi, 1948-60-cı illərdə "Türkmənneft" birliyinin rəis müavini, 1960-76-cı illərdə rəisi olmuşdur. 1976-78-ci illərdə "Türkmənneft" istehsalat birliyinin baş direktoru vəzifəsində işləmişdir.
Şıxəli Qurbanov
Şıxəli Qurban oğlu Qurbanov (16 avqust 1925, Bakı – 24 may 1967, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Ü. Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967). Ş. Qurbanov Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik etmişdir. Dəfələrlə Azərbaycan Ali Sovet İttifaqına deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. Şıxəli Qurban oğlu Qurbanov 16 avqust 1925-ci ildə Bakıda doğulmuşdur. Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olmuşdur. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Qurbanovu izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil.
Adil Şıxəliyev
Adil Həmdulla oğlu Şıxəliyev (12 aprel 1946, Quba) — Azərbaycanın qobelençi rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2021). == Həyatı == Şıxəliyev Adil Həmdulla oğlu 12 aprel, 1946-cı ildə Quba şəhərində anadan olmuşdur. O, 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. Adil Şıxəliyev 1981-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, beynəlxalq dekorativ tətbiqi sənət simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Rəssam "Fəryad", "Odlar yurdu", "Səhər nəğməsi" qobelenlərin müəllifidir. Adil Şıxəliyevin əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslovakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. O, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.
Elvin Şıxəliyev
Elxan Şıxəliyev
Elxan İsmayıl oğlu Şıxəliyev (21 iyul 1951, Bakı) — Azərbaycan musiqiçisi, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Elxan Şıxəliyev 21 iyul 1951-ci ildə Bakıda anadan olub. 1961-1971-ci ildə Asəf Zeynallı adına Musiqi kollecində, 1971-1976-cı illərdə isə Azərbaycan Milli Konservatoriyasında təhsil alıb. 1973-cü ildə 10 nəfərdən ibarət "Aşıqlar" qrupu dövlət vokal instrumental ansamblını yaradıb. Qrup 1973-cü ildə Bakıda keçirilən festivalda Respublikadan 100-ə yaxın qrup arasında birinci yerə layiq görülüb. Bu, Aşıqlar qrupunun iştirak etdiyi ilk festival olub. 1979-1980-cı illərdə Rəşid Behbudov ilə bərabər Mahnı Teatrında çalışıb, 1989-cu ilədək bir çox konsert proqramlarında bərabər çıxış ediblər. Qrup Azərbaycan musiqi dünyasında dördüncü peşəkar qrup olmuşdur. 1989-cu ildə qrup dağıldı, 1997-ci ildə isə yenidən bərpa olundu. 2001 və 2002-ci illərdə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxışları olub.
Elşən Şıxəliyev
Emil Şıxəlizadə
Faiq Şıxəliyev
Fariz Şıxəliyev
Həmzə Şıxəliyev
Həmzə Mirələm oğlu Şıxəliyev (3 sentyabr 1915, Kələxan, Lerik rayonu – 2009, Kələxan, Lerik rayonu) — Kapitan, 412-ci Diviziya, rota komandiri. == Həyatı == Həmzə Şıxəliyev 1915-ci ildə Lerik rayonunun Kələxan kəndində anadan olan Həmzə Şıxəliyev 1934-cü ildə orta məktəbi bitirib müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1935–41-ci illərdə Çayrud və Lerik kənd sovetlərində katib, kənd sovetinin sədri vəzifəsində çalışmışdır. === Müharibə illərində döyüş yolu === 1941-ci ildə ordu sıralarına çağırılan H. Şıxəliyev sıravi əsgərdən kapitan rütbəsinə qədər yüksəlmişdir. HƏMZƏ ŞIXƏLİYEV Böyük vətən müharibəsində Qafqazdan Berlinədək ön cəbhədə vuruşmuş, müharibəni kapitan rütbəsində başa vurmuşdur.Odessa, Kişinyov, Minsk Varşavanın alınmasına görə qırmızı ulduz, 1 və 2ci dərəcəli vətən müharibəsi ordenləri və medallarla təltif edilmişdir. Seçmə döyüşçülərdən ibarət 5ci Zərbə ordusu sıralarında rota komandiri Həmzə Şıxəliyev Berlinin alınmasındakı igidliyinə görə sovetlərin ən yuksək ordeni lenin ordeni ilə təltif edilib. Qələbədən sonra Berlində sahə komendantı kimi fəaliyyət göstərib. === Müharibədən sonrakı həyatı === 1945–47-ci illərdə Şərqi Almaniyada komendant vəzifəsində çalışmışdır. 1947 ci ildən O öz xahişi ilə ordudan tərxis edilmiş doğulub böyüdüyü lerik rayonuna qayıtmışdır.1947-ci ildə boya-baş çatdığı rayona qayıdaraq müxtəlif məsul vəzifələrdə çalışmış, 1955-ci ildə kolxoz sədri seçilən H. Şıxəliyev yarım əsrə yaxın təsərrüfat rəhbəri işləmişdir. Müstəqillik illərində də rayonun ictimai işlərində fəallığı ilə seçilmişdir.
Mehdi Şıxəliyev
Mehti Şıxəliyev
Mehti Yalçın oğlu Şıxəliyev (16 fevral 1996, Meyniman, Hacıqabul rayonu – 7 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehti Şıxəliyev 1996-cı il fevralın 16-da Hacıqabul rayonunun Meyniman kəndində anadan olub. == Hərbi xidməti == Mehti Şıxəliyev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun kiçik giziri olan Mehti Şıxəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehti Şıxəliyev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı Daşaltı istiqamətində şəhid olub. Hacıqabul rayonunun Meyniman kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nicat Şıxəlizadə
Nicat Şıxəlizadə (12 oktyabr 1988, İliç rayonu) — Azərbaycanı təmsil edən cüdoçu və məşqçi. Nicat Şıxəlizadə 2003-cü ilin iyulunda Fransada Avropa Gənclər Olimpiya Festivalını və avqustunda Azərbaycanda U-17 Avropa Çempionatını gümüş medallarla başa vurdu. Bir il sonra, 2004-cü ildə isə Nicat Şıxəlizadə Niderlandın Rotterdam şəhərində U-17 Avropa Çempionatının qalibi oldu. Nicat Şıxəlizadə 2005-ci ilin yanvarında Gürcüstanda IJF World Cup beynəlxalq turnirinin gümüş medalarına sahib oldu, aprel ayı ərzində isə Azərbaycanda və Rusiyada baş tutan gənclər arasında beynəxalq turnirləri müvafiq olaraq gümüş və qızıl medallarla başa vurdu. Mayda Nicat Şıxəlizadə Niderlandın Rotterdam şəhərində baş tutan Avropa Çempionatında debüt elədi və turniri beşinci pillədə başa vurdu. İyulda İstanbul şəhərində beynəlxalq turnirin qalibi olan Nicat Şıxəlizadə sentyabrda Misirin Qahirə şəhərində Dünya Çempionatının bürünc medalına sahib oldu. 16 yaşında Dünya Çempionatının medalına sahib olan Nicat Şıxəlizadə sentyabrda Zaqreb şəhərində (Xorvatiya) U-20 Avropa Çempionatının qalibi oldu. Həmçinin Nicat Şıxəlizadə həmin il Azərbaycan Çempionatını bürünc medalla başa vurdu. Bununla belə bir müddət sonra Nicat Şıxəlizadənin U-20 Avropa Çempionatı zamanı qanında qadağan olunan dərman preparatının tapıldığı bildirildi və o, bir il müddətinə beynəlxalq turnirlərdən uzaqlaşdırıldı. 2006-cı ilin martında U-20 Azərbaycan Çempionatının qalibi olan Nicat Şıxəlizadənin cəzası sentyabrda başa çatdı və bir ay sonra Santo-Dominqo şəhərində baş tutan U-20 Dünya Çempionatında mübarizə apardı.
Nurəddin Şıxəliyev
Nəriman Şıxəliyev
Nəriman Səttar oğlu Şıxəliyev (14 oktyabr 1934, Bakı – 3 fevral 2022, Bakı) — Azərbaycan operatoru, rejissor, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1981). Nəriman Məşədi Səttar oğlu Şıxəliyev 1934-cü ilin 14 oktyabrında Bakıda anadan olmuşdur. 1956-cı ildən Azərbaycan Dövlət Televiziya Komitəsi yaranan gündən burada kinooperator kimi fəaliyyət göstərmişdir. Uzun illər Ekran yaradıcılıq birliyində çoxlu televiziya filmləri çəkmişdir. Azərbaycan Dövlət Televiziyasının kinooperatoru Nəriman Şıxəliyev bu gün də doğma televiziyada fəaliyyətini davam etdirir. O, Proqram Direktorluğunun efirqabağı komissiyasının üzvüdür. Əmək veteranı olan Nəriman Şıxəliyev milli televiziyanın inkişafındakı böyük xidmətlərinə görə 30 dekabr 1981-ci ildə "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adına, 4 noyabr 2006-cı ildə isə "Tərəqqi" medalına layiq görülmüşdür. 1915-ci il erməni saxtakarlığının başlanğıcı (film, 2009) Afurca nağılı (film, 2007) Ağasadıq Gəraybəyli (film, 1974) Akademik Validə Tutayuq (film, 2008) Almas Yıldırım (film, 2004) Alovlardan keçən ömür (film, 2005) Atəşgah (film, 2001) Azərbaycan kauçuku (film, 1977) Azərbaycan narı (film, 1978) Badamlı (film, 1974) Bakı toyları (film, 2007) Bal arısı (film, 2000) Balerinanın yaranması (film, 1972) Balıq günü (film, 1983) Bəşir Səfəroğlu (film, 1969) Bir az da Bahar bayramı (film, 1979) Bizi dağlarda axtarın (film, 1976) Bu, Səttar Bəhlulzadədir (film, 1969) Cümhuriyyət generalları (film, 2006) Çalır Bəhram Mansurov (film, 1971) Çingiz Sadıqov (film, 2006) Dağlı çörəyi (film, 2007) Daşları dindirən alim (film, 2001) Dənizdə addımlayanlar (film, 2002) Dostluq dili (film, 1959) Elmi mərkəz (film, 1975) Əhməd Bakıxanov (film, 2003) Ən gənc (film, 1987) General (film, 1970) Göylər sonsuz bir dənizdir (film, 1995) Günəş ardınca, sağlamlıq ardınca (film, 1971) Xalq nəğməkarı (film, 1963) Xəzərdə möcüzə (film, 1961) Xınalıq etüdləri (film, 1974) İki ömür (film, 2000) İki Xəzər (film, 1975) İliç buxtası (film, 1974) İlk traktorçu haqqında hekayə (film, 1973) İncəsənət veteranı (film, 1966) İyirmi ildən sonra (film, 1963) Kirov Azərbaycanda (film, 1976) Koroğlu (film, 2003) Qayıdış (film, 1992) Qeyri-adi dəniz (film, 1975) Qədim Gəncə (film, 2003) Qədim Şəmkir (film, 2003) Qəmbər Hüseynli (film, 2007) Qızıl gül olmayaydı... (film, 1965) Qudyalçay (film, 2001) Marş (film, 1982) Məbədlər diyarı (film, 2005) Mədəniyyət salnaməsi (film, 2001-2004) Mən Muğana vurğunam (film, 1986) Mənim Mingəçevirim (film, 1967) Mir Teymur (film, 2003) Mirzə Fətəli Axundov Adına Kitabxana (film, 2003) Moskvada Azərbaycan Ongünlüyü (film, 1959) Mücadilə (film, 2006) Naxçıvan (film, 1967) Nəbatət bağı (film, 2001) Nəhəngin ilk addımları (film, 1976) Nəriman Əliyev (film, 2005) Odlu məmləkət (film, 1998) Oqtay Ağayev. Ötən günlər (film, 2004) Poladın mahnıları (film, 1982) Reportaj haqqında reportaj (film, 1964) Rəfibəylilər (film, 2009) Rəssam Ponomaryov (film, 2004) Rəşid Behbudov (film, 1975) Sarı çiçək (film, 1983) Seyid Nigari (film, 2004) Səməd Vurğun (film, 1958) Sənə sevinc bağışlayım (film, 1978) Sirkin yeni mənzili (film, 1967) Söz uşaqlara verilir (film, 1998) Şamama (film, 1973) Tarixin şahidləri (film, 2003) Usta Vaqif (film, 2006) Ürək nəğməsi (film, 1989) Üzeyir Hacıbəyov (film, 1965) Ver sözə ehya ki...
Oqtay Şıxəliyev
Oqtay Yusif oğlu Şıxəliyev (3 sentyabr 1931, Bakı – 31 yanvar 2012, Bakı) — Azərbaycan Respublikasının xalq rəssamı (1992). Oqtay Şıxəliyev 3 sentyabr 1931-ci ildə Bakı şəhərində anadan olub. 1939-cu il Bakı 1 saylı orta məktəbə daxil olub. 8-ci sinfi bitirdikdən sonra 1947-ci il Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olmuşdur. 1952-ci ildə rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinə daxil olmuşdur. Leninqrad şəhərində təhsil alarkən 1955-ci ildən kiçik yaradıcılıq işləri ilə sərgilərdə iştirak edib. 1958-ci ildə Ali Rəssamlıq Məktəbini bitirərək Bakıya qayıdır, Respublika Gənclər festivalının qalibiolur. Elə əsl yaradıcılıq fəaliyyətinə bu ildən başlayır. Sərgilərdə nümayiş olunan ilk işlərində O. Şıxəliyev özünü istedadlı və ruhən milli sənətkar kimi təqdim edir. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvü olur.
Ramin Şıxəliyev
Ramin Tofiq oğlu Şıxəliyev — Azərbaycan aktyoru. Ramin Şıxəliyev 1979-cu il iyul ayının 12-də Lerik rayonunun Kələxan kəndində anadan olub. Məktəb illərində 5 il icəsənət məktəbində təsil alıb. 1997-ci ildə Azərbaycan dövlət Mədəniyyət və İncəsənət univeristetinə Dram Kino aktyoru ixtisası üzrə qəbul olub. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino sənəti fakültəsini dram kino aktyoru ixtisası üzrə bitirib. Həmin il universitetin Sənətşünaslıq fakültəsinin Teatrşünaslıq ixtisası üzrə magistr pilləsinə qəbul olunmuşdur. 2003-cü ildə Maqistraturanı bitirmişdir (1998–2003) "İlham" Miniatür Teatrına dəvət almış və o teatrda aktyor vəzifəsində çalışmışdır. 2003-cü ildən Bakı Bələdiyyə Teatrının aparıcı aktyorlardan biri kimi fəaliyyət göstərib. 2011-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. Bir çox dövlət tədbirlərində və əyləncəli verilişlərdə çıxış edib.
Soltan Şıxəliyev
Soltan Şixəliyev (tam adı:Şixəliyev Soltan Hümbət oğlu;22 sentyabr 1904, Göyçay qəzası – 1972, Bakı) — Sosialist Əməyi Qəhrəmanı, Kürdəmir rayon İcraiyyə Komitəsinin sədri 22 sentyabr 1904-cü ildə Kürdəmir rayonunun Dəyirmanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişdir. Qusar polkunda siyasi rəhbər kimi xidmət etmişdir. Hərbi xidməti bitirdikdən sonra Azəriittifaqın Gəncə şəhərində təsis etdiyi mühasibat məktəbinə oxumağa göndərilmişdir. Leninqradda ali təhsil almışdır. 17 noyabr 1972-ci ildə vəfat etmişdir. Təhsilini başa vurduqdan sonra Kürdəmir rayon Kooperativlər İttifaqının baş mühasibi təyin olunmuşdur. İlk kəndli kooperativinin fəal təşkilatçılarından biri olMmuşdur. Bir il ərzində 100 nəfərdən çox kəndli kooperativinə üzv cəlb etmişdir. Rayon mərkəzində və bir çox kəndlərdə kəndli kooperativləri açmışdır.
Tələt Şıxəliyev
Tələt Ağalar oğlu Şıxəliyev (1 yanvar 1928, Digah, Lənkəran qəzası – 1 iyul 1987, Bakı) — Azərbaycan SSR əməkdar rəssamı (1982). Şıxəliyev Tələt Ağalar oğlu 1 may 1928-ci ildə hazırkı Masallı rayonunun Digah kəndində anadan olmuşdur. O, Talışxanovlar nəslinin nümayəndəsidir. 1951-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, daha sonra isə təhsilini 1961-ci ildə bitirdiyi Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində davam etdirmişdir. 1962-ci ildən artıq əsərləri respublika və xarici sərgilərdə nümayiş olunan Tələt Şıxəliyev "Abşeron məktəbi" kimi tanınan istedadlı gənc rəssamlardan ibarət "Abşeron qrupu"nun ən istedadlı üzvlərindən birinə çevrilmişdi. Rəssam 1987-ci ildə, 59 yaşında vəfat etmişdir. T.Şıxəliyev qısa, lakin olduqca məhsuldar yaradıcılıq yolu keçmişdir.. İlk fərdi sərgisi 1976-ci ildə Vəcihə Səmədova adına sərgi salonunda keçirilmişdir. Rəssam 1972-ci ildə öz dəsti xəttini tapır, o palitrasında qızılı sarı və dinamik yaxmalardan (mazok) istifadə etmişdi. Yaradıclığında daha çox portret janrına müraciət edən rəssamın hər bir obrazı fərdi xüsusiyyəti, həyata baxışı, əhval-ruhiyyəsi ilə seçilir.
Vaqif Şıxəliyev
Vaqif Məmməd oğlu Şıxəliyev (6 sentyabr 1978, Şəki) — Azərbaycan müğənnisi, Abşeron rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Vaqif Şıxəliyev 1978-ci il sentyabr ayının 6-da Şəki şəhərində anadan olmuşdur. 1985–1994-cü illərdə Şəki şəhəri 5 saylı orta məktəbdə, eyni zamanda 1989–1994-cü illərdə Şəki şəhəri 2 saylı uşaq musiqi məktəbinin Xanəndəlik sinfində təhsil almışdır. 1994–1997-ci illərdə Bakı şəhəri Bülbül adına orta ixtisas Musiqi Məktəbinin Xanəndəlik sinfində Xalq artisti Əlibaba Məmmədovdan dərs almışdır. 1997–2001]]-ci illərdə Bakı Musiqi Akademiyasının Xanəndəlik fakültəsində Xalq artisti Arif Babayevdən təhsil almışdır. Musiqi Akademiyasında təhsil aldığı 1997–2001-ci illərdə Əməkdar artist Teymur Əmrahdan klassik mahnı janrı üzrə vokal dərsləri almışdır. 1999–2005-ci illərdə Mirzəağa Əliyev adına Mədəniyyət Evində xalq çalğı alətləri ansamblının rəhbəri, 2005–2014-cü illərdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 1-ci dərəcəli vokalist artist, 2014–2015-ci illərdə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsində klub metodisti vəzifələrində çalışmışdır. 2016-cı ildən Abşeron rayon Mədəniyyət Mərkəzində bədii rəhbər vəzifəsində fəaliyyət göstərir. Atası Şıxəliyev Məmməd Fərrux oğlu 1956-cı ildə Şəki şəhərində anadan olmuşdur. Uzun illər Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında səhnə maşinisti vəzifəsində çalışmışdır. 2012-ci ildə dünyasını dəyişib.
Xanoğlan Şıxəliyev
Zahid bəy Şıxəlibəyov
Zahid bəy Cümüşd oğlu Şıxəlibəyov — ADR orusunun podporuçiki. Ali-ibtidai təhsil alıb. 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan Hərbiyyə məktəbini bitirib. Musavat zabiti olduğuna görə şübhəli şəxs kimi 1930-cu ildə Salyan qazarmasında xidmət edərkən həbs edilib. Sürgündə vəfat edib. 1897-ci il oktyabrın altısında kəndli ailəsində anadan olub.
Şakir Şıxəliyev
Şakir Şıxəliyev (19 noyabr 1990, Bakı) — Azərbaycanı təmsil edən idman gimnastı. Şakir Şıxəliyev dəfələrlə Dünya və Avropa Çempionatlarında çıxış eləsə də, ciddi uğurlara imza ata bilmədi. Şakir Şıxəliyev 2012-ci ildə Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Şakir Şıxəliyev bu idman növü üzrə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci idmançı olaraq tarixə düşdü. Şakir Şıxəliyev ümumi nəticədə təsnifat mərhələsini 80.364 balla 40-cı pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi. Ayrı-ayrı alətlərdə də Şakir Şıxəliyev final mərhələsinə vəsiqə qazana bilmədi.
Şıxəliyev
Şıxəliyev — Azərbaycan soyadı. Elşən Şıxəliyev (d. 1974) — Azərbaycan aktyorı. Elşən Şıxəliyev (şəhid) (1973—1992) — Qarabağ müharibəsinin iştirakçı. Nəriman Şıxəliyev (d. 1934) — Azərbaycan operatoru və rejissoru. Oqtay Şıxəliyev (1931—2012) — Azərbaycan Respublikasının xalq rəssamı. Şakir Şıxəliyev (d. 1990) — azərbaycanlı idman gimnastı.
Ədhəm Şıxəlibəyli
Şıxəlibəyli Ədhəm Şahlarbəy oğlu (30 aprel 1911, Bico, Şamaxı qəzası – 1996, Bakı) — geologiya-mineralogiya elmləri doktoru (1965), professor, AMEA-nın həqiqi üzvü (1983). Ədhəm Şıxəlibəyli 1911-ci ildə Şamaxı qəzasının Bico kəndində (indiki Ağsu rayonu) anadan olmuşdur. 1937-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Ədhəm Şıxəlibəyli 1947-ci ildə "Boyük Qafqazın cənub yamacının Azərbaycan hissəsinin geoloji quruluşu" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1965-ci ildə "Kiçik Qafqazın şərq hissəsinin geoloji quruluşu və tektonik inkişaf tarixi (Azərbaycan)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. 1968-ci ildə Azərbaycan EA müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir. Ədhəm Şıxəlibəyli 1954-cü ildən etibarən Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərmişdir. Uzun müddət Geologiya və Geofizika İnstitutunun Geotektonika, stratiqrafiya və litologiya şöbəsinə rəhbərlik etmiş Ədhəm Şıxəlibəyli, həmçinin 1969–1971-ci illərdə Əlcəzairdə neft-qaz yataqlarının axtarışını aparan Sovet geoloqlar qrupuna da başçılıq etmişdir. Akademik 1992-ci ildən ömrünün sonuna qədər Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti vəzifəsində çıxış etmişdir. O, AEA-nın Yer haqqında Elmlər Bölməsinin akademik-katibinin müavini vəzifəsini icra etmişdir. Ədhəm Şıxəlibəyli SSRİ EA Geologiya, geofizika, geokimya və dağ elmləri şöbəsinin müəssisələrarası tektonik komissiyasının üzvü olmuşdur.

şıxəli sözünün leksik mənası və izahı

Oxşar sözlər

#şıxəli nədir? #şıxəli sözünün mənası #şıxəli nə deməkdir? #şıxəli sözünün izahı #şıxəli sözünün yazılışı #şıxəli necə yazılır? #şıxəli sözünün düzgün yazılışı #şıxəli leksik mənası #şıxəli sözünün sinonimi #şıxəli sözünün yaxın mənalı sözlər #şıxəli sözünün əks mənası #şıxəli sözünün etimologiyası #şıxəli sözünün orfoqrafiyası #şıxəli rusca #şıxəli inglisça #şıxəli fransızca #şıxəli sözünün istifadəsi #sözlük