çu sözü azərbaycan dilində

çu

Yazılış

  • çu • 68.5897%
  • Çu • 31.1966%
  • ÇU • 0.2137%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Leun Çu Yan
Leun Çu Yan (21 aprel 1979) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Leun Çu Yan Honq Konqu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Leun Çu Yan Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Leun Çu Yan Honq Konqu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 4-cü pillənin sahibi olub.
Park Çu-ho
Park Çu-ho - Cənubi Koreyalı futboçu . Park çu-ho Almaniya Bundes Liqası komandası olan Borussiya Dortmund komanasında Yarımmüdafiəçi kimi çıxış edir .
Vanq Çu
Vanq Çu — Cənub-Şərqi Asiyada, xüsusilə də Vyetnamda qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Rəsmi ateist mövqeyi nümayiş etdirən Vyetnam hökuməti uzun müddət ölkədə xaçpərəstlərə zülm etmişdir. Bu irtica Vanq Çu sektası kimi yeni qəribə dini hərəkatların yaranmasına gətirib çıxarmışdır. Onun banisi və “məsihi” Çjun Çanq Ka (Tu Cenq Çen kimi də tanınır) deyirdi ki, o, möcüzələr göstərmək iqtidarındadır və hmonq-xristian (hmonqlar müasir Çin, Vyetnam, Laos və Taylandın dağlıq ərazilərindən olan etnik qrupdur) dövlətini yaratmaq uğrunda mübarizə aparırdı. Nəticədə, hökumət 2011-ci ildə hmonqları narkotik qaçaqmalçılığında, torpaqların mənimsənilməsində, ətraf mühitin korlanmasında və hökumət əleyhinə fəaliyyətdə ittiham edərək sektanı dağıtdı. Onun liderlərindən bəziləri edam olundu. Lakin sekta fəaliyyətini gizli şəkildə davam etdirməkdədir. Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti.
Çu çayı
Çu çayı (qırğ. Чүй), Şu (Qazaxıstan ərazisində (qaz. Шу)) — Ters Ala-Too buzlaqlarından başlanğıcını götürür. Coonarık və Koçkor çayları birləşdikdən sonra axır. Belə ehtimal vardır ki, bu çin və ya tibet sözü olub mənası «su, çay» anlamında işlədilir. Е. Koyçubayev bu adın qədim türk etnislarından birinin adı olması fikirini irəli sürür. Çu, Çue, Şu və ya Şue adlarından törədiyini ehtimal efirdi Çu Qırğızıstan ərazisindən axaraq Qazaxıstan ərazisinə irəliləyir. Uzunluğu 1067 km təşkil edir. Çayın hövzəsinin sahəsi 67 500 km²-dir. Əsas qolları (sağdan) Çon Kemin, Irqaytı, Kakpatas, (soldan) Alamedin, Aksu, Kuraqatı.
Çu dərəsi
Çu dərəsi— Qırğızıstanda və Qazaxıstanda Çu çayının orta axın dərəsi. Boam dərəsində (c.-ş-də) Muyunqum səhrasının (şm.-q.-də) ş.kənarına qədər təqr. 200 km məsafədə uzanır; eni 15 km-dən (c.-ş.-də) 100 km-ədəkdir (şm.-q.-də). Hünd. 500–1200 m.Şaxtasız dövr 180 gün davam edir. İllik yağıntı 250–400 mm-dir (əsasən, yazda düşür). Ç.d. Çu çayı və onun qolları ilə suvarılır; böyük hissəsi şumlanmışdır; şəkər çuğunduru, dənli bitkilər becərilir; bağçılıq, üzümçülük inkşaf etmişdir. Bişkek ş. Ç.d-nin c.-undadır.
Stiven Çu
Stiven Çu (ing. Steven Chu; 28 fevral 1948[…], Sent-Luis, Missuri) — amerikalı fizik və keçmiş hökumət rəsmisidir. O, Nobel mükafatı laureatıdır və ABŞ-nin 12-ci energetika naziri olub. Hal-hazırda Stenford Universitetində fizika professoru, molekulyar və hüceyrə fiziologiyası professoru William R. Kenan Jr. O, Kaliforniya Universitetində, Berklidə, Bell Laboratories və Stenford Universitetlərində lazer işığı ilə atomların soyudulması və tutulması ilə bağlı araşdırmaları ilə tanınır və bu araşdırmaya görə 1997-ci ildə Fizika üzrə Nobel Mükafatını Claude Cohen-Tannoudji və William Daniel Phillips ilə bölüşür.
Çu Kosaka
Çu Kosaka (小坂 忠, Kosaka Çu, 8 iyul 1948, Nerima, Tokio, Yaponiya – 29 aprel 2022, Saytama prefekturası, Yaponiya) və ya doğum adı ilə Masayuki Kosaka (小坂 正行, Kosaka Masayuki) – Yaponiya rok-musiqiçisi. "Apryl Fool" qrupunun baş vokalisti olmuşdur. Çu Kosaka 1968-ci ildə "The Floral" rok-qrupunda debüt etmişdir. 1969-cu ildə Haruomi Hosono və Takaşi Matsumoto ilə birlikdə "Apryl Fool" rok-qrupunu yaratmış və Yaponiyada rok-n-roll tarixinin bünövrəsini qoymuşdur. "Apryl Fool" qrupu dağılandan sonra Kosaka 1975-ci ildə Masataka Matsutoya da daxil olmaqla "Tin Pan Alley" qrupunun üzvləri ilə birlikdə "Horo" albomunu buraxmışdır. Soul janrında olan bu albom Yaponiyada uğur qazanmışdır. Kosaka xristian olmuş və protestant kilsəsi pastoru kimi fəaliyyə göstərmişdir. Rusiya–Ukrayna münaqişəsində Ukraynanı dəstəklədiyini bildirmişdir. 2022-ci ilin martında ona bağırsaq xərçəngi diaqnozu qoyulduğunu açıqlamışdır. Kosaka 29 aprel 2022-ci ildə ölmüşdür.
Xa-Çu çayı
Xa-Çu çayı — Butanın qərb hissəsində yerləşən çaydır. Çinçu çayının sağ qolunu əmələ gətirir. Xa-Çu çayı mərkəzi Himalay dağları silsiləsinin cənub meyli hissəsindən öz başlanğıcını götürür. Çayın mənbəyi Comolxari rayonundan cənubda yerləşmişdir. Buzlaqlardan əmələ gələn bir sıra xırda çaylar əsasən bu çaya tökülürlər. Bundan sonra Xa-Çu çayı cənub-şərq istiqamətində axır və sağda Çinçu çayına tökülür. Qərb Butanında bir neçə əhəmiyyətli vadi yerləşmişdir: Xa (uzunluğu 2700 m), Paro (2200 m), Tximpxu (2300 m). Vadinin yuxarı hissəsindən Xa-Çu çayı dağlıq dərələrlə axır, amma alt və orta axında çay dərin çay vadisi üzrə hərəkət edir. Çayın uzununa bir çox qayalığa çıxışı var. Xa Vadisi Çinlə sərhəddə yerləşmişdir.
Çu-Ponq massivi
Çu-Ponq massivi — Vyetnamın Mərkəzi plato ərazilərində, Kambocaya qədər uzanan mürəkkəb topoqrafiyası, dərələri və meşələri olan massiv. Çu-Ponq Zyalay çayının şimalında, Ya-Krel çayının cənubunda yerləşir və Vyetnamın Çu-Pronq rayonunda yerləşir. Çu-Ponq massivi 1965-ci ildə Vyetnam müharibəsi zamanı Ya-Dranq döyüşünün yeri idi.
Enliyarpaq çubuqluca
Philadelphus pubescens (lat. Philadelphus pubescens) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerika-Tennessidən başlayaraq Alabama və Arkanzasa qədər yayılmışdır. Qərbi Sibirdə, Orta Asiyada mədəni halda geniş becərilir. == Botaniki təsviri == Hündürlüyü 3 m olan koldur. Gövdəsinin qabığı möhkəm, zəif çatlayan, lakin soyulmayan və ya zəif soyulan, açıq boz rəngdir. Çiçəkləyən zoğlarının yarpaqları yumurtavari, ellips və ya yumurtavari-neştər formasında olub, uzunluğu 4-10 sm, eni 3-4 sm-dir. Uc tərəfdən sivri və ya iti, qaidəsi dairəvi və pazvaridir. Yarpaqların kənarları seyrəkdişli və ya tamkənarlı, üst tərəfdən tünd yaşıl və çılpaq, alt tərəfdən isə sarımtıl tükcüklərlə örtülmüşdür. May-iyun aylarında çiçəkləyir.
Falkoner çubuqlucası
Falkoner çubuqlucası (lat. Philadelphus x falconeri) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. == Təbii yayılması == 1880-cı ildən Rusiyanın Avropa hissəsində, meşə-bozqır torpaq zonalarda mədəni halda becərilir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m olan koldur. Zoğları çılpaqdır. Gövdəsinin qabığı şabalıdı-qonurdur. Yarpaqları yumurtavari-neştərvari, uzunluğu 3-5 sm, eni 0,9-4 sm-dir. Uc tərəfdən uzunsov, sivriləşmiş, qaidədən pazvari, kənarları xırda, qısa dişçikli və ya tamkənarlıdır. Üst tərəfdən çılpaq, alt tərəfdən damarların künclərində tükləri vardır. May ayının axırında çiçəkləyir.
Harunun çubuğu
Harunun çubuğu — Tövratda Musanın qardaşı Harunun daşıdığı çubuq. == Təsviri == Harun Musanın böyük qardaşıdır, Levi qəbiləsinin nümayəndəsi kimi ona xüsusi vəzifələr verilmişdi. O, İsrail övladlarının səhrada səyahəti zamanı onların baş kahini kimi fəaliyyət göstərmişdir. Yəhudilərin kahinliyi Harundan sonra onun oğullarına tapşırılmışdı. Onun kahin paltarları şər ruhları öz zəngləri ilə qov qızılı fəqərələrlə bəzədilmişdi. Əlində buxurdan və çubuq tutmuşdi. Rəvayətə görə, İsrailin 12 qəbiləsi arasında birincilik uğrunda mübahisədə onların hər birinin başçısı özü ilə çubuq gətirirdi. Ertəsi gün məlum olmuşdu ki, Harunun gətirdiyi Levi qəbiləsinin çubuğu badam ağacına çevrilmişdi. Döllənməmiş meyvələr əfsanəsi orta əsrlərdə badamın bakirə təmizliyin simvolu kimi qəbul edilməsinə səbəb olmuşdur. Harun çubuğunun əfsanəsi Məryəmin əli üçün iddiaçılar arasından Yusifin seçilməsi hekayəsi üçün bir prototip rolunu oynamışdı.
Jolt Çutora
Jolt Çutora — Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-2015)
K.V.İvanov adına Çuvaş Akademik Dram Teatrı
K.V.İvanov adına Çuvaş Dövlət Akademik Dram Teatrı (çuvaş Чăваш патшалăх К. В. Иванов ячĕллĕ академи драма театрĕ) — Çuvaşıstanın ən qədim teatrı, çuvaşların mədəniyyət mərkəzi. Bədii rəhbər - SSRİ Xalq Artisti Valeri Yakovlev, teatr direktoru - Çuvaş Respublikasının Əməkdar Mədəniyyət İşçisi Yuri Vladimirovdur. == Tarixi == === Kazan dövrü === Teatr 1918-ci ildə Kazanda İ.S.Maksimov-Koşkinski tərəfindən qurulmuşdur. İlk dövrlər kollektiv "Çuvaş dramı", daha sonra "Çuvaş Sovet səyyar teatrı" adlandırıldı. Teatrın açılşı A.Ostrovskinin "İstədiyiniz şəkildə yaşamayın" tamaşası ilə olmuşdur. === Çeboksardakı Sovet teatrı === 1920-ci ildə teatr Çeboksarıya köçdü. Teatrın repertuarı çuvaş dramaturqlarının pyeslərindən və rus klassiklərinin tərcümələrindən ibarət idi. Bundan əlavə çuvaş dilində tamaşalar oynanırdı. 1927-1939-cu illərdə. P.N.Osipov baş rejissor kimi teatra rəhbərlik etmişdir.
Konrad Çuze
Konrad Tsuze (alm. Konrad Ernst Otto Zuse‎; 22 iyun 1910[…] – 18 dekabr 1995[…]) — alman mühəndisi, ixtiraçısı və iş adamı, müasir kompüterin yaradıcılarından biri. == Fəaliyyəti == 1941-ci ildə düzəltdiyi Z3 hesablama maşını ilə o proqramlaşdırıla bilən kompyuterin və yüksək dilli proqramlaşdırmanın ixtiraçısı sayılır. Tsuzenin düzəltdiyi hesablama maşını rəqəmlərin dual təsvirinə əsaslanaraq üğürla işləyir. O bu maşını hesabat işlərində yaranan çətinliyi aradan qaldırmaq üçün ixtira etmişdir. Tsuze Berlində təyyarə zavodunda mühəndis kimi fəaliyyət göstərirdi. O, təyyarələrin statik hesabatları və riyazi məsələlərin həlli zamanı bu işlərin avtomatlaşdırılması üzərində düşünməyə başlayır. Tsuzenin ideyası dişli çarxlar və ştanqalardan imtina etmək və dual say sistemindən istifadə etməklə yeni bir məntiqə əsaslanan hesablama maşını düzəltməkdən ibarət idi. Artıq 1938-ci ildə, o, özünün ilk sınaq maşınını-Z1-i nümayiş etdirir. Bu maşın öz məntiqinə və yaddaş prinsipinə görə mexaniki maşınlara oxşayırdı.
Korney Çukovski
Nikolay Vasilyeviç Korneyçukov (rus. Корне́й Ива́нович Чуко́вский) — rus yazıçısı. == Həyatı == == Yaradıcılığı == Korney Çukovski bədii tərcümənin (poetik tərcümə bədii tərcümənin ən çətin sahəsidir) yüksək sənətkarlıq proqramını belə təsəvvür edirdi: tərcüməçinin yaradıcılıq ilhamı yalnız o vaxt səmərəli ola bilər ki, o, orijinaldan ayrılmasın, amma hərfən, yəni sözbəsöz, kəlmə-kəlmə tərcümə üsulundan yaxasını qurtarsın, təbəssümü təbəssümlə, musiqini musiqiylə, səmimiliyi səmimiliklə təcəssüm etdirsin, fikrin kəskinliyini, hissin dərinliyini, obrazın parlaqlığını, rənglərin və səslərin füsunkarlığını, intonasiyanın ahəngdarlığını oxucuya çatdırsın. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Сказки К. И. Чуковского Отдав искусству жизнь без сдачи — сайт К. И. и Л. К. Чуковских Сообщество в Живом Журнале, посвященное семье Чуковских Корней Чуковский стихи в Антологии русской поэзии Чукоккала — Самое полное издание знаменитого альманаха Е. Чуковская «Тень будущего» И. Шевелев «Корней с тараканищем» М. Петровский «Крокодил в Петрограде» Рецензия на книгу Е. Ивановой «Чуковский и Жаботинский. История взаимоотношений в текстах и комментариях» рецензия на книгу И. Лукьяновой «Корней Чуковский». Корней (Николай) Иванович (Васильевич) Чуковский (Корнейчуков) Михаил Золотоносов.
Kök və çubuq
Yerkökü və çubuq — ingilis dilində idiom. "Yerkökü və çubuq" ifadəsi arzu olunan davranışa sövq etmək üçün mükafat və cəza birləşməsinin istifadəsi üçün metaforadır. Yaxşı davranışı mükafatlandırma, pis davranışı da cəzalandırma mənasına gəlir. İfadə ilk dəfə The Economist jurnalının 11 dekabr 1948-ci il buraxılışında istifadə edilmişdir. İdiom həm də qarşısında kök asaraq eşşəyi gəzdirmək mənasını verir. Siyasətdə "Yerkökü və çubuq" bəzən realist yumşaq və sərt güc anlayışına istinad edir. Bu kontekstdə yerkökü xalqlar arasında iqtisadi və ya diplomatik yardım vədi, çubuq isə hərbi əməliyyat təhlükəsi ola bilər.
Kızıl Çulpan (Şaran)
Kızıl Çulpan (başq. Ҡыҙыл Сулпан, rus. Кызыл-Чулпан) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Nürəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 27 km, kənd sovetliyindən (Nürəy): 3 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (66%), tatarlar (29%) üstünlük təşkil edir.
Levon Çukasyan
Levon Babkeni Çukasyan (erm. Լևոն Բաբկենի Չուգասզյան; 9 aprel 1952, İrəvan) — Ermənistan sənətşünası. O həmçinin, YUNESKO-nun erməni incəsənəti tarixi üzrə sədridir. Hazırda Çukasyan həm də İrəvan Dövlət Universitetinin erməni incəsənətinin tarixi və nəzəriyyəsi kafedrasının rəhbəridir. Professor Çukazyan postsovet ölkələri, Avropa və ABŞ universitetlərində, xüsusən də orta əsr erməni incəsənətinə dair çoxsaylı mühazirələr oxumuş, Los-Ancelesdəki Kaliforniya Universitetində erməni incəsənəti üzrə kurslar tədris etmişdir. == Seçilmiş əsərləri == "Կիրակոս Ծաղկող (The Painter Kirakos)." Usanoghakan Gitakan Asxatank'ner. vol. 17, 1975. "Մատենադարանի № 5576 ձեռագրի դրվագված կազմի մասին" ("On the Chased Binding of Manuscript № 5576 at the Matenadaran"). Patma-Banasirakan Handes.
Li Çunşü
Li Çunşü (Çuanqzong; 15.5.926) — Şato əsilli sərkərdə. Sonrakı Tan imperiyasının ilk hökmdarı. Li Keyonun oğlu.
Lo Çuen Tsun
Lo Çuen Tsunq (8 oktyabr 1963) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Lo Çuen Tsunq Honq Konqu 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 21-ci pillənin sahibi olub. Daha sonra Lo Çuen Tsunq Honq Konqu 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Lo Çuen Tsunq Honq Konqu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Lyu Kvanq-çul
Lyu Kvanq Çul (kor. 류광철 / 柳光哲) - Koreyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Lyu Kvanq Çul 1954-cü il iyunun 10-da anadan olmuşdur. 1978-ci ilin fevralında Seul Milli Universitetini Alman dili və ədəbiyyatı ixtisası üzrə (Koreya, Seul), 1987-ci ilin mayında İndiana Universitetini (ABŞ, İndiana, Bluminqton) bitirmişdir. 1981-ci ilin mayında Ali Diplomatiya Xidməti üzrə imtahandan keçmişdir. 1981-ci ilin dekabr ayından Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb. 1987-ci ilin dekabrından Koreyanın Keniya Respublikasındakı Səfirliyində ikinci katib, 1990-cı ilin iyun ayından Koreyanın Avstriya Respublikasındakı Səfirliyində və Koreyanın Vyanadakı Beynəlxalq Təşkilatlar üzrə Daimi Nümayəndəliyində birinci katib, 1995-ci ilin dekabrından Koreyanın Almaniya Federativ Respublikasındakı Səfirliyində məsləhətçi, 1999-cu ilin iyulundan Koreyanın İraq Respublikasındakı Səfirliyində məsləhətçi, 2001-ci ilin yanvarından Xarici İşlər və Ticarət Nazirliyinin Siyasi Planlaşdırma və Beynəlxalq Təşkilatlar İdarəsində Tərk-silah və atom enerjisi şöbəsində direktor, 2002-ci ilin dekabrından Koreyanın BMT-dəki Daimi Nümayəndəliyində (Nyu-York, ABŞ) nazir-məsləhətçi, 2006-cı ilin martından Koreyanın Azərbaycan Respublikasındakı Səfirliyində müvəqqəti işlər vəkili vəzifələrində çalışmışdır. 2007-ci ilin yanvarından Koreyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. Ailəlidir, iki övladı var.
Lyu Kvanq Çul
Lyu Kvanq Çul (kor. 류광철 / 柳光哲) - Koreyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Lyu Kvanq Çul 1954-cü il iyunun 10-da anadan olmuşdur. 1978-ci ilin fevralında Seul Milli Universitetini Alman dili və ədəbiyyatı ixtisası üzrə (Koreya, Seul), 1987-ci ilin mayında İndiana Universitetini (ABŞ, İndiana, Bluminqton) bitirmişdir. 1981-ci ilin mayında Ali Diplomatiya Xidməti üzrə imtahandan keçmişdir. 1981-ci ilin dekabr ayından Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb. 1987-ci ilin dekabrından Koreyanın Keniya Respublikasındakı Səfirliyində ikinci katib, 1990-cı ilin iyun ayından Koreyanın Avstriya Respublikasındakı Səfirliyində və Koreyanın Vyanadakı Beynəlxalq Təşkilatlar üzrə Daimi Nümayəndəliyində birinci katib, 1995-ci ilin dekabrından Koreyanın Almaniya Federativ Respublikasındakı Səfirliyində məsləhətçi, 1999-cu ilin iyulundan Koreyanın İraq Respublikasındakı Səfirliyində məsləhətçi, 2001-ci ilin yanvarından Xarici İşlər və Ticarət Nazirliyinin Siyasi Planlaşdırma və Beynəlxalq Təşkilatlar İdarəsində Tərk-silah və atom enerjisi şöbəsində direktor, 2002-ci ilin dekabrından Koreyanın BMT-dəki Daimi Nümayəndəliyində (Nyu-York, ABŞ) nazir-məsləhətçi, 2006-cı ilin martından Koreyanın Azərbaycan Respublikasındakı Səfirliyində müvəqqəti işlər vəkili vəzifələrində çalışmışdır. 2007-ci ilin yanvarından Koreyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. Ailəlidir, iki övladı var.
Maqdalin çubuqlucası
Maqdalin çubuqlucası (lat. Philadelphus magdelenae) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. == Təbii yayılması == Çində yabanı halda bitir. == Botaniki təsviri == Hündürlüyü 3-5 m olan koldur. Zoğları cavan vaxtı tüklü olur, sonradan isə çılpaqlaşır. Yaşlı budaqları qonur və ya sarımtıl-qonur rəngli olub, soyulan qabıqla örtülmüşdür. Yarpaqları yumurtavari və ya yumurtavari-neştərşəkilli, uzunluğu 2,5-6 sm, eni 1-2 sm-dir. Uc hissəsi sivri, qaidəsi pazvari və ya dairəvi, kənarları xırda dişlidir. Üst tərəfdən sıx, qısa tüklü, alt tərəfdən isə biz və sıx tükcüklərlə örtülmüşdür. May ayının ikinci yarısından iyun ayının əvvəllərinə qədər çiçəkləyir.
Meşə çuğundurotu
Meşə çuğundurotu (lat. Alyssum montanum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin çuğundurot cinsinə aid bitki növü.
Mokraya Çuburka çayı
Mokraya Çuburka — Rusiyanın Krasnodar vilayətinin şimalı və Rostov vilayətinin cənub-qərbindən axan çay. Azov dənizinə daxil olan Taqanroq körfəzinə tökülür. Çayın uzunluğu 92 km təşkil edir. Ümumi mayillik 63 metrdir. Əb böyük qolu Çuburka çayıdır. Sahilində yerləşən ən böyük yaşsyış məntəqəsi Aleksandrovna kındidir (4738 nəfər, 2002). Çay öz başlanğıcını Kuban-Priaziv düzənliyindən götürür. Onun mənsəbi Krasnodar vilayətinin Kuşyovski rayonu, İsaevski xutorunun şərqində yerləşir. Aşağı axarlarda Kalininski xutoru ərazisindən isə Rostov vilayətinə keçir. Buradan isə o özünün ən böyük qolu olan Çuburka qolunu qəbul edir.
Moyon Çur xaqan
Moyon Çur xaqan (çin. 葛勒可汗) — 747-ci ildən 759-cu ilədək Uyğur xaqanlığının xaqanı. 716-cı ildə doğulmuşdur. İlk dövrləri haqda məlumat yoxdur. 747-ci ildə Qutluq Bilgə Kül xaqan ölüncə yerinə oğlu Tay Bilgə Tutuk yabqu təyin olunsa da, Moyon Çur qardaşını devirərək xaqan oldu. O, qardaşının tərəfini tutan Qırğız, Çik, Səkkiz Oğuz və Doqquz Tatar kimi Türk boylarını itaət altına alaraq, dövlət nüfuzunu gücləndirdi. Digər yandan yenə bu dövrdə, cənubdakı Beş-balıq, Kuça və Qaraşar kimi zəngin taxıl və ticarət şəhərləri də Uyğur təsirinə düşmüşdü. Turfan bölgəsi ilə Uyğurlar arasındaki münasibətlər də, yenə bu dövrdən etibarən başlamış oldu. Moyon Çur xaqanın önəmli işlərindən biri də, onun zamanında, Uyğurlar arasında şəhərləşmə, oturaqlaşma işlərinə başlamasıdır. Digər yandan eyni xaqan, geMoyonə güclənməkdə olan Tibet təhlikəsini sezərək onlara qarşı cəbhə aldı.
Naxçıvan çuxuru
Ordubad sinklinoriumu və Şərur-Culfa antiklinoriumunun üstünü örtür və bu prosesdə q.-ə doğru miqrasiya qeyd olunur.Dağarası çuxurun əmələ gəlməsi bir neçə qırılmanın,əsasən,onun şm.-ş. kənarı boyu izlənən Naxçıvan dərinlik qırılnmaasının Oliqosen və Miosen dövrlərində aktiv fəailiyyəti ilə əlaqədardır. Naxçıvan qırışıqlıq zonasının sonrakı təkamülü tektonik sıxılma və blokların müxtəlif miqyasda qalxması şəraitində davam etmiş və Pliosen dövründə Zəngəzur və Dərələyəz silsilələrinin qovuşduğu sahədə yerüstü vulkanlar fəaliyyət göstərmişdir. Mineral su bulaqlarının rəngarəngliyinə görə Nax.MR dünyanın ən diqqətəlayiq bölgələrindəndir.Bu bulaqların böyük əksəriyyəti Şərqi arpaçay,Əlincəçay,Gilançay,Qaradərə çaylarının vadilərində və yaxınlıqlarındadər.
Nimet Çubukçu
Nemət Baş (2 mart 1965) — Türkiyənin milli təhsil naziri, siyasətçi və hüquqşünas. Nemət Baş 1965-ci il martın 2-də Türkiyə Respublikası Karaman ilinin Ayrancı kəndində anadan olub. Keçmiş həyat yoldaşı Birol Çubuqçu ilə 15 iyul 2011-ci ildə boşanıb. Bu izdivacdan Çağrı adlı övladı var. 1988-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 1990-cı ildən sərbəst vəkillik fəaliyyətinə başlayıb. İstanbul Vəkillər Kollegiyası uşaq haqları komissiyasında və uşaq məhkəmələrində işləyib. Türkiyənin hakim partiyası AKP-nin qurucu üzvü olan Nemet Çubuqçu 3 noyabr 2002-ci il parlament seçkilərində AKP üzrə İstanbuldan millət vəkili seçilib. 2 iyun 2005-ci ildə qurulan 59-cu hökumətdə qadın və ailə problemləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. 60-cı hökumətdə yenidən dövlət naziri olub.
Noxud çuxuru
Noxud çuxuru — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı və digər el şənliklərində uşaqlar tərəfindən oynanılan oyunlardan biridir. Bu maraqlı oyun ev şəraitində keçirilir. Böyük bir sini təmiz və narın qumla doldurulub, üzəri hamarlanır. Sinini dövrəsi boyunca bir- birinin yanında, qumun üstündə kiçik çuxurlar qazılır... Hər çuxura yeddi ədəd noxud salınır. Oyunçular cüt-cüt noxudları çuxurlara salarkən belə bir şeir deyirlər: Oyunda üç və üçdən artıq oyunçu iştirak edə bilər. Oyunçulardan biri payına düşən çuxurlardan birinin noxudlarını saat əqrəbi istiqaməti üzrə qonşu çuxurlara bir- bir salır. Növbə ilə ikinci və üçüncü oyunçunu da bunu təkrar edir. Kimin axrıncı noxudu oyunçuların çuxurundakı tək sayda (1,3,5) olan noxudların üzərinə düşürsə, o oyunu udmuş hesab olur.
Nunivak çupikcəsi
Nunivak çupikcəsi (öz adı Cugtun ; İngilis dilində Cup'ig və ya Nunivak Cup'ig, Nunivak Cux) – Alyaska'da, Nunivak adasında Nunivak çupikləri tərəfindən danışılan Eskimos-Aleut dil ailəsinin Yupik dilləri qrupundan bir Eskimos dili olan Alyaska yupikcəsinin dialekti. Nunivak adasında danışılan Nunivak çupikcəsi, ada da böyük təsirə məruz qalaraq formalaşan Alyaska yupikcəsinin ən fərqli dialekti olup ayrı bir dil kimi qəbul edilmişdir və Nunivakdəki məktəbdə təlim və tədris olunur. İndiki zamanda Nunivak çupiklərinin sayı 215 dir və ana dilində yalnız Mekoryuk qəsəbəsində yaşayan yaşlı insanlar tərəfindən danışılır; uşaqlar danışa bilmədikləri dillərini məktəbdə öyrənirlər. Eskimos-Aleut dil ailəsi Aleut qolu Aleut dili Eskimos qolu Sirenik eskimos dili (öz dilində olan adı: Uqeghllistun)¹ Yupik dilləri Sirenik yupik dili¹ Əsl Yupik dilləri Sibir yupik dili (öz dilində olan adı: Yupigestun) Naukan yupik dili (öz dilində olan adı: нывуӄаӷмит) Alyaska yupik dili (öz adları Yugtun, Yugcetun, Cugtun) Unaliq-Pastuliq yupikcəsi : Norton Sound bölgəsində danışılır Əsl Alyaska yupikcəsi : Yukon və Kuskokvim bölgələrində danışılır (öz dilində olan adı: Yugtun, Yugcetun) Egegik yupikcəsi : Bristol Bay bölgəsində danışılır Çupikcə : Hooper Bay və Chevak bölgələrində danışılır (öz dilində olan adı: Cugtun) Nunivak Çupikcəsi (öz dilində olan adı: Cugtun) Supik dili və ya Alyutik dili (öz dilində olan adı: Sugcestun, Sugtestun və ya Alutiitstun) İnuit dilləri İnyupik dili və ya Alyaska inuit dili (öz adı Iñupiatun) Qərbi Kanada inuit dili (öz dilində olan adı: Inuvialuktun) Şərqi Kanada inuit dili (öz dilində olan adı: Inuktitut) Qrenlandiya inuit dili və ya Qrenlandiya dili (öz dilində olan adı: Kalaallisut ¹yeri qəti deyil Dünyada yalnız bir məktəbdə, Aşağı Kuskokvim Məktəb Bölgəsinə (LKSD Lower Kuskokwim School District) bağlı olan Mekoryuktaki məktəbdə (Nuniwarmiut School PK-12) Nunivak çupikcəsi "xarici dil" kimi öyrədilmişdir. Uşaqlar ana dillərini bilmədikləri üçün evdə danışmırlar, məktəbdə sonradan öyrənirlər. Məktəbin 32 şagirdi var. Alyaska Yerli Dil Mərkəzi tərəfindən Alyaska yupikcəsindən (Yup'ik) ayrı olaraq Nunivak çupikcəsi (Cup'ig) ilə də dərs kitabı yayımlanmaktadır. Nunivak çupikcəsinin təhlükə altındakı dillərdən olduğu Alyaska Yerli Dil Mərkəzi (ANLC) tərəfindən də təsdiq edilmişdir. Dil hər an ölü dillər siyahısına salına bilər. Michael Krauss tərəfindən 1975-ci ildə aparılan tədqiqata əsasən "bəzi uşaqlar Çupikcə danışa bilir" deyilirdi, 1982-ci ildə isə "uşaqların heç biri çupikcə danışa bilmir" nəticəsi əldə edilmişdir.
Nunivak çupikləri
Nunivak çupikləri (öz dilində olan adı: Cupʼig tək Cupiik iki Cupiit cəm və ya Nuniwarmiut 'Nunivak xalqı'; İngiliscə Nunivak Cup'ig) — Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının qərbində, Berinq dənizində olan Nunivak adasında (Nuniwar) yaşayan yupik qolundan bir eskimos xalqıdır. Alyaska ərazisində yaşayan yupiklərin bir qəbiləsi olsa da onlardan ayrı yaşamaları nəticəsində onlardan müəyyən qədər təcrid olmuşdur. Bu da onların digər qohum xalqlardan həm mədəniyyət, həm də dil baxımından fərqlənməsinə səbəb olmuşdur. Alyaskanın materikdə olan Yukon və Kuskokvim bölgələrindəki xalqlar Yupʼik adını daşıyarkən, yenə materikdə olan Hooper Bay və Chevak bölgəsindəkilər Cupʼik adını daşıyırlar. Nunivak adasındakilər isə Cupʼig olaraq özlərini adlandırırkən, materikdəki yupiklərə də Yupʼig adını verirlər. Onların hamısı yupikcə deyilən eyni dilin fərqli dialektlərində danışarlar. Kanada eskimosları "Eskimos" adını kiçildici tapıb özləri üçün istifadə qanuni olaraq engellerken, digər Alyaska eskimosları gibi, Nunivak çupikləri de özlərinə "Eskimos" deyilməsinə narahatlıq duymazlar. Eskimos-Aleut xalqları Aleut xalqı Eskimoslar Sirenik eskimosları¹ Yupik xalqları Sirenik yupikləri¹ Əsl Yupik xalqları Sibir yupikləri Naukan yupikləri Alyaska yupikləri Nunivak çupikləri Supiklər İnuit xalqları İnyupiklər və ya Alyaska inuitləri İnuitlər və ya Kanada inuitləri Qərbi Kanada inuitləri Şərqi Kanada inuitləri Qrenlandiya inuitləri İndiki zamanda Nunivak çupiklərinin sayı 215 dir və anadillərini yalnız Mekoryuk qəsəbəsində yaşayan yaşlı insanlar tərəfindən danışılır; uşaqlar danışamadıqları dillərini məktəbdə öyrənirlər. 1900-cı ildə USS Manning gəmisinin cərrahı Alanson Uiks tərəfindən keçirilmiş məhdud ABŞ əhali sayımına görə 110 nəfər qəbul olundu. 1910-cu ildə agent L.L. Beyls tərəfindən edilən məhdud ABŞ əhali sayımına görə 10 yaşayış yerində cəmi 131 nəfər qeyd edildi.

"çu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çu nədir? #çu sözünün mənası #çu nə deməkdir? #çu sözünün izahı #çu sözünün yazılışı #çu necə yazılır? #çu sözünün düzgün yazılışı #çu leksik mənası #çu sözünün sinonimi #çu sözünün yaxın mənalı sözlər #çu sözünün əks mənası #çu sözünün etimologiyası #çu sözünün orfoqrafiyası #çu rusca #çu inglisça #çu fransızca #çu sözünün istifadəsi #sözlük