çi sözü azərbaycan dilində

çi

Yazılış

  • çi • 78.9370%
  • Çi • 19.8819%
  • Çİ • 1.1811%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aşina Çi
Aşina Çi və ya Çin-Ho şahzadəsi — Göytürk şahzadəsi, Şatoların xatunu. == Həyatı == Haqqında məlumat azdır. 694-cü ildə doğulmuşdu.Çuye Fukuo 720-ci ildə 25 yaşında ölmüşdür. == Ailəsi == Aşina Xuaytaonun kiçik qızı idi. Böyük bacısı Aşina Çhiaoho isə Suluk xanla evli idi. Çuye Fukuo evləndirilmişdi. Li Keyon 5-ci nəsildən Aşina Çinin nəvəsi idi.
Çi-Li
Çi-Li — 2005-ci ildə Rusiyada yaranan musiqi qrupu. Elə o zaman qrupun debüt single olan «Преступление» buraxılmışdı. Bundan sonra qrup bir çox yerdə çıxış etmişdi, məsələn 2006-cı ildə Leninqrad adlı klubda. Çi-Li adını qrupun solisti İrina Zabiyaka qoymuşdu. Onun sözlərinə görə, bu adı o uşaqlıqda almışdı. O zaman onun anası Çili üsyanında itmiş atası haqda danışmışdı. DVD «Хроники преступлений» (2007) Kliplər Новый год в постели Омут Лето Маки Мы не ангелы Сердце А может быть Любовь это яд Сказки (feat. Qoşa Kutsenko) Орэ-орэ Обещаю Можно всё Кошка Ромашковое поле Облака Я хочу побить посуду (feat. Qoşa Kutsenko) Ира, Ира (feat. Братья Грим) Океан Я буду помнить (feat.
Çi (Tarım)
Çi (az-əbcəd. چی‎, fars. شیت‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 896 nəfər yaşayır (284 ailə).
Çi (hərf)
𐕊 (səslənməsi /tʃˈ/, transkripsiyası Č̣, č̣) — Alban əlifbasının 27-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ճի (Çi) kimi verilmişdir. Bütün tədqiqatçılar bu hərfin yuvaq-damaq affrikatı olması barədə həmfikirdirlər. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adı "Č̣i" olmalıdır.
Şi Çi
Şi Çi (IV əsr – 351) — Hu Çaonun son hökmdarıdır. Bir il taxtda qalmışdır. Şi bir generalı tərəfindən xəyanət edilərək öldürüldü və başı kəsilərək yandırıldı. Hunların Çindəki ikinci dövləti dağılmış oldu. Hunların şərq qolunun dağılmasından sonra şanyü titulu Kubeyin böyük nəticəsi Liu Bobonun əlinə keçdi.
Çi Son
Çi Son (27 fevral 1977-ci ildə anadan olub) Cənubi Koreyalı aktyordur. O, All In (2003), Save the Last Dance for Me (2004), New Heart (2007), Protect the Boss (2011), Secret Love (2013), Kill Me, Heal Me (2015), Innocent Defendant (2017), Familiar Wife (2018), the film My PS Partner (2012), Doctor John (2019) və The Devil Judge (2021) kimi Cənubi Koreya diziləri ilə tanınır. Çi Son ilk dəfə 1999-cu ildə kampus draması KAIST üçün dinləmələrdə iştirak etdi və burada ssenarist Song Ji-na ilə tanış oldu. Song yeni başlayan gənclə maraqlandı və onun üçün yeni bir personaj yazdı və onun aktyorluq debütünə səbəb oldu. O vaxtkı menecerinin təklifi ilə o, Chae Çi Son səhnə adından istifadə etməyə başladı, sonra "Chae" soyadını buraxmağa qərar verdi və sadəcə olaraq "Çi Son" kimi tanındı. Daha sonra Ji 2003-cü ildə "All In" qumar dramında rol aldı. Prodüserlər ikinci kişi baş rolu seçməkdə çətinlik çəkirdilər, çünki əksər aktyorlar baş rol ifaçısı Lee Byung-hun ilə müqayisə olunmaqdan qorxurdular. Çi Son rejissor Yoo Chul-yonqa yaxınlaşaraq rolu istədiyini deyir və rol ona verilir. "All In" böyük hit oldu və Çi Son-un populyarlığı yüksəldi. Fengshui (2018) The Vampire Lives Next Door (2015) Confession (2014) My P. S Partner (2012) Fate (2008), Blood Rain (2005) Blade of the Phantom Master (2004) Whistling Princess (2002).
Kim Çi-Von
Kim Ji-won (kor. 김지원; Hanja: 金智媛; 19 oktyabr 1992) — Cənubi Koreya aktrisası. O "The Heirs (2013)", "Descendants of the Sun (2016)", "Fight for My Way (2017)" və "Arthdal Chronicles (2019)" serialındakı rolları ilə diqqət çəkmişdir. Kimin Asiya boyunca yayımladığı televiziya dramlarının müvəffəqiyyəti onu Hallyu ulduzu kimi göstərdi. == Erkən həyat və təhsil == Kim Ji won 19 oktyabr 1992-ci ildə Seul-da anadan olub və özündən iki yaş böyük bir bacısı var. Pekam(Paekahm) Liseyini bitirdikdən sonra Dunquq(Dongguk) Universitetində dram sahəsində təhsilini davam etdirdi. == Karyera == === 2008–2012-Başlanğıc === Kim müğənnilik və aktyorluq təhsili aldı, amma ikincisini davam etdirməyi seçdi. Müğənni Younha üçün fon vokalçısı idi və 2008-ci ildə "Gossip Boy" adlı klipində "JessicaK" səhnə adı ilə göründü. Reklamlarda rol alaraq şöhrət qazandı. "Oran C Girl" və "Lollipop Girl" kimi tanındı.
Pak Çi Min
Park Jimin (kor. 박지민; 13 oktyabr 1995, Busan) — səhnə adı ilə Jimin Cənubi Koreyalı müğənni, söz yazarı və rəqqasdır. 2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "BTS"-in ana rəqqası və vokalistidir. Çimin BTS ilə birlikdə üç solo mahnı buraxdı: 2016-cı ildə "Lie", 2017-ci ildə "Serendipity" və 2020-ci ildə "Filter" Cənubi Koreyanın Gaon Rəqəmsal cədvəlində yer alıb. 2018-ci ildə o, ilk müstəqil mahnısını, həm yazıb, həm də bəstələdiyi "Promise" adlı rəqəmsal trekini buraxdı. O, 2022 TvN dramı "Our Blues" üçün saundtrekdə göründü və Ha Sun-vun ilə duet olan "With You" mahnısını oxudu. Çimin 13 oktyabr 1995-ci ildə Busan, Cənubi Koreya-da anadan olmuşdur. Uşaq ikən Busanın Hodong İbtidai məktəbində və Yonsan Orta məktəbində oxuyurdu. Ortaməktəb illərində Just Dance Akademiyasına qatılıb "Popping və locking" (rəqs növü) öyrənib. Stajyer olmamışdan əvvəl, Busan Lisey İncəsənət Məktəbində çağdaş rəqsi üzrə dərs aldı.
Tan Çi Yan
Tay çi çuan
Tay çi çuan(T'ai chi ch'uan / Taijiquan, 太極拳) Çin döyüş sənətinin daxili stillərindəndir ki müdafiə təlimi və sağlamlıq faydaları üçün istifadə edilir.
Çan Çi Minq
Çan Çi Minq (28 may 1964) — Honq Konqu təmsil edən stolüstü tennisçi. Çan Çi Minq Honq Konqu 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Çen Şi-çi
Qan-çi sistemi
Qan-Çi sistemi (Ənənəvi Çin heroqrifləri: 氣; Sadələşdirilmiş çincə: 气; Pinyin: Qi, Yapon dilində oxunuşu: Ki) — ənənəvi Çin təbabətinin (ƏÇT) əsas konsepsiyalarından biridir və bədənin sağlamlıq və xəstəliklərini başa düşmək üçün vacibdir. "Qan" (血, Xuè) bədənin fiziki cəhətdən mövcud olan maddi əsasını təşkil edir və orqanizmin fəaliyyətini dəstəkləyir. "Çi" (气, Qì) isə bədənin enerji axını və həyati gücünü ifadə edir. Qan-Çi sistemi, qədim Çin təbabətinin bədən və zehin arasındakı əlaqəni izah etmək üçün əsas aldığı əsas nəzəriyyələrdən biridir. == Tarixi == Qan-Çi sisteminin tarixi qədim Çinə gedib çıxır və bu konsepsiyanın əsasları Çjou sülaləsi dövründə (e.ə. 1046–256) qoyulmuşdur. Ənənəvi Çin təbabətinin inkişafı, xüsusilə Han sülaləsi dövründə (e.ə. 206 – b.e. 220) zirvəyə çatmış və bu dövrdə yazılmış Huangdi Neijing (Sarı İmperatorun Daxili Klassikası) əsərində Qan-Çi sistemi ətraflı şəkildə izah edilmişdir. Bu mətn, Çin təbabətinin ən qədim və ən əhəmiyyətli əsərlərindən biri hesab edilir və Qan-Çi sisteminin necə işlədiyini təsvir edir.
Kuan Çi (Mortal Kombat)
Kuan Çi (ing. Quan Chi) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Sun Çi-Li Assosiasiyası
Sun Çi-Li Assosiasiyası — Cənub-Şərqi Asiyada, xüsusilə də Tayvanda qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Bu qrupun dini lideri Sun Çi-Li iddia edir ki, möcüzəvi təsir gücünə malikdir və planetin istənilən nöqtəsində peyda olmaq üçün özünün mənəvi “doppelqangerini” (romantizm dövrü ədəbiyyatında “insanın oxşarı” mənasında işlədilmişdir) yarada bilər. Bunu sübut etmək üçün Sun bütün planet üzrə göy qurşağı və nurlu işığın fonunda havada pərvazlandığını əks etdirən foto-şəkillərini nümayiş etdirir. Sun bu fotoları davamçılarına satmaqla çox dəbdəbəli həyat yaşayır və daşınmaz əmlak əldə edir. 1996-cı ildə bu fotoların saxta olduğu sübuta yetirildi və Çi-Li dələduzluqda ittiham edildi. O, 3 milyard Tayvan dollarını (təxminən 100 milyon ABŞ dolları) götürərək aradan çıxdı. Sonralar ona bəraət verildi. Belə ki, Ali Məhkəmə onun dini fəaliyyətinin Konstitusiyaya zidd olmadığı barədə qərar qəbul etdi. Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan.
Şan-Çi və on halqa əfsanəsi
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.
Edvin Çil
Edvin Çil (ing. Edwin Cheel; 14 yanvar 1872 – 19 sentyabr 1951, Sidney) — İngiltərə əsilli Avstraliya botaniki və mikoloqu. == Elmi fəaliyyəti == Edvin Çil göbələk və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Edwin Cheel. 1923. Two additional species of leptospermums. 5 pp. Edwin Cheel. 1924. Notes on boronia in the pinnatae section, with a description of a new species.
Eldar Çiviç
Eldar Çivik (bosn. Eldar Ćivić; d. 28 may, 1996, Tuzla, Bosniya və Herseqovina) — Çexiya Birinci Liqasının Sparta Praqa futbol klubu və Bosniya və Herseqovina milli futbol komandasında sol cinah müdafiəçisi mövqeyində mübarizə aparan bosniyalı peşəkar futbolçu.
Emrah Çinik
Emrah Çinik, (Avqust 30, 1977; Bursa, Türkiyə) Türk saç əkimi cərrahıdır. == Həyatı və karyerası == 1977-ci ildə Bursada atası Mehmet, anası Samie, derzi valideynlərin övladı olaraq dünyaya gəlmişdir. 1996-cı ildə Uludağ Universitetinin tibb fakutesini qazanmış ve 2002 – ci ildə məzun olmuşdur. Bursadakı ali təhsilini tamamladıqdan sonra 2 illik məcburi xidmət üçün Kırıkkaleyə getmişdir. Məcburi xidməti başa vurduqdan sonra o Medikal Estetik həkimi kimi fəaliyyətə başlamışdır. 2007–ci ildə o İstanbula gəlmiş və Cosmedica Saç Əkimi və Plastik Cərrahiyə Mərkəzini açmışdır. 2008–ci ildə Medikal Park Xəstəxanalr qrupunun Sultanqazi şöbəsində Medikal Estetika və Saç əkimi şöbəsinin direktoru kimi işləməyə başlamışdır. Cosmedica klinika həmin xəstəxanın saç əkimi departmanı olaraq fəaliyyət göstərirdi. 2010-cu ildə o Medicana Beynəlxalq Xəstəxanasında Sultanqazidə olduğu kimi Medikal Estetik həkimi və Saç əkimi cərrahı kimi fəaliyyətə başlamışdır. 2011-ci ildə o Medikal Park Xəstəxanalar qrupunun Bahçelievlər şöbəsində öncəki təcrübələrində olduğu kimi eyni sahə - saç əkimi - üzrə işləməyə başlamışdır.
Ev quşlarında çiçək xəstəliyi və onunla mübarizə tədbirləri (film, 1987)
Fahrettin Çiloğlu
Fahrettin Çiloğlu (5 oktyabr 1956, Ünye[d], Ordu ili) — Türkiyəyə köç etmiş gürcü bir ailədən gələn yazıçı. İki dildə yazan yazar, Gürcü yazar adı olaraq ფარნა — ბექა ჩილაშვილი (Parna-Beka Çilaşvili) adını istifadə etməkdədir. == Həyatı == Jurnalistika təhsili gördü. Uzun illər ensiklopediya yayımı sahəsində redaktor olaraq çalışdı və İstiklal Kitabevi'nin nəşr rejissorluğu etdi. Bir çox jurnal və qəzetdə, xüsusilə Gürcü mədəniyyəti üzərinə yazıları nümayiş olundu. Nodar Dumbadze , Otar Çiladze , Dato Turaşvili kimi yazarlar başda olmaq üzrə, Gürcüceden ədəbi və ədəbiyyat xarici tərcümələr etdi. 2007–2010 illəri arasında İstanbulda Türkçe və Gürcü olaraq iki dildə yayımlanan Pirosmani jurnalının nəşr rejissorluğunu etdi. 2004-cü ildə , şeirləri Aprel Şiirleri, əhvalatları Məni Burax Uzaqlara, gündəlik qeydləri Eşqsiz xoşbəxtlik yoxdur adlarıyla nümayiş olundu. 2006-cı ildə Gürcü şeirləri və Türkcədən çevrilən hekayələri სასაზღვრო ფიქრები (Sasazğvro Pikrebi / " Sərhəd Düşüncələri ") adıyla Tiflisdə basıldı. Yazarın 2007-ci ildə Uçinmaçini adıyla Türkçe ikinci hekayələr kitabı çıxdı.
Fatma Çiçək Derman
Fatma Çiçək Derman (1945, Ankara) — təzhip-miniatür sahəsi üzrə mütəxəssis, professor . == Həyatı və yaradıcılığı == Fatma Çiçək Derman 1945-ci ildə Ankarada doğulmuşdur. İstanbul Qız Liseyini və İstanbul Universiteti ədəbiyyat fakültəsinin sənət tarixi bölümünü bitirib. O, 1985-ci ildən 2012-ci ilə qədər Mərmərə Universitetinin Gözəl Sənətlər Fakültəsində müəllimlik etmişdir. Fakültə dekanı, Ənənəvi Türk Sənətlər Bölümü və Təzhip-miniatür əsas sənət sahəsinin yaradıcısı kimi rəhbərliklərdə çalışdı. 1976-cı ildən başlayaraq 24 il müddətində fəxri olaraq Kubbealtı Nakışhânesinde təzhip müəllimliyi etmişdi. Fatma Çiçək Derman ilk şəxsi sərgisini 1987-ci ildə Qanuni Sultan Süleyman Sərgisi əhatəsində Çikaqoda açmış, müxtəlif illərdə Türkiyədə və xarici ölkələrdə sərgiləri olmuşdur. Türkiyə Respublikası Kültür Nazirliyi tərəfindən keçirilən Dövlət Türk Süsləmə Sənətləri seçici təşkilatında 1990-cı ildən etibarən yer alan F.Ç.Derman Yaponiyada Türk ili olaraq elan edilən 2003-cü ildə professor Uğur Dermanla birlikdə East Asia (Toua) Universiteti tərəfindən dəvət edilmiş, burada sərgi və konfranslarla sənətlərini tanıtmışlar. Professor Uğur Dermanın həyat yoldaşı olan Fatma Çiçək Dermanın üç oğlu, üç nəvəsi vardır. Professor Fatma Çiçək Derman 9 magistr işinin və 7 doktorluq dissertasiyasının elmi rəhbəri olmuşdur.
Feliks Çisekedi
Feliks Antuan Çisekedi Çilombo (fr. Félix Antoine Tshisekedi Tshilombo; 13 iyun 1963, Kinşasa) — 25 yanvar 2019-cu ildən etibarən Konqo Demokratik Respublikasının Prezidenti olan konqolu siyasətçi. Kabila ilə başlanan Konqo Ortaq Cəbhəsi hələ də parlamenti və əyalət valiliklərini nəzarətdə saxladığından Çisekedinin rəhbərlik etməsi və yeni Baş nazir təyin etməsi səlahiyyətinin ilk altı ayında məhdud idi. Koalisiya ortağı və siyasi nüfuzu olan Vital Kamereni Nazirlər Kabineti sədri olaraq təyin olundu, onu sədr təyin etməmişdən öncə Baş nazir təyin etdi, lakin parlament dəstəyi ala bilmədi. 2019-cu ilin may ayında Silvestr İlunqanı Baş nazir təyin etmək üçün Kabila parlamentlə razılığa gəldi. 27 iyul 2019-cu ildə yeni kabinetin qurulması barədə razılığa gəlinməsi barədə Çisekedi və parlament arasında danışıqlar sona çatdı. == Həyatı == Luba etnik qrupundan olan Çisekedi 13 iyun 1963-cü ildə Kinşasada Marta və 1990-cı illərdə Zairin Baş Naziri vəzifəsində çalışan atası Etyan Çisekedinin ailəsində anadan olub. Gənclik illərində paytaxtda yaşadı, lakin atası 1980-ci illərin əvvəllərində Mobutuya qarşı çıxaraq DSTB-i yaratdı, Feliks onu Kasai mərkəzində doğma kəndində ev dustaqlığına aparmaq məcburiyyətində qaldı. Bu, onun işlərini təxirə saldı. 1985-ci ildə Mobutu ona, anasına və qardaşlarına Kasaidən ayrılma icazə verdi.
Florida (Çili)
Florida — Çilidə şəhər.
Foros çimərlikləri
Foros çimərlikləri — Ukraynanın Krım yarımadası, Foros şəhər tipli qəsəbəsinin sahillərinini əhatə edən çimərliklər. Sahil və dənizin dibi əsasən çınqıl daşlarınddan təşkil olunmuşdur. Buna səbəb iki dəniz cərəyanının toqquşduğu ərazi olmasıdır. Bu cərəyanlar səbəbindən suyun temperaturu 1 gün ərzində dəyişə bilir. Sahil ərazisində dərinlik 3–6 metr arasında dəyişir. Forosda yerləşən çimərliklər: Yaşıl adlanan əsas çimərlik qəsəbənin mərkəzi sahil hissəsində; "Foros sanatoriyası" yaxınlığında "Narıncı çimərlik"; "Narıncı çimərlikdən" bir qədər aralıda "Soyuq çimərlik"; "Tixoya buxtasında" isə eyni adlı çimərlik; Çexov bunrnu yaxınlığında vəhşi çimərlik; Terleski pansionatının çimərlikləri Foros çinərliyi; "Derevyaşka" və ya nudist çimərliyi; bir neçə özəl çimərliklər. == Mənbə == Крым экскурсионный. Путеводитель. 50 популярных маршрутов. Харьков.
Fransa Hind-Çini
Fransa Hind-Çini (fr. Indochine française, vyet. Đông Dương thuộc Pháp, 東洋屬法, khm. ឥណ្ឌូចិនបារាំង, tay อินโดจีนฝรั่งเศส), Hind-Çin İttifaqı fr. Union indochinoise, çin. 法屬印度支那, tay สหภาพอินโดจีน, vyet. Liên bang Đông Dương, khm. សហភាពឥណ្ឌូចិន, laos ສະຫະພາບອິນໂດຈີນ) və ya Hind-Çin Federasiyası (fr. Fédération indochinoise, vyet. Liên đoàn Đông Dương, khm.
Fyodor Çispiyakov
Fyodor Stepanoviç Çispiyakov (rus. Фёдор Степанович Чиспияков; 1906 – 1978) — Şor yazıçısı, şairi və maarifçisi. Şor yazılı ədəbiyyatının banilərindən biri. == Həyatı == Fyodor Stepanoviç Çispiyakov 1906-cı ildə Kemerovo vilayətinin Mejdureç rayonunun Kosoy Poroq aulunda anadan olmuşdur. Onun familiyası "Çispiyak" şor mənşəlidir, "tayqanın kiçik ağası" mənasını verir. "Çıs" tayqa, meşə, "piyak" kiçik ağa mənasındadır. Atası ovçuluqla məşğul olmuşdur, lakin uşaq ikən atasını itirdiyindən onun tərbiyəsi ilə babası məşğul olmuşdur. Babası son dərəcə ağıllı, zəkalı bir şəxs olmuş, dünyanı yaxından tanımaq, dərk etmək üçün Peterburqa və Fələstinə piyada səfər etmişdir. Fyodor Çispiyakov orta təhsilini Kosoy Poroqdakı kilsə məktəbində almışdır. On dörd-on beş yaşlarından Balbın və Atamanovo kəndlərində əmək fəaliyyətinə başlamışdır.
FİFA Çimərlik futbolu üzrə Dünya Kuboku
Çimərlik futbolu üzrə Dünya Kuboku — FIFA tərəfindən ildə bir dəfə çimərlik futbolu üzrə keçirilən beynəlxalq turnir. İlk Dünya çempionatı 1995-ci ildə Braziliyada, Rio-de-Janeyro çimərliklərində keçirilmiş və 2001-ci ildə Portuqaliya komandası çempionatda qələbə çalanadək ilk 6 çempionatın qalibi Braziliya yığması olmuşdur. 2005-ci ilədək Dünya çempionatının təşkilatçısı mənzil-qərargahı İspaniyada yerləşən və əsas məqsədi bu idman növünün məşhurlaşdırılması olan BSW (Beach Soccer Worldwide) təşkilatı idi. 2005-ci ildə FIFA-nın strukturunda yeni bölmə — FIFA Beach Soccer S.L. (mənzil-qərargahı Barselona, İspaniya) yaradıldıqdan sonra turnir onun egidası altında keçirilməyə başlandı. Turnirin əvvəlki adı — Beach Soccer World Championships dəyişdirilərək Beach Soccer World Cup oldu. Yəni, dünya çempionatı əvəzinə, dünya kuboku adlandırıldı, oyunların keçirilmə qaydaları və reqlament isə dəyişməz qaldı. Braziliya yığması 16 çempionatdan 13-də qələbə qazanmış, Portuqaliya (2001), Fransa (2005) və Rusiya (2011) isə hərəyə bir dəfə çempion olmuşlar. 1995-2007-ci illərdə turnirə ev sahibliyini daimi olaraq Braziliya yerinə yetirirdi. Lakin, turnir FIFA-nın sərəncamına keçdikdən sonra ev sahibi olacaq ölkənin qitələr üzrə rotasiya qaydasında seçilməsi qərara alındı. Beləliklə, 2008-ci ildə turnir Avropada (Marsel, Fransa), 2009-cu ildə isə Asiyada (Dubay, BƏƏ) keçirildi.
Georgi Çitaya
Georgi Spridonoviç Çitaya (gürc. გიორგი სპირიდონის ძე ჩიტაია;23 noyabr (5 dekabr) 1890, Poti, Kutaisi quberniyası – 24 avqust 1986, Tbilisi) — alim-etnoqraf və tarixçi, Tbilisi Açıq Hava Etnoqrafiya Muzeyinin yaradıcısı. O, gürcülərin və Qafqazın digər xalqlarının etnogenezini, maddi və mənəvi mədəniyyətini öyrənmişdir. O, kənd təsərrüfatı sistemləri və alətlərini, eləcə də Zaqafqaziyanın kəndli memarlığını öyrənmişdir. Çitaya etnoqrafiyanın ümumi problemləri ilə məşğul olmuş, etnoqrafik tədqiqatların ümumi metodologiyasını işləyib hazırlamışdır. == Həyatı == Georgi Çitaya 1907-ci ildə şəhər məktəbini bitirmiş, sonra Tiflis şəhərindəki kişi gimnaziyasında təhsilini davam etdirmişdir. 1911-ci ildə Peterburq İmperator Universitetinin şərq fakültəsinin erməni-gürcü bölməsinə daxil olmuşdur. O, 1913-cü ildə Köniqsberq Universitetinə daxil olur. O, məşhur alman şərqşünası Karl Brokkelmanın mühazirələrində iştirak edir. G.Çitaya, Sankt-Peterburq Universitetinin dosenti İvan Aleksandroviç Cavaxişvilinin rəhbərliyi altında etnologiyanın əsaslarını öyrənmişdir.
Georgi Çiçerin
Georgi (Yuri) Vasilyeviç Çiçerin (rus. Гео́ргий (Ю́рий) Васи́льевич Чиче́рин; psevdonimləri: Ornatski, Batalin, Mixail Şaronov, Osvedomlennıy; 24 noyabr 1872[…] – 7 iyul 1936[…], Moskva) — Rusiya marksist inqilabçısı, sovet diplomatı, musiqişünası, RSFSR və SSRİ Xarici İşlər Xalq Komissarı (1918–1930), SSRİ Mərkəzi İcraiyyə Komitəsinin I, II, III IV və V çağırış deputatı, Sov.İKP MK deputatı (1925–1930). Çiçerinlər nəslinə bağlı bir ailədə anadan olan Çiçerin Sankt-Peterburq Dövlət Universitetinin Dil və Tarix fakültəsindən məzun olmuş və Rusiya imperiyası Xarici İşlər Nazirliyində işləmişdir. Bu dövrdə marksizmlə tanış olan Çiçerin sosialist qruplarla əlaqə quraraq Almaniya və Rusiyada siyasi fəaliyyət göstərmişdir. O, 1905-ci ildə Rusiya Sosial Demokrat İşçi Partiyasının menşeviklər fraksiyasına qoşulmuşdur. Çiçerin Birinci Dünya müharibəsi illərində bolşeviklərin müharibə əleyhdarı görüşlərini mənimsədiyi üçün siyasi təzyiqə məruz qalmışdır. O, müharibə əleyhinə təbliğat etdiyinə görə İngiltərədə həbs edilmişdir. Çiçerin 1917-ci ildə Rusiyada gerçəkləşən Böyük Oktyabr Sosialist inqilabından sonra ardından Xarici İşlər Komisarı Lev Trotskinin səyi nəticəsində sərbəst buraxılmış və Rusiyaya qayıtmışdır. O, SSRİ rəhbərləri – Vladimir Lenin və Lev Trotskinin qərarı ilə Xarici İşlər Komissarlığında işləməyə başlamışdır. Çiçerin Trotskinin vəzifəsindən istefa verməsindən sonra 1918-ci ilin mart ayında Xarici İşlər Xalq Komissarı olmuşdur.
Gəncə Çini qablar zavodu
Gəncə Çini qablar zavodu — Gəncə şəhərində fəaliyyət göstərmiş çini istehsal müəssisəsi. 1970-ci illərin əvvəllərində açılan Gəncə Çini qablar zavodu 25 ildən çox müddətdə faəliyyət göstərib. Zavod istehsal etdiyi Şərq dəstləri, çay, şərbət, gülab dəsti, çaydan, kasa, piyalə və s. məhsullarla adından söz etdirməyi bacarıb. O vaxtlar çini qablara tələbat böyük olduğundan bu zavod sosialist ölkələrinə də çini qablar satırdı. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın keçid dövründə müəssisə rəqabətə davam gətirə bilmir və 1996-cı ildə fəaliyyətini tamamilə dayandırmaq məcburiyyətində qalır. 1998-ci ildə Gəncə Çini qablar zavodu özəlləşdirilir. Hazırkı hüquqi varisi isə "Gəncə çini qablar" ASC-dir.
Heydərabad (Çilləxana dehistanı)
Heydərabad (fars. حيدراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (29 ailə).
Hsieh Çien-Ho
Hsieh Çien-Ho (25 noyabr 1987) — Çin Taybeyini təmsil edən marafonçu. Hsieh Çien-Ho Çin Taybeyini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hsieh Çien-Ho birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 54 dəqiqə 18 saniyəyə qət edərək 157 marafonçu sırasında 113-cü yeri tutdu.
Huanq Huei-Çieh
Huanq Huei-Çieh (2 iyul 1965) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. == Karyerası == Huanq Huei-Çieh Çin Taybeyini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
IntelH77 çipseti
Intel X58 çipseti
Intel X58 – Intel çipseti, 2008-ci ilin noyabr ayında anons edilən "X" çipsetlər xəttinin davamı. Qısa xarakteristikaları: Core i7 və Core i7 Extreme Edition ailəsindən olan prosessorlar, Nehalem mikroarxitekturasına əsaslanan, QPI şini ilə bu prosessorlara qoşulan: Əlavə 2 qrafiki PCI Express 2,0×16 interfeysi, hər birinin daha yarım sürətlə 2 hətta sürətlə 2 qrafiki interfeysi bölmək imkanı olan; Cənub körpüsünə ICH 10/R qədər (2 GB/san buraxma qabiliyyəti olan) DMI şini; Onu yarı sürətli iki interfeysə bölmək imkanı olan PCI Express 2,0×4 əlavə interfeysi. Çipsetin xüsusiyyətləri: X58 çipsetinin şimal körpüsü əvvəlki X48, X38, P45 keçmiş modellərində olduğu kimi – MCH (Memory Controller Hub) deyil, IOH (Input / Output Hub) adlanır. Prosessora köməyə münasibətdə çipsetin QPI portu var və bu şini (Bloombed nüvəsi) istifadə edən istənilən prosessorlar intel 58 bazasının platalarında işləyirlər. Düzdür, QPI portunun maksimal buraxma qabiliyyəti 4,8 və ya 6,4 GT/san (saniyədə milyardlarla göndərmə) ola bilər ki, bu da iki istiqamətin hər birində eyni vaxtda 9,6 və ya 12,8 GB/san-yə uyğundur. Buraxma qabiliyyətindəki fərq istifadə edilən prosessorun növü ilə müəyyən olunur (daha çox Core i7 Extreme Edition üçün), həm də böyük buraxma qabiliyyəti baza tezliyinin artırılması hesabına deyil (hansı ki bu "Quad-Pumped Bus FSB"-də olmuşdur), BCLK (133 MHz) bazasına nisbətən surətçıxaranın artırılması hesabına artırılır. X58 qrafiki interfeysi 2 müstəqil PCI Express 2,0×16 portunun düzülüşünü təmin edir. Ancaq X38 və X48 də belə imkanlara malik idi, həmçinin NVIDIA böyük çipsetləri də, lakin Nehalem altında bu birinci belə xarakteristikalı çipset idi. Bloomfield üçün bu nəinki birinci, həm də yəqin ki, tək çipset idi. 5x xəttində Intelin kiçik məhsullarını yalnız Havendale və Lynnfield-ə kömək üçün buraxırlar.
Intel çipsetləri
İntel çipsetləri — LX çipsetləri-66 MHz tezliyində olur və soket370və slot1 prosessorlarını dəstəkləyir. 3DİMM slota malikdirlərvə maksimum 768MB SDRAM dəstəkləyir. Qiymət olaraq başqa çipsetlərə görə daha ucuzdur. ZX çipsetləri-həm 66 MHz, həm də 100 MHz tezlikdə işləyir. Celeron, PentiumII və PentiumIII prosessorları dəstəkləyir. 2DİMM slotu var və 512MB SDRAM-ı dəstəkləyir. Qiymət olaraq LX çipsetindən daha baha ancaq Bx çipsetindən daha ucuzdur. BX çipsetləri-66 MHz və 100 MHz tezlikdə işləyir. Celeron. Pentium II və Pentium III prosessorlarını dəstəkləyir.
Kazuhiko Çiba
Kazuhiko Çiba (d. 21 iyun 1985) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kopakabana çimərliyi
Kopakabana çimərliyi (port. Copacabana) — Rio-de-Janeyronun eyni adlı rayonu və çimərlik. Quanabara körfəzi sahilində yerləşir. Uzunluğu 4 km-dir. == Tarix == Kopakabananın tarixi 1750-ci ildən başlayır. Burada bu ildə boliviyalı Kopakabananın şərəfinə kilsə tikilmişdir. 1892-ci ildə Real Qrandes tunelinin tikintisi ilə ərazi Rio-de-Janerola birləşmişdir. 1904-cü ildə sahilində Avenida Atlantika inşa edilir. Rayon XIX əsrin 50-60 illərindən etibarən məşhurlaşır. Bura ilk əvvəllər yazıcı, rəssam və artistlərin yaşadığı bir yaşayış sahəsinə çevrilir.
Koronel (Çili)
Koronel (İspanca tələffüz: [koɾoˈnel]) — Çili şəhəri və kommunası. Biobionun səkkizinci bölgəsinin Konsepsion vilayətində yerləşir.
Laləyarpaq çibançiçəyi
Şan-Çi və on halqa əfsanəsi (film, 2021)
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.
Şan-Çi və on üzük əfsanəsi (film, 2021)
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.
Şanq-Çi və on halqa əfsanəsi (film, 2021)
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.
Şanq-Çi və on üzük əfsanəsi (film, 2021)
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.

"çi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çi nədir? #çi sözünün mənası #çi nə deməkdir? #çi sözünün izahı #çi sözünün yazılışı #çi necə yazılır? #çi sözünün düzgün yazılışı #çi leksik mənası #çi sözünün sinonimi #çi sözünün yaxın mənalı sözlər #çi sözünün əks mənası #çi sözünün etimologiyası #çi sözünün orfoqrafiyası #çi rusca #çi inglisça #çi fransızca #çi sözünün istifadəsi #sözlük