* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••• | 30.84 |
2003 | •••••••••••• | 48.42 |
2004 | •••••••••••••••• | 64.34 |
2005 | •••••••••••• | 44.54 |
2006 | •••••••••••••••••••• | 80.86 |
2007 | •••••••••••••••••• | 71.89 |
2008 | •••••••••••••••• | 64.07 |
2009 | •••••••••••• | 45.60 |
2010 | •••••••• | 30.32 |
2011 | ••••••• | 28.23 |
2012 | •••••• | 22.72 |
2013 | •••• | 14.59 |
2014 | ••••• | 20.08 |
2015 | ••• | 11.06 |
2016 | ••• | 9.89 |
2017 | ••• | 8.62 |
2018 | ••• | 10.04 |
2019 | •••• | 15.72 |
2020 | •••• | 15.38 |
1 is. tib. Dəridə və selikli qişalarda qabarcıqlı səpgi və titrətmə-qızdırma şəklində təzahür edən ağır keçici xəstəlik. [Gülbadamın] uşaqlıqda çiçək mərəzinə mübtəla olmağı üzündən məlum edirdi! N.Nərimanov. Şaban gedəndən iki il sonra beş yaşında oğlu çiçəkdən öldü. Ə.Haqverdiyev. // dan. Həmin xəstəlikdən sonra dəridə və ya qoruyucu peyvəndin yerində qalan çatıqlar, batıqlar; çopur. □ Çiçək çıxartmaq – çiçək xəstəliyinə tutulmaq. Çiçək (çiçəyini) döydürmək – çiçək xəstəliyinə qarşı peyvənd etdirmək. Dedim: – Oğlanə çiçək döydürək, övrət dedi: – Yox; Etiqad eyləmədim mən də o dərmanə, çiçək! M.Möcüz.
Azərbaycan dilinin izahlı lüğəti / çiçək2 is. 1. bot. Çılpaqtoxumlu və örtülütoxumlu bitkilərin ləçək tacından və erkəkciklə dişicikdən ibarət çoxalma orqanı. Alma ağacı çiçəyi. Yasəmən çiçəyi. Sarı çiçək. – [Dilbərgilin] həyətlərindəki yasəmən, ərik, alça, albalı ağaclarının çiçəkləri ətrafa məstedici bir qoxu saçırdı. Ə.Sadıq. 2. Çiçəkləri olan bitki; gül. Gözəllər çiçək dərib, tər buxağa düzərlər… Q.Zakir. Yer üzündə sevdiyim; Çiçəklərdi, çiçəklər. N.Xəzri. ◊ Çiçəyi çırtlamaq – sevinmək, şadlanmaq, sevincək olmaq. Gördüm ki, qızın çiçəyi çırtladı. S.Rəhimov. Bayaqdan bəri qəm dəryasında boğulan Salehin indi elə bil çiçəyi çırtlayırdı. Ə.Vəliyev. Gül gülü çağırır, çiçək çiçəyi – bax gül.
Azərbaycan dilinin izahlı lüğəti / çiçək1 Bu xəstəliyin adı mənbələrdə çekek kimi verilib. Çökək sözü ilə bağlıdır, üzdə çökəklər yaradır. Bəzən düşünürlər ki, çiçək xəstəliyinə tutulanların üzü səpir və çəmənzarı xatırladır. Ona görə də söz elə çiçək deməkdir. Elmi yozum deyil. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / çiçək2 ÇİÇƏK, GÜL Mən də heyran-heyran baxıram bu dəm; Çağırır düzlərin çiçəyi, gülü; Bilirsən heç səndə kimi görürəm? Göy gölü görürəm, ay İlmen gölü! (N.Xəzri); XƏNDAN (kl.əd.) Qönçə dəhani çəməndə xəndan; Gülməkdən ənar açıldı dəndan (Xətayi); ŞÜKUFƏ (kl.əd.) Bəzəklənir, düzəklənir, bağın fəzası rənglənir; Yaşıllanır, həm allanır, şükufələr çiçəklənir (A.Səhhət).
Azərbaycan dilinin sinonimlər lüğəti / çiçək1 ÇİÇƏK I is. bot. Gül. Ağaclar açsın çiçək; Yarpağı ləçək-ləçək (M.Ə.Sabir). ÇİÇƏK II is. tib. Xəstəlik. Yəni əgər uşağa vaxt ikən çiçək mayasını döysən, dəxi o uşağı çiçək naxoşluğu tutmaz (C.Məmmədquluzadə).
Azərbaycan dilinin omonimlər lüğəti / çiçək2 1 I сущ. цветок: 1. часть растения, обычно имеющая вид венчика из лепестков; цветки. Alma çiçəyi (çiçəkləri) цветки яблони; çiçək açmaq цвести; зацвести; расцвести 2. бот. такая часть растения как орган размножения 3. мн. ч. цветы; растение, имеющее такой орган размножения. Ağ çiçək белый цветок, çiçək (gül) əkmək сажать цветы, çiçək dərmək срывать цветы, çiçək (gül) dəstəsi букет цветов II прил. 1. цветочный: 1) относящийся к цветку. Çiçək toxumu цветочные семена 2) предназначенный для цветов. Çiçək (gül) ləkləri цветочные клумбы 3) предназначенный для продажи цветов. Çiçək (gül) dükanı цветочный магазин 4) приготовленный из цветов; çiçək tacı венчик ◊ çiçəyi çırtlamaq сиять от радости; çiçəyi burnunda ikən во цвете лет; çiçək çiçəyi çağırır как рай земной, усыпано цветами что; çiçək kimi: 1. красивый, прекрасный; 2. чистый, опрятный; bir çiçəklə (güllə) yaz olmaz одна ласточка (роза) не делает весны 2 I сущ. оспа: 1. инфекционная болезнь, сопровождающаяся появлением пузырчатой сыпи на коже и слизистых оболочках. Çiçək çıxartmaq заболеть оспой, çiçək döydürtmək сделать прививку против оспы, çiçəyə qarşı peyvənd оспопрививание 2. разг. шрамы, ямки на коже после этой болезни или на месте прививки; çiçək yeri оспина (ямка, шрамик на коже от оспы) II прил. оспенный. Çiçək epidemiyası оспенная эпидемия, çiçək çapığı оспенный рубец
Azərbaycanca-rusca lüğət / çiçək1 I. i. flower; təzə ~ fresh / natural flower; ~ açmaq bax çiçəkləmək II. i. tib. smallpox; ~ döymək to vaccinate (d.); ~ çıxartmaq to fall* ill with smallpox, to be* taken ill with smallpox
Azərbaycanca-ingiliscə lüğət / çiçək1 is. 1) fleur f ; təzə ~ les fleurs fraiches ; 2) tib. vérole f, petite vérole f ; ~ çıxartmaq contracter la vérole
Azərbaycanca-fransızca lüğət / çiçək1 сущ. 1. бот. цуьк; ağ çiçək лацу цуьк; 2. цуьквер алай набатат; цуьк, чуьк (нугъ.); çiçək dərmək цуьк(вер) атӀун; ** çiçəyi çırtlamaq цуьк хьиз ахъа хьун, хвеши хьун, шад хьун.
Azərbaycanca-ləzgicə lüğəti / çiçək2 сущ. мед. цӀегьер, бацӀар (азар); // çiçək çıxartmaq цӀегьер атун, бацӀар акъатун (экъечӀун); çiçək (çiçəyini) döydürmək цӀегь(ер) ягъиз тун (цӀегьерин азардикай хуьн патал раб ягъиз тун).
Azərbaycanca-ləzgicə lüğəti / çiçəkgül, çiçəkləri olan bitki; zərif, gözəl.
Azərbaycan qadın adlarının izahlı lüğəti.