* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2007 | ••••••••••••• | 0.21 |
2009 | •••••••••• | 0.16 |
2012 | •••••• | 0.09 |
2015 | •••••••••••••••••••• | 0.34 |
2017 | •••••••••• | 0.16 |
2019 | ••••••••••••••••• | 0.28 |
1 is. 1. Ağdan, çitdən, ipəkdən və s.-dən üçkünc qadın baş örtüyü. Nəhayət [Gövhər] … ləçəyini açıb qulaqlarının və qaşının üstündən çəkdi. Ə.Əbülhəsən. 2. bot. Çiçək tacında olan yarpaq, gül yarpağı. Dağgülünün çiçəkləri; Nanələrin ləçəkləri; Parıltılı şehlə dolu. M.Dilbazi. Şairin gözündən iki damla yaş; Düşür çiçəklərin ləçəklərinə. B.Vahabzadə. □ …arvad (övrət) ləçəyi olsun – “bu işi görməsəm və ya görə bilməsəm kişi deyiləm” mənasında. [Rüstəm bəy:] …Hərgah onu atası yoluna göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun! N.Vəzirov. [İbad:] Əyər biləm o bura gəlibdir, onun böyük tikəsini qulağına döndərməsəm, bu, papaq olmasın, lap arvad ləçəyi olsun! C.Cabbarlı. ◊ (Başına) ləçək örtmək – öz namusuna, şərəfinə, mənliyinə toxunacaq hərəkət etmək, qorxaqlıq göstərmək. Qoç Koroğlu ləçək örtməz başına; Düşmən qabağında gülmək gərəkdir. “Koroğlu”.
Azərbaycan dilinin izahlı lüğəti / ləçək3 1. LƏÇƏK (baş yaylığı) Zərif ləçəyini açıb stulların birinin üstünə atdı (Ə.Kərim); SƏRƏNDAZ (kl.əd.) Çəkibdir üzünə siyah sərəndaz; Bulud arasından sanki mah baxır (M.P.Vaqif). 2. LƏÇƏK (bot.) ..Bircə çiçək qalıb, hanı çiçəklər; Onun qızıl rəngli ləçəklərini; Ya illər tökmüşdür, ya da küləklər (N.Xezri); GÜLBƏRG Əzəl nəqqaşı yazargün cəmalın nəqşini, dammış; Qələmdən nöqteyi-ənbər bu gülbərgi-dilarəyə (Nəsimi); GÜL YARPAĞI Gül yarpağına bənzəyən ismət görürəm mən (M.Seyidzadə); TEL Qızılgüləm, qızılgül; Məni sevər hər könül; Qızıldandır hər telim (A.Şaiq).
Azərbaycan dilinin sinonimlər lüğəti / ləçək2 I сущ. 1. лепесток (отдельный листок из венчика цветка). Qızılgül ləçəkləri лепестки розы, ağ ləçəklər белые лепестки 2. косынка (треугольный головной платок). Ləçəyini açmaq снять косынку, ləçək bağlamaq носить косынку, başını ləçəklə örtmək повязывать голову косынкой, ipək ləçək шёлковая косынка 3. повязка треугольной формы, применяемая при повреждении, ранении руки или поддерживании её II прил. 1. лепестковый. Ləçək quruluşu лепестковое строение 2. косыночный. Ləçək sarğı мед. косыночная повязка ◊ başımdakı arvad ləçəyi olsun, əgər… я не я буду, если … (обычно употребляют мужчины); başına ləçək örtmək (taxmaq) показывать, проявлять трусость (о мужчине)
Azərbaycanca-rusca lüğət / ləçək1 I. i. shawl, kerchief II. i. bot. petal; qızılgül ~yi a rose-petal, rose-leaf; ~ açmaq bax yarpaqlamaq (1-ci mənada)
Azərbaycanca-ingiliscə lüğət / ləçək1 is. bot. pétale f ; qızıl gül ~yi pétales f pl de la rose ; 2) fichu m, serre-tête m ; başını ~lə örtmək couvrir (se) la tête d’un fichu
Azərbaycanca-fransızca lüğət / ləçək1 сущ. 1. пӀипӀ (пудпипӀен дишегьлийрин кьилин ппек, ягълух); 2. бот. цуькведин пеш; ** (başına) ləçək örtmək килик ягълух кутӀунун, вичин намусдик хкӀадай гьерекат авун, усалвалун, кичӀевалун.
Azərbaycanca-ləzgicə lüğəti / ləçək