çiriş sözü azərbaycan dilində

çiriş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çiriş • 92.3077%
  • Çiriş • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çiriş
Çiriş (lat. Eremurus) — qulançarçiçəklilər sırasının asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. Çiriş sözü latın dilində "Eremurus" adlanır. Bu söz yunan dilində "eremos"- səhra, "ura" isə quyruq deməkdir. Sözün lüğəti mənası "səhra quyruğu"dur. == Təbii yayılması == Çirişin Ön, Qərbi, Mərkəzi Asiyada 50, keçmiş SSRİ-də 23, Qafqaz və Azərbaycanda 2 növü bitir. == Botaniki təsviri == Çiriş cinsi əvvəllər zanbaqkimilər fəsiləsinə aid idi. Son vaxtların tədqiqatçılar bitkinin asfodelinakimilər fəsiləsinə daxil olduğunu müəyyən etmişlər. Çiriş çoxillik bitki olub yeraltı orqanı kökyumrusudur. Kökləri yoğunlaşmış iyşəkillidir.
Görkəmli çiriş
Görkəmli çiriş (lat. Eremurus spectabilis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin çiriş cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükə həddinə yaxın olanlar" kateqoriyasına aiddir – EN B1ab (i, ii, iii, iv, v) + 2ab (i, ii, iii, iv, v). == Təbii yayılması == == Botaniki təsviri == Çoxillik, iyşəkilli kökümsovlu ot bitkisidir. Yarpaqlar 6–15, xətvari, kənarları girintili, çəpinə yuxarı yönəlmiş çılpaq, gövdədən qısa, 1–4 sm enindədir. Gövdə 120 sm hündürlüyündədir. Çiçəkqrupu sıx, çoxçiçəkli salxımdır. Çiçəkyanlığı iyşəkilli-zəngvari, uzunsov xətvari, sarıtəhər, 8–9 mm uzunluğunda, kənarlıdır. Erkəkcik sarı, tünd-qırmızı rəngdə, tozcuqla birlikdə çiçəyalığından 2 dəfə uzundur. Qutucuq şarvari, 2 dəfə meyvə saplağından kiçikdir, qırışlıdır.
Çiriş (Qafan)
Çiriş — Ermənistan Respublikasının cənubunda Sünik mərzində keçmiş Qafan rayonu ərazisində mövcud olmuş azərbaycanlılar yaşamış kənd. Kənd Qafan şəhərindən 32 km şimal-qərbdə, Kurud kəndindən isə 2 km cənub-şərqdə, dağ ətəyində yerləşir. == Ümumi məlumat == Kənddə 1897-ci ildə 27 nəfər, 1922-ci ildə 73 nəfər, 1926-cı ildə 79 nəfər, 1931-ci ildə 95 nəfər azərbaycanlı yaşamışdır.1918-ci il qaçqınlığından sonra əhalisinin bir hissəsi geri qayıdan Çiriş kəndi 1939-cu ildə qonşu Kurud kəndi ilə birgə təşkil edilən kolxozda birləşdi. 1965-ci ildə Çirişin də daxil olduğu Kurud kolxozu Gığı heyvandarlıq sovxozuna birləşdirildi. 50-ci illərdə Kurud və Kirs kəndlərinə köçən Çiriş əhalisi 1988-ci ildə Ermənistandan digər azərbaycanlılar kimi deportasiya olundular. Çirişlilər hal-hazırda əsasən Abşeron rayonunda məskunlaşıblar. == Adı == Toponim asfodelinakimilər fəsiləsinə aid bitki cinsi olan çirişin adı əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir.
Daur çirişi
Daur çirişi (lat. Eremurus tauricus) - çiriş cinsinə aid bitki növü.
Olqa çirişi
Olqa çirişi (lat. Eremurus olgae) - çiriş cinsinə aid bitki növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 0.67
2007 ••••••••••••• 0.42

çiriş sözünün leksik mənası və izahı

çiriş sözünün sinonimləri (yaxın mənalı sözlər)

çiriş sözünün rus dilinə tərcüməsi

çiriş sözünün ləzgi dilinə tərcüməsi

çiriş sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Ağdam, Cəbrayıl, Gədəbəy, Mingəçevir, Ordubad, Zəngilan) yeməli bitki adı. – Çirişin yaxşı xitəbi olur (Cəbrayıl); – Cirişi doğruyuf fətirin arasına qoyurux, soηra sajda kətə pişirerix’ (Gədəbəy) II (Zəngilan) yağ qabı (6-8 kqlıq). – Çirişin dibində bir əz yağ var, onu gəti atax bişmişə III (Şuşa) qoyun bağırsağından hazırlanan ip. – Onun peşəsi çiriş qayrıf satmaxdı

Azərbaycan dilinin dialektoloji lüğəti.

"çiriş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çiriş nədir? #çiriş sözünün mənası #çiriş nə deməkdir? #çiriş sözünün izahı #çiriş sözünün yazılışı #çiriş necə yazılır? #çiriş sözünün düzgün yazılışı #çiriş leksik mənası #çiriş sözünün sinonimi #çiriş sözünün yaxın mənalı sözlər #çiriş sözünün əks mənası #çiriş sözünün etimologiyası #çiriş sözünün orfoqrafiyası #çiriş rusca #çiriş inglisça #çiriş fransızca #çiriş sözünün istifadəsi #sözlük