Miriş sözü azərbaycan dilində

Miriş

Yazılış

  • Miriş • 98.6667%
  • miriş • 1.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Miriş Ağa
Miriş Ağa (əsl adı: Ağa Mirağa; v. 1906, Naxçıvan) — el ağsaqqalı. == Həyatı == Ulu babası orta əsrlərdə Yaxın Şərqdən Naxçıvana gəlmiş Şəms İbn Min əl-Əms adlı müqəddəs bir şəxs olmuşdur. Miriş ağa onun nəslinin son görkəmli nümayəndəsi olmuşdur. "Miriş" soyadı da onun adı ilə bağlı yaranmışdır. Xalqın inam və etiqad yeri olan Miriş ağa şəhərin erməni və rus icmalarının etimadını qazanmışdır. Deyilənə görə, Miriş ağa rəhmətə gedənə qədər Naxçıvan xanı Cəfərqulu və rus keşişi hər il Novruz bayramında ağanın evinə gəlib, onu təbrik edərmişlər. Naxçıvan Dövlət Arxivində saxlanan bir sənəddə deyilir ki, 1905-ci ilin ortalarında Cəhri kəndində qanlı erməni-müsəlman qırğınının qarşısı məhz Miriş ağanın övladları Mir Cəfər, Mir Həsən və Mir Aqilin Naxçıvanda maarif və mədəniyyətin inkişafında mühüm xidmətləri olmuşdur. === Vəfatı === 1906-cı ildə Naxçıvanda vəfat etmişdir. == Mənbə == Naxçıvan Ensiklopediyası.
Mir Həsən Mirişli
Mirhəsən Miriş oğlu Mirişli — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1955). == Həyatı və təhsili == 1903-cü ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir. İlk təhsilini Naxçıvanda almış burada ilk əczaçılardan olmuşdur. Uzun müddət bu sahədə fəaliyyət göstərmişdir. Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur. == Aktyor fəaliyyəti == Sonradan həyatını teatrla bağlamış və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olmuşdur. Teatrın səhnəsində müxtəlif obrazları ilə yadda qalmışdır. S. Rəhmanın "Toy" əsərində Kərəmov, S. Vurğunun "Vaqif" əsərində Vəzir, Üzeyir Hacıbəyovun "O olmasın bu olsun" əsərində Rüstəm bəy, Ə. Abbasquliyevin "Günəş doğur" əsərində Şahqulu, M. S. Ordubadinin "Beş manatlıq gəlin" əsərində Kərbəlayi Həsənalı obrazlarını yaratmışdır.
Mircəfər Mirişli
Mir Cəfər Mirişli - Naxçıvan MR Əməkdar müəllimi, ilk Lenin ordenli müəllimlərdən Cəfəri, dayısı şəhərdəki rus-tatar məktəbinə qoymuş və burada ibtidai sinfi bitirməklə onu Təbrizdəki yeddisiniflik məktəbdə oxutdurmuşdur. Təbrizdəki məktəbi bitirən Cəfəri dayısı Naxçıvana gətirərək Mirişli soyadı ilə “Zikr” məktəbinəqəbul etdirmişdir. 1918-ci ildə şəhərdəki mədrəsədə müəllim işləyən Cəfəri 20 yaşında gənc ikən dövlət işinəgətirirlər. Həmin illərdə Naxçıvanda yaradılmış Araz (Türk) Respublikasının Dövlət Baş Nazirliyinin maarif və mənəviyyat şöbəsinin müvəkkili olmuşdur.
Mirhəsən Mirişli
Mirhəsən Miriş oğlu Mirişli — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1955). == Həyatı və təhsili == 1903-cü ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir. İlk təhsilini Naxçıvanda almış burada ilk əczaçılardan olmuşdur. Uzun müddət bu sahədə fəaliyyət göstərmişdir. Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur. == Aktyor fəaliyyəti == Sonradan həyatını teatrla bağlamış və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olmuşdur. Teatrın səhnəsində müxtəlif obrazları ilə yadda qalmışdır. S. Rəhmanın "Toy" əsərində Kərəmov, S. Vurğunun "Vaqif" əsərində Vəzir, Üzeyir Hacıbəyovun "O olmasın bu olsun" əsərində Rüstəm bəy, Ə. Abbasquliyevin "Günəş doğur" əsərində Şahqulu, M. S. Ordubadinin "Beş manatlıq gəlin" əsərində Kərbəlayi Həsənalı obrazlarını yaratmışdır.
Mirişt
Mirişt (fars. مرشت‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (101 ailə).
Nazim Mirişli
Nazim Ramiz oğlu Mirişli (6 mart 1962, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012). == Həyatı == 1962-ci il martın 6-da anadan olub. Əsərləri: Kamera orkestri üçün 4 Pyes (1994); Piano üçün 7 Pyes silsiləsi (1993 – 1997); Kamera orkestri üçün türk xalq mövzuları əsasında Süita (1998); E. Ertemin söz. xor və simfonik orkestr üçün "Epcies" Odası (1999). Kinofilmlərə musiqi: "Qəzəlxan" /həmmüəllif — R. Mirişli/ (1991), "Yarasa" (1995). Bəstəkarlar — Ramiz Mirişlinin oğlu, Yusif Mirişlinin qardaşıdır.
Nisə Mirişli
Nisə xanım Məmməd qızı Mirişli — == Həyatı == Nisə xanım Məmməd qızı Mirişli 1932-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdu. Atası Məmməd kişi dəmir yolu mühəndisi, anası tibb işçisi idi. Nisə xanım orta təhsilini Bakı şəhəri 132 nömrəli məktəbdə almışdı. Hələ o kiçik yaşlarında öz çalışqanlığı və ictimai həvəsi ilə fərqlənirdi. Nisə xanım məktəbin son illərində artıq peşəsində müəyyənləşdirmişdi. O, şərəfli peşə olan həkimliyi seçmişdi. 1950-ci ildə N.Nərimanov adına Tibb İnstitutuna daxil olur və 1956-ci ildə müalicə-profilaktika fakultəsini bitirir. O, təyinatla Qazı-Məhəmməd rayonuna Traxoma əleyhinə disspanserin baş həkimi vəzifəsinə göndərilir. Qısa müddət ərzində oftalmoloq peşəsinin sirlərinə yiyələnir və rayonun əhalisi arasında nüfuz qazanır. Elə o illərdə onu infeksion xəstəliklərlə mübarizə daha çox düşündürürdü.
Ramiz Mirişli
Ramiz Aqil oğlu Mirişli (16 aprel 1934, Naxçıvan – 17 aprel 2015, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti (1990), professor (1993), Azərbaycan SSR (1982) və Naxçıvan MSSR (1974) əməkdar incəsənət xadimi. == Həyatı == Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra 1952–1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxumuşdur. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır. Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim işləmişdir. O, 1962–2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışmış, həmçinin 1987–1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutmuşdur. Ramiz Mirişli 1978–1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik etmişdir. Yaradıcılığını uzun illər ərzində pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Ramiz Mirişli 1972-ci ildən indiki Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru olaraq yeni musiqiçilər nəslinin yetişdirilməsi üçün zəngin bilik və bacarığını əsirgəməmiş, peşəkar musiqiçi kadrların formalaşdırılması işinə dəyərli töhfələr vermişdir. Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir. O, ən müxtəlif janrlara müraciət etmiş, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələmişdir.
Yusif Mirişli
Yusif Ramiz oğlu Mirişli (3 may 1966, Bakı) — Azərbaycan bəstəkarı, pedaqoq, professor (2014), Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1993). == Təhsili == Yusif Ramiz oğlı Mirişli 3 may 1966-cı ildə görkəmli Azərbaycan bəstəkarı Ramiz Mirişlinin ailəsində anadan olub. 1973-1984-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində təhsil alıb. 1991-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası(Bakı Musiqi Akademiyası) Bəstəkarlıq sinfini (Prof.Arif Melikov) bitirib. Daha sonra 1991-1993-ci illərdə Bəstəkarlıq fakültəsində aspirantura təhsili alıb. == Ailəsi == Bəstəkar Ramiz Mirişlinin oğludur. Bəstəkar Nazim Mirişlinin qardaşıdır.
Şəhriyar Mirişli

miriş sözünün leksik mənası və izahı

"miriş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#miriş nədir? #miriş sözünün mənası #miriş nə deməkdir? #miriş sözünün izahı #miriş sözünün yazılışı #miriş necə yazılır? #miriş sözünün düzgün yazılışı #miriş leksik mənası #miriş sözünün sinonimi #miriş sözünün yaxın mənalı sözlər #miriş sözünün əks mənası #miriş sözünün etimologiyası #miriş sözünün orfoqrafiyası #miriş rusca #miriş inglisça #miriş fransızca #miriş sözünün istifadəsi #sözlük