* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Möhkəm ip. Dəmirçioğlu başa düşdü ki, onun qollarını mumlu kirişlə bağlayıblar. “Koroğlu”. 2. Ox yayının iki ucuna tarım bağlanan ip. Kirişi çəkmək. – Xan üçhaçalı bir oxu kirişə qoydu, … oxu atıb gözlərini yumdu. M.Rzaquluzadə. // Mişar çərçivəsinin tarım ipi. Mişarın kirişi qırıldı. // Cəhrəni işlədən ip. Cəhrənin kirişini tarımlamaq.
Azərbaycan dilinin izahlı lüğəti / kiriş2 Ox yayının iki ucuna tarım bağlanan ip. Ədil şah dedi: – Demək, sənin gücün çatmayan şey yoxdu. Şah İsmayıl dedi: – Xeyr, var. Öz yay-oxumun kirişinə mənim gücüm çatmaz. (“Şah İsmayıl”)
Azərbaycan dastanlarının leksikası / kiriş3 Ox yayının iki ucuna tarım bağlanan ip. (“Koroğlu” dastanının lüğəti) Giriş şəklində də rast gəlinir. Bir güc vurdu, iki güc vurdu ki, qollarının ipini qıra bilsin, amma hər dəfə güc vurduqca ip onun ətini kəsib içəriyə girirdi. Dəmirçioğlu başa düsdü ki, onun qollarını mumlu kirislə bağlayıblar. (“Durna teli”) * Qoç Koroğlum oxun çəkər girişə, Müxənnətin nə həqqi var girişə? Mərd igidin əli yetsə bir işə Min igidə kömək olur, soltanım! (Madenadaran əlyazması)
Azərbaycan dastanlarının leksikası / kiriş1 Gərmək feili zəminində əmələ gəlib, əvvəl gəriş, sonra giriş, nəhayət, kiriş şəklinə düşüb. Mənası “gərilmiş ip” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / kiriş2 сущ. 1. прочная натянутая веревка 2. тетива: 1) бечева, струна, стягивающая концы лука. Kirişi çəkmək натянуть тетиву 2) туго натянутая веревка, бечева в некоторых снастях, орудиях. Cəhrənin kirişi тетива прялки, yayşəkilii mişarın kirişi тетива лучковой пилы
Azərbaycanca-rusca lüğət / kiriş1 сущ. 1. кӀеви еб; 2. рицӀ (чхрадин, мишердин, чӀемерукдин ва мс.); ричӀ (нугъ.).
Azərbaycanca-ləzgicə lüğəti / kirişI (Cəbrayıl, Cənubi Azərbaycan, Gədəbəy, Gəncə, Kürdəmir, Qax, Qarakilsə, Salyan, Tovuz) 1. cəhrəni işlədən ip (Cəbrayıl, Tovuz). – Kiriş qırıldı, cəhrə dayandı (Cəbrayıl); – Kiriş olmasa cəhrə işdəməz (Tovuz) 2. qoyun bağırsağından hazırlanmış bağ (Gəncə). – Kirişdən cələ qayrıllar II (Cəbrayıl) yağ saxlanan qab. – Kirişləri yağnan doldudular III (Cəbrayıl, Şərur) yeməli bitki adı. – Uşaxlar kiriş yığmağa getdilər (Cəbrayıl) IV (Gədəbəy) yeni doğmuş heyvanın ilk südü. – Kirişi buzoya qoymarıx kın, əmsin
Azərbaycan dilinin dialektoloji lüğəti.