Mirzə sözü azərbaycan dilində

Mirzə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Mirzə • 99.1722%
  • mirzə • 0.6792%
  • MİRZƏ • 0.0849%
  • Mİrzə • 0.0637%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Heydər Mirzə
Heydər Mirzə — Azərbaycan jurnalisti və televiziya aparıcısı. "İstiqlal" analitik qrupunun rəhbəridir. == Həyatı == 2018-ci ildə Azərbaycanın İctimai Televiziya kanalında "Radius" həftəlik hərbi-analitik layihəsinin yaradıcısı olub. 2020-ci ilin sentyabr ayında hərbi mütəxəssis Hans Klossla (məxfilik səbəbi ilə adı açıqlanmır) birlikdə "Caliber" müstəqil rusdilli hərbi-analitik internet-layihəsinə başlayıb.
Həmid Mirzə
Şahzadə Sultan Həmid Mirzə Qacar (23 aprel 1918, Təbriz – 5 may 1988, London)— İranın keçmiş hakim sülaləsi olan Qacarlar sülaləsinin və Qacar Şah Ailəsinin başçısı. İranın sonuncu Qacar vəliəhd şahzadəsi Məhəmməd Həsən Mirzənin oğlu. == Həyatı == Həmid Mirzə Qacar 23 aprel 1918-ci ildə Təbrizdə anadan olmuşdur. O, İran şahı Məhəmməd Həsən Mirzənin ikinci xanımı Möhtrəm Razzaqidən olan oğludur. Kiçik yaşlarını Gülüstan Sarayında keçirən Həmid Mirzə 4 yaşında çatdıqda atası onu təhsil alması üçün İngiltərəyə göndərir. Lakin o, İstanbula sürgündə yaşayan babası Məhəmmədəli şahın yanında qalır. Məsələ orasındadır ki, Məşrutə inqilabından sonra 1909-cu ildə Məhəmmədəli şah ölkəni tərk edərək taxtı öz oğluna ötürmüşdü. Nəvəsinin İngiltərə getməsi üçün hələ gənc olduğunu düşünən baba onu yanından buraxmır. 5 aprel 1924-cü ildə Məhəmmədəli şah Qacar vəfat edir, və 6 yaşlı şahzadəni İtaliyaya, sonra isə Parisə aparırlar. Rza xanın çevirilişindən sonra İrandan qaçan atası ilə birlikdə Londona köçən Həmid Mirzə burada təhsil almağa başlayır.
Həmzə Mirzə
Həmzə əs-Səfəvi — Məhəmməd şah Xudabəndənin böyük oğlu, Səfəvilər dövlətinin şahzadəsi, 1578-1590-cı illərdə baş verən Səfəvi-Osmanlı müharibələrində orduya rəhbərlik etmiş və bir sıra zəfərlər qazanmışdır. == Həyatı == Həmzə Mirzə Məhəmməd Xudabəndənin Məhdi Ülya ilə olan evliliyindən dünyaya gəlmiş oğlanlarından biri idi. Hələ Şah II İsmayılın vəfatı zamanı hakimiyyətə namizəd kimi göstərilən şahzadələrdən biri də Həmzə Mirzə idi. Bu zaman onun 11 yaşı varidi. 1578-ci il fevral ayının 13-də Məhəmməd Xudabəndənin Qəzvində tacqoyma mərasimi baş tutur. Onun taxta çıxmasından sonra həyat yoldaşı Məhdi Ülyanın xahişi ilə oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla) vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən vurulsun. === Evlilikləri === Həmzə Mirzənin evlilikləri ilə bağlı mənbələrdə bir neçə müxtəlif məlumat əks olunmuşdur. Həmzə Mirzəyə yaxınlığı ilə bilinən tarixçi, diplomat Oruc bəy Bayat yazır ki, şahzadə Həmzə Mirzə hələ 10 yaşında olarkən etimadüd dövlə Mirzə Salmanın qızı Safiyə xanımla nikahlanmışdı.1583-cü ildə qızılbaş əmirləri vəzir Mirzə Salmanı həbs edib, mal-əmlakını müsadirə etdikdə Həmzə Mirzədən onun qızı Safiyə xanımla boşanmasını tələb edirlər. Bu hadisə həm “Tarix-i aləmarayi-Abbasi”də həm də Şərəf xan Bitlisinin “Şərəfnamə” adlı əsərində öz əksini tapır. Atası kimi qızılbaş əmirlərinə qarşı mülayim olan Həmzə Mirzə bu istəyi qəbul edir.
Mirzə
Mirzə — titul, ünvan. == Titulun tarixi == Mirzə titulu Azərbaycanda Teymurlu sülaləsindən sonra işlənməyə başlanıb. Əmir Teymurun övladlarına Əmirzadə deyilib. Bu söz sonra mirzə şəklinə düşüb. Mirzə sonralar savadlı adamlara deyilib. Katiblər daha çox mirzə adlandıqdan XIX yüzildə onlar mirzə kimi tanınıblar. == Yazılış şəkili == Mirzə addan öndə gələndə böyük, addan sonra gələndə isə kiçik yazılır. Məsələn: Mirzə Fətəli, Abbas mirzə. Birincidə savadlılıq,vəzi­fə titulu, ikincidə isə şahzadəlik bildirir, yəni addan sonra gəldikdə, əsilzadə, nəca­bət, zati-alilər anlamındadır.
Mirzə Həsən bəy Mirzə
Mırzə Həsən bəy Mirzə Cəfər ağa oğlu Vəzirov — şair. == Həyatı == Mirzə Həsən bəy Mirzə 1791-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Rus və şərq dillərini bilirdi. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. F.Köçərli yazır: "Mirzə Həsən İbrahim xanın müqərriblərindən Əliməhəmməd ağanın nəvəsi və Mirzə Cəfərin oğludur. Mirzə Həsən ziyadə mərifətli, xoşxülq və sahibcamal bir zat imiş və təbi-şeriyyəsi də var imiş. Əvaili-sinnində tərki-vətən edib Şəki xanlığına müsafirət edir və orada Nuxa şəhərində yeni açılmış rus dəftərxanasında münşilik əmrinə məşğul olur. Vəli ömrünün hənuz cavan çağında haman sərzəmində dari-bəqaya rehlət edir. Öz vəsiyyətinə görə, cənazəsi əsl vətəni Şuşa şəhərinə nəql olunur və şəhərin şimali-şərqisində bir verst kənarda dəfn olunur və o mərhumun adı ilə məzarıstan əlan adlanır ki, "Mirzə Həsən qəbristanlığı" deyilir.
Mirzə Əhməd Mirzə Xudaverdioğlu
Mirzə Əhməd Zərgər və ya Mirzə Əhməd Mirzə Xudaverdioğlu (1786, Pensər, Talış xanlığı – ən tezi 1889, Ərçivan, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası) — tarixçi. Talış xanlığının tarixi haqqında olan "Əxbarnamə" əsərinin müəllifidir. == Həyatı == Mirzə Əhməd əslən Qarabağda yaşayan Zərgərli tayfasındandır. Müəllifin babası Kərbəlayi Qurban Nadir şahın hakimiyyəti dövründə Qarabağdan Talış mahalının Qızılabad kəndinə köçüb gəlmiş, burada ev saldırmış, bir neçə il həmin yerdə yaşamışdır. Daha sonra Ağa Məhəmməd şah Qacar Mir Mustafa xan üzərinə hücum etdiyi zaman məcburiyyət qarşısında qalaraq Astaranın Kurab mahalının Butəsər kəndinə (indiki Pensər kəndi) köçərək Ağa Kərim məhəlləsində yaşamışdır. Tarixçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu 1786-cı ildə anadan olub. O, Talış xanlığının tarixi haqqında olan "Əxbarnamə" əsərinin müəllifidir. İranın Rəşt və Ərdəbil şəhərlərində təhsil alıb. 1828-ci ildə Pensər kəndinə qayıdıb, həyatının əsas hissəsini Pensər kəndinin Nəbirli məhəlləsində yaşamışdır. Mirzə Əhməd 12 il ruslara xidmət edib, bir neçə il Lənkəran və Astarada sərhədbəyi vəzifəsində işləyib.
Həsən Mirzə
Həsən Mirzə və ya Həsən İbrahim oğlu Mirzəyev (26 noyabr 1927, Qovuşuq – 25 fevral 2015, Bakı) — filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor. Azərbaycan Aşıqlar Birliyinin üzvü (2008–2015) == Həyatı == H. Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. H. Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə o, ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. H. Mirzəyev 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub. H. Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1990-cı ildə professor elmi adını alıb. Azərbaycan filologiya elminin inkişafında H. Mirzəyevin özünəməxsus yeri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı.
Həsənəli mirzə
Həsənəli Mirzə, Sultan Həsənəli və ya Həsənəli bəy (o dövrün Azərbaycan türkcəsi ilə:حسن‌علی بیگ , Təbriz – 1469, Həmədan) — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğludur. 10 noyabr 1467–ci ildə Cahan şahın öldürülməsindən sonra Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərmiş ancaq buna nail olmadan 1469-cu ildə öldürülmüşdür. == Üsyanları == O, Cahanşah Həqiqinin oğludur və üsyankar təbiətinə görə atası tərəfindən dəfələrlə həbs edilmişdir. 1458-ci ildə üsyana başlamış, atasının Heratdan geri dönməsi xəbərini eşitdikdən sonra isə Makuya qaçmışdır. Anasının vasitəçiliyi ilə üsyan başlatması məsələsində atası tərəfindən əfv edilsə də, Uzun Həsənə qatılmışdır. Lakin qısa müddət sonra oradan da qovulmuş və İsfahandakı qardaşı Pirbudağa qatılmışdır. Qardaşlar birləşərək 1459-cu ildə üsyana başlamışdırlar. Üsyankar qardaşlar atalarının ordusu tərəfindən darmadağın edilsələr də, edam edilmədilər. Çünki Cahanşahı öz təsirində saxlayan anaları yenidən sultanın onları əfv etməsinə nail olmuşdur. Onların son üsyanı 1464-cü ildə baş verdi və fəlakətlə nəticələndi.
Maqsud Mirzə
Maqsud Mirzə — Ağqoyunlu şahzadəsi. == Həyatı == Uzun Həsənin oğlu və Bağdad valisi idi. Uğurlu Məhəmmədi dəstəkləmiş, daha sonra həbs olunmuşdur. "Tarixi Əmini" əsərində təriflənmişdir.Sultan Xəlil tərəfindən öldürülmüşdür. == Ailəsi == Rüstəm Mirzə adlı oğlu olmuşdur.
Mikayıl Mirzə
Mikayıl Mirzə (tam adı: Mikayıl Şahvələd oğlu Mirzəyev; 1 yanvar 1947, Talış[d], Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ – 3 iyun 2006, Bakı) — Azərbaycan aktyoru, ssenari müəllifi, qiraətçi, Azərbaycan Respublikasının xalq artisti (1991), siyasətçisi, Azərbaycan Milli Məclisinin deputatı (1995–2000-ci və 2002–2005-ci illərdə). == Həyatı == Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indiki Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində anadan olub. 1969-cu ildə ADİİ-nin (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. Mirzəyev SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb. == Fəaliyyəti == === Teatr fəaliyyəti === Mikayıl Mirzə institutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyib. 1976-cı ildən isə 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Mikayıl Mirzə teatrda Qoca (L. Frank, "Yad adam"), Eyvaz, Muratov (İ. Əfəndiyev "Tənha iydə ağacı", "Qəribə oğlan"), Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), İxtiyar (H. Cavid "İblis"), Aslan ("Kəndçi qızı", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid), Mirzə Ələkbər Sabir, Tərs Tahir (Anar "Sizi deyib gəlmişəm", "Adamın adamı"), Zahid, Şair (B. Vahabzadə "Fərhad", "Yollara iz düşür"), Bəxtiyar (A. Şaiq "Fitnə") rollarını ifa edib. === Siyasi fəaliyyəti === Mikayıl Mirzə Azərbaycanın ictimai-siyasi həyatında da fəal rol oynayıb.1990- cı illərdə Meydan Hərəkatında Mikayıl Mirzənin xüsusi rolu olub. O, 80 -ci illərdən başlayaraq Sovet quruluşuna qarşı mübarizə aparanlardan olub. Bu mübarizə poeziya salonlarında, poeziya gecələrində aparılıb.
Mirzə Həsənli
Mirzəhəsənli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin 23 oktyabırında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Mirzə Kaluxski
Mirzə Kaluxski (Kalukski) tab. Кьалухъ Мирза — Tabasaran döyüşçüsü, XVIII əsr şairi və cihad ideoloqu. O, Dubekdə, Kaluk-dağda, Dübekdə gedən döyüşlərdə İran qoşunlarına qarşı Tabasaran dəstələrinin əmiri seçilmişdir. Nitrik zirvəsində, Yargil yaxınlığında və digər yerlərdə döyüşmüşdür. Onun başçılığı ilə Tabasaran döyüşçüləri Andal vadisinə hərəkət edir və Nadir şaha qarşı döyüşmək üçün yığılan dağlıların birləşmiş qüvvələri burada toplanırlar. Mirzə Kaluxski 1741-ci ildə bu döyüşdə həlak olur. == Həyatı == Mirzə Kaluxski XVII əsrin sonu və XVIII əsrin əvvəllərində anadan olub. Ailəsi özdən idi. Çoxsaylı mənbələr Mirzənin Kəluk şəhərində doğulduğunu iddia etsə də, onun dəqiq doğulduğu yerin Zirdağ və Çərə kəndlərinin yaxınlığında olması barədə də məlumatlar var. O, gənc ikən ərəb əlifbasını öyrənir.
Mirzə Kəndi
Mirzə kəndi — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Mirzə Kərim
Mirzə Kərim (Ştul, Kürə dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası — 1894, Dərbənd, Dağıstan vilayəti, Rusiya imperiyası) — XIX əsrin ləzgi əsilli Azərbaycan şairi. Mirzə Kərim əair kimi “Şüai” təxəllüsü ilə məşhurdur. Onun yaradıcılığı əsasən şikayətnamələr, mərsiyyə və qəzəllər yazmışdır. == Həyatı == Mirzə Kərim XIX əsrin əvvəllərində Kürə dairəsinin Ştul kəndində İsrafil adlı kişinin ailəsində anadan olub. Dininə görə o, şiə müsəlman idi. Kürə dairəsinin başçısı polkovnik Soltan Əhmədbəy Azərbaycan və fars dillərini yaxşı bildiyi üçün Mirzə Kərimi özünə tərcüməçi kimi götürmüşdü. Mirzə Kərim bütün yürüşlərdə polkovniki müşayiət edirdi. İmam Şamilin başçılıq etdiyi Şimali Qafqaz imamlığı məğlub olduqdan sonra Soltan Əhmədbəy təqaüdə çıxır. Təqaüdə çıxdıqdan sonra Əhmədbəy Dərbənddə məskunlaşır. O, şairin ailəsini də şəhərə dəvət edir.
Mirzə Mansur
Mirzə Mansur Məşədi Məlik oğlu Mansurov (5 yanvar 1887, Bakı – 30 iyun 1967, Bakı) — azərbaycanlı tarzən, pedaqoq, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1940). == Həyatı == Mirzə Mansur 5 yanvar 1887-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, on bir yaşında Sınıq-qala məscidindəki mədrəsədə təhsil alaraq fars dilini mükəmməl öyrənmişdir. Təhsilini rus-tatar məktəbində davam etdirən tarzən burada dörd il təhsil almışdır. Mirzə Mansurun atası Məşədi Məlik bəyin Bakı muğam məclislərinin yaradıcısı kimi tanınır. O, bir sıra musiqi alətlərində - tar, kamança, tütək ifa edirdi. Həmçinin anası Soltan Bəyim və böyük qardaşı Məşədi Süleyman da saz çalırdı. Belə bir mühitdə böyüyən Mirzə Mansurun tara olan meyli artmış və musiqiçi olmağa qərar vermişdi. Kiçik yaşlarından tar çalmağa başlayan Mirzə Mansur ilk tar dərslərini tarzən Mirzə Fərəc Rzayevdən almışdır. Onun ilk ifa etdiyi muğamlar "Şur" və "Rast" muğamları olmuşdur.
Mirzə Maşov
Mirzə Məmməd oğlu Maşov (22 iyun 1957, Tbilisi) — Gürcüstanın dövlət və ictimai-siyasi xadimi, tanınmış publisist, jurnalist və yazıçı. 1992-ci ildə Gürcüstan Respublikası Dövlət Şurasının üzvü, "Dayaq" Gürcüstan Azərbaycanlıları Assosiasiyasının Baş katibi. Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 2008-ci ildən Gürcüstan Dövlət Tele-Radio Şirkətinin Milli verilişlər redaksiyasında "Moambe"-nin ("Xəbərlər") Azərbaycan dilində yayımlanan verilişlərinin redaktoru. == Həyatı == Mirzə Maşov 22 iyun 1957-ci ildə Tbilisi şəhərində ziyalı ailəsində dünyaya gəlib. Uşaqlığı Zalqa rayonunun Culuxlu kəndində ana nənəsinin yanında keçib. 1964-cü ildən isə ailə vəziyyətinə görə orta təhsil Marneuli rayonu Algeti kəndində alıb, 1974–75-cillər Bakıda tikintidə fəhlə olaraq işləyib. Sonra Tblisiyə qayıdaraq Şəhər İcraəyyə Komitəsi Yaşıllaşdırma İdarəsində işə başlayıb. Tblilisidə istehsalatdan ayrılmadan 1976-cı ildə S.M Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsininin qiyabi şöbəsinə daxil olub.
Mirzə Mirzəyev
Mirzə Mirzəyev və ya Şürbi (Mirzə Cəlil oğlu Mirzəyev; 1874, Naxçıvan – 1915, Rəşt) — ziyalı, maarif və teatr xadimi, şair == Həyatı == Mirzə Cəlil oğlu Mirzəyev 12 fevral 1874-cü ildə Naxçıvan şəhərində anadan olub. === Təhsili === 1888–92-ci illərdə İrəvan Müəllimlər Seminariyasında təhsil alıb. Şərur-Dərələyəz qəzasındakı Aralıq ibtidai məktəbində pedaqoji fəaliyyətə başlayıb. 1894-cü ildə Cəlil Məmmədquluzadənin müdiri olduğu Nehrəm məktəbində işləyib. Daha sonra isə Naxçıvan şəhər ibtidai məktəbində davam etdirmişdir. Ordubad qəzasının Vənənd kənd ibtidai məktəbinin 1903–1908 və Naxçıvan şəhər rus-tatar məktəbinin 1909–1913-cü illərdə müdirləri olmuşdur. "Kollec registratoru" rütbəsi almışdır. == Fəaliyyəti == === Teatr fəaliyyəti === Cəlil Məmmədquluzadənin təşviqi ilə teatr hərəkatına qoşulmuş, Naxçıvan teatrında qadın rollarını oynamış, ədəbi-maarif tədbirlərinin təşkilində fəal iştirak etmişdir. === İctimai fəaliyyəti === Açıqfikirliliyinə, milli mənafeyi və maarifçiliyi üstün tutmasına, xurafata və fanatizmə qarşı çıxdığı üçün, "siyasi bədgümanlıq" doğurmasına görə Naxçıvan mühitindən uzaqlaşdırmaq məqsədilə Şahbuz ibtidai məktəbinə gəndərilmiş, lakin şərab içməsi bəhanə gətirilərək, şübhəli şəxs kimi 3 aydan sonras vəzifəsindən geri çağırılmışdır. Aşqabad, yaxud Bakı məktəblərində münasib iş tapmaq təşəbbüslərinə də maneəçilik törədilmişdir.
Mirzə Musa
Mirzə Musa (fars. میرزا موسى‎; azərb. Ağayi-Kəlim‎) — Bəhai dininin banisi Bəhaullahın qardaşı, bəhailikdə 19 həvaridən biri. Şövqi Əfəndi tərəfindən tərtib edilmiş həvarilərin sıralamasında Mirzə Musa mühüm yer tutur. Dinin əsas fiquru sayılan Bəhaullahın ata-ana bir qardaşı olan Mirzə Musa Bəhai dininin yayılmasında qardaşı ilə birgə xidmətlər göstərmişdir. Bəhailərin, Bəhaullahın və oğlu Əbdül-Bəha Abbasın təqiblərə məruz qalması Mirzə Musadan yan keçməmiş, qardaşı kimi tez-tez təbliğ etdiyi dini ideyalara görə incidilmişdir. Bəhai tarixində təsvir olunduğu kimi, Mirzə Musa son günə qədər inancında dəyanətli qalmışdır və qarşılaşdığı bütün məhrumiyyətlərə baxmayaraq öz fikirlərindən imtina etməmişdir. Bəhaullah qanunlara olan hörmətini göstərmək üçün Mirzə Musanı nümunə kimi təqdim etmişdir.
Mirzə Mustafayev
Mirzə Mustafayev (22 iyun 1908, Bakı – 15 mart 1979) — azərbaycanlı operator, rejissor və ssenarist. == Fəaliyyəti == Mirzə Mustafayev 1931-ci ildən kinoda fəaliyyət göstərmiş və 70-dən çox filmin hazırlanmasında iştirak etmişdir. Kinoda operator (40-dan çox film), ikinci operator, operator assistenti, quraşdırılmış səhnələrin operatoru (20-yə yaxın film), rejissor (30-a yaxın film), ssenari müəllifi, aktyor və montajçı kimi çalışmışdır. 1941–1945 müharibəsinin ilk günlərindən başlayaraq kinematoqrafçılarımızın bir hissəsi arxa cəbhədə gecə-gündüz öz işini davam etdirirdisə, digər hissəsi ön cəbhədə çəkilişlər aparırdı. Onlardan biri də Mirzə Mustafayev idi. O ön cəbhədə çəkilişlər aparmış, düşmənlə vuruşmuş, dəfələrlə ölümlə üz-üzə dayanmışdır. Bu cəbhəçi kinematoqrafçının silahı kinokamera idi. == Filmoqrafiya == Operator kimi Direktiv bant (film, 1932) (qısametrajlı bədii film) 26 Bakı komissarının güllələndiyi yerə yürüş (film, 1933) (qısametrajlı sənədli film) Pambıq (film, 1933) (qısametrajlı sənədli film) Pambıq yığımı Staxanovçuları (film, 1937)(I) (qısametrajlı sənədli film) Pambıq yığımı Staxanovçuları (film, 1937)(II) (qısametrajlı sənədli film) Ümumxalq təntənəsi (film, 1938) (qısametrajlı sənədli film) Hava hücumundan müdafiə (film, 1940) (qısametrajlı sənədli film) Yeni həyat vadisi (film, 1940) (qısametrajlı sənədli film) Bir May Bakısı (film, 1941) (qısametrajlı sənədli film) Şeirimiz də, nəğməmiz də bir bombadır, bir bayraqdır (film, 1941) (qısametrajlı sənədli film) Azərbaycan kolxozçusu, tank dəstəsi yaradaq! (film, 1942) (qısametrajlı sənədli film) İran haqqında oçerk (film, 1942) (qısametrajlı sənədli film) Qayğı (film, 1943) (qısametrajlı sənədli film) Vətən uğrunda (film, 1943) (qısametrajlı sənədli film) Əbədi odlar ölkəsi (film, 1945) (tammetrajlı sənədli film) Zəfər bayramı (film, 1945) (qısametrajlı sənədli film) Xalq şairi (film, 1947) (qısametrajlı sənədli film) Qocaman Həmkarlar İttifaqı (film, 1947) (qısametrajlı sənədli film) Xəzər nefti (film, 1948) (qısametrajlı sənədli film) Sovet Azərbaycanı (film, 1948) (tammetrajlı sənədli film) Sovet gənclərinin andı (film, 1948) (qısametrajlı sənədli film) 25 il Leninsiz (film, 1949) (qısametrajlı sənədli film) Bakıda Stalinin olduğu yerlər (film, 1949) (qısametrajlı sənədli film) Böyük sərkərdə (film, 1949) (qısametrajlı sənədli film) Böyük yol (film, 1949) (qısametrajlı sənədli film) Hədiyyə xalçası (film, 1949) (qısametrajlı sənədli film) Lenin yolu ilə (film, 1949) (qısametrajlı sənədli film) Neft ustaları (film, 1955) (qısametrajlı sənədli film) "Kazbek" qutusu (film, 1958) (qısametrajlı bədii film) Yeni il gecəsində (film, 1958) (qısametrajlı bədii film) Bir qalanın sirri (film, 1959) (tammetrajlı bədii film) Neft və qaz quyularında yanğının söndürülməsi (film, 1960) (qısametrajlı sənədli film) Boru prokatı zavodunda əməyin təhlükəsizliyi uğrunda (film, 1961) (qısametrajlı sənədli film) Bahar rəqsləri (film, 1962) (qısametrajlı sənədli film) Neft sənayesində ştanqsız nasoslar (film, 1962) (qısametrajlı sənədli film) Böyük bostan (film, 1965) (qısametrajlı sənədli film) Yüksək pambıq-xammal yetişdirilməsi (film, 1965) (qısametrajlı sənədli film) Sənsiz (film, 1968) (qısametrajlı sənədli film) Azərbaycan incəsənəti (film, 1970) (qısametrajlı sənədli film) Mənim Xəzərim (film, 1970) (qısametrajlı sənədli film) Neftçi Qurban (film, 1970) (qısametrajlı sənədli film) Azərbaycan kino sənəti (film, 1971) (qısametrajlı sənədli film) İkinci operator kimi Dostlar (film, 1934) (qısametrajlı bədii film) Mavi dənizin sahilində (film, 1935) (tammetrajlı bədii film) Bakılılar (film, 1938) (tammetrajlı bədii film) O olmasın, bu olsun (film, 1956) (tammetrajlı bədii film) Operator assistenti kimi İsmət (film, 1934) (tammetrajlı bədii film) Quraşdırılmış səhnələrin operatoru Mavi dənizin sahilində (film, 1935) (tammetrajlı bədii film) Bir qalanın sirri (film, 1959) (tammetrajlı bədii film) Leyli və Məcnun (film, 1961) (tammetrajlı bədii film) Böyük dayaq (film, 1962) (tammetrajlı bədii film) Əhməd haradadır? (film, 1963) (tammetrajlı bədii film) Yenilməz batalyon (film, 1965) (tammetrajlı bədii film) İstintaq davam edir (film, 1966) (tammetrajlı bədii film) Liftçi qız (film, 1966) (qısametrajlı bədii film) İnsan məskən salır (film, 1967) (tammetrajlı bədii film) Torpaq.
Mirzə Muxtar
Mirzə Muxtar Ağa Mirzə Əli Əsgər oğlu Məmmədov (ən tezi 1841 və ən geci 1859, Şuşa, Şuşa qəzası – təq. 16 yanvar 1929, Bakı) — Azərbaycanın ilk peşəkar aktyorlarından və Şuşada Azərbaycan teatrının yaradıcılarından biri, xanəndə, pedaqoq, musiqişünas. Mirzə Muxtar 1870–1883-cü illərdə Şuşada bir sıra tamaşaları səhnələşdirmiş, Gəncə və Tiflisdə müəllimlik etmiş, 1899-cu ildən isə Bakıda fərqli teatr truppalarında çıxış etmişdir. O, "Leyli və Məcnun", "Şah Abbas və Xurşid banu", "Əsli və Kərəm" operalarında müxtəlif rolların ilk ifaçısı olmuşdur. == Həyat və yaradıcılığı == === Şuşa dövrü === Mirzə Muxtar Mirzə Ələsgər oğlu Şuşa şəhərində musiqiçi ailəsində anadan olmuşdur. Atası Mirzə Əli Əsgər Qarabaği xanəndə, tarzən və kamança ifaçısı olmuş, Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın sarayında saray musiqiçisi vəzifəsinə layiq görülmüşdür. Mirzə Muxtar ilk təhsilini elə atasının yanında almış, muğamları ondan öyrənmişdir. Onun doğum ili müxtəlif mənbələrdə 1841, 1842, 1852 və 1859 kimi verilmişdir. Mirzə Muxtar əvvəlcə mədrəsədə, iki il sonra isə türk-rus (rus-tatar) mütərəqqi məktəbində təhsil almış, fars və rus dillərini mənimsəmişdir. Yeniyetmə yaşlarından Azərbaycan və fars dillərində lirik şeirlər, qəzəllər müəllifi kimi tanınmışdır.
Mirzə Mövsümzadə
Mirzə Məmməd oğlu Mövsümzadə (17 oktyabr 1939, Bakı) — kimya elmləri doktoru, professor. Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda elmi işlər üzrə direktor müavini. == Həyatı == Mirzə Mövsümzadə1939-cu il oktyabrın 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 36 saylı məktəbdə aldıqdan sonra, 1958-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının kimya texnologiyası fakültəsiniə qəbul olunub. 1963-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra Azərbaycan Neft-Kimya Prosesləri İnstitutuna işə qəbul olunub. 1964-cü ildə o, aspiranturaya daxil olub. 1968-ci ildə "α-monoxlorhidrin qliserin efirləri törəmələrinin sintezi və yağlara aşqar və polimer materiallarına stabilizator kimi tədqiqi" mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir. 1986-cı ildə "Elektrolit-karbohidrogen sistemləri üçün səmərəli metalların korroziyası inhibitorlarının sintezi və alınma texnologiyasının işlənilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini almış, 1991-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 1967-1983-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik və böyük elmi işçi, «Yanacaqlara aşqarlar» laboratoriyasının rəhbəri vəzifələrində çalışmış, 1992-ci ildən bu günədək institun elmi işlər üzrə direktor müavinidir. Məmməd Mövsümzadənin oğludur.
Mirzə Müştaq
Mirzə Müştaq — Azərbaycan yazıçısıdır. == Həyatı == Bakı şəhərində anadan olmuş, orta məktəbi bitirmiş, M. F. Axundov adına Müəllimlər İnstitutunda təhsil almış, Bakı məktəblərində müəllimlik etmişdir. O, Böyük Vətən müharibəsi iştirakşısı olmuş, cəbhələrdə vuruşmuş, yaralanmış və ordudan tərxis olduqdan sonra "Azərbaycan pioneri" jurnalında fəaliyyətinə başlamış, sonralar "Radio Verilişləri Komitəsində", "Azərnəşr" də çalışmışdır. == Fəaliyyəti == Mirzə Müştaq ədəbi fəaliyyəti 1939-cu ildə "Ədəbiyyat qəzəti"ndə çap etdirdiyi "Qara əlcəkli" adlı ilk hekayəsi ilə başlamışdır. Onun Dərsdən sonra və S. S Axundovla şərikli yazdığı "İradə" adlı pyesi Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuşdur. Mirzə Müştaq 1955-ci ildə Şəfalı əllər, 1958-ci ildə "Məni bağışla" , 1964-cü ildə O mənim dostumdur , 1967-ci ildə "Aydın yollarda", 1973-cü ildə "Nil pərisi" adlı kitablarını nəşr etmişdir. Mirzə Müştaqın əsərləri 1984, 1985-ci illərdə Bakıda çap olunmuş, yaradıcılığına aid məqalələr yazılmış, mətbuatda dərc edilmişdir.
Mirzə Məhəmmədhəsən
Mirzə Məhəmmədhəsən xan Həkiməddövlə
Mirzə Məmmədkənd
Mirzəməmmədkənd — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Ağbil bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Mirzəməmmədkənd oyk., mür. Quba r-nunun Vladimirovka i.ə.v.-də kənd. Qudyal çayının sahilində Qusar maili düzənliyindədir. Oykonim Mirzə məm məd (ş.a.) və kənd sözlərindən ibarət olub, “Mirzəməmmədin kəndi” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 746 nəfər əhali yaşayır.
Mirzə Məmmədov
Mirzə Rəhim oğlu Məmmədov (1909, Lənkəran qəzası – 5 may 1973, Bakı) — Azərbaycan SSR-nin Maarif naziri (1954–1959). == Həyatı == Mirzə Rəhim oğlu Məmmədov 1909-cu ildə Lerik rayonunun Siodi (indiki Siyov) kəndində anadan olmuşdur. 1917-ci ildə ailəvi Bakıya köçüb, 1918-ci ilin ağır mart hadisələrinə görə kəndə qayıdıblar. Ata-anası vəfat edəndən sonra 1919-cu ilə yenidən Bakıya, Sabunçu qəsəbəsində yaşayan böyük qardaşı Nurunun yanına qayıdıb. 1922-ci ildə Bakıdakı 1 nömrəli uşaq evinə düşüb. 1925-ci ildə komsomol sıralarına qəbul edilmişdir. 1926-cı ildə Bakı Şəhəri Xalq Maarifi Şöbəsinin tövsiyəsi ilə 2 nömrəli uşaq evinə pioner baş dəstə rəhbəri göndərilib. 1929-cu ildə Moskvadakı N. K. Krupskaya adına Kommunist Tərbiyəsi Akademiyasına daxil olmuşdur. Orada Sov. İKP sıralarına qəbul edilib.
Haci Mirzə Ağası Bayat
Hacı Mirzə Mirzə Müslüm oğlu Ağası İrəvani (28 yanvar 1783, Maku — 5 may 1848, Tehran) — 1835–1848-ci illərdə İranın baş naziri. == Həyatı == Hacı Mirzə Ağası Mirzə Müslüm oğlu Bayat 28 yanvar 1783-cü ildə Maku şəhərində Hacı Mirzə Müslüm İrəvaninin ailəsində anadan olmuşdu. Onun atası öz ailəsi ilə birlikdə İrəvandan Maku şəhərinə köçmuş, burada güzəranını əkinçilik və təsərrüfatla keçirmişdir. Hacı Mirzə Ağası ibtidai təhsilini atasından almışdı. Molla Abbas İrəvani kimi də tanınan Hacı Mirzə Ağasının təxəllüsü "Fəxri" olmuşdur. Abbas böyüyərək həddi-buluğa çatandan sonra Xoy şəhərinə getmiş və orada təhsil almağa başlamışdır. Oradan Azərbaycanın digər şəhərlərinə səfər etmişdir. Sonra Həmədana gedib, orada Axund Molla Əbdülsəməd Həmədaninin şagirdi olmuşdur. Axund Əbdülsəməd Həmədani məşhur "Bəhrül maarif" kitabının müəllifi olub, dövrünün böyük sufi şeyxlərindən sayılırdı. Abbas bir qədər sonra axundun müridlərindən olur.
Hacı Mirzə Ağa Billuri
Hacı Mirzə Ağa Billuri (1864-1954)—İran Məşrutə hərakatının fəal üzvü, Təbriz şəhərinin meri. == Həyatı == 1864 -cü ildə təbriz şəhərində doğulmuşdur. .Azərbaycan aydınlarındandır.məşrutə inqilabinda güclü iştirak edir.1907 də Təbrizdə "Azərbaycan" qazetin sonra həşərolərz adli turkcə qazetlər buraxır. Birinci Dünya savaşında Şeyxməmməd xiyabani hərəkatına qatılır.osmanliların ittahadi islam partiyasinin üzvü olur.Güney Azərbaycan türkçülərindəndir. == Fəaliyyəti == 12 iyun 1914-cü ildə Batum və Qarsda toplaşmış Osmanlı ordusu Azərbaycana daxil olaraq, Naxçıvan və Xoya doğru hücum etdi. Osmanlılar bu yürüşdə Qarsda mövqe tutmuş qoşundan başqa, Azərbaycandakı tərəfdarlarına və Osmanlı dövlətinin ərazisinə köçmüş azərbaycanlı məşrutəçilərə də arxalanırdılar. Azərbaycanda şəkak tayfasının başçısı olan Simitko, Köhnəşəhərli Teymur ağa kimi insanlar ruslara əməkdaşlıq edirdilər. Hətta Azərbaycana dövlət tərəfindən təyin olunmuş vali Səmədxan Şücaüddövlə də rusların əli altında işləyirdi. Osmanlılar Simitkonun ruslarla əlbir olduğunu əvvəlcədən bilirdilər. Belə ki, 28 yanvar 1913-cü ildə Osmanlı dövlətinin sərhəd xidmətinin 19-cu bölüyünün komandanı yüzbaşı Abdullah Əfəndi, Yəhya Çavuş və daha bir nəfər şəxs vəzifə başından qayıdarkən, 15 nəfər Simitko atlısı tərəfindən tutularaq, Simitkonun yanına gətirilmişdi.
Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi
Qüdsi Vənəndi, Mir Əbdürrəhim, Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Ordubad – 1861, Ordubad) — azərbaycanlı şair. XIX əsrdə yaşamış Ordubad şairlərindən biri. Klassik poeziya və aşıq şeiri formalarında əsərlər Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Divanının 1863-cü ilə aid avtoqraf nüsxəsi Azərbaycan EA Əlyazmaları İnstitutunda saxlanılır. == Həyatı == Qüdsi Vənəndinin doğum və ölüm tarixləri bəlli deyil. Onun əsl adının bir mənbədə Hacı Mirzə Ağa Rəhim Qüdsi Vənəndi, ASE-də isə Mir Əbdürrəhim oduğu qeyd edilir. Ordubadın Vənənd kəndində doğulmuşdur. O şeirlərinin birində göz açdığı Vənənd kəndi haqqında yazır: Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Şeirlərində Füzuli və Nəbati yaradıcılığının təsiri duyulur. Bir divanı qorunub saxlanmışdır.
Hacı Mirzə Ağası İrəvani
Hacı Mirzə Mirzə Müslüm oğlu Ağası İrəvani (28 yanvar 1783, Maku — 5 may 1848, Tehran) — 1835–1848-ci illərdə İranın baş naziri. == Həyatı == Hacı Mirzə Ağası Mirzə Müslüm oğlu Bayat 28 yanvar 1783-cü ildə Maku şəhərində Hacı Mirzə Müslüm İrəvaninin ailəsində anadan olmuşdu. Onun atası öz ailəsi ilə birlikdə İrəvandan Maku şəhərinə köçmuş, burada güzəranını əkinçilik və təsərrüfatla keçirmişdir. Hacı Mirzə Ağası ibtidai təhsilini atasından almışdı. Molla Abbas İrəvani kimi də tanınan Hacı Mirzə Ağasının təxəllüsü "Fəxri" olmuşdur. Abbas böyüyərək həddi-buluğa çatandan sonra Xoy şəhərinə getmiş və orada təhsil almağa başlamışdır. Oradan Azərbaycanın digər şəhərlərinə səfər etmişdir. Sonra Həmədana gedib, orada Axund Molla Əbdülsəməd Həmədaninin şagirdi olmuşdur. Axund Əbdülsəməd Həmədani məşhur "Bəhrül maarif" kitabının müəllifi olub, dövrünün böyük sufi şeyxlərindən sayılırdı. Abbas bir qədər sonra axundun müridlərindən olur.
Hacı Mirzə Hüseyn xan Sərabi
Hacı Mirzə Hüseyn xan Mirzə Abdulla oğlu Sərabi (?-?)—şair, diplomat. == Həyatı == Hüseyn xan Mirzə Abdulla oğlu Sərab şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Hacı Mirzə Hüseyn xan əvvəlcə Cahangir xan Şəqaqiyə xidmətdə idi. Sonra ondan ayrılıb qacarlara meyil etmişdi. Məhəmməd şah və Nasirəddin şah Qacarın hakimiyyəti dönəmində Xarici işlər nazirliyində çalışmışdı. Hacı Mirzə Hüseyn xan şair idi.
Hacı Mirzə Mehdi Cahanşahi
Hacı Mirzə Mehdi Mirzə Əhməd oğlu Cahanşahi (?-1903) — İslam alimi. == Həyatı == Hacı Mirzə Mehdi Mirzə Əhməd oğlu Təbriz şəhərində anadan olmuşdu. Atası ictihad dərəcəsinə yüksəlmiş məşhur islam alimlərindən idi. Hacı Mirzə Mehdi Cahanşahi ibtidai təhsilini ailədə almışdı. Sonra mükkəmməl mədrəsə təhsili görmüşdü. Qum və Nəcəf alimlərinin yanında ali savada yiyələnmişdi.Şeyx Məhəmmədhüseyn Ərdəkaninin sevimli şagirdlərindən idi. O, doğma şəhəri Təbrizə qayıtmış, hüquq və elmlə məşğul olmuşdu. == Mənbə == Ənvər Çingizoğlu, Cahanşahi ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, № 1, səh.
Hacı Mirzə Məhəmmədrəfi Təbatəbai
Hacı Mirzə Məhəmmədrəfi Mirzə Əliəsgər oğlu Təbatəbai (1838–1909) — İslam alimi, şair, ədib. == Həyatı == Hacı Mirzə Məhəmmədrəfi Təbatəbai Təbriz şəhərində anadan olmuşdu. Atası Mirzə Əliəsgər mustofvi (maliyyə müfəttişi) vəzifəsində çalışmışdı. Oğlu Məhəmmədrəfiyə əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi. Hacı Mirzə Məhəmmədrəfi Təbatəbai bütün elmlərə vaqif olduqdan sonra dini işlərlə ilgilənmişdi. Nazimülüləma ləqəbini daşıyırdı. Hacı Mirzə Məhəmmədrəfi Təbatəbai 1909-cu ildə Təbrizdə vəfat etdi. Qum şəhərində dəfn olundu. == Ailəsi == Hacı Mirzə Məhəmmədrəfi Təbatəbainin Nəsrulla xan, İclaülmülk, Mirzə Əbdüləli xan, Mirzə Abdulla xan, Fətulla xan, Mirzə Mehdi xan adlı oğlanları vardı. == Şəcərəsi == Hacı Mirzə Məhəmmədrəfi ibn Hacı Mirzə Əliəsgər ibn Mirzə Rəfi ibn Mirzə Əbutalib vəzir ibn Mirzə Səlim naibülsədr ibn Mirzə Məhəmmədsəid Mirzə Əli Kəbir ibn Mirzə Rəfi ibn Mir Mütəllib ibn Mir Fəttah ibn Məhəmməd Sədrəddin ibn Məcidəddin ibn Seyid İsmayıl ibn Mir Əli Kəbir (Şah mir) ibn Mir Əbdülvəhhab ibn Seyid Xəlil Əmir Əbdülqəffar ibn Əmir Hacı Seyid İmadəddin ibn Seyid Həsən Fəxrəddin ibn Seyid Məhəmməd Kamaləddin ibn Seyid Həsən ibn Seyid Əli Şəhabəddin ibn Mir Əli İmadəddin ibn Seyid İmad ibn Seyid Əli İmadəddin ibn Məhəmməd Əbülhəsən ibn Seyid Əhməd ibn Abdulla ibn Seyid İsmayıl Dibac ibn Seyid İbrahim əl-Qəmər ibn Həsən əl-Müsənna ibn Hüseyn ibn Əli.
Hacı Mirzə Əli Şəbüstəri
Hacı Mirzə Əli Şəbüstəri (1898, Şəbistər, Şərqi Azərbaycan ostanı) — Azərbaycan Demokrat Firqəsinin fəalı, Azərbaycan Milli Məclisinin sədri. == Həyatı == Hacı Mirzə Əli Şəbüstəri 1898-ci ildə Şəbüstərdə, tacir ailəsində doğulub. Xiyabani hərəkatında iştirak edib. Köhnə demokrat hesab edilirdi. Bir oğlu İran ordusunun kapitanı idi və ölkənin cənubunda xidmət edirdi. Daşınmaz əmlak və bağdan gələn gəliri hesabına yaşayırdı. Təbrizdə "Azadlıq Cəbhəsi"nin sədri idi. 1946-cı ilin aprelin 4-də S.C.Pişəvəri ilə Təbrizdəki Sovet konsulunun növbəti – ikinci görüşü keçirilir. Pişəvəri bu görüşə Sovetlərin mövqeyi ilə yaxından tanış olmaq üçün özü ilə birlikdə Milli Məclisin sədri Hacı Mirzə Əli Şəbüstərini, Daxili İşlər naziri Salamulla Cavidi və ADF rəhbərlərindən Sadıq Padeganı da aparır. Danışıqların növbəti raundunda məqsəd AMH rəhbərliyini Tehranla danışıqlara getməyə razı salmaq idi.
Hacı Mirzə Əliqulu Yusifzadə
Hacı Mirzə Əliqulu Yusifzadə - (1808-?), xəttat, həkim, şair, alim. == Həyatı == Əliqulu Kərbəlayı Yusif oğlu 1808-ci ildə Şuşa şəhərində dоğulmuşdu. Ilk təhsilini atasından almışdı. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə "Riyazül-aşiqin" adlı əsərində yazır: "Bu alimü amilü fəqihi-kamil təvəllüd еdibdir Şuşada və əvayili-sinnində tərbiyə tapıb əbəvisi Mirzə Yusif məhrumun və şəhərinin sair ülamalarının hüzurunda, sоnra ikilli təhsil üçün ətəbati-aliyyata müşərrəf оlub. Sеyidi Cəlil və aləmi-Nəbil cənab Hacı Sеyid Kazım Rəşti əl-allah məqamının hüzuri-pürnurlarında təhsilini tamama yеtirəndən sоnra vətəni-əslisi оlan Şuşa şəhərinə müraciət buyurub, əhkami-dini-nübin sеyid əl-Mürsəlin səməlla əlеyhə və məhunun pişrəftandə və çəhərdəh məsumun fəzayil və məqaqibini kəşf еtməkdə хadimi-şəriəti-qurra оlub fəzayili-ali Məhəmməd əlеyüsəlamda nеçə cild kitablar ərəb və fars dilində təsnif buyurub". Mirzə Əliqulu böyük alim və şair idi. Şərq dillərinin əksəriyyətini bilirdi və bu dillərdə sərbəst yazılar ərsəyə gətirirdi. Qasım bəy Zakir Şuşa qazısı Mirzə Əbdülqasım bəy Kəbirliyə bir nеçə həcv yazıb. Özünü böyük alim Hacı Mirzə Əliquludan yüksək tutan qazını qamçılayırdı. Kimdi yanında оnun Əliqulu Əbdürrəhim, Kühi-Əlbürsü yıхar çün tохunan dəm qazı… Hacı Mirzə Əliqulu Yusifzadənin şеirləri ərəb dilində оlduğundan yazımızda vеrməyi gərəkli bilmədik.
Hacı Sasan mirzə Qovanlı-Qacar
Hacı Sasan mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (1832-1905) — Qacar şahzadəsi, vali. == Həyatı == Sasan mirzə Bəhmən mirzə oğlu 1832-ci ildə Tehran şəhərində dоğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Bəhaüddövlə ləqəbini daşıyırdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət еtmişdi. Nasirəddin şahın оğullarından Sultan Mоinəddin mirzənin və Sultan Hüsеyn mirzə Cəlalüddövlənin lələsi оlmuşdu. Hacı Sasan mirzə 1868-ci ildə Təbrizin valisi оlmuşdu. 1889-cu ildə Hüsеyn xan Mötəmidülməlik Yəhya xan Müşirüddövlə оğlunun əvəzinə Ərak (İranın mərkəzi hissəsinin) qоşunun başçısı təyin еdilmişdi. Hacı Sasan mirzə Bəhaüddövlə 1905-ci ildə vəfat еdib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Hadi Mirzəzadə
Hadı İsmayıl oğlu Mirzəzadə (1908 – 1965) — Azərbaycan dilçi alimi, türkoloq, filologiya elmləri doktoru (1960), professor (1961). == Həyatı == Hadi İsmayıl oğlu Mirzəzadə 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Bakı şəhərində alan Hadi Mirzəzadə 1925-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Darülfünunun (indiki BDU) Şərq fakültəsinə daxil olmuş, 1929-cu ildə həmin fakültənin dilçilik şöbəsini bitirmişdir. 1931-ci ildən respublikanın müxtəlif orta və ali məktəblərində dərs deməyə başlamış, Şamaxı və Naxçıvan pedaqoji məktəblərində, Azərbaycan Pedaqoji İnstitutunda, Qazax Pedaqoji İnstitutunda baş müəllim, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1950-ci ildən başlayaraq Hadi Mirzəzadə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) ümumi dilçilik kafedrasının dosenti vəzifəsində çalışaraq öz dolğun, məzmunlu mühazirələri ilə müəllim və tələbələr arasında böyük hörmət qazanmışdır. 1953-1955-ci illərdə Bolqarıstan hökumətinin dəvəti ilə Sofiya universitetində müasir türk dilindən mühazirələr oxumuşdur. Azərbaycan dilinin tarixinin yaradıcılarından olan H.Mirzəzadə sonralar Azərbaycan Dövlət Universitetinin filologiya və şərqşünaslıq fakültələrində "Azərbaycan dilinin tarixi" kursundan mühazirələr oxumaqla yanaşı ciddi tədqiqatlarla məşğul olmuşdur. Elmi-pedaqoji kadrların hazırlanmasında böyük xidməti olmuşdur. Kiçik fasilələr nəzərə alınmazsa, onun bütün 30 illik elmi-pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Universiteti ilə bağlıdır. 1961-ci ildən həmin ali məktəbin "Ümumi dilçilik kafedrası"nın professoru seçilən H.Mirzəzadə ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır.
Heydər mirzə Səfəvi
Heydər mirzə Səfəvi (fars. حیدر میرزا صفوی‎; 1554, İran – 1576, Qəzvin) — Səfəvi şahzadəsi, şahlığa iddiaçı. Atası I Şah Təhmasibdən sonra 15 may 1576-cı ildə özünü Səfəvilər dövlətinin şahı elan edən Səfəvi şahzadəsi olub. Lakin o, elə həmin gün qardaşı II İsmayılı atalarının varisi kimi qəbul edən qızılbaş tayfaları tərəfindən öldürülüb. Heydər Mirzənin anası gürcü əsilli Sultanzadə xanım idi. I Şah Təhmasibin 9 oğlu qalmışdı. Onlar İsa bəy Mosullunun qızı Sultanum Bəyimin (I Təhmasibin Şahbanusu) dünyaya gətirdiyi Məhəmməd Mirzə və İsmayıl Mirzə; Şamxalın bacısından və çərkəz kənizlərindən olan Süleyman Mirzə, Mahmud Mirzə və Əhməd Mirzə; gürcü əsilli Sultanzadə xanımdan dünyaya gələn övladları Heydər Mirzə, İmamqulu Mirzə, Mustafa Mirzə və Əli Mirzə idilər. == Həyatı == I Təhmasib oğlanlarından Heydər Mirzəyə (3-cü oğlu) inzibati işlərin idarə olunmasını çox erkən yaşlarından etibar etmişdi. I Təhmasib, 1571-ci ildə, 18 yaşı olanda Heydər Mirzəni Alessandri, əslində bütün işləri idarə edən şah müavinitəyin etmişdi. Hüseyn bəy başda olmaqla ustaclı tayfası və gürcü əmirləri onu müdafiə edirdilər.
Hikmət Mirzəyev
Hikmət İzzət oğlu Mirzəyev (29 fevral 1968, Puşkin) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki; Vətən Müharibəsi Qəhrəmanı; Müdafiə nazirinin müavini — Quru Qoşunların Komandanı (2024), Xüsusi Təyinatlı Qüvvələr Komandanı (2014–2024). == Həyatı == Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə Puşkin (indiki Biləsuvar) şəhərində anadan olmuşdur. 1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlamışdır. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib. 1997–1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb. 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə təyin olunub. Birinci Qarabağ müharibəsində iştirak etmiş, xüsusi təyinatlı taborun üzvü olmuşdur. 1992-ci ilin dekabrında Xocalı rayonu ərazisindəki o zaman Ağdam üçün böyük təhlükə təşkil edən Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi ilə Mehman Səlimovun komandanlığı ilə aparılmış hücum əməliyyatı zamanı Hikmət Mirzəyev kapitan rütbəsində hərbi birliyin kəşfiyyat bölüyünün komandiri kimi döyüşmüşdür. O, Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşımışdır.
Hülaku Mirzə Qacar
Hülakü mirzə Qacar (Şiraz – 1866) — Fətəli şah Qacarın nəvəsi, şair == Həyatı == Fətəli şahın nəvəsi Hülakü mirzə atasının Xorasanda, Yəzddə, Kirmanda hakimlik etdiyi, digər dövlət vəzifələrini yerinə yetirdiyi vaxtlarda onu müşayiət etmişdi. H.1250/1834-cü ildə Fətəli şah vəfat etdikdən sonra bəzi şahzadələr hakimiyyət sevdasına düşdülər və iğtişaşlar törətdilər. Həmin vaxt Hülakü mirzənin atası Həsənəli mirzə Kirman hakimi idi. O, qiyam qaldıraraq İsfahana hücum etmiş, oğlu Hülakü mirzə isə Yəzd şəhərini ələ keçirmişdi. Lakin tezliklə Məhəmməd şah taxt-tacda yerini möhkəmlədərək, bu qiyamları yatırmağa nail oldu. Həsənəli Mirzə dustaq edildi və gözləri kor edildikdən sonra Ərdəbil qalasında həbsə salındı. O, Nəsirəddin şahın hakimiyyətinin əvvəlində azadlığa buraxılaraq Tehrana gəldi və h. 1270/1853-cü ildə vəfat etdi. Həsənəli Mirzə "Şikəstə" təxəllüsü ilə şeirlər yazardı. Onun divanı Astani-Qüdsi Rizəvi kitabxanasında 4680 şifrəsi ilə mühafizə edilir.
Hüseyn Mirzəyev
Hüseynqulu Mirzə Qovanlı-Qacar
Hüseynqulu mirzə Müzəffərəddin şah oğlu Qovanlı-Qacar (1884, Təbriz – 1945, Tehran) — şahzadə, əyalət valisi == Həyatı == Hüseynqulu mirzə Müzəffərəddin şah oğlu 1884-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Nüsrətüssəltənə ləqəbi almışdı. Hüseynqulu mirzə orduda xidmət etmişdi. Əmir tuman rütbəsi daşıyırdı. 1897-ci ildə Tehranın valisi olmuşdu. 1905-ci ildə atasının məiyyətində Avropaya getmişdi. Hüseynqulu mirzə 1945-ci ildə vəfat edib. Hüseynqulu mirzənin törəməsi Nüsrət-Müzəffəri soyadını daşıyırlar. Hüseynqulu mirzə Əzəmsəltənə xanım (Valiə Zəndşahi) ilə ailə qurmuşdu.
Hüseynəli mirzə Fərmanfərma
Hüseynəli mirzə Qovanlı-Qacar (1788-1835) — Qacar şahzadəsi, vali. == Həyatı == Hüseynəli mirzə Qovanlı-Qacar (anası Bədircahan xanım Məhəmmədcəfər xan qızı Ərəb) 1788-ci ildə dünyaya gəlmişdi. Mədrəsə təhsili almışdı. Fərmanfərma ləqəbi daşıyırdı. 1801-ci ildə Fars əyalətinə vali təyin olunmuşdu. Şiraz əyaləti iki qardaş; Hüseynəli mirzə ilə Həsənəli mirzənin nəzarətində idi. Bu iki qardaş çox var-dövlət toplamış və yavaş-yavaş mərkəzə qarşı çıxmağa başlamışdılar. Mərkəzə ödəmələri gərəkən vergini bütün ixtarlara baxmayaraq ödəmirdilər. Şah onarlı yerində oturtmaq üçün öz ordusu ilə Şiraza səfər etmək istədi. 1829-cu ilin yayında Şah öz ailə üzvləri və ordusu ilə Şiraza yollandı.
Hüseynəli mirzə Qovanlı-Qacar
Hüseynəli mirzə Qovanlı-Qacar (1788-1835) — Qacar şahzadəsi, vali. == Həyatı == Hüseynəli mirzə Qovanlı-Qacar (anası Bədircahan xanım Məhəmmədcəfər xan qızı Ərəb) 1788-ci ildə dünyaya gəlmişdi. Mədrəsə təhsili almışdı. Fərmanfərma ləqəbi daşıyırdı. 1801-ci ildə Fars əyalətinə vali təyin olunmuşdu. Şiraz əyaləti iki qardaş; Hüseynəli mirzə ilə Həsənəli mirzənin nəzarətində idi. Bu iki qardaş çox var-dövlət toplamış və yavaş-yavaş mərkəzə qarşı çıxmağa başlamışdılar. Mərkəzə ödəmələri gərəkən vergini bütün ixtarlara baxmayaraq ödəmirdilər. Şah onarlı yerində oturtmaq üçün öz ordusu ilə Şiraza səfər etmək istədi. 1829-cu ilin yayında Şah öz ailə üzvləri və ordusu ilə Şiraza yollandı.
Həmzə Mirzə Səfəvi
Həmzə əs-Səfəvi — Məhəmməd şah Xudabəndənin böyük oğlu, Səfəvilər dövlətinin şahzadəsi, 1578-1590-cı illərdə baş verən Səfəvi-Osmanlı müharibələrində orduya rəhbərlik etmiş və bir sıra zəfərlər qazanmışdır. == Həyatı == Həmzə Mirzə Məhəmməd Xudabəndənin Məhdi Ülya ilə olan evliliyindən dünyaya gəlmiş oğlanlarından biri idi. Hələ Şah II İsmayılın vəfatı zamanı hakimiyyətə namizəd kimi göstərilən şahzadələrdən biri də Həmzə Mirzə idi. Bu zaman onun 11 yaşı varidi. 1578-ci il fevral ayının 13-də Məhəmməd Xudabəndənin Qəzvində tacqoyma mərasimi baş tutur. Onun taxta çıxmasından sonra həyat yoldaşı Məhdi Ülyanın xahişi ilə oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla) vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən vurulsun. === Evlilikləri === Həmzə Mirzənin evlilikləri ilə bağlı mənbələrdə bir neçə müxtəlif məlumat əks olunmuşdur. Həmzə Mirzəyə yaxınlığı ilə bilinən tarixçi, diplomat Oruc bəy Bayat yazır ki, şahzadə Həmzə Mirzə hələ 10 yaşında olarkən etimadüd dövlə Mirzə Salmanın qızı Safiyə xanımla nikahlanmışdı.1583-cü ildə qızılbaş əmirləri vəzir Mirzə Salmanı həbs edib, mal-əmlakını müsadirə etdikdə Həmzə Mirzədən onun qızı Safiyə xanımla boşanmasını tələb edirlər. Bu hadisə həm “Tarix-i aləmarayi-Abbasi”də həm də Şərəf xan Bitlisinin “Şərəfnamə” adlı əsərində öz əksini tapır. Atası kimi qızılbaş əmirlərinə qarşı mülayim olan Həmzə Mirzə bu istəyi qəbul edir.
I Mirzə Məhəmməd xan
Mirzə Məhəmməd xan Dərgahqulu xan oğlu (1727, Bakı – 17 oktyabr 1768, Bakı) — 1747–1768-ci illərdə Bakı xanı. == Həyatı == İ. Lerx Dərgahqulu bəyin Nadir şahın qoşununda İrəvan yaxınlığında osmanlılarla döyüşdə öldürüldüyünü göstərir, lakin tarix birinci versiyanı təsdiq edir. Bu hadisə Bakıda xanlığın yaranmasından 9 il əvvəl olmuşdur. Bu zaman Dərgahqulu xanın yeganə oğlu Mirzə Məhəmmədin 11 yaşı var idi. Nadir şah onu atasının əvəzində Bakı şəhərinə hakim təyin etdi. 1747-ci ildə Nadir şahın ölümündən sonra onun yaxın əmirlərindən sayılan 20 yaşlı Mirzə Məhəmməd xan Dərgahqulu xan oğlu Bakını öz öhdəsinə keçirdi və 39 para kənddən ibarət bir xanlığ yaratdı. Nadir şahın təyin etdiyi Bakı hakimini qovdu və Səlim xanı şəhərə sultan təyin etdi. Bir qədər sonra Həcc ziyarətini də yerinə yetirərək Hacı titulunu qazandı. 1747-ci ildən başlayaraq I Hacı Mirzə Məhəmməd xan Əfşar şahları dövründə tənəzzülə uğramış Bakı iqtisadiyyatını dirçəltdi, ticarəti xeyli inkişaf etdirə bildi. 20 yaşında xanlığa keçən və 20 il xanlıq edən Hacı Mirzə Məhəmməd xan 1768-ci ildə vəfat etdi, cənazəsi Kərbəla şəhərinə aparılaraq orada dəfn edildi.
I Sam Mirzə
I Sam Mirzə — Özünü Səfəvi şahı Sultan Hüseynin oğlu kimi qələmə verən şahzadə. 1743-cü Nadir şaha qarşı üsyan qaldıran I Sam Mirzə 50 minlik qoşunla Surxay xanın müşaiyətində Şirvanın mərkəzi olan Ağsu (yaxud dövrün mənbələrində Yeni Şamaxı) şəhərini zəbt etdi. Əhali onu rəğbətlə qarşıladı. O, Nadir Şah tərəfindən qoyulmuş vergilərdən azad etdi. 1743-cü ildə Nadir şahın oğlu Nəsrullah mirzə başda olmaqla qızılbaş qoşunu Kür çayı sahilində I Sam mirzənin qüvvələrini haqladı və son nəfərinə qədər qırdı. Nəsrullah mirzə yalançı şahzadənin burnunu və qulaqlarını kəsdirmişdi.
I Əliqulu mirzə Qovanlı-Qacar
I Əliqulu mirzə Fətəli şаh оğlu Qovanlı-Qacar (7 dekabr 1822-14 dekabr 1880) — İran şahzadəsi, maarif naziri. == Həyatı == Əliqulu mirzə Fətəli şаh оğlu (аnаsı Gülpirхаn хаnım gürcü) 7 dekabr 1822-ci ildə Tehran şəhərində аnаdаn оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Etizadəssəltənə ləqəbi daşıyırdı.Nasirəddin şahın dövründə İranın maarif naziri olmuşdu. Bir neçə elmi-tədris kitabının müəllifidir. Əliqulu mirzə 14 dekabr 1880-ci ildə vəfat edib. == Ailəsi == Əliqulu mirzə Fəxricahan xanım Avşarla, Tacmah xanım və Mahsultan xanımla ailə qurmuşdu. Abbasqulu mirzə adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.

mirzə sözünün leksik mənası və izahı

  • 1 is. [fars. “əmirzadə”nin ixtisarı] 1. tar. Şəxs adlarından sonra gəldikdə şahzadəlik, əvvəl gəldikdə isə rütbə bildirir; məs.: Sam mirzə, Abbas mirzə, Əbubəkr mirzə. 2. köhn. Savadlı adam. Mirzələr qəzet yazıb; Aşıqlar dastan eləyib. Aşıq Ələsgər. // Bu kimi adamlara ehtiramla müraciət məqamında işlədilir. [Mir Hadi:] Mirzə, yəqin ki, cənablarınızın elmi-təvarixdən xəbəri var. Qantəmir. [Hüseyn:] Xeyr, mirzə, tanımıram, mən heç bu cür adam görməmişəm. S.Rəhman. // Savadlı, elmli, bilikli, hörmətli şəxslərin adlarına əlavə edilir. Mirzə Fətəli Axundzadə. – [Səhhət:] Mirzə Cəlil damcıdan; Axı ümman yaratdı. B.Vahabzadə. 3. Keçmişdə yazı-pozu işləri ilə məşğul olan adam; katib. [Nisə xanım:] Sən köhnə vəzirin oğlu Mirzə Səlimi gətirib özünə mirzə eləmisən. M.F.Axundzadə. [Toğrul:] Dərhal mirzəsini çağırıb, Qızıl Arslana məktub göndərdi. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / mirzə
  • 2 "əmir" və "zadə" sözlərinin birləşməsindən düzəlmiş və "əmir oğlu, əmir nəslindən olan" mənasındadır. Sonralar "hörmətli, möhtərəm; savadlı, oxumuş, katib" mənalarında da işlənmişdir. "Mirzə" əsl addan əvvəl gələndə "savadlı, oxumuş" mənasında ləqəb, sonra gələndə isə titul bildirir: Mirzə Cəlil, Sam Mirzə.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / mirzə
  • 3 f. əsli ə. «əmir» və f. «zadə» 1) şəxs adından sonra gəldikdə şahzadəlik, əvvəl gəldikdə isə rütbə bildirir; 2) savadlı adam; 3) yazı-pozu ilə məşğul olan // katib.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mirzə

mirzə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. MİRZƏ [Nisə xanım:] Onun ağzı deyil mənim mirzəmi qovdura (M.F.Axundzadə); KARGÜZAR Yarın icraiyyə komitəsinin sədri idarədən bir kargüzar göndərmişdi (T.Ş.Simürğ); KATİB Atabəy öz katibi kiçik Buğanı çağınb tapşırdı: – Həbsə alman caniləri möhkəm saxlayın (M.S.Ordubadi). 2. mirzə bax müəllim

    Azərbaycan dilinin sinonimlər lüğəti / mirzə

mirzə sözünün rus dilinə tərcüməsi

  • 1 1. до революции титул людей, получивших образование или занимавших небольшие государственные должности; 2. писарь, письмоводитель, секретарь, учитель; 3. царевич (с приставкой "мирза" после собственного имени);

    Azərbaycanca-rusca lüğət / mirzə
  • 2 сущ. мирза: 1. до 1917 г.: титул людей, получивших образование или занимавших небольшие государственные должности 2. писарь, письмоводитель, секретарь 3. учитель 4. истор. приставка, обозначавшая: “царевич” и ставившаяся после собственного имени, напр.: Abbas Mirzə Аббас Мирза

    Azərbaycanca-rusca lüğət / mirzə

mirzə sözünün inglis dilinə tərcüməsi

mirzə sözünün fransız dilinə tərcüməsi

mirzə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars. “əmirzadə”nin ixtisarı] сущ. мирзе (1. ист. ксарин тӀварарилай кьулухъ лугьудамаз шагьзадавал, вилик лугьудамаз чин къалурда; 2. куьгьн. савадлу кас; чирвилер авай, илимлу, гьуьрметлу ксарин тӀварцӀиз алава ийидай гаф; мес. Mirzə Ələkbər Sabir Мирзе Элекбер Сабир; 3. виликра кхьинрин крар ийидай кас; катиб).

    Azərbaycanca-ləzgicə lüğəti / mirzə

mirzə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Gəncə) qayın II (Qazax) balıq adı

Azərbaycan dilinin dialektoloji lüğəti.

"mirzə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mirzə nədir? #mirzə sözünün mənası #mirzə nə deməkdir? #mirzə sözünün izahı #mirzə sözünün yazılışı #mirzə necə yazılır? #mirzə sözünün düzgün yazılışı #mirzə leksik mənası #mirzə sözünün sinonimi #mirzə sözünün yaxın mənalı sözlər #mirzə sözünün əks mənası #mirzə sözünün etimologiyası #mirzə sözünün orfoqrafiyası #mirzə rusca #mirzə inglisça #mirzə fransızca #mirzə sözünün istifadəsi #sözlük