Mirzəli sözü azərbaycan dilində

Mirzəli

Yazılış

  • Mirzəli • 97.0297%
  • MİRZƏLİ • 1.9802%
  • mirzəli • 0.9901%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mirzəli
Mirzəli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Mirzəli oyk. Cəlilabad r-nunda eyni adlı i.ə.v-də kənd. Burovar silsiləsinin ətəyindədir. Keçmiş adı Xamirova olmuşdur. Tam adı Xilə Mirzəlidir. Sonralar oykonimin tərkibindən Xilə komponenti düşmüşdü. Yaşayış məntəqəsi XIX əsrin 70-ci illərində Şamaxı qəzasındakı Xilə icmasına mənsub mirzəli nəslinin maskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 752 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mirzəli (Vərziqan)
Mirzəli Kəndi- Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Mərkəzi bəxşinin Cənubi Üzümdil dehestanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Mirzəli Abbasov
Mirzəli Abbasov (aktyor) — aktyor, rejissor, dramaturq, Gürcüstanın әmәkdar artisti (1928). Mirzə Əli Abbasov (oftalmoloq) — oftalmoloq.
Mirzəli Hüseynzadə
Hüseynzadə Mirzəli Mirzəhüseyn oğlu (31 dekabr 1939, Astraxanbazar rayonu – 15 mart 2002) — publisist, şair, nasir. 1980-ci ildən SSRİ Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin, Respublika Ziyalılar Cəmiyyətinin üzvü . == Həyatı == Mirzəli Hüseynzadə 1939-cu il dekabrın 31-də Azərbaycan SSR-in Astraxanbazar (indiki Cəlilabad) rayonunun Qaralı kəndində anadan olmuşdur. Cəlilabad şəhərindəki Nizami adına məktəbdə orta təhsil almışdır. BDU-nun filologiya fakültəsini bitirmişdir. == Fəaliyyəti == İlk şeirləri " Yeni gün " (keçmiş " Taxılçı ") qəzetində çap olunmuşdur. O, bir müddət Cəlilabad şəhərində mədəniyyət şöbəsinin, rayon təhsil işçiləri evinin müdiri, kənd təsərrüfati işçiləri həmkarlar ittifaqı komitəsinin sədri vəzifələrində işləmişdir. Baki şəhərinə köçdükden sonra Azərbaycan Dövlət Nəşriyyatında, Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində redaktor," Nəsimi " ("Azərbaycan dünyası") qəzetində şöbə müdiri vəzifəsində çalışmışdır. SSRİ Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvü, " Qızıl Qələm ", mükafatı laureatı idi. Şeirləri " Ədəbiyyat ", "Azərbaycan müəllimi ", " Baki " qəzetlərində , " Azərbaycan ", " Ulduz ", " Kirpi " jurnallarinda çap olunmuşdur.
Mirzəli Kəndi
Mirzəli Kəndi- Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Mərkəzi bəxşinin Cənubi Üzümdil dehestanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Mirzəli Murquzov
Mirzəli İsmayıl oğlu Murquzov (1 aprel 1937) — fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar müəllim, "Şöhrət" ordenli, ADPU-nun fizika fakültəsinin dekanı, Respublika Təhsil Şurası sədrinin müavini, respublika Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının "Fizika" bölməsinin sədri, məktəblilərin fizika fənni üzrə Respublika Olimpiadasının münsiflər heyətinin sədri, TQDK fizika fənni üzrə ekspert komissiyasının sədri, İlk dəfə olaraq öz elmi rəhbərinin konfiqurasiya modelinə əsaslanaraq mürəkkəb yarımkeçirici maddələrdə fiziki və fiziki-kimyəvi xassələrin formalaşmasında lokallaşma effektinin rolunu müəyyənləşdirdi. SSRİ Dövlət Komitəsinin Müəlliflik şəhadətnaməsinə layiq görülmüşdür. == Həyatı == 1937-ci ilin 1 aprelində Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Ailədə yeddi qardaş, bir bacı idilər. Yeddi qardaşın yaşca ən kiçiyi idi. Uşaqkən şeirlər də yazmağa başlamışdı. Tanıyanlar gənc Mirzəlinin ədəbiyyatçı olacağını düşünürdü. Lakin o, tamam başqa peşəni seçdi və ADPU-nun (keçmiş V.İ.Lenin adına APİ) fizika-riyaziyyat fakültəsində təhsil almağa başladı. Bu seçimin əsas səbəbkarı isə onun böyük qardaşı, Gəncə Pedaqoji İnstitutunun riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, mərhum professor Nəcəf Murquzov olmuşdu. 1962-ci ildə ADPU-nu bitirdikdən sonra o, Ukrayna EA-nın Materialşünaslıq İnstitutunun aspiranturasına daxil oldu.
Rəşad Mirzəli
Rəşad Hafiz oğlu Mirzəli (26 may 1995; Hacıqərvənd, Tərtər rayonu - 1 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Rəşad Mirzəli 1995-ci il mayın 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Rəşad Mirzəli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəşad Mirzəli oktyabrın 1-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mirzəli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. == Təltifləri == • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) == İstinadlar == 1."İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) ( (azərb.)). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020. 2."Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı".
Xilə Mirzəli
Xilə Mirzəli— Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Mirzəli Abbasov (aktyor)
Abbasov Mirzəli Hacabbas oğlu (1874, Rusiya imperiyası – 3 noyabr 1943, Tiflis, Gürcüstan Sovet Sosialist Respublikası, Sovet İttifaqı) — aktyor, rejissor, dramaturq, Gürcüstanın əməkdar artisti (1924). == Həyatı == Mirzəli Abbasob 1874-cü ildə o zaman Rusiya imperiyasına daxil olan Tiflis şəhərində azərbaycanlı ailəsində dünyaya gəlmişdir. 1924-cü ildə Gürcüstan Sovet Sosialist Respublikasının əməkdar artisti adını alan Mirzəli Abbasov elə doğulduğu Tiflis şəhərində 1943-cü ildə vəfat etmişdir. Vəfatından sonra Tiflisdəki müsəlman qəbiristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Abbasov Mirzəli (Əlibala) Hacabbas oğlu 1898-ci ildən səhnə fəaliyyətinə başlamışdı. İlk oynadığı rol Mirzə Fətəli Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsərindəki Fərraş obrazı olmuşdur. Tiflis Azərbaycan teatrının təşkilatçılarından olmuş, onun səhnəsində Üzeyir Hacıbəyovun "Arşın mal alan" və "O olmasın, bu olsun" musiqili komediyalarını, "Ölülər" tragikomediyasını tamaşaya qoymuşdur. Azərbaycanlı dram qruplarının aktiv üzvü kimi Tiflisdə, Təbrizdə və bir sıra digər şəhərlərdə səfərlərdə olmuşdur. 1916-cı ildən etibarən Tiflisdəki Azərbaycan türklərinin əsas teatr təşkilatçılarından biri olmuşdur. Yaradıcılığı boyunca daha çox Hüseyn Ərəblinski kimi faicəvi taleyə sahib obrazları canlandıran Mirzəli Abbasovun əsas rolları sırasına Əbdülrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" tarixi faciəsində Qacar obrazı, Uilyam Şekspirin faciəsində Otello obrazı, Fridrix Şillerin "Oğrular" dramında Franz obrazları daxildir.
Mirzəli Möcüz Şəbüstəri
Mirzə Əli Hacı Ağa oğlu Möcüz (29 mart 1873, Şəbüstər, Qacar İranı – 25 sentyabr 1934, Şahrud, İran) — Azərbaycan şairi. == Həyatı == Mirzə Əli Hacı Ağa oğlu Möcüz Güney Azərbaycanının Güney mahalının Şəbüstər qəsəbəsində bir tacir ailəsində doğulmuşdur. Möcüzün babası İstanbula səfər edərmiş. Hətta onun iki böyük oğlu (Hüseyn və Həsən) İstanbulda yaşayırlarmış. Mirzə Əli ilk təhsilini öz vətənində molla məktəbində almışdır. On altı yaşında ikən atası vəfat etmiş, yetim qalan uşağı qardaşları İstanbula çağırmışdılar. Möcüz 16 il İstanbulda yaşamış, tədris ləvazimatı satmaqla məşğul olmuşdur. İstanbul mühiti Möcüzə təsirsiz qalmamışdır. O, vaxtını çoxunu mütaliə ilə keçirmiş, Şərq ədəbiyyatını, müasir ictimai-siyasi mətbuatı həvəslə izləmişdir. Vətənə qayıdandan, öz vətəninin müasir həyatdan çox geri qaldığını görəndən sonra öz intibalarını, təəssüratını şeir ilə ifadəyə çalışmışdır.
Mirzəli bəy Bektaşov
"Mirzəli bəy Bektaşov — Naxçıvan İnqilab Komitəsinin sədri == Həyatı == Naxçıvanın sovetləşməsi uğrunda mübarizəyə başlanıldı və daşnaklara qarşı aparılan əməliyyatlar nəticəsində 1920-ci ilin iyunun 28-də Naxçıvan şəhəri tutuldu. İyunun 29-da Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı Sovet Sosialist Respublikası elan etdi. Naxçıvan İnqilab Komitəsinin tərkibinə Mirzəli bəy Bektaşov, Abbas Qədimov, Fərəməz Mahmudbəyov, Qafar Babayev və b. daxil oldular.
Mirzəli bəy Salahlı-Kəngərli
Mirzəli bəy Seyidəli bəy oğlu Kəngərli (1817 - ?) — Qarabağ bəyi. == Həyatı == Mirzəli bəy Seyidəli bəy oğlu 1817-ci ildə Çiləbörd mahalının Kəngərli-Salahlı obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Mülkədar idi. == Ailəsi == Mirzəli bəyin Salah bəy adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu. Kəngərli eli. "Soy" dərgisi, Bakı, 1 (9) 2008.
Abgül Mirzəliyev
Abgül Ərzulla oğlu Mirzəliyev (27 noyabr 1986, Şıxzahırlı, Şamaxı rayonu) — Azərbaycan xanəndəsi. == Həyatı == Abgül Ərzulla oğlu Mirzəliyev 27 noyabr 1986-cı ildə Şamaxı rayonunun Şıxzərli kəndində anadan olmuşdur. Elə həmin kəndin orta məktəbdə təhsil almışdır. 2005-ci ildə Mədəni-Maarif Texnikumunda Camal Dadaşovun sinfinə daxil olmuşdur. İki il orada təhsil aldıqdan sonra təhsil ocağını Asəf Zeynallı adına musiqi kollecinə dəyişmişdir. O, 2007-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam Televiziya Müsabiqəsində iştirak etmiş və qalib olmuşdur. 2009-cu ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olumuşdur. Zabit Nəbizadənin sinfində təhsil almışdır. Nicat Qafuroğlunun rejissorluğu ilə ifa etdiyi "Nar ağacı, nar çiçəyi" mahnısına klip çəkdirmişdir. Abgül Mirzəliyev Rusiyanın bir neçə şəhərində, İranda, Ukraynada, Belarusda, Latviyada, Özbəkistanda, BƏƏ'də, Türkiyədə, Gürcüstanda və s.
Aqil Mirzəliyev
Aqil Mehman oğlu Mirzəliyev (27 avqust 1999, İsmayıllı rayonu – 23 oktyabr 2020, Tuğ, Xocavənd rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Mirzəliyev 1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda anadan olmuşdur. 2005-2016-cı illərdə İsmayıllı rayonunda İsrail Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil almışdır. Məktəb illərində intellektual səviyyəsi ilə daim seçilən Aqil dəfələrlə respublika fənn olimpiadalarında, bilik və intellektual yarışlarda çempion olmuşdur. 2016-cı ildə orta məktəbi əla qiymətlərlə başa vurmuş və qəbul imtahanında 613 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olunmuşdur. 2020-ci ildə universitetdən məzun olmuş, daha sonra isə hərbi xidmətə yollanmışdır. == İkinci Qarabağ müaribəsində iştirakı == Aqil Mirzəliyev hərbi xidmətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində başlamış və 2020-ci il sentyabr ayının 27-dən başlayan 2-ci İkinci Qarabağ müharibəsində fəal iştirak etmişdir. O, Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə şücaət göstərmişdir. Aqil Mirzəliyev 20 oktaybr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və oktyabr ayının 23-ü Şəhidlər Xiyabanında dəfn edilmişdir. == Xatirəsi == 2022-ci ildə İsmayıllıda Aqil Mirzəliyevin ad günündə şəhidin adına küçə verilib.
Kamal Mirzəliyev
Kamal Əjdər oğlu Mirzəliyev (30 avqust 1996; Çarhan, Şamaxı, Azərbaycan — 17 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirzəliyev Kamal 30 avqust 1996-cı ildə Şamaxının Çarhan kəndində anadan olub. Sonradan ailələri Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinə köçmüşdür. Kamal orada 273 saylı məktəbdə orta təhsil almışdır. Məktəbi bitirdikdən sonra Kamal 2016-cı ildə hərbi xidmətə gedib. Ordudan tərxis olunduqdan sonra Bakı Gəmiqayırma Zavodunda əmək fəaliyyətinə başlayıb. == Hərbi xidmətləri == Kamal Mirzəliyev Aprel döyüşlərində iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kamal Mirzəliyev Suqovuşan, Tərtər doyüşlərində iştirak edib. 17 oktyabr 2020-ci ildə Suqovuşanda şəhid olub. Lökbatan Şəhidlər xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Mirzalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamal Mirzəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mirzəliyev Aqil
Aqil Mehman oğlu Mirzəliyev (27 avqust 1999, İsmayıllı rayonu – 23 oktyabr 2020, Tuğ, Xocavənd rayonu) — Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Mirzəliyev 1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda anadan olmuşdur. 2005-2016-cı illərdə İsmayıllı rayonunda İsrail Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil almışdır. Məktəb illərində intellektual səviyyəsi ilə daim seçilən Aqil dəfələrlə respublika fənn olimpiadalarında, bilik və intellektual yarışlarda çempion olmuşdur. 2016-cı ildə orta məktəbi əla qiymətlərlə başa vurmuş və qəbul imtahanında 613 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olunmuşdur. 2020-ci ildə universitetdən məzun olmuş, daha sonra isə hərbi xidmətə yollanmışdır. == İkinci Qarabağ müaribəsində iştirakı == Aqil Mirzəliyev hərbi xidmətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində başlamış və 2020-ci il sentyabr ayının 27-dən başlayan 2-ci İkinci Qarabağ müharibəsində fəal iştirak etmişdir. O, Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə şücaət göstərmişdir. Aqil Mirzəliyev 20 oktaybr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və oktyabr ayının 23-ü Şəhidlər Xiyabanında dəfn edilmişdir. == Xatirəsi == 2022-ci ildə İsmayıllıda Aqil Mirzəliyevin ad günündə şəhidin adına küçə verilib.
Məhəbbət Mirzəliyeva
Məhəbbət Mirzəxan qızı Mirzəliyeva (17 oktyabr 1949, Bakı – 2016) — Azərbaycan alimi, dilçi, türkoloq, filologiya elmləri doktoru, AMEA Dilçilik İnstitutunun direktor müavini. == Həyatı == Məhəbbət Mirzəliyeva 1966-cı ildə Bakı şəhərindəki 74 saylı orta məktəbi gümüş medalla bitirərək Bakı Dövlət Universitetinin (keçmiş S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1971–1972-ci tədris ilində Ali təhsili başa vurduqdan sonra təyinatla Quba şəhər internat məktəbində tərbiyəçi-müəllim işləmişdir. 1972-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. Məhəbbət Mirzəliyeva 1975–1981-ci illərdə institutun türk dilləri şöbəsində kiçik elmi işçi, 1981–1993-cü illərdə böyük elmi işçi vəzifəsində çalışmışdır. 2002-ci ilin yanvarında AMEA Nəsimi adına Dilçilik İnstitutu türk dilləri şöbəsinin müdiri vəzifəsinə seçilmişdir. 2013–2015-ci illərdə AMEA Dilçilik İnstitutunun direktor müavini vəzifəsində çalışmışdır.. 2015-ci ilin may ayından yenidən institutun türk dilləri şöbəsinə rəhbərlik edir. Məhəbbət Mirzəliyeva uzun sürən xəstəlikdən sonra 2016-cı ild' vəfat etmişdir.
Qədir Mirzəliyev
Qədir Mirzə Əli (qaz. Қадыр Мырза Әлі, rus. Кадыр Гинаятович Мырзалиев; 5 yanvar 1935 – 24 yanvar 2011, Almatı) — Qazaxıstan xalq yazıçısı, şair və ilk Qazaxıstan himninin həmmüəllifidir. O, 50-dən çox şeir kitabı, ədəbi tənqid və uşaq kitabları müəllifidir. == Həyatı == Qədir Mirzəliyev Ural oblastının Cambeytı kəndində anadan olmuşdur. O, uşaqlıqdan bəri kitablara maraq göstərmiş və yerli rayon kitabxanasının daimi ziyarətçisi idi. 11 yaşında bəstələdiyi ilk şeirində sinif yoldaşlarını zarafatcıl tərzdə təsvir etmişdir. Atasının ölümündən sonra o, internat məktəbinə göndərildi, burada şeir sənəti üzrə təhsilini davam etdirdi. 1954-cü ildə gənc şair "Pioner" respublika jurnalında dərc olunmağa başlayır.1958-ci ildə Qədir Mirzəliyev S. M. Kirov adına Qazax Milli Universitetinin filologiya fakültəsi, iki il sonra aspiranturasını bitirdi. Təhsil aldıqdan sonra uzun illər jurnalistikayla məşğul oldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.04 dəfə / 1 mln.
2003 ••••••••••••••• 1.57
2004 •••• 0.34
2005 ••••••••••••• 1.35
2006 ••••••••••• 1.13
2007 •••••••••••••••• 1.69
2008 •••••••••••••••••• 1.95
2009 ••••• 0.48
2010 •••••• 0.64
2011 ••••• 0.51
2012 ••••••••••• 1.20
2013 •••••••••••••••• 1.75
2014 •••••••••••••••••••• 2.23
2015 ••••• 0.51
2016 •••••••• 0.87
2017 ••••••••••• 1.14
2018 ••••••••••• 1.20
2019 •••••••• 0.83
2020 •••••••• 0.80

mirzəli sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

Mirzə Əli, Mirzə Alı.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"mirzəli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mirzəli nədir? #mirzəli sözünün mənası #mirzəli nə deməkdir? #mirzəli sözünün izahı #mirzəli sözünün yazılışı #mirzəli necə yazılır? #mirzəli sözünün düzgün yazılışı #mirzəli leksik mənası #mirzəli sözünün sinonimi #mirzəli sözünün yaxın mənalı sözlər #mirzəli sözünün əks mənası #mirzəli sözünün etimologiyası #mirzəli sözünün orfoqrafiyası #mirzəli rusca #mirzəli inglisça #mirzəli fransızca #mirzəli sözünün istifadəsi #sözlük