Mürsəli sözü azərbaycan dilində

Mürsəli

Yazılış

  • Mürsəli • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anar Mürsəliyev
Anar Səfər oğlu Mürsəliyev (21 noyabr 2001, Xaçmaz – 22 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Mürsəliyev 21 noyabr 2001-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. 2009-2019-cu illərdə orta təhsil almışdır. == Hərbi xidməti == Anar Mürsəliyev 8 yanvar 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etdikdən sonra Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir.. Azərbaycan Ordusunun əsgəri olan Anar Mürsəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Anar Mürsəliyev 22 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 25 oktyabrda torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Mürsəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Mürsəliyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azər Mürsəliyev
Azər Mürsəliyev (6 iyun 1957, Bakı) — Azərbaycan mənşəli rus jurnalisti. == Həyatı == Azər Mürsəliyev 1957-ci il 6 iyulda Bakıda anadan olmuşdur. 1980-ci ildə Jdanov adına Leninqrad Dövlət Universitetini bitirmişdir. Müxtəlif vaxtlarda "Vışka", "Komsomolskaya pravda", "Moskovskie novosti" qəzetlərində xüsusi müxbir kimi çalışmışdır. 1996-cı ildən Kommersant qəzetində işləyir. 2005-ci ilə qədər siyasi şöbənin müdiri, 2005–2008-ci ilərdə baş redaktorun müavini vəzifəsini icra etmişdir. 2009-cu ilin yanvar ayından Kommersant qəzetinin baş redaktorudur.
Elvin Mürsəliyev
Elvin Mürsəliyev (17 avqust 1988, Bakı) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2015-ci il Avropa Oyunlarının qalibi. == Karyerası == Elvin Mürsəliyev 2005-ci ildə Albaniyanın Tirana şəhərində yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib oldu. 2006-cı ildə Elvin Mürsəliyev 17 yaşında Avropa Çempionatlarında debüt elədi. Rusiyada baş tutan turniri Elvin Mürsəliyev 15-ci pillədə başa vurdu. 2006 və 2007-ci illərdə gənclər arasında Avropa Çempionatlarında müvafiq olaraq 12-ci və 7-ci pillələrdə qərarlaşan Elvin Mürsəliyev 2007-ci ilin avqustunda gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. Həmin ilin sentyabrında isə 18 yaşlı Elvin Mürsəliyev Dünya Çempionatlarında debüt elədi. Amma bu debüt uğursuz oldu və o, turniri 45-ci pillədə başa vurdu. 2008-ci ildə isə Elvin Mürsəliyev İstanbulda gənclər arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.2009-cu ilin əvvəlində Elvin Mürsəliyev Fransada Kristo Lutte beynəlxalq turnirində gümüş medala sahib olsa da, il ərzində Avropa Çempionatı və Qızıl Qran-Pri beynəlxaq turnirini müvafiq olaraq yeddinci və beşinci pillələrdə başa vurdu. 2010-cu ilin aprelində isə Elvin Mürsəliyev Azərbaycanda baş tutan Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.2011-ci ildə Elvin Mürsəliyev ciddi uğura imza ata bilmədi və sadəcə Qızıl Qran-Pri beynəlxalq turnirinin gümüş medalına sahib oldu. 2012-ci ildə də Elvin Mürsəliyev uğura imza ata bilmədi və il ərzində sadəcə Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib oldu.
Mürsəliqışlaq
Mürsəliqışlaq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Sübhi Mürsəliyev
Sübhi Balamirzə oğlu Mürsəliyev (28 dekabr 1979; İsmayıllı, Azərbaycan — 30 sentyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhi Mürsəliyev 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunda anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Sübhi Mürsəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sübhi Mürsəliyev sentyabrın 30-da Madagizin azad edilməsi zamanı şəhid olub. İsmayıllı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhi Mürsəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhi Mürsəliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. == Təltifləri == — III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı — I dərəcəli "Qüsursuz xidmətə görə" medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (15.12.2020) — "Vətən uğrunda" medalı (15.12.2020) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra) (29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı Suqovuşanın işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında şücaət göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin qərarına əsasən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.27
2019 ••••••••••• 0.14

"mürsəli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mürsəli nədir? #mürsəli sözünün mənası #mürsəli nə deməkdir? #mürsəli sözünün izahı #mürsəli sözünün yazılışı #mürsəli necə yazılır? #mürsəli sözünün düzgün yazılışı #mürsəli leksik mənası #mürsəli sözünün sinonimi #mürsəli sözünün yaxın mənalı sözlər #mürsəli sözünün əks mənası #mürsəli sözünün etimologiyası #mürsəli sözünün orfoqrafiyası #mürsəli rusca #mürsəli inglisça #mürsəli fransızca #mürsəli sözünün istifadəsi #sözlük