Mürsəlov sözü azərbaycan dilində

Mürsəlov

Yazılış

  • Mürsəlov • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mürsəlov
Mürsəlov — Azərbaycan soyadı. Bu soyadı olan tanınmış şəxslərOrxan Mürsəlov — Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı. Şəhub Mürsəlov (1896—1943) — Azərbaycan müəllimi, tərcüməçisi, yazıçısı. Vüqar Mürsəlov (1963—1992) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Orxan Mürsəlov
Orxan Çingiz oğlu Mürsəlov (26 iyul 1986, Bryansk) — Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Orxan Mürsəlov 26 iyul 1986-cı il tarixində Rusiya Federasiyasının Bryansk şəhərində anadan olmuşdur. O, 1993–2004-cü illərdə Bakı şəhərindəki 95 saylı tam orta məktəbdə təhsil almışdır. Orxan Mürsəlov 2004–2008-ci illərdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini politologiya ixtisası üzrə bitirmişdir. O, 2008–2009-cu illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuş, 2010–2012-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarəedilməsi – marketinq ixtisası üzrə magistr dərəcəsi almışdır. == Siyasi fəaliyyəti == Orxan Mürsəlov 2010–2022-ci illərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində və Ərazi-təşkilat məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2022-ci il tarixli sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.
Vüqar Mürsəlov
Mürsəlov Vüqar Mirəzbər oğlu (10 mart 1963, Prişib, Astraxanbazar rayonu – 9 iyun 1992, Cəmilli, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mürsəlov Vüqar Mirəzbər oğlu 10 mart 1963-cü ildə Cəlilabad rayonunun Göytəpə qəsəbəsində dünyaya gəlmişdir. 1980-ci ildə 1 saylı orta məktəbi bitirdikdən sonra Bakı texniki peşə məktəbində təhsilini davam etdirmişdir. Sonra Bakı Politexnik Texnikumuna daxil olaraq oranı əla qiymətlərlə başa vurur. Hərbi xidmətini Belorusiyanın Brest şəhərində keçirir və qvardiya baş çavuşu, tankçı adları ilə ordudan tərxis olunur. Göytəpə Avtomobil Təmiri Zavodunda öz ixtitsası üzrə əmək fəaliyyətinə başlayır. 1991-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilir və torpaqlarımızın müdafiəsinə qalxır. Füzuli, Ağdam, Xanlar, Laçın, Şuşa, Goranboy, Ağdərə istiqamətində gedən döyüşlərdə ölüm - dirim mübarizəsinə qalxır. Vüqar Mürsəlov 9 iyun 1992-ci ildə Tərtər rayonunun Cəmilli kəndi istiqamətində gedən döyüşdə vuruşmuş və qəhrəmanlıqla həlak olmuşdur.Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi.
Şəhub Mürsəlov
Şəhub oğlu Mürsəlov (1896, Pensər, Lənkəran qəzası – 7 may 1943, İlski[d], Krasnodar diyarı) — talış əsilli Azərbaycan müəllimi, tərcüməçisi, yazıçısı, İkinci Dünya müharibəsi iştirakçısı. == Həyatı == Mürsəlov Şəhub Osman oğlu 1896-cı ildə Bakı quberniyasının Lənkəran qəzasının Pensər kəndində mülkədar, dövrünün xeyriyyəçisi Hacı Osmanın ailəsində anadan olub. Şəhubun atası Hacı Osman 1912-ci ildə Pensər kəndində yalnız dünyəvi elmlərin tədris edildiyi ilk məktəbi açır. Məktəb açılana qədər kənddə ancaq Hacı Osmanın atası Hacı Teymurun inşa etdirdiyi Hacı Teymur məscidinin nəzdində mədrəsə var idi. Sovet dövründə, 1930-cu illərdən məktəb "Sovet işçiləri məktəbi" kimi açıldı və artıq qızlar orada təhsil alırdılar. Mürsəlov atası tərəfindən yaradılmış bu məktəbi bitirib.Mürsəlov Bakı şəhərində Zaqafqaziya (Qori) müəllimlər seminariyasında təhsilini davam etdirdikdən sonra, Mürsəlov 1930-cu illərə qədər Astaranın mərkəzində o vaxtlar "Daş məktəbi" adlanan məktəbdə dərs deyirib. == Yaradıcılığı == 1920-ci illərdən milli diyarşünaslıq siyasəti dövrü başladı, talışlar üçün sosial və mədəni qurumlar yaradıldı və inkişaf etdirildi. Talışlar arasında savadsızlığı aradan qaldırmaq üçün 1928-ci ildə latın qrafikası əsasında talış dili əlifbası yaradıldı. Bu dövrdə talış dilində məktəblər açıldı, Lənkəran şəhərində Talış Pedaqoji Texnikumu təşkil edildi. Talış məktəblərində 6-cı sinfə qədər natamam orta təhsil üçün dərsliklər yazılırdı.
Minaxanım Mürsəlova
Minaxanım Əli Ağa qızı Mürsəlova — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. == Həyatı == Minaxanım Əli Ağa qızı Mürsəlova 1932-ci il avqustun 10-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1950-ci ildə Bakı şəhər 46 saylı orta məktəbi gümüş medalla bitirdikdən sonra, həmin ildə Azərbaycan Sənaye İnstitutunun (ASİ) neft-texnologiyası fakültəsinə daxil olmuşdur. 1955-ci ildə ASİ-ni neft və qaz ixtisası üzrə bitirdikdən sonra, 1955-58-ci illərdə Yeni Bakı Neftayırma zavodunda operator və baş operator vəzifələrində işləmişdir. == Elmi fəaliyyəti == 1958-74-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda və onun Sumqayıt Filialında kiçik və böyük elmi işçi vəzifələrində elmi fəaliyyətdə olmuşdur. 1974-95-ci illərdə Təbii Qazın Nəqlə Hazırlanması və Emalı üzrə Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, laboratoriya müdiri və direktorun elmi işlər üzrə müavini vəzifəsində işləmişdir. 1995-ci ildən indiyə kimi “Dənizneftqazlayihə” Dövlət Elmi-Tədqiqat Layihə İnstitutunda “Səthi-aktiv maddələr” laboratoriyasına rəhbərlik edir. 1965-ci ildə “Alkilbenzolsulfatlar və onların sinergetik kompozisiyalarının xassələrinə aktiv əlavələrin təsirinin tədqiqi”mövzusunda namizədlik, 1996-cı ildə isə “Neft, qaz kondensatı yataqları üçün çoxfunksiyalı parafin və duz çökmə inhibitorları” mövzusunda “Neft-kimyası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. M.Ə.Mürsəlova asfalt-qatran-parafin, qeyri-üzvi duzların çökməsi, emulsiyaların əmələ gəlməsi və neft-kondensat xammalının hasilatı, yığılması, hazırlanması, nəqli və emalı sistemlərində qarşıya çıxan mürəkkəbləşmələrin qarşısının alınması kimi mühüm və aktual elmi-texniki məsələlərin həll edilməsi istiqamətində tədqiqatlar aparmışdır. Onun tərəfindən aparılan sistemli tədqiqatlar nəticəsində neft və qaz sənayesində çoxməqsədli yüksək təsir effektivliyinə malik inhibitorların yaradılmasının yeni istiqamətinin elmi əsasları müəyyən edilmişdir.
Yeganə Mürsəlova
Yeganə Akbudak (Mürsəlova) (3 sentyabr 1981, Sumqayıt) — Azərbaycan müğənnisi. == Həyatı == 1981-ci il sentyabrın 3-də Sumqayıt şəhərində dünyaya gəlib. Orta təhsilini Sumqayıt şəhərində bitirmişdir. 1998-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakultəsinə daxil olmuşdur. 2002-ci ildə təhsilini uğurla başa çatdırmışdır. Musiqiyə olan həvəsi uşaqlıq dövründən başlamışdır. Orta məktəb dövründə musiqi məktəbində musiqiyə olan həvəsini mükəmmələşdirməyə çalışmışdır. Ustad sənətçılərdən, muğam ustalarından, vokal müəllimlərindən dərs almışdır. 2002-ci ildə müğənni olaraq böyük səhnəyə ilk addımlarını atmışdır. Hal hazırda sənət karyerasını Türkiyədə davam etdirir.
Elvira Mürsəlova
Elvira Mürsəlova (25 oktyabr 1982; Xəzər, Rusiya SFSR) — 1998–2002-ci illərdə Rusiyanı, 2008–2009-cu illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi. == Həyatı == Elvira Mürsəlova 1982-ci il oktyabrın 25-də Rusiyanın Xəzər şəhərində anadan olub. Milliyyətcə ləzgidir. 1994-cü ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Qurban Qurbanovdur. == Karyerası == Elvira Mürsəlova 1998-ci ilin iyulunda Mançester şəhərində (Birləşmiş Krallıq) baş tutan yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. 2002-ci ildə isə Elvira Mürsəlova Tirana şəhərində (Albaniya) baş tutan gənclər arasında Avropa Çempionatını bürünc medalla başa vurdu.2007-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Elvira Mürsəlovanı Azərbaycan yığmasının heyətinə dəvət elədi. Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığması yeni-yeni formalaşdırılırdı. Elvira Mürsəlova həmin dəvəti qəbul elədi və 2008-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. 2008-ci ildə Elvira Mürsəlova Avropa Çempionatlarında debüt elədi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.72 dəfə / 1 mln.
2003 •••••••••••• 4.72
2004 •• 0.67
2005 •••• 1.35
2006 ••••••• 2.70
2007 •••••••••••••• 5.50
2008 •••••••••••••••• 6.09
2009 •••••••••• 3.84
2010 ••••••••••••• 4.99
2011 •••••••••••• 4.55
2012 ••••••••••• 4.13
2013 ••••••••• 3.21
2014 •••• 1.20
2015 ••••• 1.87
2016 •••••••• 3.12
2017 ••••• 1.95
2018 ••••• 1.65
2019 •••••••••••••••••••• 7.93
2020 •••••••• 3.05

Oxşar sözlər

#mürsəlov nədir? #mürsəlov sözünün mənası #mürsəlov nə deməkdir? #mürsəlov sözünün izahı #mürsəlov sözünün yazılışı #mürsəlov necə yazılır? #mürsəlov sözünün düzgün yazılışı #mürsəlov leksik mənası #mürsəlov sözünün sinonimi #mürsəlov sözünün yaxın mənalı sözlər #mürsəlov sözünün əks mənası #mürsəlov sözünün etimologiyası #mürsəlov sözünün orfoqrafiyası #mürsəlov rusca #mürsəlov inglisça #mürsəlov fransızca #mürsəlov sözünün istifadəsi #sözlük