moizə sözü azərbaycan dilində

moizə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • moizə • 92.8571%
  • Moizə • 5.9524%
  • MOİZƏ • 1.1905%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.51 dəfə / 1 mln.
2006 •••••••• 0.68
2008 ••• 0.24
2010 •••••••• 0.73
2011 ••• 0.26
2012 ••••••• 0.60
2013 •••••••••••••••••• 1.60
2014 •••••••••••••••••••• 1.89
2015 •••••••••• 0.85
2016 •••••• 0.52
2017 •• 0.16
2018 •••• 0.30
2019 •• 0.14
2020 ••• 0.27

moizə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. bax vəz 1-ci mənada. [Yaşlı kişi:] Şeyx Yəhyanın dalında namaz qılıb, sonra da moizəsini dinlədim. S.Hüseyn. 2. Nəsihət, öyüd. [Yusif şahın həvaxahları] müfəttinlər ilə müqabil durub nəsihət və moizəyə şüru etdilər… M.F.Axundzadə. // Eyni mənada istehza ilə. [Məsmə:] …[ərim] bir axşam mənim üçün bir moizə başladı. S.Hüseyn. □ Moizə etmək (oxumaq) isteh. – nəsihət vermək, öyüd vermək, uzun danışmaq. Şeyda [Arazın] sözünü kəsdi: – Mən bura moizə etmək üçün gəlmədim. A.Şaiq. [Vəli:] Ay Hüseyn, moizə oxuma, tez ol görək, Kəblə Cahangir küçədə gözləyir. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / moizə

moizə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. MOİZƏ Gecə-gündüz Təbrizin məscidlərində moizə oxuyanlar, din xadimləri... əsrin bu təkamülünə qarşı bircə dəlil irəli sürürdülər... (M.İbrahimov); VƏZ Molla qabaqca bir uzun vəz başladı (Ə.Haqverdiyev). 2. moizə bax nəsihət

    Azərbaycan dilinin sinonimlər lüğəti / moizə

moizə sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. проповедь: 1. речь религиозноназидательного характера, произносимая священнослужителями. Keşişin moizəsi проповедь священника, moizə demək произнести проповедь 2. ирон. нравоучительная речь, наставление. Səhərdən axşamadək bizə moizə oxuyur с утра до вечера читает нам проповеди, sənin moizələrin bizi artıq cana doydurub твои проповеди нам уже надоели

    Azərbaycanca-rusca lüğət / moizə

moizə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. кил. vəz 1); 2. несигьат; moizə etmək (oxumaq) рахш. несигьат гун, акьул гун, вайзар кӀелун.

    Azərbaycanca-ləzgicə lüğəti / moizə

moizə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) vəz etmə; ruhanilərin minbərdən söylədikləri nitq; 2) öyüd, nəsihət.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"moizə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#moizə nədir? #moizə sözünün mənası #moizə nə deməkdir? #moizə sözünün izahı #moizə sözünün yazılışı #moizə necə yazılır? #moizə sözünün düzgün yazılışı #moizə leksik mənası #moizə sözünün sinonimi #moizə sözünün yaxın mənalı sözlər #moizə sözünün əks mənası #moizə sözünün etimologiyası #moizə sözünün orfoqrafiyası #moizə rusca #moizə inglisça #moizə fransızca #moizə sözünün istifadəsi #sözlük