ərizə sözü azərbaycan dilində

ərizə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ərizə • 93.9729%
  • Ərizə • 6.0005%
  • ƏRİZƏ • 0.0266%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ərizə
Ərizə və ya petisiya (ing. petition) — bir adam və ya birliyin düşüncə və şikayətlərini, ya da müəyyən bir mövzudakı istəklərini səlahiyyətli orqanlara (əksəriyyətlə rəsmi) göndərilməsini təmin edən yazı.
Nəsib Ərizə
Nəsib Ərizə (ərəb. نسيب عريضة‎; 1887, Homs – 25 mart 1946, Nyu-York, Nyu-York ştatı) — məhcərin yazıçı və şairi.
Ərizə qalası
Ərizə qalası - Kəlbəcər rayonu ərazisində qala. == Tarixi == Kəlbəcər ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış Ərizə qalası daha çox Qaçaq Nəbinin adı ilə bağlıdır. Çünki bu qalada şikayətlərə, ərizələrə baxıldığından ona görə də buranı Ərizə qalası kimi dillərdə yaşadıblar. == İstinadlar == == Xarici keçidlər == "Tarixi və mədəniyyət abidələri". yknews.az. 2021-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2021. "Tarixin yadigarları". genderi.org. İstifadə tarixi: 12 avqust 2021.
Su ərizəsi (film, 1964)
Su ərizəsi — Rejissor T.Sasanpurun filmi. == Məzmun == Kinolentdə çar Rusiyası dövründə Azərbaycan kəndlilərinin hüquqsuzluğundan, çar hökuməti məmurlarının laqeydliyindən, bürokratçılığından bəhs olunur. == Film haqqında == Film yazıçı Süleyman Rəhimovun eyniadlı hekayəsinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Süleyman Rəhimov Quruluşçu rejissor: T.Sasanpur Ssenari müəllifi: Nataliya Şneyer, Həsən Sasanpur Quruluşçu operator: Zaur Məhərrəmov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Azər Rzayev Səs operatoru: S.Dolgina === Rollarda === İsmayıl Osmanlı — Qədim kişi Möhsün Sənani — Mirab Zülqədər == İstinadlar == == Mənbə == Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 53.60 dəfə / 1 mln.
2002 ••••• 17.13
2003 •••••••••••• 45.27
2004 ••••••••••••••• 58.28
2005 ••••••••••••••• 60.73
2006 ••••••••••• 44.37
2007 •••••••••••• 48.42
2008 •••••••••••••••••••• 81.61
2009 ••••••••••••• 50.23
2010 •••••••••••• 45.93
2011 •••••••••••••••• 65.20
2012 ••••••••••••••• 59.03
2013 •••••••••••••••• 62.43
2014 •••••••••••••• 54.40
2015 •••••••••••• 46.44
2016 ••••••••••••• 49.63
2017 •••••••••• 40.48
2018 ••••••••••••• 49.44
2019 •••••••••••••• 54.38
2020 ••••••••••••• 49.33

ərizə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] rəs. Bir arzu və ya xahiş ifadə edən məktub, yazılı müraciət. Ərizə vermək. Müdirin adına ərizə yazmaq. – Bir baş çəkin dərdiməndin halına; Ərzə yazsın, qələm alsın əlinə. M.V.Vidadi. [Kərbəlayı:] Hökumətdən narazısınız, ərizə yazın. H.Nəzərli. İkram maarif nazirliyinə ərizəni tək yazmışdı. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / ərizə

ərizə sözünün etimologiyası

ərizə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ƏRİZƏ (bir arzu və ya xahiş, şikayət və s.) O, böyük həyəcanla qələmi əlinə götürdü, əli əsə-əsə ərizəni imza etmək istərkən, başqa məktəbdən gəlmiş zarafatcıl bir müəllim bir dəfə asqırdı (S.S.Axundov); ƏRZ-HAL (köhn.) [Məşədi Qulam:] Birlikdə oxusunlar, zabitlərlə birlikdə müzakirə etsinlər və tez tədbir görsünlər, mənə də ərz-hal yazsınlar və mən isə dedim ki, “yerinə yetirərəm” (S.Rəhimov); ŞİKAYƏT Qasıməli: Xala, qlava Xudayar bəyin şikayətinə görə oğlun Vəliqulunu tutub qatdı dama (C.Məmmədquluzadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / ərizə

ərizə sözünün rus dilinə tərcüməsi

  • 1 заявление, прошение

    Azərbaycanca-rusca lüğət / ərizə
  • 2 сущ. заявление (просьба о чём-л., изложенная письменно в официальной форме). Direktorun adına ərizə заявление на имя директора, ərizə yazmaq написать заявление, ərizələrin qəbulu прием заявлений

    Azərbaycanca-rusca lüğət / ərizə

ərizə sözünün inglis dilinə tərcüməsi

ərizə sözünün fransız dilinə tərcüməsi

ərizə sözünün ləzgi dilinə tərcüməsi

ərizə sözünün türk dilinə tərcüməsi

ərizə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. yazılı xahiş; xahişnamə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Terminlər lüğəti

Vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət

Terminlər lüğəti

"ərizə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ərizə nədir? #ərizə sözünün mənası #ərizə nə deməkdir? #ərizə sözünün izahı #ərizə sözünün yazılışı #ərizə necə yazılır? #ərizə sözünün düzgün yazılışı #ərizə leksik mənası #ərizə sözünün sinonimi #ərizə sözünün yaxın mənalı sözlər #ərizə sözünün əks mənası #ərizə sözünün etimologiyası #ərizə sözünün orfoqrafiyası #ərizə rusca #ərizə inglisça #ərizə fransızca #ərizə sözünün istifadəsi #sözlük