Əriyən ada (film)
Əriyən ada — Azərbaycan rejissoru Fariz Əhmədovun Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azanfilm" studiyasında çəkdiyi sənədli film.
Ekran əsərində hadisələr Neftçala rayonunun Kürdili kəndində cərəyan edir. Burada yaşayanlar müasir, rahat həyatdan bixəbər deyillər, istədikləri vaxt yaşam tərzlərini dəyişmək üçün buranı tərk edib gedə bilərlər, lakin onlar buranı sevirlər. Onların gəncliyi, xatirələri bu yerlə bağlıdır və ona görə də həyatlarını əriyən ada ilə birgə əritməyə qərarlıdırlar.
Film "Azanfilm" studiyasında çəkilib.
Sənədli filmin ssenari müəllifi Esmira Əyyub, rejissoru Fariz Əhmədov, operatoru Rüfət Kərimov, bəstəkarı isə Rauf Əliyevdir.
“Əriyən ada” filmi 2013-cü il sentyabrın 15-dən 22-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək “Batumi İnternational Art House Film Festival” (BIAFF-2013) kinofestivalında da iştirak edəcək.
2013-cü ildə "Əriyən ada" sənədli filmi IX Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının "Ən yaxşı qısametrajlı sənədli film" nominasiyasının qalibi olub.
Filmi izlə
Treyler
Sevda İsmayıllı. "Azərbaycanda belə yer də varmış...