Yeriyən meyit sindromu
Gəzən cəsəd sindromu yaxud Kotar sindromu — ipoxondrik ,nigilistik(inkar) sayıqlamalarının və depressiv əlamətlərin birləşməsindən ibarət olan sindromdur. Xəstələr heç vaxt ölməyəcəklərini və həyatları boyu əzab-əziyyət çəkəcəklərini söyləyirlər. Onlar nəinki özlərini, həmçinin ətrafdakı adamların da iztirab içində yaşadıqlarını deyir və bunun üçün təqsirkar olduqlarını bildirirlər. Yeməkdən imtina edərək həmişə tox olduqlarını söyləyirlər. Belə xəstələr bütün günü əli qoynunda gəzərək tezliklə bütün dünyanın suda qərq olacağını və hamının məhv olacağını deyirlər. Başqa birisi bütün daxili orqanların yoxluğundan, beyninin çürüməsindən şikayətlənir, yüz illər belə ağır vəziyyətdə yaşayacağını söyləyir. Bu sindrom ,əsasən, qocalıq psixozlarında rast gəlinir.
Sindromun ikinci adı "Kotard"dır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib, ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər.