* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf dan. Düz, doğru, düzgün. □ Çin çıxmaq – doğru olmaq, düzgün olmaq, düz çıxmaq. Səlimnaz arvad yuxusunun çin çıxdığını görüb hönkürdü. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / çin2 is. dan. Dəfə, kərə. [Zeynal:] Məni dünya tanıyır. Sözü bir çin söyləyərəm. C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / çin3 is. Taxıl, ot və s. biçmək üçün qısadəstəli, dişli, yarımdairəvi kənd təsərrüfatı aləti; dişli oraq. Çinlə ot biçmək. – Şuma vacibdi çünki beş cüt kəl; Biçinə çin gərəkdir, xırmana vəl. S.Ə.Şirvani. Götürüb kəndlilər hərə bir çin; Başlanıbdır taxıllar içrə biçin. A.Səhhət.
Azərbaycan dilinin izahlı lüğəti / çin4 [rus.] Rütbə, vəzifə, xidmət dərəcəsi. [Xortdan:] Əvvələn, oğlun həştad min tümən pul verib, bir yaranallıq çini aldı. Ə.Haqverdiyev. // dan. Poqon. □ Çini düşmək zar. kin. – vəzifədən düşmək, hörmətdən düşmək, daha sayılmamaq.
Azərbaycan dilinin izahlı lüğəti / çin5 is. dan. Təbəqə, qat, lay. // Qalaq, yığın. Dədə, mən də ocağın gözünə odun gətirmişəm – deyə üstəlik olaraq Həzi də çindən odun gətirir. S.Rəhimov. // Sıra. Ləməyə iki çin əlvan zərli çini kasa və boşqab düzülərdi. H.Sarabski.
Azərbaycan dilinin izahlı lüğəti / çin6 ÇİN1 f. 1) qıvrım, bükük; 2) bürüşük, bürüşmə. Çini-cəbin bax çini-əbru; çini-əbru yığılmış qaş; qaşqabaq. ÇİN2 f. toplayan, yığan, dərən.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / çin1 Orağın dişli formasıdır. Çin (Kitay) sözü ilə bağlıdır. Çini (qablar) da Çin sözü ilə bağlıdır. Bunlar (çin, çini qab) ilk dəfə Çində istehsal olunduğu üçün belə adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Həqiqət mənasında işlədilən bu söz Çin dilindən keçmişdir (mənası “həqiqət”dir), rütbə mənasındakı çin də Çin dilinə məxsusdur (çinovnik, çin-çin yığmaq sözləri də buradandır). Qab mənasındakı çən (neft çənləri) sözü də, bəzi alimlərin fikrincə, Çin dilindən kəçmədir, çəllək sözü ilə qohumdur. Həqiqət anlamını verən çin sözü ilə eyni deyil, omonimdir (“mərtəbə” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / çin6 I ÇİN, ORAQ (ot, zəmi və s. biçmək üçün alət: çin dişli oraq dişsiz olur) Çini yaxşı kəsəndə, zəmi dolaşıqsız olanda kişinin kefi göynən gedərdi (Q.Xəlilov); ORAQ Bir gün biçinin vaxtı çatar, onda oraqlar; Qalxıb-enərək tarlada şimşək kimi parlar (A.Şaiq). II çin bax doğru 1 III çin bax rütbə 1
Azərbaycan dilinin sinonimlər lüğəti / çin1 ÇİN – YALAN Mənim yuxum çin oldu. C.Bərgüşad. Xanım, hamısı yalandır (S.S.Axundov).
Azərbaycan dilinin antonimlər lüğəti / çin1 ÇİN I is. Rütbə, dərəcə. Kim onu tutsa hökumətdən böyük çin alacaq (C.Bərgüşad). ÇİN II is. Ölkə. Mələyim, nuri-cəmalın səri afaqa dolub; Atdı bütxanəni Çin əhli, sənə səcdə qılıb (A.Səhhət). ÇİN III is. Pillə, qat. Axı Püstə xala harada görmüşdü ki, arvad ərdən bir çin yuxarıda otura (Y.Dilbazi). ÇİN IV is. Taxıl biçmək üçün işlədilən dişli dəryaz. Yazı düzündə qızılsaç zəmilərə yenicə çin çəkiləcəkdi (C.Bərgüşad). ÇİN V is. Xeyli, çoxlu. [ İmanqulu: ] Allah kömək eləsin, nə deyim... Ancaq qardaş bir çin külfətim var, zarafat deyil (N.Vəzirov). ÇİN VI is. Doğru, həqiqət. Nə qədər arzu, istək; Çin olacaq bu ildə (Ə.Kürçaylı).
Azərbaycan dilinin omonimlər lüğəti / çin1 1. китай; 2. зубчатый серп; 3. погон, эполеты; 4. слой наложенных друг на друга предметов; 5. конец пути, рейс; 6. сотканный ряд ковра;
Azərbaycanca-rusca lüğət / çin2 1 сущ. устар. серп. Dişli çin зубчатый серп, çinlə taxıl biçmək жать зерно серпом 2 сущ. разг. 1. слой, пласт 2. куча, груда, ворох 3. ряд 3 сущ. 1. чин, военное звание. Çini düşmək лишиться звания, быть разжалованным (пониженным в чине, звании) 2. погоны; эполеты 4 прил. разг. правильный, верный, точный; çin olmaq: 1. оказаться верным, точным, правильным; подтвердиться (о прогнозе, предположении и т.п.); 2. сбыться (о мечте, сне и т.п.). Arzun çin olsun! да сбудется твоя мечта! yuxum çin oldu сон в руку, сон вышел в руку (оказался вещим, сбылся) 5 прил. китайский. Çin dili китайский язык; бот. çin qovağı китайский тополь ◊ çin səddi китайская стена (о полной изолированности от внешних влияний)
Azərbaycanca-rusca lüğət / çin1 I. i. rank; title; hərbi ~ military rank; admiral ~i the rank of admiral II. i. toothed sickle III. s. Chinese; ~ dili Chinese, the Chinese language; ~ səddi the Chinese wall IV. z. ~ olmaq / çıxmaq to come* true; Yuxun / arzun çin olsun Let your dream / wish come true
Azərbaycanca-ingiliscə lüğət / çin1 is. grade m, rang m, place f, fonction f, titre m ; hərbi ~ grade militaire ; admiral ~i grade d’amiral ; ~ olmaq avérer (s’) exact,-e ; réaliser (se)
Azərbaycanca-fransızca lüğət / çin3 нареч. рах. дуьз, дуьзгуьн, дугъри; çin çıxmaq дуьз хьун, дуьз акъатун (мес. ахвар).
Azərbaycanca-ləzgicə lüğəti / çinI (Ağcabədi, Ağdaş, Bakı, Bərdə, Cəbrayıl, Göyçay, Lənkəran, Tərtər, Zərdab) düz, doğru. – Yuxum çin çıxdı (Cəbrayıl); – Nənəmin yuxusu çin oldu (Zərdab) II (Kəlbəcər) qoyunun dizi ilə topuğu arasındakı sümük. – Qoyunun budundakı sümüyə orta sümüx’ deyrıx, onnan aşağı topuğunacan olan sümüyə çin deyrıx III (Cəlilabad, Yardımlı) sıra, cərgə. – Evin duvarınnan qaley bi çin ◊ Çin qurmax (Zəngilan) – sıra ilə bir-birinin üstünə yığmaq. – Əli gətdiyi odunnarı qəpidə çin quruf IV (Bərdə, Cəbrayıl) xalça, gəbə üçün əyrilmiş ip. – Çin teyxa yunnan olur (Bərdə) ◊ Çin çəkməx’ (Cəbrayıl) – xalça, gəbə üçün ip əyirmək. – Nabat xala yaxşı çin çəkir. Çin vırmax (Cəbrayıl) – xalçaya, coraba naxış vurmaq. – Zibeydə coraba yaxşı çin vırır V (Yardımlı) oraq. – Kətdə zəmini çinnən də biçeylər VI (Yardımlı) dəfə, kərə. – Bi çin gəlmişəm hələ, genə də gedəcəm
Azərbaycan dilinin dialektoloji lüğəti.