* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Xəncər, qılınc və s. kəsər silahları qoymaq üçün qab. …Şeypur səsləri ucaldı, atlılar bir kərə qılınclarını qınından çıxardılar. M.S.Ordubadi. Düşmən başı sağ olunca misri qılınc qına girməz. R.Rza. Almurad baba … dəri qından bir qəmə çıxarıb satıla çəkdi. İ.Əfəndiyev. 2. Bir şeyin daxili hissəsini örtən, onu əhatə edən, içində gizlədən bərk qabıq, örtü, pərdə və s. // Bağanın çanağı. Bağa qınından çıxdı, qınını bəyənmədi. (Ata. sözü). ◊ Qınına çəkilmək, qınına girmək – gizlənmək, özünü göstərməmək, öz dairəsindən kənara çıxmamaq, heç bir işə qarışmamaq. Özlərini adətən xan məclisində sərbəst aparan təlxəklər də qorxularından qınlarına girdilər. Çəmənzəminli. İlan kimi sürünməkdən nə çıxar? Qına girib bürünməkdən nə çıxar? Aşıq Bəylər. Qınından çıxmaq – həddini aşmaq, cızığından çıxmaq. Başını qınına çəkmək – bax baş.
Azərbaycan dilinin izahlı lüğəti / qın2 Xəncər, qılınc, və s. silahları qoymaq üçün qab. (“Koroğlu” dastanının lüğəti) Əlimdən gələrsən cana, Misri qılınc sığmır qına. Çəksəm boyanarsan qana, Tök malını, get bəzirgan!... (“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikası / qın2 1. QIN (xəncər, qılınc vəs. silah qabı) Fəxrəddin və Əlaəddinlərin qılıncları qınında paslandığı kimi, böyük Nizami də gözlərini əbədi olaraq yummuşdu (M.S.Ordubadi); QILAF Qütlüğ İnanc əlindəki piyaləni yerə çırpdı və qılıncını qılafdan çıxardı (M.S.Ordubadi). 2. QIN Bağa qınından çıxdı, qınını bəyənmədi (Ata. sözü); ÇANAQ Yüzlərlə Hindistan tısbağasının çanağını kəşkül qayırıb qoluna keçirən bu dilənçilərin hər biri bir cür qəsidə oxuyurdu (M.S.Ordubadi).
Azərbaycan dilinin sinonimlər lüğəti / qın1 1. ножны (сабли, кинжала); 2. футляр; 3. наружный щит, панцирь черепахи; 4. стручок (листье);
Azərbaycanca-rusca lüğət / qın2 сущ. 1. ножны (для вкладывания сабли, шпаги, кинжала и т.п.). Xəncəri qınına qoymaq вложить саблю в ножны, qınsız xəncər меч без ножен; dəri qın кожаные ножны 2. наружный щит, панцирь черепахи 3. стручок, ложе листа 4. бот. влагалище (место, в котором укрепляется какой-н. орган). Qoruyucu qın защитное влагалище ◊ qınına çəkilmək затаиться, уйти в свою скорлупу; qınından çıxmaq переходить границы дозволенного, позволять себе лишнее; tısbağa qınından çıxıb – qınını bəyənmir вышла черепаха из панциря, а панцирь ей уже не нравится; başını qınına çəkmək см. qınına çəkilmək
Azərbaycanca-rusca lüğət / qın1 i. scabbard, sheath; ~a qoymaq to sheathe (d.); ~dan çıxartmaq to unsheathe (d.); xəncəri ~dan çıxartmaq to unsheathe one’s dagger; ◊ ~ına çəkilmək to retire / to shrink* into one’s shell, to withdraw into oneself ◊ ~dan çıxmaq məc. to overstep the limits, to pass all bounds
Azərbaycanca-ingiliscə lüğət / qın1 is. gaine f, fourreau m ; ~ına qoymaq engainer vt ; ~ına çəkilmək cacher (se)
Azərbaycanca-fransızca lüğət / qın1 сущ. 1. къагъ, къакъар (гапур, тур, къеме ва мс. атӀудай яракьар ттвадай къаб); 2. кӀеви чкал, кӀеви хъире хьтин перде ва мс.; кӀвал (мес. хъалхъас хъипӀрен); ** qınına çəkilmək, qınına girmək чуьнуьх хьун, илис хьун, вичи-вич къалур тавун, вичин цӀарцӀяй къерехдихъ экъечӀ тавун, са кардикни акахь тавун; qınından çıxmaq къакъарай акъатун, гьадди ччир тахьун, цӀарцӀяй акъатун; başını qına çəkmək кил. baş.
Azərbaycanca-ləzgicə lüğəti / qınI (Qax, Şəki, Zaqatala) lobyanın, fındığın yaşıl üst qabığı. – Sən lovyanın qının təmizdə, mən də hindi gəlirəm (Zaqatala); – Lövyəni dənəliyif qınını mala verillər, mal yiyir; – Fındıx kal olanda qınınnan çıxmaz (Şəki) II (Salyan) çevrə, dairə. – Gəl qın çək, maqqulı oynıyağ
Azərbaycan dilinin dialektoloji lüğəti.