çı sözü azərbaycan dilində

çı

Yazılış

  • çı • 98.5075%
  • Çı • 1.0661%
  • ÇI • 0.4264%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gəmilər tarlaya çıxır (film, 1975)
Hatı Çırpan
Hatı Çırpan (1890, Ankara, Ankara vilayəti – 21 mart 1956, Ankara), həmçinin Satı Kadın kimi də tanınır — Türkiyə siyasətçisi, Türkiyə Böyük Millət Məclisinin 1935-ci il parlament seçkilərində seçilən ilk qadın üzvlərindən biri. == Həyatı == 1890-cı ildə Kahramankazan ilçəsində doğulmuşdur. Atasının adı Kara Mehmet Efendi, anasının isə Emine Hanım idi. 18 iyul — 23 avqust 1934-cü il tarixləri arasında reallaşdırılan İkinci Dil Qurultayından (türk. İkinci Türk Dil Kurultayı) əvvəl, 16 İyulda Prezident Mustafa Kamal Atatürk ekskursiya üçün Ankaradan 50 km uzaqda olan Kazan kəndinə (o dövrdə Ankara ilinin Kızılcahamam mahalının bir hissəsi idi) yollandı. Bu ekskursiya zamanı Atatürk Kazanın kənd muxtarı olan Satı Kadınla tanış oldu. O, Türkiyə İstiqlaliyyət müharibəsi dövründə dörd il döyüşən bir kəndli qadın idi. Onunla söhbət etdikdən sonra Atatürk Satı Kadınnın nailiyyətləri və intellektinə rəğbət bəslədiyini etiraf etdi. Afet İnanın sözlərinə görə, Atatürk onunla görüşdükdən sonra demişdir: "Bax bu parlament üzvü kimi uğur qazana biləcək qadındır". Satı Kadının uğurlu seçki kampaniyasını Atatürkün özü sponsorluq elədi və dəstəklədi.
Heliodorun məbəddən çıxarılması
Heliodorun məbəddən çıxarılması — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. "Heliodorun məbəddən çıxarılması" əsəri hal-hazırda Vatikanda saxlanılır. == Əsərin tarixi == Rafel əsəri 1511-1512-ci illərdə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.
Hələb çınqılotu
Hələb çınqılotu (lat. Geum aleppicum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Yayılması == Orta Asiyada, Şimali Amerikada Rusiyanın Avropa hissəsində, Sibirdə, Uzaq Şərqdə yayılmışdır. == Sinonimləri == Geum aleppicum var. bipinnatum (Batalin) Hand.-Mazz. Geum aleppicum var. glabricaule (Juz.) Vorosch. Geum aleppicum subsp. strictum (Sol.) R.T.Clausen Geum aleppicum var. strictum (Sol.) Fernald Geum besserianum Fisch.
Kür çılpaqçası
Kür çılpaqçası (lat. Oxynoemacheilus brandtii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin nemacheilidae fəsiləsinin çılpaqça cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Qarın üzgəcləri anal dəliyinə çatır. Bədənində çox xırda pulcuqlar və bütün üzgəclərində də ifadə olunmuş, düzgün yerləşməmiş tünd qonur xallar vardır. Başqa çılpaqçalardan iri gözləri güclü kəsilmiş quyruq üzgəci və aşağı quyruq gövdəsi ilə fərqlənir. Quyruq üzgəcləri dərin haçalıdır, ucları sivridir. Üst çənəsində zəif etmiş diş şəkilli çıxıntı vardır. Bədəninin uzunluğuna görə başının uzunluğu 20-25 %, orta hesabla 22,8%, bədəninin ən çox hündürlüyü 13-19%, orta hesabla 15,2%, antedorsal məsafə 47-55% təşkil edir. Bədəninin üzərində nizamsız düzülən qonur rəngli ləkələr vardır. Üzgəclərinin üzərində sıra ilə yerləşən ləkələr olur.
Lənkəran çılpaqçası
Lənkəran çılpaqçası (lat. Oxynoemacheilus lenkoranensis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin nemacheilidae fəsiləsinin çılpaqça cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Bel üzgəcində bəzən 9 şaxəli şüanın olması, bir qədər uzun başı və üzgəcləri, ölçüsünün kiçikliyi ilə tipik növdən fərqlənir. == Yayılması == Onun yayılması Lənkəran vilayətindəki bir neçə çayla (Lənkəran, Viləş, Qumbaşı, Təngəru, Astara) məhdudlaşır. == Yaşayış yeri və həyat tərzi == Daşlı və ya daşılı-qumlu dibi olan kiçik çaylardayaşayan şirinsu balığıdır. Xironomid, gündəcə sürfələri, bəzən diatom su bitkiləri ilə qidalanır. Nadir hallarda taxtabitiləri yeyir. == Çoxalması == Çoxalması və böyüməsi öyrənilməmişdir. Y.Ə.Əbdürrəhmanova (1962) görə uzunluğu 39-60, ortalam 38,5 mm-dir. == Təsərrüfat əhəmiyyəti == Lənkəran çılpaqçası təsərrüfat əhəmiyyəti olmayan balıqlardandır.
Milli giriş çıxışların ölçülməsi
Milli giriş çıxışların ölçülməsi (ing. Measures of national income and output) iqtisadiyyatda — ölkədə və ya bölgədəki ümumi iqtisadi aktivliyi qiymətləndirmək üçün müxtəlif milli gəlir və məhsul ölçülərini, o cümlədən ümumi daxili məhsul (ÜDM), ümumi milli məhsul (ÜMM), xalis milli gəlir (NPI) və düzəldilmiş milli gəliri daxil olmaqla istifadə edir (Resurs tükənməsi üçün tənzimlənən NNI — faktor dəyəri NNI də adlandırılır). Hamısı xüsusilə iqtisadiyyatda və müxtəlif sahələrdə istehsal olunan mal və xidmətlərin ümumi həcminin hesablanmasında maraqlıdır. Sərhəd ümumiyyətlə coğrafiya və ya vətəndaşlıqla müəyyən edilir və eyni zamanda bir millətin ümumi gəliri olaraq təyin edilir və sayılan mal və xidmətləri məhdudlaşdırır. Məsələn, bəzi tədbirlər barter malları istisna olmaqla yalnız pula dəyişdirilən mal və xidmətləri nəzərə alır, digər tədbirlər isə barter mallarını onlara pul dəyəri qoyaraq daxil etməyə cəhd edə bilər. == Milli hesablar == Bir ölkə kimi böyük bir bölgədə mal və xidmətlərin ümumi istehsalının bir göstəricisini əldə etmək çox miqdarda məlumat toplanması və hesablamaları tələb edir. Milli gəliri qiymətləndirmək üçün bəzi cəhdlər XVII əsrdə baş vermiş olsa da, bu rəqəmlərin bir hissəsi olduğu milli hesabların sistematik olaraq aparılması ABŞ-də və bəzi Avropa ölkələrində 1930-cu illərə qədər başlamamışdı. Bu böyük statistik iş üçün təkan, vəhdət və Keynsçilik iqtisadiyyatının yüksəlişi idi, bu da hökumətə iqtisadiyyatı idarə etməkdə daha çox rol tapşırdı və hökumətləri iqtisadiyyata müdaxilələrinin davam etməsi üçün dəqiq məlumat almağa məcbur etdi. mümkün qədər məlumatlıdır. == Bazar dəyəri == Bir məhsulu və ya xidməti saymaq üçün ona bir dəyər təyin etməlisiniz.
Muazzez İlmiyə Çığ
Muazzez İlmiyə Çığ (türk. ; 20 iyun 1914, Bursa, Osmanlı imperiyası – 17 noyabr 2024, Mersin ili, Türkiyə) — Türk şumeroloqu. == Bioqrafiyası == Krım tatarı ailəsində anadan olmuşdur. Əcdadları Krımı tərk edib Türkiyəyə mühacirət edir. Ata ailəsi Merzifonda, ana ailəsi isə Bursada yerləşir. Orada Muazzzez Birinci Dünya müharibəsinin başlamasından bir neçə həftə əvvəl anadan olur. Valideynləri əvvəlcə İzmirə köçür və daha sonra Yunan birlikləri 15 iyun 1919-cu ildə İzmirə hücum etdikdən sonra Çoruma gedirlər. Çorumda ibtidai məktəbdə oxuyur, daha sonra Bursada Fransız məktəbini bitirir və Bizim Mektep adlı məktəbdə skripka dərsləri alır. 1926-cı ildə Bursa Qız Müəllimlər Məktəbinə (Bursada qadın müəllim hazırlığı məktəbi) qəbul imtahanından keçir. 1931-ci ildə kolleci bitirdikdən sonra atasının dərs dediyi Eskişehirdə işə düzəlir.
Məmməd Çıraqov
Məmməd İsa oğlu Çıraqov (21 iyun 1938, Qoçulu, Lüksemburq rayonu – 15 fevral 2022) — Geologiya-mineralogiya elmlər doktoru, BDU Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, professor. == Həyatı == 21 iyun 1938-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. 8 illik məktəbi Qoçuluda, orta məktəbi Arıxlıda bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1962 ci ildə kristalloqrafiya ixtisası üzrə Universiteti bitirmişdi. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunda Xudu Məmmədovun rəhbərlik etdiyi kristallokimya laboriyasında işə başlayır. 1965-ci ildə aspiranturaya qəbul olmuş, SSRİ Elmlər Akademiyasının Sibir Şöbəsinin Qeyri-üzvi Kimya İnstitutuna göndərilmişdir. 1969-cu ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə etmişdir. Geologiya-Mineralogiya sahəsi üzrə elmi dərəcə almışdır. 1969 cu ildə Bakıya qayıdıb EA-nın Qeyri-üzvi və Fizika-Kimya İnsitutunda işə başlayıb. SSRİ EA Sibir şöbəsində aspiranturanı bitirib.
Naxçıvan MSSR-in SSRİ-dən çıxması
Naxçıvan MSSR-in SSRİ-dən çıxması — 19 yanvar 1990-cı il Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul edib. Bununla da Naxçıvan MSSR Sovet Sosialist Respublikaları İttifaqından ilk çıxan respublika olub. == Tarixçə == Dağlıq Qarabağda erməni separatizminə qarşı SSRİ tərəfindən lazimi tədbirlər görülmədiyindən ermənilər artıq Naxçıvana da hücum etməyə başlayırlar. İlk hədəf Sədərəkdən 10 km aralı yerləşən və hər tərəfdən Ermənistanla sərhəd olan Kərki anklavı idi. Bu hadisələr 1988-ci ildə başlanır. 1989-cu il dekabrın sonlarında vəziyyət daha da gərginləşir. Kəndin üç yerində post qurulsa və hər postda 15 nəfər könüllü olsa da, bununla yanaşı, muxtar respublikanın digər rayonlarından bura kömək gəlsə də, bu, yaşayış məntəqəsini düşməndən qorumağa kifayət etmirdi. Çünki dörd bir tərəfi düşmənlə əhatə olunan kəndi qoruyan könüllülərin silahı da az idi. Daha sonra kəndin könüllülərə kəndin Sovet əsgərlərinin qoruyacağı deyilir. Könüllülər kəndi Sovet əsgərlərinə təhvil verdikdən sonra onlar da öz növbələrində kəndi ermənilərə verirlər.
Naxçıvan Çınqıl-Qum Qarışığı Yatağı-II
Naxçıvan Çınqıl-Qum Qarışığı Yatağı-II — Naxçıvan şəhərindən 10 km şimal-şərqdədir. == Haqqında == Geoloji quruluşunda Müasir dövrün çaqıl , çınqıl və qum qarışığından ibarət allüvial-prolüvial çöküntüləri iştirak edir. Sahəsi. 2 km2, faydalı qatın qalınlığı 4,5–6,2 metrdir. Texnoloji tədqiqatlara görə, çınqıl-qum qarışığı "250" markalı adi və hidrotexniki beton istehsalına yararlıdır Yatağın V+S1 kateqoriyaları üzrə ehtiyatı 11047 min m3-dir. Yataq 1979-cu ildən istismar olunur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Naxçıvan Çınqıl Qum Qarışığı Yatağı-I
Naxçıvan Çınqıl Qum Qarışığı Yatağı- I — Naxçıvan şəhərinin cənub hissəsindədir. == Haqqında == Geoloji quruluşunda müasir dövrün çaqıl, çınqıl, qayma və qum qarıçığından ibarət allüvial çöküntüləri iştirak edir. Çaqıl-çınqıl qarışığı yuvarlaqlaşmış əhəngdaşı, qumdaşı, andezit -dasit və diorit süxurlarından ibarətdir. Yatağın sahəsi 1,33 km2, faydalı qatın qalınlığı 9,7–9,8 metrdir. Texnoloji tədqiqatların nəticələrinə görə, çaqıl-çınqıl qarışığı "200–250" markalı beton, asfalt-beton istehsalına və hidrotexniki qurğuların tikintisinə yararlıdır. Yatağın V+S1 kateqoriyaları üzrə ehtiyatı 27957 min m3 -dir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Neft və qaz çıxarılan rayonlarda qəza-xilasedici və bərpa işləri (film, 1974)
== Məzmun == Tədris filmində respublikamızın neft və qaz çıxarılan bölgələrində hər cür təbii fəlakətlərin və baş verə biləcək qəzaların qarşısını almaq üçün görülən tədbirlərdən-xilasedici və qəzabərpa işlərindən söhbət açılır. == Film haqqında == Film SSRİ Mülki Müdafiə Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Neftin Çıxarılması (1907)
Neftin çıxarılması — 1907-ci ildə çəkilmiş qısametrajlı sənədli film. == Məzmun == Kinosüjet Bakı həyatından bəhs edir. == Film haqqında == Filmi çəkən Vasili Amaşukeli gürcü kinosunun yaradıcılarından biridir. Əvvəllər Bakıda kinomexanik işləyən kinooperator, sonradan Gürcüstana köçüb ömrünün sonuna kimi Tbilisidə işləmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Vasili Amaşukeli Operator: Vasili Amaşukeli == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Neftin çıxarılması (film, 1907)
Neftin çıxarılması — 1907-ci ildə çəkilmiş qısametrajlı sənədli film. == Məzmun == Kinosüjet Bakı həyatından bəhs edir. == Film haqqında == Filmi çəkən Vasili Amaşukeli gürcü kinosunun yaradıcılarından biridir. Əvvəllər Bakıda kinomexanik işləyən kinooperator, sonradan Gürcüstana köçüb ömrünün sonuna kimi Tbilisidə işləmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Vasili Amaşukeli Operator: Vasili Amaşukeli == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Normandiya çıxarması
Normandiya əməliyyatı - kod adı Overlord əməliyyatı olan və İkinci dünya müharibəsinin ən əsas desant çıxarma əməliyyatı olmuşdur. Əməliyyat çərşənbə axşamı, 6 iyun, 1944-cü il Britaniya vaxtı ilə saat 6:30-da həyata keçirilmişdi. Əməliyyatda Amerika Birləşmiş Ştatları və Böyük Britaniya tərəfindən həyata keçirilmiş idi.Bu əməliyyat iyun-sentyabr aylarında olmuş və alman hərbi qüvvələrinin Fransanın daxilinə çəkilməsi ilə nəticələnmişdir Çıxarmalar əsasən 2 istiqamətdə həyata keçirilməli idi. Birinci istiqamət müttəfiqlərə məxsus bombardman təyyarələri vasitəsilə Fransanın sahilyanı ərazilərinin bombardman edilməsi və daha sonra 24000 nəfərlik ABŞ, İngilis və Kanada hava desant qoşunun Fransa sahilinə atılmasını təşkil etməli idi. İkinci istiqamət isə ümumi sayı 160000(73000 amerikalı, 61715 ingilis və 21400 kanadalı) olan dəniz desantını Normandiya sahillərinə çıxartmaqdan ibarət olmuşdu. Bundan əlavə ABŞ-Böyük Britaniya ordularının tərkibində 195700 nəfərlik hərbi dəniz qoşunları heyəti və 5000 dənə hərbi gəmilər də var idi. Üçüncü Reyxin tabeçiliyində isə 10000 nəfərlik hərbi qüvvə və əlavə olaraq Atlantika divarı adlı müdafiə-istehkam mövqeləri də var idi. Almaniyanı(Üçüncü Reyx)hərbi qüvvəsi:380.000(23 iyul) Müttəfiq dövlətlərin(Antihitler koalisiyası) hərbi qüvvəsi:1.332.000(24 iyul) Almaniya (Üçüncü Reyx):4.000-9.000 arasında ölü, yaralı və əsir. Müttəfiq ölkələr: 1)ABŞ:1465 ölü,5138 yaralı, əsir və itkin 2) Böyük Britaniya:2700 ölü,yaralı və əsir 3) Kanada:500ölü,621 yaralı Müttəfiq dövlətlərin(Antihitler koalisiyası) cəmi itkisi:10.264 ölü,yaralı,itkin,əsir. == Ümumi vəziyyət == 1943-cü ilin əvvəllərində Stalinqrad cəbhəsində ən ağır məğlubiyyətini alan və bunun ardınca Kursk uğrunda gedən döyüşlərdə də uduzan Almaniya artıq ən ağır günlərini yaşamaqda idi.
Ordubad çınqıl-qum qarışığı yatağı
Pilləkənlə enən çılpaq, No. 2
Pilləkənlə enən çılpaq, No.2 (fr. Nu descendant un escalier n° 2, ing. Nude Descending a Staircase, No. 2) — Marsel Düşan tərəfindən 1912-ci ildə çəkilmiş rəsm əsəridir. Əsər əsasən modernizm klassikası kimi qəbul edilir və çəkildiyi dövrdə çox məşhur olmuşdur. 1912-ci ildə Müstəqil rəssamlar Salonunda nümayiş etdirilməmişdən əvvəl bu əsər kubistlər və futuristlər tərəfindən rədd edilmişdir. Buna baxmayaraq, əsər 20 aprel – 10 may 1912-ci il tarixində Barselonadakı J.Dalmau Qalereyalarında keçirilən “Exposició d'Art Cubista” sərgisində həmin qruplardan olan rəssamların əsərləri ilə bir yerdə sərgilənmiş, 1913-cü ildə Nyu-Yorkda keçirilən “Arsenal sərgisi” zamanı isə böyük marağa səbəb olmuşdur. Əsər Giyom Apollinerin 1913-cü ildə nəşr edilmiş “Les Peintres Cubistes, Méditations Esthétiques” kitabına daxil edilmişdir. “Pilləkənlə enən çılpaq” əsəri Luiza və Volter Arensberqlərin kolleksiyasının tərkib hissəsi kimi Filadelfiya Sənət Muzeyində sərgilənir. == Təsviri == Yağlı boya ilə 147 sm × 89.2 sm (57.9 in × 35.1 in) ölçülü kətan üzərində çəkilmiş əsər portret janrındadır.
Pişik çığırtısı sindromu
Pişik çığırtısı sindromu — 5-ci xromosomun qismən silinməsindən qaynaqlanan nadir bir genetik xəstəlikdir. Adı, təsirlənmiş uşaqların xarakterik pişik fəryadından bəhs edən bir Fransız termini ("pişik ağlaması"). İlk dəfə Jerome Lejeune tərəfindən 1963-cü ildə təsvir edilmişdir . Xəstəlik bütün etnik qruplar arasında təxminən 50.000 canlı doğuşdan 1-ni təsir edir və qadınlarda 4:3 nisbətində daha çox görülür. == İşarələr və simptomlar == Sindrom, adını qırtlaq və sinir sistemindəki problemlər səbəbiylə bir bala balasının miyavına bənzəyən təsirlənmiş körpələrin xarakterik fəryadından alır. Körpələrin təxminən üçdə biri 2 yaşına qədər ağlamağı dayandırır. Pişik çığırtısı sindromu digər simptomlarına aşağıdakılar aid edilə bilər: udma və əmmək çətinliyi səbəbiylə qidalanma problemləri; mutizm; az doğuş çəkisi və zəif böyümə; ağır idrak, danışma və hərəkət pozğunluqları; hiperaktivlik, təcavüz, alovlanma və təkrarlanan hərəkətlər kimi davranış problemləri; zamanla dəyişə bilən qeyri-adi üz xüsusiyyətləri; həddindən artıq tökülmə; kiçik baş (mikrosefaliya) və çənə (mikroqnatizm); geniş qurulmuş gözlər (hipertelorizm); Digər ümumi əlamətlər arasında hipotansiyon, tam yanaqları olan dəyirmi bir üz, epikantal qırışlar, aşağı əyilmiş göz yarıqları (göz qapaqları), qısqırıq, düz burun körpüsü, aşağıya baxan ağız, aşağı qulaqlar, qısa barmaqlar, tək palma qırışları və ürək qüsurları vardır. Bu vəziyyəti olan insanların ünsiyyət qurmaqda çətinlik çəkdikləri də müşahidə edilmişdir. Dil biliyi bir neçə kəlmədən qısa cümlələrə qədər dəyişə bilsə də, tibb işçiləri tez-tez uşağa bir mütəxəssisin köməyi ilə bir növ danışma terapiyası yardım göstərilməsini tövsiyə edirlər. Daha az görülən tapıntılara dodaq və damaq yarığı, preaurikulyar izlər və fistulalar, timik displazi, bağırsaqda malrotasiya, meqakolon, qasıq yırtığı, qalça çıxığı, kriptorxidizm, hipospadiyalar, nadir böyrək qüsurları (məsələn, at nalı böyrəyi, böyrək və ya ageneplazmik ektopiya), klinika beşinci barmaq, equinovarus clubfoot, düz ayaq, ikinci və üçüncü barmaqların və barmaqların sindaktili və hiper genişlənən oynaqlar.
Pornoqrafiyaya qarşı çıxmaq
Pornoqrafiyaya qarşı çıxma səbəbləri arasında dini etirazlar, feminist narahatlıqlar və pornoqrafiya asılılığı kimi zərərli təsirlərin sübutları var. == Dini baxışlar == Əksər dünya dinlərinin müxtəlif səbəblərdən pornoqrafiyaya qarşı mövqeləri var. Bütün fəqih və din alimlərinə görə, əxlaqsız şəkillərə və təhrikedici və şəhvətsevərlərə baxmaq qadağandır. Quran 24: 30 -da buyurulur: "Tanınan kişilərə de ki, gözlərini aşağı salsınlar və eyblərini qorusunlar, çünki bu onlar üçün daha təmizdir. Allah nə etdiklərinizdən xəbərdardır." == Feminist baxışlar == Bəzi feministlər, qadınları istismar edən və qadınlara qarşı zorakılığın ortağı olan bir sahə olduğunu iddia edərək, pornoqrafiyaya qarşı çıxırlar. == Mühafizəkar baxışlar == == Zərərə əsaslanan fikirlər == 1982 -ci ildə Zillman tərəfindən edilən bir araşdırma, pornoqrafiyaya uzun müddət məruz qalmağın həm kişiləri, həm də qadınları cinsi şiddət qurbanlarına qarşı həssaslaşdırdığını göstərdi. Zillman kimi bəzi tədqiqatçılar, pornoqrafiyanın cinsi təcavüz nisbətlərini artıraraq cəmiyyətə birmənalı ziyan vurduğuna inanırlar.
Qiymə-çığırtma
Qiymə-çığırtma — Azərbaycan ərazisində yayğın olan qədim yemək növlərindən biri. == Tərkibi == Qoyun əti – 163 q. Baş soğan – 40 q. Ərinmiş yağ – 25 q. Yumurta – 2 ədəd. Şüyüd – 12 q. Zəfəran – 0,1 q. İstiot – 0,1 q. Duz –zövqə görə. == Hazırlanma qaydası == Qoyun əti ilə soğandan hazırlanmış qiyməyə duz, istiot və zəfəran vurulub yağda qovrulur.
Qiymə-çığırtma plov
== Tərkibi == Qoyun əti - 165q, düyü - 150q, ərinmiş yağ - 50q, baş soğan - 30q, yumurta - 2 əd., zəfəran - 0,1q, istiot - 0,5q, duz. == Hazırlanma qaydası == Qoyun ətindən hazırlanmış qiymə yağda qızardılır, ayrıca yağda qızardılmış soğan qatılır, üstünə çalınmış yumurta vurulub qızdırığı şkafda bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verildikdə boşqaba plov çəkilir, üstünə qiymə-çığırtma qoyulub yağ tökülür.
Qırx Çıraq
Qırx Çıraq — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Salyan rayonunun faktiki mövcud olan Qırx Çıraq qəsəbəsi dəqiqləşdirmə qaydasında Çuxanlı kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Qırx Çıraq şəhərləri inzibati ərazilərinin 54373,5 hektarında Azərbaycan Respublikasının Şirvan Milli Parkı yaradılmışdır. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir. == Əhalisi == 2006-cı ildə aparılmış siyahıya almanın nəticələrinə əsasən əhalinin sayı 1.000 nəfərdir və əhalinin 71% şəhər əhalisidir. Qırx Çıraq da yaşayan etnik qruplar: yerli azərbaycan türkləri 80%, gəlmə kürdlər 10%, gəlmə talışlar 10%.
Rotadan çıxma
Rotadan çıxma ümumiyyətlə istiqamət dəyişdirmə deməkdir. Hər hansı bir istinad nöqtəsinə nisbətdə bir bucaqda hərəkət edən bir obyektin hərəkət bucağı dəyişdikdə o obyekt rotadan çıxmış sayılır. Aviasiya sahəsindəki “yaw” ifadəsinin Azərbaycanca ekvivalenti ilə uyğun gələn hərəkət adıdır, ancaq yalnız təyyarələrdə deyil, bütün nəqliyyat vasitələrində sağa və ya sola dönməyə aiddir. Təyyarələr quyruqlarındakı sükanları ilə və gəmilər isə gövdələrinin aşağı hissəsində olan sükanla dönürlər. Elmi dünyada qəbul edilən hər hansı bir nəzəriyyə və ya qanunu pozmaq və ya səhvini sübut etmək üçün də bu addan istifadə olunur. Məsələn, zamanda səyahət fizikanın iki əsas qanunu olan Kvant mexanikası və Ümumi nisbilik nəzəriyyəsinə ziddir. Həmçinin səbəb prinsipi ilə də ziddiyyət təşkil edir. Günlərin bir günündə kimsə zamanda səyahət etmiş olarsa, bu bütün məlum fizika qanunlarının əsasını təşkil edən kvant mexanikası və ümumi nisbilik nəzəriyyəsini məhv edəcək, beləliklə də bütün məlum fizika qanunları da etibarsız olacaqdır. Bunun sonunda Kvant mexanikası və Ümumi nisbilik nəzəriyyəsi rotadan çıxacaq, başqa sözlə etibarını itirəcəkdir.
Sarıbəyli-i Çıraq (Urmiya)
Sarıbəyli-i Çıraq (fars. ساري بيگلوي چراغ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Nazlı bəxşi ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 500 nəfər yaşayır (125 ailə).

"çı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çı nədir? #çı sözünün mənası #çı nə deməkdir? #çı sözünün izahı #çı sözünün yazılışı #çı necə yazılır? #çı sözünün düzgün yazılışı #çı leksik mənası #çı sözünün sinonimi #çı sözünün yaxın mənalı sözlər #çı sözünün əks mənası #çı sözünün etimologiyası #çı sözünün orfoqrafiyası #çı rusca #çı inglisça #çı fransızca #çı sözünün istifadəsi #sözlük