lı sözü azərbaycan dilində

Yazılış

  • lı • 96.8102%
  • LI • 2.1265%
  • lI • 0.7443%
  • Lı • 0.3190%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
LIBOR skandalı
LIBOR dərəcəsi ilə manipulyasiya 2008–2016-cı illərdə beynəlxalq qalmaqal və bunun ardından dünyada standart faiz dərəcələrinin qlobal islahatı ilə başa çatan ən böyük Avropa və Amerika bankları tərəfindən həyata keçirildi. 2012-ci ildə sona çatan skandal nəticəsində LIBOR rəhbərliyi dəyişdirildi. Bundan əlavə, məhkəmə proseslərinin ardından böyük beynəlxalq bank qrupu cərimə ödədi. Keçmiş treyder Tom Heys ağır cinayətə görə cəza alan tək şəxs idi. == LIBOR yaranması == LIBOR faiz dərəcəsi, Yunan bankiri Minos Zombanakis, JP Morgan Manufacturers Hanover Bank (London) İdarəedici direktoru tərəfindən təklif edilmişdir. 1969-cu ildə, korporativ müştərisinə Londondakı altı aylıq banklararası faiz dərəcəsi ilə təyin olunmuş dərəcədə sindikatlaşdırılmış kredit verdi. 1986-cı ildən bəri, İngilis Banklar Birliyi mütəmadi olaraq LIBOR-un hesablanması üçün ictimai bir öhdəlik götürdü. Dərnək, gündəlik olaraq on altı bankdan digər banklardan borc ala biləcəkləri şərtlərlə soruşdu. Ən aşağı və ən yüksək dərəcələr hesablamadan çıxarıldı, qalan dərəcələr orta hesablandı. Beləliklə, qalmaqaldan əvvəl LIBOR, bankirlərin bir-birlərinə kredit verə biləcəkləri dərəcələr barədə ortalama bir fikir idi.
LISP
Lisp — proqramlaşdırma dili 1958-ci ildə yaradılmışdır. Lisp, ikinci qədim yüksək səviyyəli dildir (ilk yüksək səviyyəli dil Fortran). Fortran kimi Lispdə də yarandığı gündən bugünə kimi bir çox dəyişikliklər edilmişdir. Lisp adı – List Processing (siyahıların emalı) sözlərindən götürülmüşdür. == Proqram nümunələri == 1959-cu ildə süni intellekt məsələlərinin həlli üçün LISP (LISt Processing language – “siyahıların emalı dili”) dili meydana çıxmışdır. Bu dilin müəllifi amerikalı riyaziyyatçı Con Makkartidir (John McCarthy). Faktorial funksyanın hesablanmasını təsvir edək (rekursiyadan təyin olunur): == Mənbə == Patrick Winston and Berthold Horn, Lisp, Addison Wesley; 3 edition (January 1, 1989), ISBN 0-201-08319-1 Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Lıqotxski kənd dairəsi
Lıqotxski kənd dairəsi — Krasnodar diyarında, Soçi şəhərinin Lazarevski rayonunda (Soçi kurort şəhərinin) inzibati ərazi vahidi. Dairə Aşe, Makopse və Kuapse çaylarının hövzələrində şəhər hüdudlarından kənarda yerləşən rayonun kənd yaşayış məntəqələrini birləşdirir. İnzibati mərkəzi Kelej auludur. == Coğrafiyası == İnzibati ərazi vahidi Soçi kurort şəhərinin Lazarevski rayonunun şimal-qərb hissəsində yerləşir. Bölgənin və bütövlükdə şəhərin ən şimal rayonudur. Qəsəbəyə beş yaşayış məntəqəsi daxildir. Kənd dairəsi ərazisinə görə Lazarevski rayonunun ən böyük inzibati vahididir. Kənd dairəsi aşağıdakı ərazilrələ həmsərhəddir: şimal-qərbdə Şepsinskoye kənd yaşayış məntəqəsi, şimalda Georgievskoye kənd yaşayış məntəqəsi və cənub-şərqdə Kirovski kənd dairəsi, həmçinin qərbdə Soçi şəhərinin şəhər əraziləri. Kənd dairəsi Böyük Soçinin dağətəyi və dağlıq ərazilərində yerləşir. Relyef əsasən qərbdən şərqə doğru yüksələn sıx meşə örtüyünə malik yüksək dağlıq ərazidir.
Lısa-Gora dağı
Lısa-Gora (pol. Łysa Góra) — Polşa ərazisində dağ. Dağ Sventokşiski massivində yerləşir. Hündürlüyü 594 metrdir. Zirvə bu massivdə hündürlüyünə görə ikincidir (Lısisa - 612 m). Dağın zirvəsinə və yamaclarına müxtəlif istiqamətdə piyada cığırları salınmış. Dağ zirvəsində paqanizmə məxsus müqəddəs məkanın qalıqları var. Bundan başqa ərazidə XI əsrə məxsus Müqəddəs Xaç Benediktinski monastrı mövcuddur. Diqqət çəkən tikililərdən biri də "Sventı-Kşij" teleqülləsidir. Dağla bağlı həmçinin yerli əfsanələr mövcuddur.
Lısov adası
Lısov adası — Şərqi Sibir dənizində, Medvejıy adaları qrupuna daxil olan ada. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir. Adalar qrupunun mərkəzində Leontev adasında 3,3 km cənubda, materikdən 68 km aralıda yerləşir. Ada cənubdan şimala 2,8 km uzunluğa, 1,2 metr uzunluğa malikdir. 35 metr hündürlüyə malikdir. Şimalında iki kiçik göl vardır. Ada 1769-cu ildə Medvejıy adalarını xəritəyə salan geodeziya işləri aparan üç işçidən biri olan Lısovun şərəfinə adlandırılmışdır.
Lısva
Lısva — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Lıtkarino
Lıtkarino — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Nikolay Lısenko
Nikolay Vitalyeviç Lısenko (ukr. Мико́ла Віта́лійович Ли́сенко; 10 (22) mart 1842[…] – 6 noyabr 1912[…], Kiyev) — Ukrayna bəstəkar, pianoçu, dirijor və ictimai xadimi. Hazırda Ukrayna milli mədəniyyətinin görkəmli nümayəndələrindən hesab olunur. == Həyatı == Nikolay Lısenko əslən qədim kazak olan Lısenko nəslindəndir. Atası Vitali Romanoviç Lısenko 13-cü draqun alayında polkovnik olmuşdur. Ana, Olqa Yeremeyevna poltava mənşəlidir. Erkən yaşlarından Nikolay Taras Şevçenkonun və Ukraynanın xalq mahnılarının şeirlərini sevirdi, nənələri - Nikolay və Mariya Bulubaşini onda bu sevgini daha ds dərinləşdirmişlər. Ev tərbiyəsi başa çatdıqdan sonra Nikolay gimnaziyaya hazırlaşmaq üçün Kiyevə getdi, burada ilk öncə Veyl pansionatında, daha sonra isə Geduen pansionatında oxudu. 1855-ci ildə Nikolay 1859-cu ilin yazında gümüş medal ilə bitirdiyi ikinci Xarkov gimnaziyasına köçürülmüşdür. Gimnaziyadakı təhsil əsnasında, o, xüsusi olaraq musiqini (müəllimi - N.D.Dmitriyev) öyrəndi və tədricən Xarkovda pianoçu kimi tanındı.
Oksana Lıniv
Oksana Lıniv (ukr. Оксана Линів; 6 yanvar 1978, Brodı[d], Ukrayna SSR, SSRİ) — ukraynalı dirijor. Qraz şəhəri (Avstriya) Opera və Filarmoniya Orkestrinin Birinci qadın baş dirijoru. Dövrümüzün ən yaxşı qadın dirijorlarının ilk üçlüyünə daxil edilmişdir. == Bioqrafiya == İki musiqiçinin qızı və musiqi müəllimi, kilsə xorunun direktoru Dmitri Lınivin nəvəsi. Oksananın atası Yaroslav Lıniv (25 yanvar 1952-ci ildə anadan olub) Brodıdakı Boyan xalq xorunun rəhbəri olmuşdur. Oksana Lınivin bir Yuri adlı qardaşı var. Oksana Brodı şəhərindəki musiqi məktəbini bitirib. Sonra Vasili Barvinski Droqobıç Musiqi uçilişində oxuyur, lakin birinci kursdan sonra Lvova köçür və 1996-cı ildə Stanislav Lyudkeviç adına Lvov Musiqi uçilişini bitirir və burada fleyta çalmağı öyrənir. Daha sonra 1996-2003-cü illərdə Nikolay Lısenko adına Lvov Milli Musiqi Akademiyasında Lvov Operasının baş dirijoru Boqdan Daşakın sinfində təhsil alır.
Vyaçeslav Lıçkin
Vyaçeslav Stepan oğlu Lıçkin (30 sentyabr 1973, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbolçu. Futbol üzrə Azərbaycan milli yığmasının üzvü olmuşdur. == Həyatı == Azərbaycan futbolunun yetirməsi. 1989—1991-ci illərdə ikinci liqa klubu Termist klubunda oynuyurdu. 1991-ci ildə Neftçinin heyətində SSRİ birinci liqasında 3 oyun keçirtmişdir. 1992—1994-cü illərdə Dinamo Stavropol, Nart Çerkessk və Anji Mahaçqala kimi rus komandalarında çıxış edirdi. 1995—1996-cı il mövsümünü Neftçi də keçirtdi və öz etirafına görə, bu onun karyerasında ən yaxşı mövsümü idi. 1996/97 mövsümün əvvəlində Türkiyənin Trabzonspor komandasında oynuyurdu. Lakin legioner karyerası uğurlu alınmadı və o, tezliklə evə qayıtdı. 1997-ci ildə meneceri Ayvar Poxlakın köməyi ilə Finlandiyanın TPS klubuna keçdi və orada həmən əsas heyətin üzvü ola bildi.
LINE (proqram təminatı)
LINE "Line Corporation" tərəfindən hazırlanmış Yapon mobil mesajlaşma proqramıdır. LINE teqlər, ev, xronometraj və rəsmi hesablar daxil olmaqla, müxtəlif interaktiv elementlərlə inteqrasiya olunmuş pulsuz mətn və səsli mesajlaşma, səsli zəng və qrup söhbəti təklif edir. LINE proqramı iOS, Android, BlackBerry, Nokia Asha və Windows Phone daxil olmaqla bir çox platformada mövcuddur və ona smartfonlar, planşetlər və kompüterlərdə daxil olmaq olar. 2013-cü ilin avqust ayına olan məlumata görə, LINE-ın 230 ölkədə 230 milyon istifadəçisi var. LINE müxtəlif dilləri, o cümlədən İngilis, Yapon, Koreya, Sadələşdirilmiş Çin, Ənənəvi Çin, Tay, İndoneziya, Malay, Türk, Vyetnam, İspan, Fransız, Portuqal (Braziliya), Portuqal (Portuqaliya), Alman və İtalyan dillərini dəstəkləyir; O, həmçinin 52 ölkədə tətbiq mağazalarının "pulsuz proqramlar" kateqoriyasında birinci yerdədir.
LINE (proqram)
LINE "Line Corporation" tərəfindən hazırlanmış Yapon mobil mesajlaşma proqramıdır. LINE teqlər, ev, xronometraj və rəsmi hesablar daxil olmaqla, müxtəlif interaktiv elementlərlə inteqrasiya olunmuş pulsuz mətn və səsli mesajlaşma, səsli zəng və qrup söhbəti təklif edir. LINE proqramı iOS, Android, BlackBerry, Nokia Asha və Windows Phone daxil olmaqla bir çox platformada mövcuddur və ona smartfonlar, planşetlər və kompüterlərdə daxil olmaq olar. 2013-cü ilin avqust ayına olan məlumata görə, LINE-ın 230 ölkədə 230 milyon istifadəçisi var. LINE müxtəlif dilləri, o cümlədən İngilis, Yapon, Koreya, Sadələşdirilmiş Çin, Ənənəvi Çin, Tay, İndoneziya, Malay, Türk, Vyetnam, İspan, Fransız, Portuqal (Braziliya), Portuqal (Portuqaliya), Alman və İtalyan dillərini dəstəkləyir; O, həmçinin 52 ölkədə tətbiq mağazalarının "pulsuz proqramlar" kateqoriyasında birinci yerdədir.
LIFFT
Avrasiya Ədəbiyyat Festivalı "LIFFT" və Ümumrusiya Ədəbiyyat Festivalı "LIFFT" hər il keçirilir. Festivalda Avrasiya ölkələrindən və Rusiyadan yazıçılar iştirak edir. İlk festival 2016-cı ilin may ayında "LIFFT" Ümumrusiya Ədəbiyyat Festivalı kimi keçirildi. == Festivalın təşkilatçısı == Festivalın sədri — "LİFFT" layihəsinin baş direktoru, Avrasiya Xalqlar Assambleyası Yazıçılar və Oxucular Ədəbi Şurasının sədri, "SPİÇ" Yazıçılar və Oxucular Birliyinin sədri, Assambleyanın mədəniyyət üzrə sədr müavini, Ümumrusiya və regional "LIFFT" jurnallarının baş redaktoru, beynəlxalq PEN Mərkəzinin üzvü, şair və filosof Marqarita Al. == Festivalın məqsəd və vəzifələri == Rusiya və Avrasiyanın festival hərəkatını birləşməsi. Avrasiya yazıçıları və oxucuları arasında yaradıcılıq və dostluq əlaqələrinin gücləndirilməsi. Vahid Avrasiya ədəbi məkanının yaradılması. Ədəbi forumların təşkilində təcrübə mübadiləsi. Vahid rusdilli ədəbi məkanın yaradılması. Geniş ictimaiyyətin və oxucuların mədəni həyatda iştirakına, mütaliənin və ədəbi yaradıcılığın təbliğinə cəlb edilməsi.
Lırt dəri sindromu
Lırt dəri sindromu (ing. cutis laxa) – anadangəlmə və qazanılmış olub, fibulin-5 geninin mutasiyası nəticəsində dəri həddən artıq lırt və dartılmış olur, Elers-Danlosdan fərqli olaraq dəri geri qayıtmır (dartılmış dəri).
N.V.Lısenko adına Xarkov Opera və Balet Teatrı
N. V. Lısenko adına Xarkov Opera və Balet Teatrı (ukr. Харківський національний академічний театр опери та балету імені Миколи Лисенка) — ilk Ukrayna stasionar opera teatrı. Teatrın repertuarında ukrayna, rus, fransız və italyan dillərində opera tamaşaları, klassik və müasir balet tamaşaları var. == Memarlığı == === Köhnə binası === Rımar küçəsi 21 ünvanındakı bina 1829-cu ildə naməlum memar tərəfindən tikilib. 1855-ci ildə sahibkar Zarudnı tərəfindən satın alındı ​​və tamaşalara ev sahibliyi etmək üçün yenidən quruldu. Sonra bina kommersiya klubunun mülkiyyətinə çevrildi və 1884–1885-ci illərdə opera binası (memar B. G. Mixalovski) üçün tamamilə yenidən quruldu. Bağ tərəfinə səhnə hissəsi əlavə edilib və tamaşa zalı Parisdəki Tüilri sarayının dövlət salonlarından birinin motivlərindən istifadə edilməklə Fransız İntibahı üslubunda bəzədilib. Zalın divarları boyunca boş antablaturlu Korinf ordeninin qoşalaşmış yivli sütunları vardır. Hər bir cüt sütunun üstündə yuxarı mərtəbənin eyvanını dəstəkləyən qanadlı qadın heykəlləri qoyulmuşdur. Balkonun kənarları və benuar qutuları dekorativ qəliblərlə bəzədilib.
Trofim Lısenko
Trofim Denisoviç Lısenko Ukrayna və Sovet aqronomu və bioloqudur. Biologiya- Miçurin aqrobiologiyasında yalançı elmi istiqamətin banisi və ən böyük nümayəndəsi, SSRİ Elmlər Akademiyasının (1939), Ukrayna Elmlər Akademiyasının (1934), VASXNİL-in akademikidir (1935). Sosialist Əməyi Qəhrəmanıdır (1945). Üç dəfə birinci dərəcəli Stalin mükafatı laureatıdır (1941, 1943, 1949). 1934-cü ildə elmi rəhbər, 1936-cı ildə isə Odessada Ümumittifaq Seleksiya və Genetika İnstitutunun direktoru təyin edilir. 1940-1965-ci illərdə SSRİ Elmlər Akademiyasının Genetika İnstitutunun direktoru olub.. Trofim Lısenko bir aqronom kimi bir sıra aqrotexniki üsulları (vernalizasiya, pambıq budanması, kartofun yay əkini) təklif və təbliğ etmişdir. Lısenkonun təklif etdiyi üsulların əksəriyyəti hələ sovet kənd təsərrüfatında geniş tətbiq olunduğu dövrdə də P.N. Konstantinov, A.A. Lyubişev, P.İ. Lisitsyn və başqaları tərəfindən tənqid edilmişdir. Lısenkonun nəzəriyyələrinin və aqronomik metodlarının ümumi çatışmazlıqlarını üzə çıxaran elmi rəqibləri də onu dünya elmi və təsərrüfat praktikasından ayrıldığına görə qınayırdılar. Bəzi üsullar (məsələn, macar entomoloqu Yablonovskinin təklif etdiyi Asproparthenis punctiventris ilə mübarizə üsulu) Lısenkodan çox-çox əvvəl məlum idi, lakin gözləntiləri doğrultmadı və ya köhnəlmişdi..

"lı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#lı nədir? #lı sözünün mənası #lı nə deməkdir? #lı sözünün izahı #lı sözünün yazılışı #lı necə yazılır? #lı sözünün düzgün yazılışı #lı leksik mənası #lı sözünün sinonimi #lı sözünün yaxın mənalı sözlər #lı sözünün əks mənası #lı sözünün etimologiyası #lı sözünün orfoqrafiyası #lı rusca #lı inglisça #lı fransızca #lı sözünün istifadəsi #sözlük