Likbez
Likbez (rus. Ликбе́з , ликвида́ция безгра́мотности у населения) — RSFSR və SSRİ-də oxuma, yazma bilməyən böyüklərin kütləvi təhsili. Məcazi mənada — istənilən elm, proses və ya fenomenin əsas anlayışlarına hazırlıqsız olan auditoriyanı öyrətmək.
Tarixi olaraq, "likbez" anlayışı Sovet Rusiyasının dövlət proqramı olan "savadsızlığın ləğvi"(likvidasiya bez qramotnosti) qısaldılmış yazılışı idi, hansı ki, 26 dekabr 1919-cu il Xalq Komissarları RSFSR Şurasının "RSFSR savadsızlığın aradan qaldırılması haqqında" qərarı ilə başlamışdır. Xalq Təhsil Komissarlığına savadsız insanların öyrədilməsi üçün bütün səlahiyyətli şəxsləri cəlb etmək hüququ verilmişdir. Qərar həmçinin Qlavsotsvos sisteminin tərkib hissəsi olan məktəblərin, uşaq evləri məktəblərinin, koloniyaların və digər institutların yaradılması üçün nəzərdə tutulub.
== Tarixi ==
XIX əsrin sonlarında Rusiya imperiyasının əhalisinin təhsili sənaye inkişafı yoluna qədəm qoymuş bir ölkə üçün çox aşağı idi. 1917-ci ildə qalan Çar ərazilərində, yeddi yaşdan yuxarı olan kişi əhalisinin təxminən 37,9% -i və qadın əhalisinin isə yalnız 12,5% -i savadlı idi.Leninin təhsilə dair fikirləri onun iqtisadi və siyasi faydalarından irəli gəlir. Bundan əlavə, statistikaya əsasən əvvəlki müharibə dövründə təhsil infrastrukturuna sərmayə qoymuş və artıq əldə edilmiş savadlılıq səviyyəsinin göstəricilərini bir qədər artırdığı qərb rayonları işğal olunmuş və ölkəyə qayıtmamışdır.
1914–1917-ci illərdə savadlı əhalinin sayının qiymətləndirilməsi.