likör-araq sözü azərbaycan dilində

likör-araq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • likör-araq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Araq
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Likör
Likör (fr. liqueur; lat. liquor — "maye") — tünd, şirin, ətirli alkoqollu içki. == Haqqında == Likör bir sıra meyvələrlə, ədviyyatlarla, qaymaqla, çiçəklərlə, çərəzlərlə ətirləndirilmiş spirtli içki növüdür. Likör yalnız distillə olunmuş alkoqoldan hazırlanır və adətən şirin içki hesab edilir. Likör sözü (fr. liqueur) latınca liquifacere (həll etmək / ərimək) kəlməsindən əmələ gəlmişdir. Əksər likörlərin alkoqol dərəcəsi 15%-30% olur, bəzən 55%-dək arta bilir. İlk likörün XIII əsrdə İtaliyada rahiblər tərəfindən hazırlandığı güman edilir. Bir sıra tanınmış likör adları var ki, bunlara misal olaraq Chambord, Baileys, Kahlua, St-Germain, Cointreau, Sambuca, Jagermeister, Frangelico, Grand Marnier ve s.
Eqermeyster (likör)
Jägermeister (tələffüzü Yəgermayster) — 56 növ ot, meyvə, ədviyyat əsaslı güclü alman likörü. Bitter kateqoriyasına aiddir. Likör 56 komponentin — bitkilərin qarışdırılması ilə əldə edilir və palıd barellərdə 12 ay saxlanılır. İçkinin dəqiq tərkibi gizli saxlanılır. İçkinin etiketi maral və buynuzlarının üzərində xaç təsvir edilmişdir və əfsanəyə görə müqəddəs Quber, ovçuların himayəçisi tərəfindən ovlanan maral təsvir edilmişdir. Etiket alman yazıçısı Oskar fon Rizentalın şeiri ilə çərçivələnmişdir. Alman istehsalı olduğu üçün içkinin simgəsində uzun s istifadə olunur. Jägermeister, bir çox digər bitter kateqoriyasında olan içkilər kimi, həzm üçün əlverişli hesab olunur. Adi formada soyudulmuş halda və ya kokteyllərdə istifadə olunur. == Tarixçə == Likör 1935-ci ildən Uolfenbüttel (Aşağı Saksoniya) şəhərində yerləşən 1878-ci ildə yaradılmış Mast-Jägermeister SE şirkəti tərəfindən istehsal olunur.
Araq çəkənlər (film, 1961)
"Araq çəkənlər" (rus. Самогонщики) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == Filmdə uğursuz araq çəkənlər üçlüyü — Qorxaq, Axmaq və Çoxbilmişin sərgüzəştlərindən bəhs olunur. Onlar araq çəkdikdən sonra yeyib-içirlər. Lakin, "Barbos" adlı köpəklərini yaddan çıxarırlar. Bu zaman "Barbos" adlı köpək hirslənib onların araq çəkən aparatlarını (samoqonu) polisə aparır. Onlar köpəyə nə qədər yalvarsalar da, köpəyi tüfənglə vurmaq istəsələr də bir şey alınmır. Film üçlüyün həbs olunması ilə başa çatır.

Oxşar sözlər

#likör-araq nədir? #likör-araq sözünün mənası #likör-araq nə deməkdir? #likör-araq sözünün izahı #likör-araq sözünün yazılışı #likör-araq necə yazılır? #likör-araq sözünün düzgün yazılışı #likör-araq leksik mənası #likör-araq sözünün sinonimi #likör-araq sözünün yaxın mənalı sözlər #likör-araq sözünün əks mənası #likör-araq sözünün etimologiyası #likör-araq sözünün orfoqrafiyası #likör-araq rusca #likör-araq inglisça #likör-araq fransızca #likör-araq sözünün istifadəsi #sözlük