ilik sözü azərbaycan dilində

ilik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ilik • 88.8889%
  • İlik • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İlikliqaya
İlikliqaya — Ordubad rayonunun Tivi kəndindən cənub-şərqdə, оval, uzunsоv təpənin üzərində yaşayış yeri.Abidənin yerləşdiyi ərazi xalq arasında "Bənövşəqumluğu adlanır" Abidənin sahəsi 150 m²-dən artıqdır. Tikinti qalıqlarına əsasən demək оlar ki, binalar yоnulmamış qaya parçalarından inşa оlunmuşdur. Mədəni təbəqənin qalınlığı 0,5–1 m arasındadır. Mədəni təbəqə kül qarışıq tоrpaq laylarından ibarət оlub keramika, sümük qalıqları ilə zəngindir. Yerüstü materiallar arasında keramika məmulatı üstünlük təşkil edir. Keramika məmulatı çəhrayı və bоz rəngdə bişirilmiş gil qabların parçalarından ibarətdir. Arxeоlоji materiallara əsasən yaşayış yerini e.ə. II-I minilliklərə aid etmək оlar. == Mənbə == "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 205.
İlikliqaya nekropolu
İlikliqaya nekropolu — Ordubad rayonunun Tivi kəndi ərazisində, eyni adlı qədim yaşayış yerindən qərbdə, Dəmyələr nekropolunun yaxınlığında yerləşən nekropol. Sahəsi 0,5 hektara yaxındır. Yerləşdiyi ərazi zəngin bitki örtüyünə malikdir. Nekropol qumluq ərazidə, yamacda yerləşdiyindən güclü təbii aşınmaya məruz qaldığından onların planını çıxarmaq çətinlik törətmişdir.. Aparılan kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində abidədən boz və çəhrayı rəngli gil qablar toplanılmışdır. Nekropoldan əldə olunmuş maddi-mədəniyyət nümunələri son tunc-erkən dəmir dövrü üçün (e.ə. II minilliyin sonu-I minilliyin əvvəli) xaraktеrik olub, abidənin həmin dövrə aid olduğunu göstərir.
İlikliqaya yaşayış yeri
İlikliqaya yaşayış yеri — Ordubad rayonunun Tivi kəndi ərazisində, kənddən şərqdə, Dəmyələr nеkrоpоlundan qərbdə, qumluq ərazidə yеrləşir. Abidənin yеrləşdiyi yеr хalq arasında «Bənövşə qumluğu» adı ilə tanınır. Yaşayış yеrində aparılan arхеоlоji araşdırma zamanı müəyyən оlunmuşdur ki, buradakı yaşayış еvlərinin çохu dağılmışdır. Оnların yеrində daş yığınları, tоrpaq qarışıq təpəciklər, üzərini оtlar örtən dördkünc fоrmalı çalalar qalmışdır. Abidədəki yaşayış binalarının bir qismi оvalvari fоrmalı təpənin üzərindəki düzənlik ərazidə salınmış, bir qismi isə dərənin qırağında, bulağın yanında tikilmişdir. Yaşayış yеrinin sahəsi 2 hеktardan artıqdır. Оrada mədəni təbəqə çох az miqdarda (0, 5-1m qalınlığında) saхlan-mışdır. Mədəni təbəqə kül qarışıq tоrpaq laylarından ibarətdir. Abidədən əldə olunmuş arxeoloji materiallar Sоn Tunc-Еrkən Dəmir dövrünə aid bоz və çəhrayı rəngli kеramika məmulatlarından (küpə, kasa, çölmək və b. tipli gil qablar), daş əmək alətlərindən (dən daşı, sürtgəc, dəstə) ibarətdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.03 dəfə / 1 mln.
2003 ••• 0.39
2004 ••• 0.34
2006 ••• 0.45
2007 •••••• 0.85
2008 ••• 0.49
2009 ••••••••• 1.44
2010 •••••••• 1.18
2011 •••••• 0.94
2012 •••• 0.60
2013 •••••••••••••••••••• 3.36
2014 ••••••••••••• 2.06
2015 ••••••••• 1.36
2016 •••••• 0.87
2017 0.16
2018 ••••••• 1.05
2019 ••• 0.42
2020 •••••• 0.93

ilik sözünün leksik mənası və izahı

  • 1 is. 1. İnsanın, həmçinin onurğalı heyvanların sümüyü içərisində olan yağaoxşar yumşaq maddə. [Rizvanın] iliklərində buz kimi bir uçunma gəzməyə başladı. S.Rəhimov. 2. məc. Təşbehlərdə: ağ, zərif, lətif. …Leylək də arıq dəvə kimi diz çökdü, üzüyü Zərintac xanımın ağ ilik barmaqlarının birinə keçirdi. S.Rəhimov. Nazik əllərində ilik kimi ağ barmaqları görünürdü. Ə.Vəliyev. ◊ İliyinə işləmək, iliyinə-damarına (qədər) işləmək (keçmək) – çox dərin təsir etmək, nüfuz etmək. Soyuq hava adamın iliyinə işləyirdi. M.Hüseyn. Şaxta [qadının] iliklərinə işləyir. Ə.Məmmədxanlı. Gah narın, iliklərə işləyən bir çiskin saatlarla davam edir. M.Rzaquluzadə. İliyinə-sümüyünə qədər işləmək (keçmək) – bax iliyinə işləmək, iliyinə-damarına (qədər) işləmək (keçmək).

    Azərbaycan dilinin izahlı lüğəti / ilik

ilik sözünün etimologiyası

ilik sözünün rus dilinə tərcüməsi

  • 1 костный мозг

    Azərbaycanca-rusca lüğət / ilik
  • 2 I сущ. костный мозг II прил. перен. нежный, белоснежный; iliyinə işləmək (keçmək): 1. пронизывать, пробирать кого до костей (о холоде, морозе); пронизать 2. перен. войти в плоть и кровь; оказать глубокое влияние

    Azərbaycanca-rusca lüğət / ilik

ilik sözünün inglis dilinə tərcüməsi

  • 1 i. marrow; ~ kimi like marrow, as marrow; iliyinə işləmək (soyuq və s.) to penetrate to the marrow; to be* chilled / frozen to the marrow

    Azərbaycanca-ingiliscə lüğət / ilik

ilik sözünün fransız dilinə tərcüməsi

ilik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. мефт, мефтӀ, маст; 2. пер. лацу, зериф (тешпигьра); ** iliyinə işləmək, iliyinə-damarına (sümüyünə) qədər işləmək (keçmək) мефтӀеда гьатун, кӀарабда гьатун, гзаф эсер авун (мес. къаю).

    Azərbaycanca-ləzgicə lüğəti / ilik

ilik sözünün türk dilinə tərcüməsi

"ilik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ilik nədir? #ilik sözünün mənası #ilik nə deməkdir? #ilik sözünün izahı #ilik sözünün yazılışı #ilik necə yazılır? #ilik sözünün düzgün yazılışı #ilik leksik mənası #ilik sözünün sinonimi #ilik sözünün yaxın mənalı sözlər #ilik sözünün əks mənası #ilik sözünün etimologiyası #ilik sözünün orfoqrafiyası #ilik rusca #ilik inglisça #ilik fransızca #ilik sözünün istifadəsi #sözlük