li sözü azərbaycan dilində

li

Yazılış

  • li • 54.6116%
  • Li • 44.6309%
  • Lİ • 0.7575%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
.li
.li — Lixtenşteynin internet kodu.
Li
Li — ad. Li Frensis — ABŞ aktyoru. Li Na — tenisçi. Li Syan Lun — Sinqapurun Baş Naziri. Li Çinq Yue — Çinli botanik və döyüş idman növləri üzrə ustad. Li Si-yon — Cənubi Koreya aktrisası və həvəskar boksçu. Li Tae Sun — Cənubi Koreya aktyoru. Li Yu Hyon — keçmiş Cənubi Koreya futbolçusu. Li Txemin — koreyalı müğənni. Li Ci Han — Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ranaldo — Amerikalı müğənni, söz yazarı Li Enn Parsli — Li Ziqi (vloger) — Digər Li-Fi — rəqəmli informasiyanın işıq şüalandırmasının köməyi ilə ötürülməsini mümkün edən qurğu.
Brendon Li
Brendon Li ing. Brandon Bruce Lee, çin 李國豪, 李国豪, Lǐ Guóháo; 1 fevral 1965, Kaliforniya- 31 mart 1993, Şimali Karolina) — Çin əsilli ABŞ aktyoru, aktyor Brüs Li'nin oğlu. == Həyatı == Brüs Linin oğlu olan Brendon Li, nisbilik qısa sürən karyerası boyunca atasının yolundan getdi və bir çox kung fu və hərəkət filmində rol aldı. Son aktyorluq təcrübəsini isə "The Crow" filmində sərgilədi. Filmin çəkilişləri əsnasında özünə atəş edildiyi bir səhnədə silah ilişdi və Li həqiqətən vuruldu. Onurğasına batan güllə Linin sonu oldu.
Brüs Li
Brüs Li (ing. Bruce Lee; çin. 李振藩 Li Jun-fan; 27 noyabr 1940[…], San-Fransisko, Kaliforniya – 20 iyul 1973[…]) — döyüş sənəti üzrə məşhur döyüş ustası, rejissor, ssenarist, idmançı və aktyor, Cit Kun Do döyüş sənətinin yaradıcısı, filosof == Həyatı == 1940-cı ilin səhərində Çin təqviminə görə Əjdaha ilində Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olan Brüs Linin əsl adı Jun-fan Lidir. Atası və anası, Çin operasında aktyor idi. Anası Qreysin sözlərinə görə, ona bir Amerikan adı verməyi fikirləşmirdi. Xəstəxanada işləyən həkimlərdən biri bu körpəyə Brüs deməyə başladı buna görə də anası bu adı dəyişdirməyib ona Brüs adını verdi. Bundan sonra adı Brüs Li oldu. Ailə çox qısa bir müddət sonra Honq Konqa geri döndü. 6 yaşı olanda da o tündxasiyyət idi. Brüs Honq Konqda film karyerasına 8 yaşında başladı.
Canet Li
Canet Li (ing. Janet Leigh, doğ. Cinett Helen Morrison (ing. Jeanette Helen Morrison); 6 iyul 1927[…], Mersed, Kaliforniya – 3 oktyabr 2004[…], Beverli-Hillz, Kaliforniya) — ABŞ aktrisası, müğənni, "Oskar" mükafatı namizədi və Qızıl qlobus mükafatı laureatı. Daha çox Alfred Hiçkokun "Psixo" və Orson Uellsin "Şərin möhürü" filmlərindən tanınır. == Həyatı == Canet Li 6 iyul 1927-ci ildə anadan olmuşdur. Onun kino fəaliyyəti Norma Şirerin sayəsində uğurla başlamışdır. Yeni başlayan aktrisada böyük istedadın olduğunu görən Şirer 1940-cı illərin axırında onun "Metro-Goldwyn-Mayer" kino şirkəti ilə müqavilə bağlamasına səbəb olur. Sonrakı onilliklərdə o, bir çox məşhur filmlərdə görünməyə başladı. Onların bəzilərində Li öz həyat yoldaşı aktyor Toni Körtislə birlikdə çəkilmişdi.
Cet Li
Cet Li (ing. Jet Li, tam adı: Li Lyance (çin. 李連杰, 李连杰, Li Lianjie, doğum günü: 26 aprel 1963, Pekin, Çin) — Döyüş sənətləri ustası, aktyor, Uşu çempionu və Beynəlxalq film ulduzudur. Tsui Harkın rəhbərlik etdiyi "Bir dəfə Çində" filmində həqiqi xalq qəhrəmanı və ən böyük Kunq Fu ustası "Vong Fei Hanq"-ın rolunu oynamaqla məşhurlaşdı. == Həyatı == Li Lian-jie Pekində Çin Xalq Respublikasında anadan oldu. Onun bir qardaşı və iki bacısı var idi. Onun iki yaşı olanda atası vəfat etdi və ailəsi buranı tərk etdi. Onun Uşu istedadı 8 yaşında məktəbin yay kursunda idman dərsinin qaçışlarında məlum oldu. Cet Li Pekin Uşu Akademiyasına yazıldı. Ona məşhur uşunu Li Cufen və Vu Bin kömək edirdi.
Ceyson Li
Ceyson Maykl Li (ing. Jason Michael Lee; 25 aprel 1970) — amerikalı aktyor, filmmeyker, fotoqraf və keçmiş peşəkar skeytbordçu. O, komediya serialı "Mənim adım Erldir"dəki ifasına görə məşhurlaşıb. Bu serialdakı performansına görə o, 2005 və 2006-cı ildə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. Ceyson həmçinin "Elvin və burunduklar" film seriyasında Deyv roluna görə tanınır. Keçmiş peşəkar skeytbordçu olan Ceyson Li 1992-ci ildə həmkarı skeytbordçu Chris "Dune" Pastras ilə birlikdə "Stereo Skateboards" şirkətini təsis etmişdir. Şirkət yarandığı ildən bəri skeyt avadanlıqları və geyimlərinin istehsalı və paylanması ilə məşğuldur. Şirkət məhsullarına əlavə olaraq skeyt videoları da çəkir. == Həyatı == Ceyson Li 25 aprel 1970-ci ildə Kaliforniya ştatının Santa-Ana şəhərində anadan olub. Onun atası Qreq Li avtomobil satışı üzrə menecer, anası Kerol Li isə evdar qadın olmuşdur.
Emi Li
Emi Li (ing. Amy Lynn Hartzler) - Amerikalı vokalist və bəstəkar. Emi Qremmi mükafatı almış Evanescence rok qrupunun quruçusu və vokalistidir. Bəstəkar və vokalist fəaliyyətləri ilə yanaşı peşəkar səviyyədə pianoçudur. Emi Li təsirləndiyi bəstəkar və musiqiçilər arasında Volfqanq Amadey Mosartı, Torri Amosu və Denni Efmanı göstərmişdir. == Həyatı == Li, Con Li və Sara Kargilin ailəsində dünyaya gəlmişdir. Con Li gecə klublarında, Sara Kargil isə televiziyada işləyirdi. Eminin Robbi adından bir qardaşı, Kerri və Lori adlarında isə iki bacısı vardır. Əslində Eminin üç bacısı olmuşdur. Ancaq həmin bacısı asma xəstəsi olduğundan rahat formada nəfəs ala bilmirdi.
Enq Li
Enq Li (ing. Ang Lee, Çin dilində 李安 (Lǐ Ān); 23 oktyabr 1954[…]) — Tayvanlı rejissor və prodüser. == Mükafatları == Əng Li Berlin Film Festivalında iki dəfə (1993, 1996) "Qızıl Ayı" laureatı, iki dəfə "Qızıl Aslan" Venesiya Film Festivalı (2005, 2007) qalibi olmuşdur. İki dəfə "Qızıl Qlobus" (2001, 2006) qalibi və xarici dildə ən yaxşı film nominasiyası üzrə "Oskar" (2000, 2006, 2013) (Crouching Tiger, Hidden Dragon) və Ən yaxşı rejissor (Qozbel dağ və Pinin həyatı) mükafatına layiq görülmüşdür.
Jonq Li
Yon Li (5 yanvar 1977) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Yon Li Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Kayler Li
Kayler Li Vest (qızlıq soyadı: Potts; ing. Chyler Leigh West; 10 aprel 1982, Şarlott, Şimali Karolina) — ABŞ akstrisası, müğənnisi və fotomodeli. Daha çox «Qrey anatomiyası» teleserialındakı Leksi Qrey və «Süpergörl» teleserialındakı Aleks Denvers rolları ilə tanınır. == Həyatı == Kayler Li Vest (qızlıq soyadı ilə Potts) 10 aprel 1982-ci il tarixində, ABŞ-nin Şimali Karolina ştatında yerləşən Şarlott şəhərində, İvonn Norton və Robert Pottsun ailəsində anadan olmuşdur. Li Virciya ştatında yerləşən Verciniya-Biç şəhərində böyümüşdür. Linin 8 səkkiz yaşı olanda ailəsinin biznesi müflisləşmiş, 4 il sonra isə onların evliliyi sona çatmışdır. O. anası və böyük qardaşı Kristofer Keyman Li ilə birlikdə Mayami şəhərinə köçür. Onun anası Robert Potts ilə yenidən evlənir. Li uzun illərdi ki, atasından ayrı yaşayırdı. Li modellik karyerasına başlayanda səkkizinci sinifdə oxuyurdu.
Kristofer Li
Kristofer Frank Karadini Li (d. 27 may 1922 – v. 7 iyun 2015) — məşhur Böyük Britaniyalı aktyor. 250-dən çox filmə çəkilmişdir və bu filmlərdən 69-u qorxu filmidir. Qraf Drakula, Saruman, Qraf Duku, Şerlok Holms, Qriqori Rasputin, Qraf Roşfor və s. rolları ilə məşhurlaşmışdır.
Ku Li
Ku Li (20 noyabr 1987) — Ukraynanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Ku Li Ukraynanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub. Daha sonra Ku Li Ukraynanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Kurt Li
Kurt Li (10 yanvar 1978) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kurt Li Kanadanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Li-Fi
Li-Fi — rəqəmli informasiyanın işıq şüalandırmasının köməyi ilə ötürülməsini mümkün edən qurğu. Bunun üçün gücü 1 volt olan adi işıq diodlu lampaya mikroçiplər quraşdırılır və işığı yandıran zaman siqnal kompüterdə quraşdırılan qurğuya ötürülür. Beləliklə, istifadəçi internet şəbəkəsində olması üçün lampanı həmişə yanılı vəziyyətdə saxlamalıdır. Bu halda parlaqlıq əhəmiyyət kəsb etmir, cihazdan isə işığı azaldılmış qənaət rejimində istifadə etmək mümkündür. Yeni texnologiya məlumatları saniyədə 150 meqabit sürəti ilə ötürməyə imkan verir. == İcad Olunması == Alman elm adamı Harald Hass və qrupu tərəfindən bu mövzuda görülən işlər nəticəsində Li-Fi, yəni işığın fiber optikdən fiber təmin edilərək məlumatların, LED lampa vasitəsi ilə çatdırılması təmin edildi. Radio dalğaları yerinə işıq siqnallarının istifadə edilməsiylə Li-Fi saniyədə 800 meqabit informasiyanın ötürüə bilir. Alman elm adamı Harald Haas çalışdığı bu layihəsində radio dalğalarını istifadə edərək, onları görülə bilir bir işıq spektra çevirir və radio dalğalarından 10000 qat daha sürətli olan bu sistem ilə məlumat transferini təmin edə bilir. 8 il boyunca Edinburg Universitetindəki iş komandası ilə çalışan Haas bu layihənin nəticəsində LED lampalar ilə artıq İşıq sürəti qədər sürətli informasiya transferi əldə etmişdir. Bu informasiya transferi üçün lampanın olduğu hər yerdən bu əməliyyatı edə bilir.
Li (ad)
Li — ad. Li Frensis — ABŞ aktyoru. Li Na — tenisçi. Li Syan Lun — Sinqapurun Baş Naziri. Li Çinq Yue — Çinli botanik və döyüş idman növləri üzrə ustad. Li Si-yon — Cənubi Koreya aktrisası və həvəskar boksçu. Li Tae Sun — Cənubi Koreya aktyoru. Li Yu Hyon — keçmiş Cənubi Koreya futbolçusu. Li Txemin — koreyalı müğənni. Li Ci Han — Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ranaldo — Amerikalı müğənni, söz yazarı Li Enn Parsli — Li Ziqi (vloger) — Digər Li-Fi — rəqəmli informasiyanın işıq şüalandırmasının köməyi ilə ötürülməsini mümkün edən qurğu.
Li (konfusiçilik)
Li (禮 \ 礼 Lǐ) — Dünya Nizamının bir ifadəsidir. Dünya ilə Səmavi İradə (Tyan Sin) arasında müvazinətdir. Cəngavər özündə Səmavi İradənin təcəssümünü görərək özünü dünyanın mütləq və ilahi mahiyyətinin daşıyıcısı kimi, Dünyanı onun həqiqi mahiyyətinə, mənasına qaytararaq nizama salmalı olan bir qüvvə kimi qavrayır. Cəngavər Səmavi İradənin təcəssümçüsü olmaqla Dünyanı onun ruhuna qaytararaq canlandırmalı və gözəlləşdirməlidir. Öz ruhundan ayrı düşən, Səmavi İradənin təcəssümçüsünə hələ ki, çevrilməyən dünyanı tsi anlayışı ifadə edir. Tsi qədim hindlilərin mayya termininə bənzəyir, sözün birbaşa mənasında isə tsi — xaos, qarışıqlıq deməkdir. Cəngavər xaos girdabında boğulan Dünya ilə üz-üzədir, Dünyanı, ilk növbədə isə sosial dünyanı, cəmiyyəti nizama salmalıdır. Dövlət yaratma missiyası onun üzərinə düşür. İdeal dövlət — Linin, Dünya Nizamının sosial mücəssəməsidir. Əgər ideal dövlət Dünya Nizamının, əgər belə demək mümkündürsə, nisbətən geniş miqyasda təcəssüm olunmasıdırsa, ideal ailə linin ən kiçik sosial məkan çərçivəsində qərarlaşmasıdır.
Li Bo
Li Bo (李白) (701-762) Tan sülaləsi dövündə yaşamış Çin şairidir. Təxminən 1100-ə qədər şeiri dövrümüzə kimi gəlib çatmışdır. Şerlərində Daosizmi tərənnüm etmişdir.
Li Cinhui
Li Tsinhuy (Tam adı: çin. 黎錦暉; 5 sentyabr 1891, Syantan[d] – 15 fevral 1967, Şanxay) — Çin bəstəkarı və söz yazarı. "Çin pop musiqisinin atası" kimi tanınır. Tzin sülaləsinin süqutundan sonra ənənəvi musiqi janrlarından uzaqlaşaraq yeni şidayqu janrının əsasını qoymuşdur. Linin bəstələri həddən artıq məşhur olsa da, Milliyətçi Çin Partiyası onun musiqilərinə qadağa qoyur. Tənqidçilər mahnılarının cinsi məzmununa görə onun tərzini pornoqrafiyanın bir forması, "Sarı musiqi"; özünü isə ictimai əxlaqın "korrupsioneri" adlandırırdılar. 1949-cu ildə hakimiyyətin kommunistlərin əlinə keçməsindən sonra Çində bu cür pop musiqi qadağan edildi və Li 1967-ci ildə Mədəni İnqilabın yüksəlişi dövründə siyasi təqiblərin qurbanı olaraq ölümə tuş gəldi. == Həyatı == Xunan əyalətinin Syantan şəhərində ziyalı ailəsində anadan olmuş Li Tsinhuy tanınmış Li qardaşlarından (səkkiz qardaş) ikincisidir. Böyük qardaşı Li Cinksi Mao Tszedunun yaxın dostu və müəllimi, görkəmli dilçi idi. Kiçik qardaşı Çin Yanq Li sonralar ABŞ-da əsərləri ən çox satılan müəlliflərdən birinə çevrilir.
Li Evans
Li Evans (ing. Lee John Martin Evans; 25 fevral 1964, Bristol) — komediya janrına daxil olan ingilis aktyor, yazıçı və musiqiçi. Channel 4-də 100 Ən Yaxşı Komediyaçıda 17-ci sırada qərarlaşıb. == Bioqrafiyası == Li Evans İngiltərədə anadan olub. Ailəsi 1975-ci ildə məktəbdə oxuduğu Esseks köçərək Bristoldan ayrıldı. İngiltərədə bir stand komediyaçı kimi məşhurdur. Bir turda rekord vuran 12 milyon funt sterlinqə sahib olmuşdur. Li Evans atasının peşəsini miras aldı. Eyni zamanda Bristol və Esseksdəki gecə klublarında məşhur bir komediya şousu ifaçısı idi. Hezer Naddsla evləndi və bir övladı var.
Li Feliks
Lee Felix (doğum adı:Lee Yongbok;(kor. 이용복)), 15 sentyabr 2000, Sidney) və ya bilinən səhnə adı ilə Felix — Cənubi Koreyalı oğlan qrupu Stray Kids-in üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 17 mahnının müəllifidir. == Haqqında == === İlk İllər === Felix (펠릭스) −15 sentyabr 2000-ci ildə Sidney, Avstraliya-da anadan olub. Qrupun rəqqası, vokalı, repçisidir. 2016 -cı ildə Feliks Avstraliyada dostları ilə alış -veriş edərkən, JYP Entertainment -in dinləmələrinə qatılmağa dəvət edildi. Stray Kids -in gələcək üzvü Hwang Hyunjin ilə eyni vaxtda JYP Entertainment-ə girməli idi, lakin təhsilini bitirmək və məzun olmaq üçün Avstraliyadan ayrılmasını təxirə saldı. 2017 -ci ilin fevral ayında Feliks JYP Entertainment -də stajçı oldu və Koreya dilini öyrənməyə başladı. İl ərzində, Mnet reallıq televiziya şousu Stray Kids-in çəkilişində iştirak etdi, burada yeni bir oğlan qrupu qurulacaqdı. Səkkizinci bölümdə Feliks səhnədəki zəif performansı və Koreya dilini bilməməsi səbəbiylə yarışmadan ayrıldı. Bununla birlikdə, prodüser Park Jin-yonnun seçimi sayəsində o və digər seçilmiş iştirakçı, Stray Kids-in digər üzvü Lee Know serialın son bölümündə yenidən rol almaq imkanı əldə etdi.
Li Felix

Li Fierro
Li Fierro (13 fevral 1929, Nyu-York, Nyu-York ştatı – 5 aprel 2020, Avrora[d], Ohayo) — Amerika aktrisası. == Həyatı == Li Fierro 13 fevral 1929-cu ildə doğulub. 1970-ci illərdə çəkilən bir çox məşhur filmin əsas qəhrəmanlarını canlandırıb. 5 aprel 2020-ci ildə 91 yaşında koronavirus xəstəliyindən vəfat edib.
Li Frensis
Li Frensis (ing. Leigh Francis; 30 aprel 1973, Lids, İngiltərə) — ABŞ aktyoru.
Li Guoçan
Li Guochang ( (çin.)) ( 887-ci ildə vəfat edib), né Zhuye Chixin (朱邪赤心), sevimli adı Dexing (德興), ölümündən sonra Sonrakı Tan sülaləsi adlanmış xanədanın banisi, imperator Wenjing kimi tanınmış (文景皇帝) məbəd adı Xianzu (獻祖), Şato türklərinin başçısı, Tan sülaləsinin sərkərdəsi, Sonrakı Tan sülaləsi qurucusunun babasıdır. == Həyatı == O, Çju-e və yaxud Çuye soyundan gəlirdi.. Onun uluları şatoların Çuye uruğunun başçıları idilər. Onlar Tufandan qaçıb, Tana sığınmışdılar. Türk adını atıb, Tabqac adını tutmuşdular. Onları Çin bölgəsində yerləşdirib, hərbi güclərindən istifadə etmişdilər. Li Quoçan (Çuye Çisin (朱邪赤心) - 839-cu ildə Uyğur baş naziri Yuelovu Külüg bəyə qarşı üsyan qaldırdı.Şatolardan yardım üçün Çisinə 300 at göndərdi. Şato ordusu qısa bir zamanda Ordu Balıq şəhərini mühasirəyə aldı. Külüg bəy intihar etdi. Çuye Çisin daha sonra Tan sülaləsinə Tibetə qarşı yürüşlərində kömək etdi.
100 mm-lik M1944 (BS-3) topu
BS-3 SSRİ tərəfindən yaradılmış olan 100 mm-lik çapa malik tank əleyhinə topdur. Silahın rəsmi adı “100 mm-lik səhra Topu modeli 1944 (BS-3)” (Rusca: 100-мм полевая пушка образца 1944 года (БС-3)) olmuşdur. İkinci dünya müharibəsi dövründə xidmətə qəbul edilmiş top 1950-ci illərə qədər istifadə edilmişdir. 1955-ci ildə Qızıl Orduda yerini MT-12 Rapira tank əleyhinə toplara buraxmışdır. BS-3 modeli bir çox ölkəyə satılmışdır. Bəzi ölkələrin silahlı qüvvələrində hələ də istifadə edilir. Hal-hazırda da, BS-3 toplarına aid olan hissələri Rusiya Silahlı Qüvvələrinin artilleriya bölmələrində tapmaq mümkündür. Ayrıca olaraq, 2012-ci ildə Kuril adalarında yerləşdirilmiş gəmi əleyhinə və desant əleyhinə hərbi birlik olan XVIII artilleriya və pulemyot hərbi birləşməsinin arsenalında ən azı 12 ədəd BS-3 topunun olduğu məlumdur. == Tarixi == BS-3 modeli əslində B-3 dəniz topunun bir başqa forması idi. Konstruksiyası V. G. Grabin tərəfindən həyata keçirilmişdir.
10 №-li Qayıdış qəsəbəsi
10 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 10 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 10 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 10 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. == Təhsil == Qəsəbədə Uşaq bağçası fəaliyyət göstərir. == İstinadlar == == Xarici keçidlər == Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan. — 2009. — 31 iyul.
11 №-li Qayıdış qəsəbəsi
11 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 11 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 11 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 11 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. 3 aprel 2020-ci il tarixinə olan məlumata görə qəsəbədə 881 nəfər yaşayır. == Təhsil == Qəsəbədə "Qayıdış qəsəbə 8 № li tam orta məktəb" fəaliyyət göstərir. Məktəb 360 şagird yerlik, 24 sinif otaqlıdır. == İstinadlar == == Xarici keçidlər == Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan.
1958 Livan Krizisi
1958 Livan böhranı — 1958 Livan böhranı Amerika Birləşmiş Ştatlarının bu ölkəyə hərbi müdaxiləsi ilə nəticələnən siyasi və dini gərginliyin səbəb olduğu siyasi böhran.Bu müdaxilə Prezident Kamil Chamounun kömək tələb etməsi ilə başlamış və prezidentin öz vəzifə səlahiyyətlərinə bitirməsinə qədər-3ay davam etmişdir. Amerika və Livan ordusu birlikdə Beyrut limanını və Beyrut Beynəlxalq hava limanını ələ keçirtmişdi. Böhran birdikdən sonra ABŞ ordusu ölkəni tərk etmişdir. == Tarixi == 1958-ci ilin iyulunda Livan Maronet xristianları ilə Müsəlmanlar arasında ola biləcək Vətəndaş müharibəsi ilə üz-üzə idi.1956-cı ilin əvvəllərində qərb yönümlü Xristian prezident Kamil Chamounun Süveyş böhranı zamanı Misirə hücum edən qərb dövlətləri ilə əlaqəsini kəsməməsi prezident Camal Əbdül Nasir başda olmaqla Misir xalqının qəzəbinə səbəb olmuşdu. Chamonun Bağdad paktına olan sadiqliyi isə vəziyyətin daha gərginləşməsinə səbəb olmuşdu.Prezident Nasir Bagdad paktını Ərəb millətinə qarşı təhlükə kimi dəyərləndirirdi. Chamonun etdiklərinə qarşılıq olaraq Misir və Suriya Birləşmiş Ərəb Respublikasını yaratdı. Livanın Sünni Baş naziri Rəşid Kərimi 1956 və 1958 hadisələrində Nasirin tərəfində idi. Bu vaxt Ölkənin müsəlman əhalisi Livanın Birləşmiş Ərəb Respublikasina qoşulmasına, xristian əhali isə ölkənin qərb dövlətləri ilə əlaqəsinin güclənməsinə çalışırdılar. Suriya vasitəsi ilə Birləşmiş Ərəb Respublikasının silahlandırdığı Müsəlman qrupunun törətdiyi üsyandandan sonra prezident Chamoun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına bu məsələ barədə şikayət ünvanladı. Birləşmiş Millətlər Təşkilatı araşdırma üçün bir qrup nümayəndə göndərsədə, sonda Birləşmiş Ərəb Respublikasının bu hadisədə iştirakına dair heç bir sübut tapılmır.
1958 Livan böhranı

1962/1963 Malta Premyer Liqası
1962/1963 Malta birinci divizionu (malta L-Ewwel Diviżjoni Maltija 1962/1963) — Malta Premyer Liqasının 48-ci mövsümü.
1 №-li Mayak
1 №-li Mayak — Azərbaycan Respublikasının Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki 1 №-li Mayak qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə 1 №-li Mayak kəndi adlandırılmışdır. == Toponimikası == 1 №-li Mayak kəndi əvvəllər Neftçala rayonunun Bankə qəsəbə inzibati ərazi dairəsi tərkibində qəsəbə statusuna malik olmuşdur. Yaşayış məntəqəsi Bankə Balıq Kombinatının əsas vətəgəsi yerləşən 1 №-li Mayak yaxınlığında 1966-cı ildə salındığı üçün belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd cənub-şərqi Şirvan düzündə yerləşir. == Əhalisi == Əhalisi 1015 nəfərdir. == Təhsil == Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Neftçala rayonunun 1 №-li Mayak kəndində 100 şagird yerlik məktəb inşa edilmiş və məktəb binası yerli icra hakimiyyəti orqanının balansına verilmişdir.
1 №-li Qayıdış qəsəbəsi
1 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 1 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi 1 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi adlandırılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. == Poçt == Dövlətyarlı Poçt Şöbəsi 1 saylı Qayıdış qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1919. == Təhsil == 1 saylı Qayıdış qəsəbəsində 135 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir. Qəsəbədə "Qayıdış qəsəbə 1 № li tam orta məktəb" fəaliyyət göstərir. == İstinadlar == == Xarici keçidlər == Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu.
2010-11 CEV Qadınlar Çempionlar Liqası
2010-11 CEV Qadınlar Çempionlar Liqası — Çempionlar Liqası === Voleybol üzrə Çempionlar Liqası (qadınlar) 2010/2011 === Voleybolçulardan ibarət komandalar arasında Avropa Çempionlar Liqasına qatılacaq klublar müəyyənləşib. Azərbaycan çempionu "Rabitə" ilə yanaşı, Avropa Voleybol Konfederasiyasının (CEV) bir nömrəli klub turnirində 20 klub iştirak edir. Azərbaycanın bir klubla mübarizə aparacağı yarışa Türkiyə, İtaliya və Polşadan üç klub qatılacaq. Fransa və Rusiyadan iki, Xorvatiya, Rumıniya, Serbiya, İspaniya, İsveçrə və Çexiyanın bir klubu qalib adı uğrunda yarışır. Turnirin püşkatma mərasimi iyunun 25-də Avstriyanın Vyana şəhərində keçirilmişdir. ==== Çempionlar Liqasında mübarizə aparacaq klublar ==== Rabitə (Azərbaycan), Fənərbaxça (Türkiyə), Vakıfbank (Türkiyə), Eczaçıbaşı (Türkiyə), Skavolini (İtaliya), Karnagi Villa (İtaliya), Berqamo (İtaliya), Bielsko-Biala (Polşa), Budovlani Lodz (Polşa), Bank BPS Fakro (Polşa), Kann (Fransa), ASPTT (Fransa), Zareçye (Rusiya), Dinamo (Moskva, Rusiya), Zok Split (Xorvatiya), Dinamo (Buxarest, Rumıniya), Srvena Zvezda (Serbiya), Aguera (İspaniya), Volero (İsveçrə), Modranska (Çexiya) ==== Yarışın reqlamenti ==== 20 komanda hərəsində 4 komanda olmaqla 5 qrupa bölünür. 1 və 2-ci yeri tutan komandalar və iki ən yaxşı nəticə göstərən 3-cü yeri tutan komandalar ,12 komandanın iştirak etdiyi Pley-Of mərhələsində oynamaq hüququ qazanır. "Dördlər finalı"-na ev sahibliyi edəcək şəhər təsnifat mərhələsi başa çatdıqdan sonra müəyyən edilir. "Dördlər finalı"-nı təşkil edən şəhərin komandası qrup mərhələsində ən yaxşı 3-cü yeri tutan komanda ilə əvəz olunur. Qrup mərhələsində 3-cü yeri tutan son 3 komanda və 4-cü yeri tutan ən yaxşı 2 komanda CEV Kuboku turnirinə qatılmaq hüququ qazanır.
2010-11 Voleybol üzrə Qadınlar Çempionlar Liqası

2010 Lissabon sammiti
2010 Lissabon sammiti — NATO-ya üzv dövlətlərin dövlət və hökumət başçılarının 2010-cu il 19–20 noyabr tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda keçirilən toplantısı. Üzv dövlətlər 1999-cu ildə Vaşinqton sammitində qəbul edilmiş əvvəlki planın başa çatmasından sonra ittifaqın yeni onillik planı olan yeni "Strateji Konsepsiya"nı qəbul etdilər. İttifaqın terrorizm və kiberhücumlar kimi müasir çağırışlarına cavab verən Strateji Konsepsiyasını qəbul etməklə yanaşı, üzvlər raketdən müdafiə sistemini birgə inkişaf etdirmək barədə razılığa gəliblər. Üzvlər təşkilatın bu ölkədəki əməliyyatları ilə bağlı Əfqanıstan prezidenti Həmid Kərzai ilə görüşüb. Onlar 2014-cü ilə qədər qoşunların tədricən ölkədən çıxarılması barədə razılığa gəliblər. NATO Əfqanıstan qüvvələrinə və polisinə təlim və məsləhət vermək üçün Əfqanıstanda qalmaq öhdəliyini təkrarlayıb. == Görüş == Sammit Millətlər Parkı (Parque das Nações) ərazisindəki Lissabon Beynəlxalq Sərgi Salonunda (Feira Internacional de Lisboa) baş tutub. Bu, 2009-cu ilin avqustunda NATO-nun baş katibi vəzifəsinə başlayan Anders Foq Rasmussenin sədrliyi ilə keçirilən ilk sammit idi. == Gündəlik == === Strateji Konsepsiya === Sammitə daxil olan üzv dövlətlərin 1999-cu ildən bəri ilk dəfə olaraq yeni Strateji Konsepsiya qəbul edəcəyi gözlənilirdi. Sammitdən əvvəl baş katib Rasmussen özü planın layihəsini hazırlayıb.
2011-ci il Liviya iğtişaşları
Liviya vətəndaş müharibəsi — 1969-cu ildən hakimiyyətdə olan Müəmmər Qəddafi və Ərəb Liqası, Avropa Birliyi, NATO və digər beynəlxalq təşkilatlar və dövlətlər tərfindən dəstəklənən Liviya Milli Keçid Şurası arasında baş vermiş hərbi münaqişə. == Tarixi == Münaqişə 2011-ci ilin fevral ayında вaş vermiş çıxışlar nəticəsində başladı. Bu çıxışlar Tunis və Misirdə yerli hakimiyyətlərin devrilməsilə nəticələnən tədbirlər səbəbilə başladı və qısa müddət ərzində vətəndaş müharibəsinə çevrildi. Qəddafinin əleyhdarları ölkənin şərqindəki bir sıra şəhərləri ələ keçirərək, Liviya qoşunları o cümlədədn də Afrikanın digər ölkələri, Çad Qvineya, Nigeriya, Kot-d'İvuardan olan muzdlularla amansız çarpışmalara girişdilər.}} Martın 5-də üsyançılar Liviya Milli Keçid Şurasının yaradıldığını və onun ölkədə legitim olan yeganə hakimiyyət mənbəyi olduğunu elan etdilər. Beynəlxalq ictimaiyyət bir neçə ölkəni çıxmaq şərti ilə Qəddafi və ona sadiq qoşunların hərəkətlərini tənqid etmişdi. Beynəlxalq Cinayətlərə dair Məhkəmənin rəyinə əsasən, Qəddafi bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilə bilərdi. 2011-ci ilin fevralın 26-da BMT Təhlükəsizlik Şurası Qəddafi və ona sadiq insanlara qarşı olan 1970 saylı qətnamə qəbul etdi. Daha sonra martın 18-də qəbul edilmiş 1973 saylı qətnamə ilə Liviya üzərində uçuşsuz bölgə yaradılır və silahsız xalqın müdafiəsi üçün "beynəlxalq işqal güclərinin hansısa formada istınilən Liviya ərazisində mövcudluğu" istisna olmaqla, istənilən addıma yol verdirdi. Bundan sonra, Qəddafi qüvvələrinin nəzarət etdiyi obyektlər bombalamalara məruz qalmışdı. Beynəlxalq qüvvələrin işə qarışması müharibənin gedişini dəyişdirdi.
2012-13 CEV Qadınlar Çempionlar Liqası
2012-13 CEV Qadınlar Çempionlar Liqası — CEV Çempionlar Liqasının 54-cü yarışlarıdır. Turnir 2013-cü il 22 oktyabr tarixində başlayıb 2014-cü il 11 mart tarixində sonlanmışdı.
2012 UEFA Çempionlar Liqası finalı
2012 UEFA Çempionlar Liqası finalı (alm. UEFA-Champions-League-Finale 2012‎, ing. 2012 UEFA Champions League Final) — UEFA Çempionlar Liqası turnirinin 2011/12 mövsümünün final oyunu, Avropa Çempionlar Kubokunun 57-ci və UEFA Çempionlar Liqası tarixində 20-ci mövsüm finalı idi. Oyunun keçirələcəyi stadion 2009-cu ilin yanvarında seçilmişdir. Oyunun biletləri matçda 2,5 ay qalmış martın 1-dən satış çıxarıldı, o tarixlərdə finalçılar hələ məlum deyil idilər. 2012-ci il aprelin 25-də finalçılar müəyyənləşdi, onlardan biri Londonun Çelsi klubu, digəri isə Münhenin Bayern klubu idi. Turnir tarixində ilk dəfə idi ki, bir komanda final oynunu öz meydanında keçirirdi. Buna görə 2012-ci ilin Çempionlar Liqasının final oyununu Bavariyada "ev finalı" (bav. Finale dahoam) adlandırırdılar. Futbol oyunu şənbə günü, 19 may 2012-ci ildə Münhendə yerləşən Allianz Arena stadionunda keçirilmişdir.
2013-14 CEV Qadınlar Çempionlar Liqası
2013–14 CEV Qadınlar Çempionlar Liqası — CEV Çempionlar Liqasının 55-ci yarışlarıdır. Turnir 2013-cü il 22 oktyabr tarixində başlayıb 2014-cü il 16 mart tarixində sonlanmışdı. == Format == === Əsas qaydalar === Finalda və qrup mərhələsində eyni ölkədən iki komandas yer ala bilməz. Turnirin keçirildiyi məkan tələb olunan standartlara cavab verməli və gur işıq sisteminə sahib olmalıdır. Dördlər finalına qədər bütün oyunlar evdə-səfərdə, bu mərhələdə isə vahid məkanda keçirilməlidir === Qrup mərhələsi === Qrup mərhələsində iştirak edən 24 komanda 6 qrupa hərəsində 4 komanda olmaqla bölünürlər. Bu mərhələnin oyunları hər bir komanda digəri ilə həm evdə, həm də səfərdə oynamaq şərti ilə 6 tur çərçivəsində keçirilir. Hər qrupda ilk iki yeri tutan komandalar Pley-off mərhələsinə vəsiqə qazanırlar. Dördlər finalına ev sahibliyi edən komanda birbaşa yarımfinal mərhələsindən başlayır. (Qruplarda mübarizə aparmaq şərti ilə) Əgər Dördlər finalının ev sahibi qrupunda ilk iki yerdən birini tutmuşsa onun Pley-off biletinə qrup üçüncüləri namizəd olurlar. Qrup üçüncüləri içində ən yaxşısı isə bu titula sahib çıxır.
2013–14 CEV Qadınlar Çempionlar Liqası

2018-19 UEFA Millətlər Liqası
2018/2019 UEFA Millətlər Liqası – UEFA Millətlər Liqasının açılış mövsümüdür. UEFA-ya üzv olan federasiyaların 55 kişi milli futbol komandası arasında 2018-ci ilin sentyabr-noyabr aylarında, A diviziyasının 4 qrup qalibi arasında keçirilən final mərhələsi isə 2019-cu ilin 5-9 iyun tarixlərində Portuqaliyada oynandı. == Format == UEFA Millətlər Liqasının format və matç reqlamenti 4 dekabr 2014-cü il tarixində təsdiqləndi. Buna görə 55 komanda 2017-ci il UEFA milli komandalar sıralamasına görə A diviziyasında 12 komanda, B diviziyasında 12 komanda, C diviziyasında 15 komanda və D diviziyasında 16 komanda olmaqla dörd diviyaya ayrılır. Hər diviziya öz içində üç-üç və ya dörd-dörd komandalardan ibarət 4 qrupa ayrılır. Hər qrupda komandalar dairəvi sistem üsulu ilə 4 və ya 6 oyun oynayacaqdır. Oyunlar hər matç həftəsində 2 oyun olmaqla 2018-ci ilin sentyabr, noyabr tarixlərində oynanacaq. Ən yuxarı diviziya olan A diviziyasının qrup birinciləri 2019-cu il 5-9 iyul tarixlərində UEFA Millətlər Liqası çempionu olmaq üçün final mərhələsində qarşılaşacaqdır. Final mərhələsi püşkdən sonra bəlli olacaq və 2 yarı final oyunu və son final matçından ibarət olacaq. Ev sahibi ölkə 4 yarı finalist komanda arasından 2018-ci ilin dekabr ayında müəyyənləşdiriləcək.
2018/2019 UEFA Millətlər Liqası

2019 UEFA Avropa Liqası finalı
2019 UEFA Avropa Liqası finalı Avropa Liqasının 2018–19 mövsümünün final matçıdır. 29 may 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçirilmişdir. Finalda iki ingilis klubu – Arsenal və Çelsi üz-üzə gəldi. Bu artıq onuncu turnir finalıdır ki, eyni ölkənin komandaları üz-üzə gəlir. Finalda 4–1 hesabı ilə qalib gələn Çelsi 2019 UEFA Super Kuboku çərçivəsində 2018–19 UEFA Çempionlar Liqası qalibi ilə üz-üzə gəlib. Bu mövsümdən etibarən UEFA Avropa Liqasının finalı ilə UEFA Çempionlar Liqasının finalı eyni həftədə baş tutacaqdır.. 2018-ci ilin martında UEFA matçda əlavə vaxtın oynanacağı təqdirdə komandalara dördüncü oyunçu əvəzetmə hüququnu verdi. Matçın start fiti Bakı vaxtı ilə 23:00-da səsləndi. Matçda həm də Avropa Liqası finalları tarixində ilk dəfə Video köməkçi hakimdən (VAR) istifadə olunmuşdu. == Məkan == Bu final Azərbaycanda keçirilən ilk UEFA turnirinin finalı oldu.
2019 UEFA Millətlər Liqası Finalları
2019 UEFA Millətlər Liqası Finalları — UEFA Millətlər Liqası turnirinin 2018–19-cu il mövsümünün final mərhələsidir. Bu final mərhələsi UEFA-ya üzv ölkələrin kişilərdən ibarət yığma komandalarını əhatə edən beynəlxalq futbol turnirinin ilk mövsümü hesab edilir. Turnir 5 iyundan 9 iyuna kimi Portuqaliyada təşkil edilmişdir. Turnirdə 2018-19 UEFA Millətlər Liqasının A diviziyasının dörd qrup qalibi mübarizə aparır. Turnir iki yarımfinaldan, üçüncülük uğrunda görüşdən və UEFA Millətlər Liqasının ilk çempionunu təyin edəcək final görüşündən ibarətdir. Portuqaliya millisi final matçında Niderlandı 1–0 hesabıyla üstələyərək turnirin ilk qalibi oldu == Format == Millətlər Liqasının finalları 2019-cu ilin iyun ayında keçirildi və A diviziyasının dörd qrup qalibi turnirdə mübarizə apardı. Müsabiqə iki yarımfinal matçı, üçüncülük uğrunda oyun və finaldan ibarət olan formatda təşkil olunmuşdur. Püşkatma mərasimi 3 dekabr 2018-ci ildə İrlandiyada, Dublin şəhərində yerləşən Şelburn otelində baş tutmuşdur. Turnirdə ilk yarımfinal görüşü 5 iyunda (ev sahibinin iştirakı ilə), ikinci yarımfinal görüşü 6 iyunda, üçüncü yer uğrunda görüş isə 9 iyunda keçirildi. Finalda qalib gələn komanda UEFA Millətlər Liqasının ilk qalibi adını qazanacaq.
2019 UEFA Millətlər Liqası finalı
2019 UEFA Millətlər Liqası finalı — UEFA Millətlər Liqası turnirinin 2018–19-cu il mövsümünün final mərhələsinin son matçıdır. Bu final matçı UEFA-ya üzv ölkələrin kişilərdən ibarət yığma komandalarını əhatə edən beynəlxalq futbol turnirinin ilk final matçıdır. Matç 9 iyun 2019-cu ildə Porto şəhərindəki Draqao stadionunda oynandı. Oyunda Portuqaliya Niderland millisinə 1–0 hesabıyla qalib gələrək turnirin ilk qalibi oldu. == Məkan == Final Portuqaliyanın ikinci ən böyük şəhəri olan Portodakı Draqao stadionunda oynandı. Stadion həm də "Porto" klubunun doğma məkanıdır. == Arxa plan == Matçdan öncə FİFA Dünya Reytinqində Portuqaliya 7-ci, Niderland isə 16-cı yerdə dururdu. Niderland A diviziyasının 1-ci, Portuqaliya isə 3-cü qrupunda mübarizə aparmışdı. 1-ci qrup turnirdəki ən çətin qrup hesab olunurdu. Bu qrupda Niderland son dünya çempionu Fransa millisini üstələyərək finallarda iştirak etmək hüququ qazandı.
2019 UEFA Çempionlar Liqası finalı
2019 UEFA Çempionlar Liqası finalı – Çempionlar Liqasının 2018–19 mövsümünün final matçıdır. 1 iyunda Madriddə yerləşən Vanda Metropolitano stadionunda keçirilmişdir. Finalda iki ingilis klubu: Liverpul və Tottenhem Hotspur üz-üzə gəldi. Bu həm də Tottenhemin oynadığı ilk ÇL finalı oldu. Bu finalda yeddinci dəfə eyni ölkənin klubları üz-üzə gəldi. Həmçinin, bu 2008-ci il finalından bəri ikinci ingilis klublarının qarşılaşdığı final idi. Matçda rəqibinə 2–0 hesabı ilə qalib gələn Liverpul 6-cı dəfə bu kuboka yiyələndi. Həmçinin, 2018–19 UEFA Avropa Liqası qalibi Çelsi ilə 2019 UEFA Super Kuboku çərçivəsində oyun oynama hüququ qazandı. Bundan əlavə komanda 2019-cu ilin dekabrında Qətərdə keçiriləcək klublararası dünya çempionatında da iştirak edəcək. Bu mövsümdən etibarən UEFA Avropa Liqasının finalı ilə UEFA Çempionlar Liqasının finalı eyni həftədə baş tutacaqdır..
2020/2021 UEFA Millətlər Liqası
2020/2021 UEFA Millətlər liqası (ing. 2020/2021 UEFA Nations League) — UEFA bayrağı altında milli komandaların iştirakı ilə keçirilən turnirin ikinci mövsümü. Yarış 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına çıxmaq üçün əlavə imkan yaradır. == Format == 24 sentyabr 2019-cu il tarixində UEFA yarışın ikinci mövsümündə yeni işlənmiş bir formatdan istifadə olunacağını bildirdi. 55 milli komanda dörd diviziona bölündü. Hər biri 16 komandadan ibarət A, B və C dibizionları dörd millidən ibarət dörd qrupa bölündü. D divizionunda isə biri dörd , digəri üç komandadan ibarət olmaqla iki qrupa bölünən 7 komanda mübarizə aparacaq. B,C və D liqalarında qrup qalibləri daha üst liqaya yüksəlmə hüququ qazanacaqlar. A divizionunun dörd qrup qalibi UEFA Millətlər Liqasının çempionu olmaq uğrunda mübarizə aparacaqlar. Yarımfinal cütlükləri açıq püşkatma yolu ilə müəyyənləşəcəkdir.
20 mm-lik Anzio snayper tüfəngi
Lülənin kalibri - 20 mm

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 26.53 dəfə / 1 mln.
2002 ••• 10.28
2003 ••••• 17.32
2004 •••••••• 26.28
2005 •••• 11.47
2006 ••••••• 22.07
2007 ••••••• 25.37
2008 •••••••••••••••••••• 73.33
2009 ••••••• 23.36
2010 ••••••• 25.14
2011 ••••••• 22.99
2012 ••••••• 24.87
2013 •••••••• 27.72
2014 •••••••••• 35.87
2015 •••• 14.29
2016 ••••••• 22.39
2017 ••••••••• 30.24
2018 •••••••••• 34.16
2019 ••••••• 25.45
2020 •••••• 19.49

"li" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#li nədir? #li sözünün mənası #li nə deməkdir? #li sözünün izahı #li sözünün yazılışı #li necə yazılır? #li sözünün düzgün yazılışı #li leksik mənası #li sözünün sinonimi #li sözünün yaxın mənalı sözlər #li sözünün əks mənası #li sözünün etimologiyası #li sözünün orfoqrafiyası #li rusca #li inglisça #li fransızca #li sözünün istifadəsi #sözlük