LH sözü azərbaycan dilində

LH

Yazılış

  • LH • 48.2759%
  • lh • 44.8276%
  • lH • 3.4483%
  • Lh • 3.4483%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aegiphila lhotskiana
LHARC
LHARC – faylların sıxlaşdırılması üçün sadə utilitdir. 1988-ci ildə Haruyasu Yoshizaki tərəfindən işlənib hazırlanmışdır. LHARC utuliti özünü arxivdən çıxaran icra faylları yarada bilir, yəni bir və ya daha artıq faylların tərkibini sıxlaşdırmaqla yanaşı, arxivə kiçik arxivaçma proqramı da əlavə olunur, bütün arxiv isə uzantısı EXE adlanan bir fayldan ibarət olur. Arxivi açmaqdan ötrü, sadəcə, arxivin adını yığmaq və onu çalışdırmaq yetərlidir. Sıxlaşdırılmış fayllar avtomatik olaraq arxivdən çıxarılacaq və diskdə ilkin vəziyyətləri və ilkin adları ilə yerləşdiriləcəkdir. Yəni sıxlaşdırılmış faylları açmaq üçün ayrıca proqram lazım olmayacaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
LHA Amfibiya
LHA (Desant helicopter assault) ABŞ Hərbi Dəniz Qüvvələrində mövcud olan "Tarava" və "Amerika" sinifli çoxməqsədli vertolyot daşıyıcı amfibiya hücum gəmilərini təyin etmək üçün istifadə edilən təsnifatdır. Bu gəmilərin məqsədi amfibiya əməliyyat qrupunun və ya hücum qrupunun tez bir zamanda istənilən əraziyə köçürülməsini təmin etməkdən ibarətdir. Bu gəmilər təyyarə daşıyıcıları kimi tam uçuş göyərtəsinə malikdirlər və onların daxilində hücum helikopterləri olur. MV-22 Osprey kimi əyri rotorlu təyyarələr və AV-8 Harrier və F-35B Lightning II kimi STOVL təyyarələri də bu gəmilərdə yerləşdirilə bilər. Tarava sinifli LHA-lar Dəniz Piyadaları Korpusuna birbaşa desant əməliyyatı ilə yanaşı helikopterlə də desant əməliyyatı həyata keçirməyə imkan yaradır. Bu gəmilər hər iki üsulla eyni vaxtda səmərəli desant əməliyyatları üçün nəzərdə tutulmuş ilk gəmilərdirlər. Yeni Amerika sinifli gəmilərin ilk ikisi olan, LHA-6 və LHA-7, həm köhnə Tarawa sinifli LHA-lar, həm də dok göyərtələrinə malik müxtəlif LHD-lərdirlər. ; LHA-8 və sonrakı gəmilərdə dok göyərtəsi mövcuddur. Dok göyərtələri olan LHA-larda eniş gəmilərindən, hava yastıqlı eniş gəmilərindən (LCAC) və digər hidrovasitələrdən istifadə edilə bilər. Çöl Qalxanı və Çöl Fırtınası əməliyyatları zamanı üç Tarawa Class LHA-dan fəal şəkildə istifadə edilmişdir.
LHC
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
Lhasa
Lhasa (l̥ásə, (çin |拉薩|拉萨|Lāsà)) — Çin xalq Respublikasının Tibet Muxtar Rayonun inzibati mərkəzi, "müstəqil Tibet Dövlətinin" keçmiş paytaxtı. Tarixi Lhasa Lhasa şəhər dairəsinin bir hissəsidir. Lhasa dalay-lamanın ənənəvi iqamətgahıdır. Tibet dilindən tərcümədə «lhasa» «tanrıların yeri» deməkdir. == Coğrafi Mövqeyi == Lhasa ölkənin cənub-şərqində, Himalay Dağlarının yüksək təpələrindən birinin üzərindəki bir düzənlikdə dənizdən 3600 metr yüksəkdə qurulmuşdur. Hindistan sərhəddinə çox yaxındır. == Memarlıq == Lhasa-da tarixi əhəmiyyət daşıyan bir çox bina vardır. Bu binalardan ən qədimi 652-ci ildə etdirilmiş olan Jokhang məbədi və şəhərin şimalındakı Ramohce məbədidir. Lhasa'daki binaların çoxu daş və kərpicdən inşa edilmişdir. Evlər ümumiyyətlə iki ya da üç mərtəbəlidir, bacasız və alçaq damları vardır.
Lhotze
Lhotze, Lhodze, Lhose (nep. ल्होत्से, çin. 洛子峰) (8516 m) — Himalayda dağ. Səkkizminliklər siyahısında dördüncü hündür zirvə. Lhotze Çin (Tibet Muxtar Vilayəti) və Nepalın sərhhədində yerləşir. Dağ Mahalanqur-Himal (Nepal) silsiləsinə və Saqarmatha Milli parkının (Nepal) ərazisinə aiddir. == Coğrafiyası == Lhotze dağı Mahalanqur-Qimal silsiləsində, Nepal və Çinin sərhəddində yerləşir. Lhotze Everestdən 3 km cənubdadır və onları Cənub Aşırımı (7906 m) ayırır. Cənub aşırımından əsas zirvəyə qədər olan hündürlük 610 metrdir. Lhotze üç uclu piramida formasında olub cənub, şərq və qərb (bəzən şimal-qərb) divarlarına bölünür.
Senecio lhasaensis
Senecio lhasaensis (lat. Senecio lhasaensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Viçi Lhamtes Nokten
Viçi Lhamtes Nokten və ya Veenhayek dili — Boliviyada yaşayan Viçi xalqının doğma dili. 1994-cü ilin məlumatına görə Boliviyada danışanlarının sayı cəmi 1.810 nəfər, Argentinada isə cəmi 100 nəfərdir. Boliviyada bu dildən Tarixa departamentində, Pilkomayo çayının cənub-qərbində və Kordilyera de Pirapoda istifadə olunur. Argentinada isə bu dil ölkənin şimal sərhədindən cənuba doğru — Tartaqal şəhərinə qədər olan ərazidə danışılır. Dilin digər adları da mövcuddur: Matako, Boliviya, Matako Nokten, Nokten, Noktenes, Oktenai və Veenhayek. 2009-cu ildə Boliviya konstitusiyasında bu dilin adı Veenhayek kimi çəkilmişdir.

Oxşar sözlər

#lh nədir? #lh sözünün mənası #lh nə deməkdir? #lh sözünün izahı #lh sözünün yazılışı #lh necə yazılır? #lh sözünün düzgün yazılışı #lh leksik mənası #lh sözünün sinonimi #lh sözünün yaxın mənalı sözlər #lh sözünün əks mənası #lh sözünün etimologiyası #lh sözünün orfoqrafiyası #lh rusca #lh inglisça #lh fransızca #lh sözünün istifadəsi #sözlük