kı sözü azərbaycan dilində

Yazılış

  • kı • 96.0951%
  • KI • 2.7165%
  • kI • 0.8489%
  • Kı • 0.3396%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hakkı Kıvanç
Hakkı Kıvanç (d. 18 iyul 1931, Adana - ö. 30 yanvar 2015, İstanbul) — Türkiyənin "Yeşilçam" kino studiyasının məşhur aktyorlarından biri. == Həyatı == Hakkı Kıvanç 18 iyul 1931-ci ildə Türkiyənin Adana şəhərində anadan olmuşdur. 1955-ci ildə "Qızımla bərabər ağladıq" filmində epizodik rolla kino həyatına başlamışdır. "Yeşilçam" filmlərinin ən populyar köməkçi aktyorlarından biri olmuş; Ayxan İşıq, Yılmaz Güney, Cüneyd Arkın, Kamal Sunal kimi şedevr aktyorlarla eyni filmlərdə çəkilmişdir. 1980-ci ildən sonra kinodan əlavə seriallarda da rol almışdır. Ömrü boyu 500-dən çox filmdə rol almış aktyorun son çəkildiyi seriallar "Arka sokaklar" və "Kalb gözü"dür. 30 yanvar 2015-ci ildə İstanbulda mədə xərçəngindən vəfat etmişdir.
Hulusi Kılıç
Hulusi Kılıç (türk. Hulusi Kılıç; 1 yanvar 1956) — Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2008–2012), Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri (2022 — indiyə kimi) == Həyatı == === Ailəsi === Evlidir və iki övladı var. === Təhsili === Rəşadiyyə liseyini bitirdikdən sonra Hacettepe Universitetində Fransız dili və Ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. Bakalavr təhsilini bitirdikdən sonra həmin ixtisas üzrə də magistr pilləsindən məzun olmuşdur. Daha sonra isə Strasburq Universiteti Siyasi Elmlər fakültəsinində Beynəlxalq münasibətlər ixtisasını bitirmişdir. Okan Universiteti fəxri elmi üzvüdür. Fransız və ingilis dillərini bilir. == Karyerası == Təhsilini bitirdikdən sonra Türkiyəyə geri dönmüş, 1977-ci ildə Türkiyə Xarici İşlər Nazirliyi İnsan Resursları idarəsində namizəd idarəçi məmur olaraq çalışmışdır. 1978-ci ildə Strasburq konsulluğuna dəftərxana məmuru, Çox Tərəfli Münasibətlər Müdirliyində məmur, 1985-ci ildə Əlcəzair səfirliyində III katib, 1988-ci ildən Bolqarıstan səfirliyində II katib kimi vəzifələrdə çalışmışdır. Müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2000–2005-ci illərdə, Türkiyə Respublikasının Hələbdəki baş konsulu təyin olunmuşdur.
Hüseyn Kıvrıqoğlu
Hüseyn Kıvrıqoğlu (28 dekabr 1934) — Türkiyə hərbi xadimi, ordu generalı. Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi olmuşdur.
Kamal Kılıçdaroğlu
Kamal Kılıçdaroğlu (türk. Kemal Kılıçdaroğlu; 17 dekabr 1948, Nazimiyə[d], Türkiyə) — Türk siyasətçi və keçmiş dövlət məmuru. Cümhuriyyət Xalq Partiyasının sədri və Türkiyə Ana Müxalifət lideri (2010-cu ildən). Türkiyə Böyük Millət Məclisinin 22, 23, 24, 25, 26 və 27-ci çağırış millət vəkili, Türkiyədə prezidentliyə sabiq namizəd (2023). == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1971-ci ildə əmək fəaliyyətinə Türkiyə Maliyyə Nazirliyində mühasib köməkçisi kimi başlamışdır. 1983-cü ildə Gəlirlər Baş İdarəsinə şöbə müdiri təyin edilmiş, burada idarə rəisinin müavini vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra sosial sığorta sahəsində işləmiş, Hacəttəpə Universitetində müəllim, İş Bankında idarə heyətinin üzvü olmuşdur. === Siyasi fəaliyyəti === 1999-cu ildən başlayaraq bir müddət Demokratik Sol Partiya ilə əməkdaşlıq etmişdir. 2002 və 2007-ci illərdə İstanbuldan Cümhuriyyət Xalq Partiyası siyahısı ilə Türkiyə Böyük Millət Məclisinin millət vəkili seçilir. 2007-ci ildən o, həmçinin Türkiyə Böyük Millət Məclisində Dəniz Baykalla birlikdə CXP fraksiyasının həmsədri olmuş və bu vəzifəni 17 may 2010-cu il tarixinə qədər icra etmişdir.
Kara-Kıs Munzuk
Kara-Kıs Munzuk (tıva Кара-Кыс Номзат-уруу Мунзук 15 sentyabr 1918 – 18 dekabr 1995, Kızıl) — Sovet Tıva müğənnisi, aktrisa, şairə, Rusiya Sovet Federativ Sosialist Respublikası xalq artisti. == Bioqrafiyası == Kara-Kıs Munzuk 1918-ci il sentyabrın 15-də Uryanxay vilayətinin Çal-Kejiq kəndində yoxsul ovçu-arat Nomzat Oyunun böyük ailəsində anadan olmuşdur. Cəmi iki yaşında ikən anası Natpit ölür. Bu zaman onun kiçik qardaşı Bice-ool yalnız altı aylıq idi. Ailənin daha sonra Böyük Vətən Müharibəsi zamanı könüllü olmuş (o vaxt Tıva müstəqil Tıva Xalq Respublikası idi), 1944-cü ildə Ukraynadakı döyüşlərdə həlak olmuş böyük oğlu Tunqulak da var idi. Oyun qəbiləsindən olan Nomzat ata qızı qohumlara tərbiyəyə verir. Qız Bəy-Haak kəndindəki ibtidai məktəbə gedənə qədər yurtlarda yaşamışdır. Məktəbdə onun ifaçılıq istedadı özünü büruzə verir. Bundan sonra xalq mahnılarını səsləndirməyə başlayır. 1934-cü ildə Qızıl Birləşmiş Məktəbinə pedaqoji kursa daxil olur, həvəskar tamaşalarda iştirak edir.
Kıavşan
Kıavşan — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ atəşkəs bəyənatına əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun digər məntəqələri ilə birlikdə işğaldan azad edilmişdir.
Kıbrıs
Kipr (yun. Κύπρος), bəzi mənbələrdə Qıbrız və ya Kıbrıs (türk. Kıbrıs) — Aralıq dənizinın şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Kipr Misirdən 380 km, Suriyadan 105 km, Türkiyədən isə 75 km məsafədə yerləşir. Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir. Ayrıca, Kipr adasında Böyük Britaniyaya aid dövlət-hərbi baza olan Akrotiri və Dekeliya yerləşir. == Coğrafiya == Ada şərqdən qərbə 240 km məsafədə uzanır. Eni isə 100 km təşkil edir. Adanın sahəsi 9251 km².
Kıbrıscık
Kıbrıscık (türk. Kıbrıscık) — Bolu ilinin ilçəsi.
Kılkabız (Bakalı)
Kılkabız (başq. Килкабыҙ, rus. Килькабызово) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Koros kənd şurasının tərkibindədir. 1988-2008-ci illər ərzində eyni adlı kənd sovetliyinin mərkəzi olmuşdur. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı):15 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 90 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (82 %) üstünlük təşkil edir.
Kılıçbayır döyüşü
Kılıçbayır döyüşü — Sarı Bayır Hərəkatının bir parçası olmuş və 7 avqust 1915 tarixində ingilislərin Anzak birləşmələrin tərəfindən Osmanlılara qarşı yönələn hücum nəticəsində baş vermiş döyüşdür. Döyüş nəticəsində Anzak birlikləri ağır itkinlər verərək geri çəkilmək məcburiyyətində qalmışlar. Müttəfiq yazınında Nek (Boyun) Döyüşü olaraq keçən döyüş, Çanaqqala Döyüşünün ən dramatik hadisələrindən biri olaraq qəbul edilir.
Kımpulunq
Kımpulunq (rum. Câmpulung Muscel, slav. Длагополь ) - Rumıniyanın Ardjeş judetsində yerləşən bələdiyyə. O, Karpat dağlarının ucqar təpələri arasında yerləşir.
Kınalıada
Kınalıada (türk. Kınalıada; yun. Αντιγόνη) və ya Antigoni — Mərmərə dənizində, İstanbul yaxınlığında yerləşən ada. Şahzadə adaları qrupuna daxildir. Əhalisi 3318 nəfər təşkil edir (2000). == Coğrafiyası == Ada Mərmərə dənizində yerləşmiş olub Şəhdazə adalarının bir hissəsidir. İstanbul şəhərinə ən yaxın adadır. İstanbulda yerləşən liman arasında məsafə 6,5 km təşkil edir. İstanbulun Anadolu hissəsinə olan məsafə isə 3,5 km-dir. Adanın torpaq örtüyü qlrmızımtıl rəngə çalması vaxtı ilə onun ərazisindən dəmir və mis çıxarılması ilə əlaqədar olmuşdur.
Kıncıvo
Kıncıvo — Azərbaycan Respublikasının Lerik rayonunun Vizəzəmin inzibati ərazi vahidində yerləşir.Bu kənd Konjavu çayının sahilində, Peştəsər silsiləsinin yamacındadır.2009-cu il tarixində əhalisinin sayı 199 nəfər olmuşdur.2021-ci ildə kənd ərazisində 37 yaşayış məntəqəsi qeydə alınmışdır. Tədqiqatçılara görə oykonim Talış dilində Kıncə'vo sözündən olub ("Kıncə-küncdə,yanda,böyürdə", "Vo- yel,meh,külək") küncdə əsən yel (külək) mənasındadır.(burda Xəzri küləyi nəzərdə tutulur).Kıncıvo ayrıca Konjavu,Kncıvo, Qıncvo və Konzhavu kimi də adlandırılır.Yaşlı kənd sakinlərinin dediyinə görə bu yerin adı kəndin ərazisindən axan Konjavuçayın adı ilə bağlıdır və lap qədim tarixi adı isə Gəncəvi olmuşdur.Bu ərazi İkinci Dünya Müharibəsi başlamazdan əvvəl və sonra Azərbaycanın neft sənayesinin inkişafı dövründə neft qazma əməliyyatları üçün kiçik bir lojistik hazırlama nöqtəsi rolunu oynamışdır . == Əhalisi == Əhalisi 199 nəfərdir.Hazırda 37 yaşayış evi var == Toponimiyası == Tədqiqatçılara görə, oykonim Tališ dilinde -Kıncəvo sözündən olub, "küncdən, böyürdən əsən külək yeri" (burada Xəzri küləyi nəzərdə tutulur) mənasındadır. == Relyefi == Kıncıvo kəndi Lerik rayonunun Vizəzəmin inzibati ərazi vahidində ərazisində yerləşir. Bu kənd Konjavu çayının sahilində, Peştəsər silsiləsinin yamacındadır.
Kır-Teleule (Şaran)
Kır-Teleule (başq. Ҡыр-Теләүле, rus. Кир-Тлявли) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Bazqıya kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 27 km, kənd sovetliyindən (Bazqıya): 7 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 27 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (53%), tatarlar (47%) üstünlük təşkil edir.
Kırac
Əli Tufan Kıraç (17 iyun 1972, Göksun[d], Qəhrəmanmaraş) — Musiqiçi. == Həyatı == Əli Tufan Kıraç 1972-ci ildə Qəhrəmanmaraşda dünyaya gəlmişdir. Onun atası sadə bir müəllim idi. 1982-ci ildə atasının işinin İstanbula yönəlməsi səbəbiylə orada qalmalı oldular. Məhz elə buna görə də o orta məktəbini və litseyi burada Hasköydə bitirdi. Kiçik yaşlarında musiqiyə olan həvəsi Kıraçın bu sənətdə inkişafında atasına aid bağlama idi. Litseyə başladıqdan sonra onun bu yetənəyi və musiqi müəllimi olan Refik Köksalın ona öz ilk gitarasının hədiyyəsi Kıraçın həyatında bir dönmə nöqtəsi idi. Litseyi bitirdikdən sonra o, Marmara Universiteti Atatürk Eyitim Fakültəsi Musiqi Müəllimliyinə daxil oldu. Orada həm çox sevdiyi musiqi təhsilini, həm də ata məsləhini davam etdirəcəkdi. Artıq 1992-ci ildə Ortaköy Martı adlı barda səhnə həyatına başladı.
Kırklar
Kırklareli
Kırklareli — Türkiyənin Kırklareli ilinin inzibati mərkəzi.
Kırklareli ili
Kırklareli ili — Türkiyədə il.
Kırkpınar yağlı güləşi
Kırkpınar yağlı güləşi — Türkiyənin tarixi güləş növü
Kırmanc dili
Kırmanc dili — ələvi zazaların danışdığı dil. Zaza dilinin şimal ləhcəsi hesab edilir.
Kırna
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Mədəniyyəti == === Kırna türbəsi === Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Kırna nekropolu
Kırna nekropolu — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kırna kəndində şimalda orta əsrlərə aid arxeoloji abidə. Nekropol hündür təpəni və onun yamaclarını əhatə edir, qərb tərəfdə Əlincə çay, cənubuda torpaq yol, şimal-şərqində dərin dərə ilə sərhədlənir. Nekropolda 1985-1991-ci ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Nekropol hazırda yerli əhali tərəfindən istifadə edilir. Orta əsr və müasir qəbirlər bir-birinə qarışmışdır. Qəbirlərin baş daşları qalmamışdır, sinə daşlarının isə bir çoxu yerindən tərpədilib çevrilmişdir. Sinə daşları müxtəlif formalıdır. Onlar, əsasən, düzbucaqlı və prizma formasında olub, bəzən yuxarıda tağvarı formada tamamlanmışdır. Bir qrup qəbirlərin baş tərəfində tağşəkilli oyuqlar açılmışdır. Bəzi qəbirlərin üzərində quş və haça təsvirləri vardır.
Lütfü Kırdar Konqres və Sərgi Sarayı
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (türk. Lütfi Kırdar Kongre ve Sergi Sarayı) — İstanbulun Şişli ilçəsində yerləşən çoxməqsədli konqres mərkəzi. "Rumeli Sərgi Salonu ve Sərgi Merkezi" adlı əlavə binası ilə birlikdə bir çox önəmli sərgilər, konsertlər ilə sosial və mədəni tədbirlərin keçirilməsində istifadə olunur. Əvvəllər "Fənərbağça" kimi bir sıra basketbol klubları oyunlarını bu sarayın idman salonunda oynayırdılar. == Xüsusiyyətləri == 1940-cı illərdə İstanbul valisi olan Lütfü Kırdar tərəfindən "Dünya Güləş Çempionluq oyunu"nda istifadə edilmək üçün tikdirilmişdir. O dövrdə idman və sərgi sarayı adlanmışdır. Çempionluq oyunlarından sonra da bir çox idman ilə əlaqədar tədbirlərə ev sahibliyi etmişdir. Beynəlxalq konqreslərdə istifadə edilə bilməsi üçün bina restovrasiya edimiş və indiki adıyla adlandırılmağa başlanmışdır. 1996-cı ilin iyun ayında Həbibət konqresinin keçirilməsi ilə xidmətə açıq elan edlmişdir. Əsas bina olaraq Lütfü Kırdar Mərkəzi 2.000 nəfərlik Anadolu Auditoriyası, Mərmərə Salonu, iki Topqapı Salonu, üç Dolmabaxça Salonu, Qalata Salonu, Xaliç Salonu, üç Sultan iclas otağı, üç Barbaros iclas otağı, dörd Levənt iclas otağı və VIP otaqlardan ibarətdir.
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (İstanbul)
Lütfü Kırdar Konqres və Sərgi Sarayı (türk. Lütfi Kırdar Kongre ve Sergi Sarayı) — İstanbulun Şişli ilçəsində yerləşən çoxməqsədli konqres mərkəzi. "Rumeli Sərgi Salonu ve Sərgi Merkezi" adlı əlavə binası ilə birlikdə bir çox önəmli sərgilər, konsertlər ilə sosial və mədəni tədbirlərin keçirilməsində istifadə olunur. Əvvəllər "Fənərbağça" kimi bir sıra basketbol klubları oyunlarını bu sarayın idman salonunda oynayırdılar. == Xüsusiyyətləri == 1940-cı illərdə İstanbul valisi olan Lütfü Kırdar tərəfindən "Dünya Güləş Çempionluq oyunu"nda istifadə edilmək üçün tikdirilmişdir. O dövrdə idman və sərgi sarayı adlanmışdır. Çempionluq oyunlarından sonra da bir çox idman ilə əlaqədar tədbirlərə ev sahibliyi etmişdir. Beynəlxalq konqreslərdə istifadə edilə bilməsi üçün bina restovrasiya edimiş və indiki adıyla adlandırılmağa başlanmışdır. 1996-cı ilin iyun ayında Həbibət konqresinin keçirilməsi ilə xidmətə açıq elan edlmişdir. Əsas bina olaraq Lütfü Kırdar Mərkəzi 2.000 nəfərlik Anadolu Auditoriyası, Mərmərə Salonu, iki Topqapı Salonu, üç Dolmabaxça Salonu, Qalata Salonu, Xaliç Salonu, üç Sultan iclas otağı, üç Barbaros iclas otağı, dörd Levənt iclas otağı və VIP otaqlardan ibarətdir.
MKE Kırıkkalespor
MKE Kırıkkalespor (türk. Makine Kimya Endüstrisi Kırıkkalespor ) — Maşın Kimya Sənayesi Kırıkkalespor, Türkiyəni Kırıkkale bölgəsini təmsil edir.Klub 1967-ci ildə yaradılıb.

"kı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kı nədir? #kı sözünün mənası #kı nə deməkdir? #kı sözünün izahı #kı sözünün yazılışı #kı necə yazılır? #kı sözünün düzgün yazılışı #kı leksik mənası #kı sözünün sinonimi #kı sözünün yaxın mənalı sözlər #kı sözünün əks mənası #kı sözünün etimologiyası #kı sözünün orfoqrafiyası #kı rusca #kı inglisça #kı fransızca #kı sözünün istifadəsi #sözlük