Kan sözü azərbaycan dilində

Kan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Kan • 85.2853%
  • kan • 13.5135%
  • KAN • 1.2012%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kan kan
Kan kan (fr. cancan) — yüksək enerjili, fiziki cəhətdən tələbkar rəqs. 1840-cı illərdə məşhur musiqi-zal rəqsi olmuş, bu günə qədər fransız kabaresində populyarlığını davam etdirir. Əvvəlcə cütlər tərəfindən rəqs edilirdi, indi ənənəvi olaraq qadın rəqqasların xor xətti ilə əlaqələndirilir. Rəqsin əsas xüsusiyyətləri yüksək ayaq hərəkətləri, şpaqat ilə birlikdə ətəklərin güclü manipulyasiyasıdır.
Kan (rayon)
Kan (fr. Caen) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Er və Luar. Suprefektura — Kan. Rayon əhalisi 2006-cı ildə 126 176 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 84 nəf / km². Rayon ərazisi — 1501 km².
Kan Yuvey
Kan Yuvey (çin dili|康有為|康有为|Kāng Yǒuwéi; 19 mart 1858[…] – 31 mart 1927 və ya 28 fevral 1927, Sindao) — Çin filosofu, Tzin dövrünün islahatçısı , kalliqraf.
Kan çayı
Kan çayı —Yenisey çayının sağ qolu. == Əsas göstəriciləri == Rusiya Federasiyası Krasnoyarsk əyalətində yerləşir. Çayın uzunluğu 629 km, su hövzəsinin sahəsi isə 36,9 min km²-dir. Kan çayı dağlıq Aqul gölünü keçərək, Aqul çayına tökülür.
Liu Kan
Liu Kan atasının ölümündən sonra taxta gəlmişdi. Oğlunu vəliəhd elan etmişdi. Qaynatası general Yin Çunə bütün dövlət işlərini tapşıran onun məsləhəti ilə qardaşları Ji, Çenq, Maini öldürdü. Yin Çun ən böyük təhlükələrin sovuşduğunu görəndən sonra paytaxta yürüş edərək imperatoru və bütün ailəsini öldürdü. Yin şərq Cin sülaləsi imperatoru Yuana xəbər göndərərək, ordunu göndərməsini xahiş etdi. Lakin bu vaxt Şi Le və Liu Yaonun ordularının arasında qaldı. Liu Yao özünü imperator elan edərək onun bütün nəslini qırdı.
Naoto Kan
Naoto Kan (yap. 菅 直人) — Yaponiya Baş Naziri (2010–2011).
Oliver Kan
Oliver Rolf Kan (Almanca tələffüz: [ˈɔlɪvɐ ˈkaːn]; d. 15 iyun 1969) — alman futbol qapıçısı, dörd dəfə dünya və Avropanın ən yaxşı qapıçısı (1999, 2000, 2001, 2002), iki dəfə Almaniyanın ən yaxşı qapıçısı (2000, 2001), beş dəfə Bundesliqanın ən yaxşı qapıçısı (1994, 1997, 1998, 1999, 2001), 2002 FİFA Dünya Kubokunun ən yaxşı qapıçısı və futbolçusu. O, karyerasına "Karlsrue" komandası ilə başlamışdır. İlk peşəkar qarşılaşması 1987-ci ildə olmuşdur. 1994-cü ildə 4,600,000 alman markı qarşılığında karyerasına sona qədər davam edəcəyi "Bayern Münhen"-ə transfer olmuşdur. Səkkiz Bundesliqa, altı Almaniya kuboku, bir UEFA Kuboku (1996), UEFA Çempionlar Liqası (2001), Qitələrarası kubok (2001) çempionluğu yaşayan Kan, Almaniya futbolunun tez bir zamanda yetişdirdiyi ən yaxşı futbolçularından biri olmuşdur. Fərdi oyunda göstərdiyi səylər ona ardıcıl dörd UEFA Avropanın ən yaxşı qapıçısı, üç dəfə İFFHS Dünyanın ən yaxşı qapıçısı, iki dəfə də Almaniyada ilin futbolçusu mükafatını qazandırdı. 2002 FİFA Dünya Kubokunda Qızıl Top mükafatını qazandı. Bu mükafatın ilk və tək laureatı qapıçı Oliver Kandır. 1994-cü ildən 2006-cı ilə qədər Almaniya milli futbol komandasında oynayan Kan, Andreas Köpkenin milli komandanı buraxmasından sonra sahəyə ilk 11-də çıxmağa başladı.
Yo Kan
Yo Kan (韓陽, Kan Yo, 19 oktyabr 1978, Şenyan) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. Yo Kan Yaponiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Kan (musiqiçi)
Kan Kimura (木村 和, Kan Kimura, 24 sentyabr 1962, Fukuoka – 12 noyabr 2023) və ya səhnə adı ilə Kan – Yaponiya müğənnisi. 1990-cı ildə buraxdığı "Ai wa Katsu" mahnısına görə tanınır. == Həyatı == Kan 1987-ci ildə debüt albomu olan "Terebi no Naka ni" (hərf. "Televiziyada") albomunu buraxmışdır. Onun 1990-cı ildə buraxdığı "Yakyu Senshu ga Yume datta" (hərf. "Beysbolçu olmağı arzuladım") albomuna daxil olan "Ai wa Katsu" (hərf. "Sevgi qalib gələcək") mahnısı Yaponiyada böyük hit olmuşdur. Mahnı 1991-ci ildə Yaponiya Səsyazma Mükafatında pop və rok kateqoriyasının qalibi olmuşdur. 2002–2004-cü ildə Parisdə piano dərsləri almışdır. Yaponiyaya qayıtdıqdan sonra diqqətini konsertlər və radio proqramlarına yönəltmişdir. === Ölümü === Kan 2023-cü ilin martında ona Mekkel divertikul xərçəngi diaqnozu qoyulduğu açıqlamış və səhnə fəaliyyətini dayandırmışdır. 12 noyabr 2023-cü ildə ölmüşdür.
Han Kan
Han Kan (hanqıl: 한강; 27 noyabr 1970[…], Kvanju) – Cənubi Koreya yazıçısı. Onun 2016-cı ildə nəşr olunmuş, ət yeməkdən imtina edən, mental cəhətdən xəstə olan və ailəsinin etinasızlığı ilə qarşılaşan qadının həyatından bəhs edən "Vegeterian" əsəri 2016-cı ildə beynəlxalq "Man Booker" mükafatına layiq görülüb. Roman həmçinin ingilis dilinə tərcümə olunmuş ilk köreya dilli əsərdir. 2024-cü ildə ədəbiyyat üzrə "Nobel" mükafatına layiq görülüb. Han Kan ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş ilk koreyalı və dördüncü (iki yapon və bir çinlidən sonra) asiyalı, ilk asiyalı qadın, 2000-ci ildə Sülh üzrə Nobel mükafatını alan C.Koreya prezidenti Kim De Çjundan sonra ikinci koreyalı Nobel mükafatı laureatıdır. == Həyatı == Han Kan yazıçı Han Son Vonun (kor. 한승원) qızıdır. Kan koreya dili və yaradıcılığı ixtisası üzrə Seul incəsənət universitetini bitirmişdir. Vaxtaşırı miqrendən əziyyət çəkən Han Kan miqrenin onu "təvazökar olmasına" kömək olduğunu bildirmişdir. == Yaradıcılığı == Yazıçının debüt əsəri olan "Yosunun sevgisi" adlı əsəri 1995-ci ildə çap edilmiş, dəqiq və ətraflı təhkiyəsinə görə marağa səbəb olmuşdur.
Kan-sür-Mer
Kan-sür-Mer (fr. Cagnes-sur-Mer) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Kan Hi-Çan
Kanq Hi-Çan (10 may 1970) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kanq Hi-Çan Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Kan Hi-Çan Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub.
Robert Elliot Kan
Robert Elliot Kan (ing. Robert Elliot Kahn; 23 dekabr 1938[…], Nyu-York, Nyu-York ştatı) —ABŞ elektrik mühəndisi və Vint Serf ilə birlikdə internetin mərkəzində əsas rabitə protokolları olan transmissiya idarəetmə protokolunu (TCP) və internet protokolunu (IP) ilk dəfə təklif etmişdir. 2004-cü ildə Kan TCP/IP üzərindəki işlərinə görə Vint Serf ilə birlikdə "Türinq" mükafatını qazanmışdır. Robert Elliot Kan Nyu-Yorkda aşkenazi yəhudi ailəsində anadan olmuşdur, valideynləri Bitris Paulin və Lorens Kandır. Atası vasitəsilə futurist Herman Kan ilə qohumdur. 1960-cı ildə Nyu-York Şəhər Kollecində elektrik mühəndisliyi üzrə bakalavr dərəcəsi aldıqdan sonra Kan Prinston Universitetinə getmişdir. O, burada 1962-ci ildə magistr dərəcəsi və 1964-cü ildə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi əldə etmişdir. O, Prinstondakı professor Bed Liudan məsləhət almış və "Siqnalların seçilməsi və modulyasiyasında bəzi problemlər" adlı doktorluq dissertasiyasını tamamlamışdır. O, əvvəlcə "Bolt Beranek and Newman Inc."da çalışmış, sonra 1972-ci ildə DARPA daxilində İnformasiya Emalı Texnikaları Ofisinə (IPTO) qoşulmuşdur. 1972-ci ilin payızında Beynəlxalq Kompüter Rabitə Konfransında 20 müxtəlif kompüteri birləşdirərək ARPANET-i nümayiş etdirmişdir.
Kan-i-Qut mağarası
Kan-i-Qut (Kaniqut və ya Kani-Qut) — Qırğızıstanda karst mağarası. Mağara Camal-Çul tirəsinin cənub yamacında, Batken vilayətində, Samarkandık qışlağının 18 km-də yerləşir. Mağara haqqında geniş məlumat artıq X—XI əsrlərdə məlum idi. Məhs bu dövrlərdə mağara ərazisində gümüş və digər qiymətli daşlar əldə etmək üçün qazıntılar aparılmışdır. Sonradan bu ərazi unudulmuş və «Məhv edilmiş filiz» adlandırılmış. Kan-i-Qut haqqında ilk məlumatlara İbn Sinanın yazılarında rast gəlinir. O yazmış: « Dünyanın hər yerindən toplanılmış qızıl və digər ziynət əşyaları qoruyub saxlamaq çətin idi. Bu səbəbdən Mavəraünnəhr ölkəsində, dağlar arasında yerləşən İsfərə şəhərində Qut adlı yerdə sərvət gizlədilmiş və lənətlənmişdir». == Adlandırılması == Kan-i-Qut mağarasının (Məhv olmuş filiz) adı Kokand xanı Xudayarla bağlıdır. Cəzalandırılmış insanları mağaraya düşürmüşlər.
Kan-i-Qut mağrası
Kan-i-Qut (Kaniqut və ya Kani-Qut) — Qırğızıstanda karst mağarası. Mağara Camal-Çul tirəsinin cənub yamacında, Batken vilayətində, Samarkandık qışlağının 18 km-də yerləşir. Mağara haqqında geniş məlumat artıq X—XI əsrlərdə məlum idi. Məhs bu dövrlərdə mağara ərazisində gümüş və digər qiymətli daşlar əldə etmək üçün qazıntılar aparılmışdır. Sonradan bu ərazi unudulmuş və «Məhv edilmiş filiz» adlandırılmış. Kan-i-Qut haqqında ilk məlumatlara İbn Sinanın yazılarında rast gəlinir. O yazmış: « Dünyanın hər yerindən toplanılmış qızıl və digər ziynət əşyaları qoruyub saxlamaq çətin idi. Bu səbəbdən Mavəraünnəhr ölkəsində, dağlar arasında yerləşən İsfərə şəhərində Qut adlı yerdə sərvət gizlədilmiş və lənətlənmişdir». == Adlandırılması == Kan-i-Qut mağarasının (Məhv olmuş filiz) adı Kokand xanı Xudayarla bağlıdır. Cəzalandırılmış insanları mağaraya düşürmüşlər.
Elias Kanetti
Elias Kanetti (ing. Elias Canetti; 25 iyul 1905[…], Ruse – 14 avqust 1994[…], Sürix) — yəhudi əsilli Avstriya, Bolqarıstan, Böyük Britaniya yazıçısı, dramaturqu, kulturoloqu, sosial mütəffəkiri, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1981). == Həyatı == Yəhudi əsilli alman yazıçısı və dramaturq Elias Kanetti 1492-ci ildə İspaniyadan köç edən Sefard yəhudilərinin nəslindən idi. Keçmiş Osmanlı imperatorluğu ərazisində – indiki Bolqarıstanın Ruşuk şəhərində, zəngin tacir ailəsində doğulmuşdur. Maraqlıdır ki, 1952-ci ildə Böyük Britaniya vətəndaşlığını qəbul edənə qədər özünü Osmanlı təbəəsi saymışdı. Əsərlərini alman dilində yazmışdır. Əslində ailələrinin məişət dili ladino sayılırdı. Bu ispan dilinin Sefard yəhudiləri arasında təhrifə uğramış dialektlərindən biri idi. Lakin Elias Kanettinin ata-anası Vyanada təhsil aldıqlarından yalnız alman dilində danışırdılar və uşaqlarına da ana dili kimi, ilk növbədə almancanı öyrətmişdilər. Doğrudur, Elias Kanetti təhsil həyatına Britaniya məktəbində başlamışdı.
Eqyuiy (kanton)
Eqüiy (fr. Aiguilles) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azür, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0501. Eqüiy kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Eqüiy kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 2 175 nəfər təşkil edirdi.
Eqüiy (kanton)
Eqüiy (fr. Aiguilles) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azür, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0501. Eqüiy kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Eqüiy kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 2 175 nəfər təşkil edirdi.
Eri Kanalı
Eri Kanalı, Eri gölü ilə Hudson çayını birbirinə bağlayır. 584 km uzunluğa, 12 metr genişliyə və 1,20 metr dərinliyə sahibdir. Şimali Amerikanın böyük beş gölünü Nyu-Yorkdan Atlantik okeana bağlayır.Birinci dəfə 1699-cu ildə tövsiyə edilən kanalın yaradılmasına 1817-ci ildə başlanılmış və 26 oktyabr 1825-ci ildə açılmışdır.
Erik Kantona
Erik Kantona (fr. Éric Daniel Pierre Cantona , 24 may 1966[…], Marsel) — Fransalı futbolçu. == Həyatı == Kantona Fransaya köçmüş italyan və ispan əsilli ailənin övladıdır. == Karyerası == Futbolçu karyerası ərzində "Oser", "Olimpik" (Marsel), "Bordo", "Montpellier", "Nimes", "Lids", "Mançester Yunayted"in formalarını geyinmişdir. 45 dəfə Fransa yığmasına dəvət almış və 20 qola imza atmışdır. 1997-ci ildə karyerasını bitirmişdir.
Ermənistan televiziya kanalları
Ermənistanda mövcud olan televiziya kanallarının siyahısı
Ermənistanın ikinci kanalı
Ermənistanın ikinci kanalı (erm. Հայկական երկրորդ հեռուստաալիք, h2) — Ermənistan özəl telekanalı. Telekanal 1999-cu ildə təsis edilmişdir. Telekanal 2001-ci ildən Ermənistanın 95%-də, Dağlıq Qarabağ Respublikasında isə qismən yayımlanır. Telekanal gündə 18 saat yayım edir. Telekanalda 30 proqram mövcuddur. Şirkətin təxminən 250 işçisi var. Telekanalın sədri Samvel Mayrapetyandır. Telekanalın baş qərargahı və studiyası İrəvan şəhərinin Açapnyak rayonunda yerləşir.
Ermənistan–Kanada münasibətləri
Kanada—Ermənistan münasibətləri — Kanada və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələr Birləşmiş Millətlər Təşkilatının və Frankofoniyanın üzvləridir. == Tarixi == Kanada 1991-ci ildə Sovet İttifaqının dağılmasından bir müddət sonra Ermənistanı tanıyır. 1992-ci ildə ölkələr rəsmi olaraq diplomatik əlaqələr qurur. 1997-ci ildə Kanada İrəvanda fəxri konsulluq açır. Kanadanın Moskvadakı səfirliyi ölkənin maraqlarını Ermənistanda da təmsil edir. 1995-ci ildə Ermənistan Ottavada səfirliyini açır. 1999-cu ildə ölkələr arasında bir sıra müqavilələr imzalanmışdır: Ticarət və Kommersiya Sazişi; İnvestisiyaların Təşviqi və Qorunması Sazişi; Gəlir və Kapital vergiləri ilə bağlı ikiqat vergitutmanın qarşısının alınması və vergidən yayınma hallarının qarşısının alınması haqqında Saziş. Kanadanın Beynəlxalq Əməkdaşlıq Nazirliyi Ermənistana regional layihələr vasitəsilə maliyyə yardımı göstərir. Kanada Fondu Moskvadakı Kanada səfirliyi vastəsi ilə ticarət siyasətinin potensialının artırılması, kənd yerlərinin inkişafı, səhiyyə layihələri və Ermənistanda ətraf mühit proqramları daxilində idarə olunur.
Euronews xəbər kanalı
EuroNews — çoxdilli xəbər kanalı. Kanal yayıma 1 yanvar 1993-cü il tarixində Lionda başlamışdır. Xəbərləri Avropa perspektivindən dünyaya baxışlı xəbərlər çoxluğu təşkil edir və doqquz dildə yayımlanır. Euronews dünya səviyyəsində 151 ölkədə 330 milyon evə informasiya çatdırır. Tamaşaçı sayı baxımından Euronews, Avropa qitəsinin ən yüksək tamaşaçı nisbətinə sahib xəbər kanalıdır. Kanalda Avropa və dünyadan xəbərlər 30 dəqiqəlik aralarla efirə gedir. Kanalda AB ilə əlaqədar yayımlanan xəbərlər Avropa Komissiyası başda olmaqla milli yayım təşkilatları ilə əməkdaşlıq içərisindədir. Kanal Avropa Birliyindən hər il 5.000.000 € fond alır. 4 iyun 2008-ci il tarixində Euronews rəsmi internet saytını, emblemini və kanal qrafiklərini yeniləmişdir. Qurulduğu gündən bu yana isə dörd fərqli loqo istifadə etmişdir.
Eynalı kanat yolu
Eynalı kanat yolu — Təbriz şəhərində Pasdaran yolunun üzərində yerləşən kanat yolu üç mərhələli layihədir. 2010-cu ildə istifadəyə verilmiş birinci mərhələdə kanat yolunun uzunluğu 1450 metrdir. Kanat yolu bir saata 1000 sərnişin daşımaq gücünə malikdir. Kanat yolu vasitəsilə Təbriz şəhərini quş baxışı seyr etmək mümkündür.
Fironlar kanalı
Fironlar kanalı (dörd çarın kanalı, sonralar Trayan çayı) — Qırmızı dənizin Süveyş körfəzini Nil çayı ilə birləşdirən qədim hidrotexniki qurğunun şərti adı. Kanal e.ə. VIII əsrə qədər mövcud olmuş və Süveyş kanalı onun müasiri hesab olunur. == Fars işğalına qədər və Əhəmənilər dövlətinin tərkibindəki dövr == Qırmızı dənizlə Aralıq dənizini birləşdirmək ideyyası hələ qədim dövrlərdən mövcud olmuşdur. Aristotel məlumat verir ki, kanalın ilk qurucusu Sesostris olmuşdur. Sesostris - əslində Qədim Misir fironlarının ümumiləşdirilmiş obrazıdır. Daha çox bu obrazda II Ramzes və III Senusert göstərilirdi. Aristotelə görə kanalın tikintisi yarımçıq qalmış, səbəb isə dəniz səviyyəsinin çay səviyyəsindən yüksəkdə olması idi. Strabon qeyd edir ki, məhs misirlilər çay suyuna dəniz suyunu qarışdırıb xarab etməkdən çəkinmişlər. Firon I Setinin dövründən bizlərə Nil çayı ilə Böyük və Kiçik Acılı gölləri birləşdirən kanalların rəsmi gəlib çatmışdır.
Füzuli kantatası
Füzuli kantatası — bəstəkar Cahangir Cahangirov tərəfindən 1959-cu ildə yazılmış və elə həmin il Azərbaycan Dövlət Opera və Balet Teatrında premyerası baş tutmuş kantata. Əsərdə klassik Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəllərindən və Rəsul Rzanın Füzuliyə həsr edilmiş şerindən istifadə edilmişdir. Bütövlükdə üç hissədən ibarət olan kantata girişlə başlayır. Burada Füzuli dövrünün ab-havası və lirik fəlsəfi ideyası yüksək emosional tonda təcəssümünü tapmışdır. Bunun üçün bəstəkar “Rahab” muğamından bacarıqla istifadə etmişdi. Ümumiyyətlə, kantatada Füzuli qəzəllərinin ruhu musiqi təcəssümünü tapır. Eyni zamanda bəstəkar müxtəlif emosional vəziyyətlərin qarşılaşdırılması ilə dramatik inkişafa nail olur. Füzuli kantatası aid olduğu musiqi janrının ən gözəl nümunələrindən biri hesab edilir. Cahangir Cahangirovun kantatası bu janrda yazılan digər əsərləri kölgədə qoyub. 500 ilə yaxındır ki, poeziyada davam edən Füzuli möcüzəsi Cahangir Cahangirov yaradıcılığında öz musiqi əksini tapıb.
GMA Network (televiziya kanalı)
GMA Network (Global Media Arts və ya sadəcə GMA) – mənzil Quezon City-də yerləşən GMA Network, Inc.-ə məxsus bir Filippin ticari televiziya kanalıdır. Kanal 29 oktyabr 1961-ci ildə RBS TV olaraq fəaliyyətə başladı. Kapuso Network olaraq da bilinir.
Girdimançay kanyonu
Girdimançay kanyonu Cənub-Şərqi Qafqazın əks yamacında, eyni­adlı çayın orta axarında yerləşir və Lahıc və Namazgah kəndləri arasındakı eninə istiqamətlənmiş hissəsinə cavab verir. Uzunluğu olan kanyon Namaz­gah sinkli­nalının şimal qanadı boyu orta təbaşirin şaquli halda yer­lə­şən tuf-qumdaşıları və tuf-konqlomeratlarının arasından keçib gedir. Dibi, demək olar ki, həmişə çayın gur axan suları ilə dolu olan kanyon əvvəllər Lahıc kəndinə soxulmaq istəyənlərin qabağını kəsən təbii sədd kimi xidmət göstərmişdir. O zaman yalnız dərənin dik şimal yamaçından çətin keçilən çı­ğır (onun izlə­rini indi də görmək mümkündür) mövcud olmuşdur ki, o da kan­yonun girişi ilə birlikdə möhkəm qorunarmış. Vəziyyət ancaq keçən əsrin birinci yarısında dəyişmişdir; belə ki, at-araba və avtomobil nəqliyyatına yol salmaq üçün kanyonun sıldırımlı cənub yamacında partlayış üsulu ilə, Azərbaycanda yol tikintisinin özünəməxsus abidəsi sayılan ensiz karniz açılmışdır.
Giriş/çıxış kanalı
Giriş/çıxış kanalı( en. input/output channel (I/O channel) ~ ru. канал ввода-вывода ~ tr. giriş/çıkış kanalı) – kompüterin mikroprosessoru ilə giriş-çıxış şini arasında informasiyanın ötürülməsi üçün daxili qurğu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Giya Kançeli
Giya Kançeli (gürc. გია ყანჩელი; 10 avqust 1935, Tiflis – 2 oktyabr 2019[…], Tbilisi) — Sovet və gürcü bəstəkarı. Kino bəstəkarı. SSRİ-nin xalq artisti (1983), dövlət mükafatının laureatı (1976) == Həyatı == Qiya Aleksandr oğlu Kançeli 10 avqust 1935-ci ildə Tiflisdə dünyaya gəlmişdir. 1983-cü ildə SSRİ-nin xalq artisti olmuşdur, və 1976-cı ildə dövlət mükafatının laureatının sahibi olmuşdur. Musiqi məktəbini, sonra Tiflis Universitetinin geologiya fakültəsini (1959-cu ildə) bitirdi və yalnız bundan sonra 1963-cü ildə I. I. Tuskiyanın kompozisiya sinfində bitirdiyi Tbilisi Konservatoriyasına daxil oldu [5]. 1970-ci ildən Tiflis Konservatoriyasında (alətlər sinfi) dərs demişdir. 1971-ci ildən Tbilisi S. Rustaveli Teatrının musiqi hissəsinin rəhbəri olmuşdur. 1979-cu ildən — Gürcüstan SSR Bəstəkarlar İttifaqının katibi. Gürcüstan SSR Kinematoqrafçılar İttifaqının üzvü.
Giya Kançeliya
Giya Kançeli (gürc. გია ყანჩელი; 10 avqust 1935, Tiflis – 2 oktyabr 2019[…], Tbilisi) — Sovet və gürcü bəstəkarı. Kino bəstəkarı. SSRİ-nin xalq artisti (1983), dövlət mükafatının laureatı (1976) == Həyatı == Qiya Aleksandr oğlu Kançeli 10 avqust 1935-ci ildə Tiflisdə dünyaya gəlmişdir. 1983-cü ildə SSRİ-nin xalq artisti olmuşdur, və 1976-cı ildə dövlət mükafatının laureatının sahibi olmuşdur. Musiqi məktəbini, sonra Tiflis Universitetinin geologiya fakültəsini (1959-cu ildə) bitirdi və yalnız bundan sonra 1963-cü ildə I. I. Tuskiyanın kompozisiya sinfində bitirdiyi Tbilisi Konservatoriyasına daxil oldu [5]. 1970-ci ildən Tiflis Konservatoriyasında (alətlər sinfi) dərs demişdir. 1971-ci ildən Tbilisi S. Rustaveli Teatrının musiqi hissəsinin rəhbəri olmuşdur. 1979-cu ildən — Gürcüstan SSR Bəstəkarlar İttifaqının katibi. Gürcüstan SSR Kinematoqrafçılar İttifaqının üzvü.
Herseqovina-Neretva Kantonu
Herseqovina-Neretva Kantonu (Bosn. Hercegovačko-neretvanski kanton, Xorv. Hercegovačko-neretvanska županija, Serb. Херцеговачко-неретвански кантон) - Bosniya və Herseqovina Federasiyası cənub hissəsində yerləşir. Yalnız bu kantonda Adriatik dənizinə çıxış var.
IRC kanal
Internet Relay Chat və ya IRC (azərb. Retranslasiyalı İnternet Çat‎) – real rejimdə digər insanlar ilə şəbəkə vasitəsilə danışa bilinən retranslasiyalı sistem xidməti. Sistem 1988-ci ildə fin tələbə Yarko Oykarinen tərəfindən (Jarkko Oikarinen) tərəfindən yaradılıb. Sistem qısa olaraq IRC adlandırılır. Dünyada IRC ilk dəfə olaraq Fars körfəzindəki müharibə (Səhrada tufan) zamanı populyarlıq qazanmağa başladı. Məhz o dövrdə, 1991-ci ildə müharibələrin getdiyi dövrdə dünyadan gələn bütün məlumatlar, xəbərlər bir yerdə yığılaraq on-line rejimdə IRC vasitəsilə retraanlasiya edilirdi. IRC serverinə qoşulduqda istifadəçi qarşısında kanallar çıxır. Əgər kanal operatorları və ya sahiblərinin icazəsi varsa ora istənilən istifadəçi daxil ola bilər (qoşula bilər). Kanal virtual otaq rolunu oynayır. Əgər hər-hansı limit yoxdursa bura Planetin istənilən yerindən adam qoşula bilər.
I Kanişka
I Kanişka — 78-144-ci illərdə Kuşan imperiyasının xaqanı. == Həyatı == Kuşan dövləti, ən parlaq zamanını Kanişka dönəmində (78-144) yaşadı. Pişəvər şəhərinin səs-sorağı hər yana yayıldı. == I Kanişka və Hindistan mədəniyyəti == Maurilərin ardınca Kuşanlar sülaləsi (b.e-nın I-III əsrləri) qədim Hindistanın tərəqqisini yüksəklərə qaldırdı. Xüsusilə, Kanişkinin hakimiyyəti dövrü (b.e. 78-144) buraya aid edilir. B.e-nın I-III əsrlərində handhar incəsənət məktəbi mühüm yer tutdu. Bu məktəbdə Şimali Hindistan, Orta Asiya, Yunan-Roma məktəbinin ənənələri üstünlük təşkil edirdi. Bu məktəbin özüməxsusluğu Buddanın ideallaşdırılmış gözəl insan obrazında antropomorf təsvirdə verilməsi ilə izah edilir.
Ka (kana)
か (hiraqana) və ya カ (katakana) – yapon dilində kanalardan biri. Hər iki forma 加 kancisinin sol tərəfindən törəyib. Romaci versiyası "ka"dır. Kananın dakuten forması da mövcuddur: が və ya ガ. Dakuten formasının romaci versiyası "qa" şəklindədir. Handakuten (゜) versiyası normal yapon dilində yoxdur, lakin bəzən dilçilər "nga" səsini göstərmək üçün ondan istifadə edirlər. か yapon dilində sual yaradıcı hissəciklərdən biridir. が isə qrammatik hissəcik olub mübtədaya və ya tamamlığa vurğu etmək üçün istifadə olunur. == Yaranması == Həm か, həm カ formalar 加 kancisinin sol tərəfindən törəyiblər. == Yazılış == か hiraqanası 3 xətlə yazılır: Əvvəlcə horizantal xətt dönür və qarmaq şəklində bitir.
Kadenak-Qar (kanton)
Kadenak-Qar (fr. Capdenac-Gare) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Vilfranş-de-Ruerq dairəsinə daxildir. Kantonun INSEE kodu — 1206. Kadenak-Qar kantonuna cəmi 10 kommuna daxildir, onlardan ən əsası Kadenak-Qar kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 8 485 nəfər təşkil edirdi.
Kaledon kanalı
Kaledon kanalı — (ing. Caledonian Canal) Şotlandiya ərazisində yerləşən gəmiçilik kanalı. Kanalın ümumi uzunluğu 96 km olsa da, bunun 32 km-i süni kanaldır. == Ümumi məlumat == Kanal tektonik sınma zonasında formalaşmış Qlen-Mor vadisində yerləşir. Kaledon kanalı ölkənin Şimal dənizi sahillərini, Atlantik okeanın suları ilə birləşdirir. Kanal 29 şlüz, 4 akveduk və 10 körpüdən ibarətdir. Kanal özündə Lox Ness, Lox Loki və Lok Oix göllərini birləşdirir. Hal-hazırda kanalın gəmiçilik əhəmiyyəti o qədərdə böyük deyil. Daha çox turistləri cəlb edən bu yol mart ayından oktyabra ayına qədər səyahətə gələnlər üçün açıq olur. == Tikilmə tarixi == Kaledon kanalı əslində ən qədim fəaliyyət göstərən kanallardan biri hesab olunur.
Kamares (kanton)
Kamares (fr. Camarès) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1204. Kamares kantonuna cəmi 10 kommuna daxildir, onlardan ən əsası Kamares kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 2 222 nəfər təşkil edirdi.
Kampanyak (kanton)
Kampanyak (fr. Campagnac) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1205. Kampanyak kantonuna cəmi 5 kommuna daxildir, onlardan ən əsası Kampanyak kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 1 760 nəfər təşkil edirdi.

kan sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] klas. Mədən yeri, mədən. Hər kanda əgərçi ləl çoxdur; Bir ləl ki, layiq ola, yoxdur. Füzuli. // məc. Mənbə, məxəz mənasında. Söylədi zahid: ey vəfa kanı! Bir qızım var ki, bu cahan canı. S.Ə.Şirvani. Onun üçün göz çəkmərəm gözündən; Müştaqəm, ey şəkər kanı, mən sənə. M.P.Vaqif. // Eyni mənada bəzi tərkiblərdə işlənir. Kani-hümmət, kani-qeyrət, kani-şəfqət bizlərik. C.Cabbarli.

    Azərbaycan dilinin izahlı lüğəti / kan
  • 2 KAN1 f. 1) mədən, mədən quyusu; 2) bir şeyin çıxdığı və çox olduğu yer, mənbə. Kani-səxavət səxavət mənbəyi. KAN2 ə. oldu.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / kan

kan sözünün sinonimləri (yaxın mənalı sözlər)

kan sözünün rus dilinə tərcüməsi

kan sözünün fransız dilinə tərcüməsi

kan sözünün ləzgi dilinə tərcüməsi

kan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Cəlilabad, Yardımlı) tülkü yuvası II (Zaqatala) üstündə xəmir yoğurulan xüsusi taxta. – Xəmiri kanın üstündə yoğur III (Oğuz) 1. eyvanın sütunları altına üfüqi qoyulan taxta parçası. – Kan seyvanda olur, sütünnarın altına qoyulur 2. suyun dağılmaması üçün arxın yanlarına qoyulmuş ağac. – Kanı qoyullar ki, arxın suyu kanara dağılmasın IV (Qax) çəlləyin dibi V (Qax) ilan qabığı

Azərbaycan dilinin dialektoloji lüğəti.

"kan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kan nədir? #kan sözünün mənası #kan nə deməkdir? #kan sözünün izahı #kan sözünün yazılışı #kan necə yazılır? #kan sözünün düzgün yazılışı #kan leksik mənası #kan sözünün sinonimi #kan sözünün yaxın mənalı sözlər #kan sözünün əks mənası #kan sözünün etimologiyası #kan sözünün orfoqrafiyası #kan rusca #kan inglisça #kan fransızca #kan sözünün istifadəsi #sözlük