Han sözü azərbaycan dilində

Han

Yazılış

  • Han • 92.9705%
  • han • 5.8957%
  • HAN • 1.1338%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Han sülaləsi
Han sülaləsi (çin. ənən. 漢朝, sadə. 汉朝, pinyin: Hàn cháo, hərfi mənası: "Han çao"; E.ə. 206—220) – Çin xanədanı. Tsin imperiyası Çin tarixində ilk xalq üsyanı nəticəsində süquta uğradı. Tsin Şixuanın ölümündən sonra yenə də qarışıqlıq dövrləri başladı. E.ə. 206-cı ildə keçmiş kəndxuda Lü Banın başçılığı altında qiyamçı dəstələr Tsin ordusunu asanlıqla darmadağın etdi və paytaxtı aldı. Bu Çudan olan Lyu Bana özünü Han hökmdarı elan etməyə imkan verdi, belə ki, Tsinin paytaxtı keçmiş Han hökmdarlığı ərazisində yerləşirdi.
Han xalqı
Han və ya xan (çin. ənən. 漢族, sadə. 汉族, pinyin: hànzú, hərfi mənası: "xantzu", eləcə də çin. ənən. 漢人, sadə. 汉人, pinyin: hànrén, hərfi mənası: "xanjen") — çinlilərin özlərini verdikləri ad, Çinin və dünyanın ən böyük xalqı. Çində 50-dən artıq millət yaşayır və onların arasında ən böyüyü xanlar və xueylərdir. Bu iki xalqın ana dili Çin dilidir. 1 milyard 300 milyonun içərisində xanların sayı 200 milyondur.
Han Çison
Han Ji-sung (kor. 한지성; 14 sentyabr 2000, İnçxon) səhnə adı ilə Han — JYP Entertainment tərəfindən qurulan Cənubi Koreyalı Stray Kids oğlan qrupunun bəstəkarı, prodüseri, reperi və vokalistidir. Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 106 mahnının müəllifidir. Han Jisung 14 sentyabr 2000-ci ildə Cənubi Koreyanın ,İnçxon şəhərində anadan olub. Ondan başqa ailədə böyük qardaş var. O, uzun müddət Malayziyada yaşayıb, orta məktəbi orada bitirib. O, JYP sınağından keçmək üçün Cənubi Koreyaya qayıdıb. Amma debüt etməsəydi, təhsilini davam etdirəcək və valideynlərinin məsləhət gördüyü yolla gedəcəkdi. Jisung Cənubi Koreyaya qayıtdıqdan sonra başa düşdü ki, Malayziyaya qayıtsa, musiqi sahəsində işləmək arzusu ilə vidalaşa bilər. Buna görə də o, valideynləri ilə razılaşıb ki, bir il ərzində şirkətə qoşula bilməsə, qayıdıb təhsilini davam etdirəcək.
Han Sun-Hi
Han Sun-Hi (d. 9 iyun 1972) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Han Sun-Hi Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Han Sun-Hi Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Han Tarixi Kitabı
Han Tarixi Kitabı və ya Öncəki Han Tarixi Kitabı 100 cilddən ibarət Han sülaləsinin tarixindən bəhs edən kitabdır. 111-ci ildə bitib və e.ə. 206-cı ildən eramızın 23-cü ilinədək olan tarixi əks etdirir. Kitabın əsas müəllifi Ban Biao olmuş, uşaqları Ban Qu və Ban Çao tərəfindən davam etdirilmişdir. Kitab 100 cilddən ibarətdir. 12 cilddən ibarət salnamə (紀), 8 cilddən ibarət cədvəl (表), 10 cilddən ibarət xatirat (志), 70 cilddən ibarət bioqrafiya (傳) fəsillərindən ibarətdir. İyirmi Dörd Tarix seriyasının ikinci kitabıdır. Eramızın 23-cü ilindən sonrakı hadisələr Sonrakı Han Tarixi kitabında qeyd edilib.
Han
Han — kişi adı.
Alığ Han
Bişkek Han
Bişkek Xan - türk və qırğız mifologiyasında övliya və eyni zamanda inanc iyəsi. Bişkek Ata olaraq da bilinir. İnanclı insanları qoruyur və imanını möhkəm tutmalarını təmin edir. Qırğız mədəniyyətində əhəmiyyətli bir yerə malikdir və paytaxtlarında adını verən adamdır. Bişkekin əvvəlki adı Pişpek'tir. Sonradan dəyişikliyə uğrayıb Bişkek adını almışdır. Bir övliya olduğu qədər eyni zamanda döyüşçü bir qəhrəmandır. Qırğızıstan paytaxtına adını verən qəhrəmanın əslində bu ruhun adı verşilmiş bir adam olduğu deyilə bilər. Kimilərinə görə Pişbeğ sözcüyü Beş Bəy deməkdir və Bişkek Ata da bunların ən böyüyüdür. Beş bəy faktına Uygurlarda Mani dini ilə inteqrasiya olunan əfsanələrində rast gəlinməkdədir.
Canstin Han
Canstin Han (9 avqust 1991, Harbin) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Canstin Han Avstraliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Co Han
Co Han - Linkin Parkın DJ-yi və prodüseri. Linkin Parkın bütün kliplərini o yaratmış və idarə etmişdir. Han həm də 2002-ci ildə Qremmi mükafatı almışdır. O, dünyada Qremmi mükafatı alan yeganə Koreya əsilli Amerikandır.
Figen Han
Figen Han (5 fevral 1950-ci il, İstanbul) – Əsl adı Nevval Karpuz olan türk aktrisasıdır. Figen Han 5 fevral 1950-ci il tarixində Türkiyənin İstanbul şəhərində doğulmuşdur. 1966-cı ildə ilk filmi olan "Göylərdəki sevgili" filminə çəkilir. 1974-cü ildə "Atını Seven Kovboy", 1975-ci ildə isə "Hababam Taburu" adlı filmlərdə rol alır. Figen Han əvvəlcə fantastik filmlərdə, sonradan isə erotik məzmunlu filmlərdə çəkilməyə başlayır. Onun son filmi 1983-cü ildə çəkilən "Bir zamanlar qardaş idilər" adlı filmidir.
Han (dəqiqləşdirmə)
Han-Banax teoremi – riyazi teorem
Han (xalq)
Han və ya xan (çin. ənən. 漢族, sadə. 汉族, pinyin: hànzú, hərfi mənası: "xantzu", eləcə də çin. ənən. 漢人, sadə. 汉人, pinyin: hànrén, hərfi mənası: "xanjen") — çinlilərin özlərini verdikləri ad, Çinin və dünyanın ən böyük xalqı. Çində 50-dən artıq millət yaşayır və onların arasında ən böyüyü xanlar və xueylərdir. Bu iki xalqın ana dili Çin dilidir. 1 milyard 300 milyonun içərisində xanların sayı 200 milyondur.
Han Lue
Han Lue və ya Han Seoul-Oh — Forsaj franşizasından Sunq Kanqın canlandırdığı uydurma personaj. Han Lue, Cənubi Koreya əsilli amerikalı küçə yarışçısıdır. Han ilk dəfə 2002-ci il istehsalı "Bəxtin bəlkə sabah gətirər" filmində çıxış etmiş və son olaraq Forsaj 10-da görünmüşdür. Yaxın dostu Dominik Toretto ilə iş birliyi yaratmış və öz aralarında bir qrup qurmuşdular. Forsaj 4-də Dominik Toretto ilə birlikdə yanacaq tankerini oğurlamışdılar. Han Lue seriyanın növbəti filmlərində iştirak etsə də, hadisələrdən daha sonra baş vermiş, lakin digər filmlərdən daha əvvəl yayımlanmış Forsaj 3: Tokio drifti filmində ABŞ-dən küçə yarışlarına görə uzaqlaşdırılmış Şon Bosvell adlı şəxsə yardım etmişdi. Forsaj 3: Tokio drifti filmində köhnə dostu Takaşi ilə Tokio küçələrində avtomobil qaçdı-tutdusundan sonra Han Dekard Şovun maşını ilə toqquşub. Maşından düşən Dekard Hanın avtomobilini alova verərək partladır. Hanın öldüyünü düşünən Dominik Dekardan qisas almaq üçün onu təqib edir və həbsxanaya göndərir. Forsaj 9 filmində məlum olur ki, Han həmin qəzada ölməyib.
Han Solo
Han Solo — "Ulduz müharibələri" kainatında personaj. O, ilk dəfə 1977-ci ildə yayımlanan "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmində nümayiş olunmuşdur. Han Solo ən yaxın dostu Çubakkadır və o, "Millennium Falcon" kosmik gəmisinin sahibidir. Han Solo personajı ABŞ Film İnstitutunun "ən yaxşı 100 qəhrəman və cinayətkar" siyahısında 14-cü, "Empire" jurnalının "bütün zamanların ən böyük film personajları" siyahısında 3-cü yerdə qərarlaşmışdır. "World of Fantasy" jurnalı Han Solonun "Millenium Falcon"unu "ən yaxşı 10 kosmik gəmi" siyahısında birinci yerə layiq görüşmüşdür. Onlar onu "Ulduz müharibələri"ndəki ən məşhur kosmmik gəmi və klassik bir "macəraçı ulduz gəmisi" nümunəsi adlandırmışdır.
Murat Han
Murat Han (d. 1 May 1975, Ankara), Türk aktyor. Murat Han, Ankara da anadan olmuşdur. Bilkent Üniversitesi Müzik ve Sahne Sanatları Fakültesi Tiyatro bölümü mezunu olduktan sonra Los Angeles'ta Stella Adler oyunculuk akademisini bitirmiş, 9 yıl kadar Amerika'da yaşamış ve oyunculuk yapmıştır. Aktyor olaraq ilk dəfə 2013'də Sənə bir sirr verəcəyəm serialında oynamışdır.
Otto Han
Otto Han (alm. Otto Hahn‎; 8 mart 1879[…], Frankfurt-Mayn, Prussiya, Almaniya imperiyası – 28 iyul 1968[…], Göttingen, Aşağı Saksoniya, Qərbi Almaniya) — alman kimyaçısı, radiokimyanın pioneri, nüvə izometriyasının və uranda nüvə parçalanmasının kəşfçisi (Nobel mukafatı 1944). O, "nüvə kimyasının atası" sayılır. Otto Han Frankfurtda şüşəçi və insiharçı Henrih Hanın ailəsində anadan olmuşdur. Otto və onun böyük qardaşları Karl, Heyner və Yulius gözəl uşaqlıq həyatı keçirmişlər. Öz nailiyyətlərinə malik olduğu novatorluq ideyaları sayəsində çatmış olan atası oğlunda arxitektorluq istedadı görürdü. Ancaq sonralar Ottonun sənaye kimyaçısı olmaq arzusunu eşidəndə o etiraz etməmişdir. Klinqer-yuxarı məktəbində orta təhsilini başa vurduqdan sonra Otto Han 1897-ci ildə Marburq Universitetində kimya və minerologiya sahəsində təhsilinə başlayır. Üçüncü və dördüncü semestrini o Münhen Universitetində Adolf von Bayerin yanında keçirir. 1901-ci ildə Marbirq Universitetində üzvü kimya sahəsində yazdığı "İzoeqenolsun bromderivatı" adlı doktorluq dissertasiyasını müdafiə edərək elmi dərəcə alır.
Ural Han
Venven Han
Venven Han' (Çincə:韓雯雯; pinyin: Hán wénwén; 24 avqust 1995, Sian) — Çin aktrisası və skripkaçıdır. Soyadı Handır. Venven Han1995-ci il avqustun 24-ü Çinin Xian şəhərində anadan olmuşdur. Hal Hazırda da həmin şəhərdə yaşayır. Skripka çalmağa lap kiçik yaşlarından başladığını və bundan zövq aldığını bildirir. 2010-cu ildə çəkilən Karateçi uşaq filmindəki Mei Ying rolundan məşhur olmuşdur. Həmin filmin bir çox səhnələrində də Venven Han seçilmiş əsərdən parçalar ifa edir. O, ingilis və çin dillərinin hər ikisində danışa bilir. Venven Han həm də yaxşı rəqs etməyi bacarır. O, bu filmdə Ledi Qaqanın Poker Face adlı mahnısında rəqs edir.
Han Kanq
Şablon:Infobox Korean nameHan Kanq - (Koreya dilində: 한강; 1970-ci il, noyabrın 27-də dünyaya gəlib) koreyalı yazıçı. 2016-cı ildə yazdığı mental cəhətdən xəstə olan və ailəsinin etinasızlığı ilə qarşılaşan qadının həyatından bəhs edən “Vegeterian" adlı əsərilə “Man Booker” mükafatına layiq görülüb. Roman həmçinin müəllifin ingilis dilinə tərcümə edilən ilk əsərlərindəndir. Han Kanq yazıçı Han Sınqvonun qızıdır. Qvancuda anadan olub və 10 yaşında olarkən öz “Yunan dərsləri" adlı əsərində də bəhs etdiyi Suyuriyə köçüb. Yonsey universitetində ədəbiyyat üzrə təhsil alıb. Müəllifin qardaşı Han Donq Rim də yazıçıdır. “Seulda qış" adlı şeirinin də daxil olduğu beş şeirinin “Ədəbiyyat və cəmiyyət" adlı 1993-cü il qış sayında çap edilməsi ilə karyerasına başlamışdır. Öz bədii debütünü isə növbəti ildə qısa hekayəsi “Qırmızı lövbər"in “Seul Şinmun” bahar müsabiqəsində qalib gəlməsi ilə başlamışdır. O vaxtdan bəri “İ Sanq” ədəbiyyat mükafatı(2005), “Günün gənc artisti” mükafatı və “Koreya Roman Ədəbiyyatı ” mükafatına layiq görülmüşdür.
Do Ci-Han
Do Ji-han (24 sentyabr 1991, Seul) Cənubi Koreya-lı aktyorudur. O The Tower (2012) filmində və KBS2-nin Hwarang: The Poet Warrior Youth (2016–2017) serialındakı rolları ilə tanınır. 26 dekabr 2018-ci ildə hərbi xidmətə çağırılıb. Ci-Han 24 sentyabr 1991-ci ildə Tecon, Cənubi Koreya-da doğulmuşdur.Ci-Han, 24 dekabr 2018-ci il tarixdə məcburi hərbi xidmətə göndərildi.
Han-Noa Massenqo
Han-Noa Massenqo (7 iyul 2001-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Massenqo Monako akademiyası vasitəsilə inkişaf etmişdir. O, 15 iyun 2018-ci ildə klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Massenqo peşəkar karyerasında debütünü 6 noyabr 2018-ci ildə Brügge klubuna qarşı oyunda etmişdir. O, 68-ci dəqiqədə Yussef Ayt Bennaseri əvəz etmişdir. UEFA Çempionlar Liqasının qrup mərhələsi görüşündə rəqibinə 0-4 hesabı ilə məğlub olmuşdur. Massenqo bu turnirdə meydana çıxan ən gənc fransalı futbolçu kimi tarixə düşmüşdür. Massenqo Fransada anadan olmuşdur. Valideynləri isə Konqo Demokratik Respublikası vətəndaşlarıdır. O, hal-hazırda Fransa millisinin müxtəlif yaş qruplarında çıxış edir.
Han Hun-So
Han Hyun-So (d. 17 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Han Hyun-So Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Han Hva-So
Han Hva-So (d. 3 fevral 1963) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Han Hva-So Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Han Hyun-So
Han Hyun-So (d. 17 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Han Hyun-So Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Croton hancei
Croton hancei (lat. Croton hancei) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin kroton cinsinə aid bitki növü.
Delphinium hansenii
Delphinium hansenii (lat. Delphinium hansenii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
Dendrobium haniffii
Dendrobium tortile (lat. Dendrobium tortile) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Dendrobium dartoisianum De Wild. Dendrobium haniffii Ridl. ex Burkill Dendrobium tortile var.
Esanbe Hanakita Ko adası
Esanbe Hanakita Ko adası (エサンベ鼻北小島) – Oxot dənizində, Yaponiyanın şimalındakı Hokkaydo adasından təxminən 1650 fut məsafədə yerləşən yaşayış olmayan bir adadır. Oxot dənizindəki Hokkaydo adasının şimalında, Sarufutsudan 500 metr aralıda yerləşirdi. Ada adını 2014-cü ildə alıb. 1987-ci ildə aparılan tədqiqatda onun ən yüksək nöqtəsi dəniz səviyyəsindən 1,40 metr yüksəklikdə olub. 2018-ci ilin oktyabr ayında Sarufutsu sakinləri onun itdiyini aşkar etdilər, adanın su altında olduğu müəyyən edildi. Bu, külək və qışda dənizdə əmələ gələn buzların sürüşməsi nəticəsində yaranan eroziya ilə əlaqələndirilir. Adanın yoxa çıxması təsdiqlənərsə, Yaponiyanın dənizin bu hissəsindəki müstəsna iqtisadi zonasının yarım kilometr azalmasına səbəb olacaq.
Etsuko Handa
Etsuko Handa (d. 10 may 1965) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 75 oyun keçirib, 19 qol vurub.
Google Hangouts
Google Hangouts Google tərəfindən hazırlanmış bir rabitə proqramdır. Əvvəlcə Google+-ın bir xüsusiyyəti olan Hangouts 2013-cü ildə Google da Google+ Messenger və Google Talk funksiyalarını Hangouts-a birləşdirməyə başladıqda müstəqil məhsul oldu. 2017-ci ildə Google, Hangoutsı müəssisə əlaqəsinə yönəlmiş bir məhsul halına gətirməyə başladı. Hangouts indi G Suite məhsullar xəttinin bir hissəsidir və iki əsas məhsuldan ibarətdir: Google Meet və Google Chat. Google, eyni zamanda, Hangouts'ın "gələcəyi" olaraq yaradıldığını ifadə edərək, Google Sound, özünün IP telefoniya məhsulu olan xüsusiyyətlərini Hangoutsa birləşdirməyə başladı. Google istifadəçilərlə görüşməyə və söhbətə 2020-ci ilin iyununda keçməyi planlaşdırır, lakin Google Meet pulsuz olduqdan sonra bəzi fərziyyələr qaldıraraq klassik Hangouts'ın istehlakçı versiyasını dəstəkləməyə davam edəcəkdir.
Han Solo: Ulduz müharibələri. Hekayələr (film, 2018)
Han Solo: Ulduz müharibələri. Hekayələr (ing. Solo: A Star Wars Story; həmçinin sadəcə Solo) — Ron Hovardın rejissorluğu ilə 2018-ci ildə çəkilmiş, "Lucasfilm" tərəfindən istehsal olunmuş və "Walt Disney Studios Motion Pictures" tərəfindən yayımlanmış ABŞ kosmik vestern filmi. Alden Erenrayk tərəfindən canlandırılan "Ulduz müharibələri" personajı Han Solo haqqında olan film 2016-cı ildə çəkilmiş "İzqoy-bir"dən sonra yayımlanmış ikinci "Ulduz müharibələri" antologiya filmidir. Rollarda Vudi Harrelson, Emiliya Klark, Donald Qlover, Tandiv Nyuton, Fibi Voller-Bric, Yoonas Suotamo və Pol Bettani var. Filmin hadisələri orijinal "Ulduz müharibələri" filminin hadisələrində 10 il əvvəldə cərəyan edir, yeraltı soyğunda iştirak edən Han Solo və Çubakkanın ilk sərgüzəştlərini təsvir edir. Corc Lukas 2012-ci ildə "Han Solo" prikvelinin istehsalına başlamış və ssenarinin yazılması üçün Lourens Kezdanı işə götürmüşdür. Lukas 2012-ci ildə "Lucasfilm"i "Disney"ə satdıqdan sonra Kasdan "Ulduz müharibələri: VII Epizod – Gücün oyanması" (2015) filminin ssenarisini yazması üçün işə götürülmüş, oğlu Conatan isə "Solo" filminin ssenarisini yekunlaşdırmışdır. Əsas çəkilişlər 2017-ci ilin yanvarında "Pinewood Studios" studiyasında Fil Lord və Kristofer Millerin rejissorluğu ilə başlamışdır. Onların hər ikisi 2017-ci ilin iyununda "Lucasfilm" ilə "yaradıcı fikir ayrılıqları" səbəbindən işdən çıxarılmış və Hovard onların yerinə işə götürülmüşdür.
Hana
Hana (toxucu dəzgah) — əsrlər boyu xalça və parça toxunuşunda istifadə edilən, sadə konstruksiyaya malik istehsal alətidir. Hananın iki növü var: Yer hanası — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah. Divar hanası - şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgah.
Hana Mey Li
Hana Mey Li (ing. Hana Mae Lee; 28 sentyabr 1988, Los-Anceles, Kaliforniya) — amerikalı aktrisa, komediyaçı, model və dəb dizayneri.
Hana Poniska
Hana Poniska (slovak. Hana Ponická; 15 iyul 1922 – 21 avqust 2007, Banska Bistritsa) – Slovak yazıçı, publisist, tərcüməçi, ictimai xadim, dissident. Hana Poniska 1922-ci ildə anadan olub. 1944 Slovakiya milli qiyamında iştirak edir. 1948-1950-ci illərdə əri, şair Stefan Jari ilə birlikdə Romada yaşayır. Vətənə qayıtdıqdan sonra "Smena na nedeľu" jurnalının ədəbi redaktoru vəzifəsində çalışır. 1956-1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olur. 1968-ci ildə Varşava Paktı birliklərinin Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən qovulur. Daha sonra 1972-ci ildə Smena qəzetinin redaksiyasından çıxarılır. 1977-ci ildə Hana Poniska Çexoslovakiya Yazıçılar Birliyinin qurultayında müasir mədəniyyət siyasətini tənqid edəcək çıxına icazə verilimir, ancaq məruzəsi protokola daxil edilir.
Hana Singer
Hana Singer — YUNİSEF-in Azərbaycandakı keçmiş nümayəndəsi.
Hanae Mori
Hanae Mori (森 英恵, 8 yanvar 1926 – 11 avqust 2022, Tokio) – Yaponiya dəb dizayneri. Kolleksiyalarını Paris və Nyu-Yorkda sərgiləmiş iki yapon qadından biridir və ilk asiyalı qadındır ki, moda evi Fransa Moda Federasiyası tərəfindən "yüksək moda" kimi qəbul edilib. 1951-ci ildə Yaponiyada öz moda evini açıb və 1990-cı illərdə 500 milyon dollarlıq beynəlxalq biznesə çevrilib. Mori 8 yanvar 1926-cı ildə Şimane prefekturasının Muikayçi şəhərində anadan olmuşdur. Tokio Qadın Xristianlıq Universitetində məzun olduqdan sonra evlənmi və dərzi məktəbinə daxil olmuşdur. 1951-ci ildə Hiyoşiyada ilk atelyesini açmışdır və bir neçə il ərzində yüzlərlə film üçün kostyum dizayn etmişdir. 1965-ci ildə "Şərq Qərblə görüşür" adlı ilk Nyu-York kolleksiyasını təqdim etmişdir. 1977-ci ildə sonra Parisdə "yüksək moda" salonu açılmışdır. Mori Japan Airlines üçün ardıcıl 3 dəfə uniforma dizayn etmişdir. İlk uniforma 1967–70-ci illərdə istifadə olunmuşdur.
Hanae Şibata
Hanae Şibata (d. 27 iyul 1992) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hanafuda
Hanafuda (yap. 花札) — Yaponiyada yaranmış oyun kartları. Paçinko Hanafudanın qaydaları.
Hanami
Hanami (花見, hərfi "hana" - gül və "mi" - baxmaq) - yaponların gül ləçəylərinə seyr etmə ənənəsi, xüsusən albalı ləçəylərinə (桜, sakura).. 1000 ildən çox tarixi olan ənənə indidə çox populyardır. Ləçəylər yalnız yazda iki həftəlik, martdan aprelə kimi olur. Qısa bir zamandan sonra ləçəylər yerə düşür və bu da, öz sirasında, daha bir gözəl mənzərə yaradır. Ənənə Nara dövründə Çinin Tan sülaləsinin Yaponiyaya təsiri zamanı yaranıb və Heian dövründə məşhurlaşıb. Heian dövründə sakura daha çox diqqət çəkməyə başladı. Sakura ağacı müqəddəs sayılırdı və bu günə kimi Yaponiyanın mədəni rəmzi sayılır. İnsanlar ağaclarda Tanrıların yaşadığına inanırdılar və hanami bayramını ilin başlanğıcını və düyünün əkin vaxtını müəyyən edirdi. İlk dəfə Hanamı anlayışı Gencinin hekayəsi əsərində istifadə olundu. Ondan sonra tanka və hayku poeziyasında "gül" "sakura" demək idi və "hanami" və "gül bayramı" anlayışları yalnız sakura güllərini seyr etmək" mənasını daşıyırdı.
Hanau
Hanau, Almaniya'nın Hessen vilayətinin bir şəhəridir. Qrimm qardaşları bu şəhərdə anadan olublar.Hessen vilayətinin 88 min nəfərlik nüfusu ilə altıncı böyük şəhəridir. Şəhər əhalisi 88.637 nəfərdir. Əhalinin 20% müxtəlif xalqlardır.Əsası isə Türkiyəli işçilərdi. Nöyi-sür-Sen, Fransa Yaroslavl, Rusiya Vikianbarda Hanau ilə əlaqəli mediafayllar var.
Hanava Hokiiçi
Hanava Hokiiçi (yap. 塙 保己; 23 iyun 1746 – 7 oktyabr 1821, Edo[d])- Yaponiyanın tanınmış kor mütəfəkkiri, tarix, ədəbiyyat, tibb elmləri və hüquq biliklərinə yiyələnən Edo dövrünün tanınmış elm xadimi və buddist keşişi. Hanava Hokiiçi 1746-cı il iyun ayının 23-də Yaponiyanın Musaşi əyalətinin Hokino kəndində (hazırda Saytama Prefekturasında Xondzyo şəhəri) anadan olub. O, Edo dövrünün tanınmış kor elm xadimi və buddist keşişi idi. Hokiiçi 7 yaşı olanda kor qalmışdır. 15 yaşı olanda Edoya gəlmişdir. Burada o, Ametomi Kengyoda şagird olur. Bir neçə ustaddan tarix, ədəbiyyat, tibb elmləri və hüquq biliklərini öyrənmişdir. Onlardan biri və ən məşhuru Kamo Mabuçi (Kamo no Mabuçi) idi. 34 yaşında o, Yaponiyanın milli tarixini yazmağa başlamağa qərar verir.
Hanbok
Cənubi Koreyada Hanbok (kor. 한복), Şimalı Koreyada isə Coson-ot (kor. 조선옷) adı altında bilinən, festivallar, şənliklər və mərasim kimi ənənəvi hallarda geyilən yarı rəsmi və ya rəsmi olan Koreyalıların milli geyimdir. Canlı rənglər və cibsiz sadə xətlər ilə xarakterizə olunur. Terminin mənası "Koreya geyimi" mənasına gəlsədə halhazırda Hanbok Coson dövründə geyilən geyimləri ifadə edir. Qədim zamanlarda aşağı və orta təbəqədən olan insanlar toy və festivallar daxilində gündəlik olaraq ağ rəngli Hanbok geyinirdilər. Hanbok o dövrdə insanların sosial statuslarını büruzə verən vacib bir faktor idi. Üst təbəqələr bəzəkli toxunma çap və saç aksesuarları ilə Hanboku tamamlayırdılar. Koreyalılar hanbokun geyinilməsini indiki dövrdə də qoruyub saxlayırlar. 1996-cı ildə Cənubi Koreya Mədəniyyət, İdman və Turizm nazirliyi vətəndaşları hanbok geyinməyə təşviq etmək üçün Hanbok günü təsis etdi.
Hand Shakers
Hand Shakers (ハンドシェイカー, azərb. Əl sıxanlar‎) — GoHands studiyası tərəfindən Frontier Works şirkətinin və Kadokawa Shoten nəşriyyatının əməkdaşlığı ilə çəkiləcək anime serialı. Premyerasının 2017-ci ilin yanvarında baş tutmuşdur. Hadisələr Osakadakı AD20XX-də Əl sıxanların ətrafında cərəyan edir. Əl sıxanlar əl-ələ verməklə dərin hislərindən "Nimrod" adlandırılan silahlar çıxara bilən partnerlərdir. Baş mükafatı əldə etmək üçün bir Əl sıxan cütlüyü digər Əl sıxan cütlüklərinə qarşı döyüşməli və mübarizə aparmalıdır. Ən yaxşı Əl sıxan cütlüyü tanrı ilə görüşmək və döyüşmək hüququ qazanacaq. Yarışda 5 cütlük iştirak edir: Çarx, Kart, Kölgə, Qılınc və Zəncir. Tazuna (コヨリ) Səsləndirən: Soma Sayto Koyori (タヅナ) Səsləndirən: Sumire Morohoşi Riri (リリ) Səsləndirən: Ay Kayano Masaru (マサル) Səsləndirən: Ayumu Murase Çizuru (チヅル) Səsləndirən: Sumire Uesaka Hayate (ハヤテ) Səsləndirən: Kayto İşikava Kodama (コタマ) Səsləndirən: Mikako Komatsu Hibiki (ヒビキ) Səsləndirən: Tomokazu Suqita Brik (ブレイク) Səsləndirən: Cun Fukuyama Bind (バインド) Səsləndirən: Yoko Hikasa Makihara (マキハラ) Səsləndirən: Şotaro Morikubo Musubu (ムスブ) / Musubu Takatsuki (高槻 結, Takatsuki Musubu) Səsləndirən: Sora Amamiya Tazunanın atası (タヅナの父, Tazuna no chichi) Səsləndirən: Kenciro Tsuda Tazunanın anası (タヅナの母, Tazuna no haha) Səsləndirən: Satomi Sato Tomoki (トモキ) / Tomoki Tachibana (橘 友樹, Tachibana Tomoki) Səsləndirən: Yuusuke Kobayaşi Tanrının səsi (神の声, Kami no koe) Səsləndirən: Daysuke Namikava Layihə 2016-cı ilin martında anons edilmiş, lakin layihənin saytı 2016-cı ilin iyulunda yenilənmişdir. Anime serialı Animate anime personajları məhzulları mağazalarının 30 illiyi münasibətilə çəkilir.
Handaberd
Lex qalası — Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən erkən orta əsrlər dövrünə aid qala. Kəlbəcər qalalarını tədqiq edənlərin fikirincə, bu qalalar karvan yollarının üstündə tikilirmiş və bununla da həmin yollara nəzarət olunurmuş. "Lex" qalasının başında qayadan yonulmuş, dərinliyi 3-5 metrə çatan quyular var. Bu quyularda ərzaq, ya da su saxlanılırmış. Həmin quyuların içərisində nəhəng palıd ağacları bitib. Bu palıdların hər birinin diametri 30-40 santimetrdi. Qalanın Ləv çayı istiqamətində iki mağarası aşkar olunub. Bura ən qədim insan məskənlərindən hesab olunur. Yayda olduqca sərin, qışda isə isti olan bu mağarada istənilən ərzaq məhsulunu bir ay saxlamaq mümkündür. Qala uca dağ zirvəsində inşa edilib.

"han" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#han nədir? #han sözünün mənası #han nə deməkdir? #han sözünün izahı #han sözünün yazılışı #han necə yazılır? #han sözünün düzgün yazılışı #han leksik mənası #han sözünün sinonimi #han sözünün yaxın mənalı sözlər #han sözünün əks mənası #han sözünün etimologiyası #han sözünün orfoqrafiyası #han rusca #han inglisça #han fransızca #han sözünün istifadəsi #sözlük