haf sözü azərbaycan dilində

haf

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • haf • 72.7273%
  • Haf • 18.1818%
  • hAf • 4.5455%
  • HAF • 4.5455%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kəlləşəkilli haf
Kəlləşəkilli haf (lat. Manduca atropos ) — pulcuqqanadlılar dəstəsinin nəsli kəsilməkdə olan növü. Avropa və Qafqazda yayılmış haflar fəsilənin ən iri nümayəndəsi olub, qanadları açıq halda 120-130 mm-ə çatır. Kəpənəyin adı onun beli üzərindəki insan kəlləsinə bənzər sarı rəngli naxışla əlaqədardır. Uzaq Şimal istisna edilməklə, bütün Avropa, Kanar və Azor adaları, Kiçik Asiya, Afrika və Qafqaz, Azərbaycanda Abşeron, Kür-Araz düzənliyi, Böyük və Kiçik Qafqazın dağ ətəkləri, Laçın, Şuşa (Daşaltı dərəsi, Əsgəran), Talış (Lerik), Naxçıvan MR (Ordubad). Evritop növdür (hər yerdə yayılmışdır). Kəpənəklər aprel-may və avqust-sentyabrda uçuşur. İldə iki nəsil verir. Tırtılları quşüzümü, kartof, yabanı jasmin və dəlibənk yarpaqları ilə qidalanır, iyun-iyul və sentyabr-oktyabr aylarında inkişaf edir. Onların uzunluğu 15 sm-ə çatır.
Cəbəl Hafit
Cəbəl Hafit (ərəb. جبل حفيت‎) — Əl-Əyn yaxınlığında, Birləşmiş Ərəb Əmirlikləri ilə Oman arasındakı sərhəddə yerləşən dağ. Dağın bir hissəsi Onam ilə sərhədi təşkil edir. Ancaq zirvə BƏƏ ərazisindədir. Cəbəl Hafit 26 km uzunluğa və 4–5 km enə malikdir. Şimaldan cənuba doğru uzanır. Onun yamacları asimetrikdir və şərq yamacı daha sərtdir (25°-40°). 1249 metrə qədər yüksələn zirvədən şəhərin əsrarəngiz görünüşünü müşahidə etmək olur. Cəbəl Hafit bölgənin tarixi boyunca tanınmış bir məkan olmuşdur. hazırda isə məşhur turizm obyektidir.
Hafel çayı
Hafel (alm. Havel‎) — Almaniyanın şərq hissəsində çay, Elbanın sağ qolu. Uzunluğu 334 kilometr, sahəsi 24096 km2.
Hafex
Haffman kodlaşdırması
Haffman kodlaşdırması – verilənlər yıgınının ayrı-ayrı elementlərinin nisbi aşkarlanma tezliyinə əsaslanan sıxlaşdırılması üsulu: verilmiş element nə qədər tez-tez rast gəlinərsə, ona uyğun olan kod da bir o qədər qısa (bitlə) olacaq. Adətən, bu üsul mətnlərə tətbiq olunur və kodlaşdırma hərflərin işlənmə tezliyinə əsaslanır. Haffman kodlaşdırması verilənlərin sıxlaşdırılmasının ilk alqoritmlərindən biridir, o indi də bəzi dəyişikliklərə uğrayaraq ən geniş yayılmış kodlaşdırmalar sırasındadır. Haffman kodlaşdırmasının tətbiqi nəticəsində təmin edilən qənaət (verilənlər bitlərinin sayının azaldılması) bir çox hallarda (məsələn, modemin köməyilə telefon xətti ilə faylın ötürülməsində) çox əhəmiyyətli ola bilər. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Hafik
Hafik (türk. Hafik) — Sivas ilinin ilçəsi.
Hafis Nəsiroğlu
Hafis Nəsiroğlu (1950, Bakı) — Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü. 1950-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Texniki peşə məktəbinin tərtibçi-rəssam şöbəsini bitirib. Uzun illər mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərib. 1983-cü ildən "Kirpi" satira-yumor jurnalında rəssam kimi çalışıb. 1992-ci ildən Kirpi jurnalı nın baş rəssamı kimi fəaliyyət göstərir. Dəfələrlə beynəlxalq karikatura müsabiqələrində iştirak edib, bir çox mükafatlara layiq görülüb. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2008-ci ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür.
Hafis Qasımov
Hafis Cavanşir oğlu Qasımov (18 iyul 1998, Culfa rayonu, Naxçıvan Muxtar Respublikası – 14 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Hafis Qasımov 1998-ci il iyulun 18-də Culfa rayonunun Camaldın kəndində anadan olub. 2004–2012-ci illərdə Camaldın kənd tam orta məktəbində, 2012–2015-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2015–2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Hafis Qasımov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Hafis Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hafis Qasımov oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub. 18 oktyabr 2020-ci ildə Culfa rayon Camaldın kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafis Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafis Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hafis Qasımov (leytenant)

Hafis Qasımov (şəhid)

Hafiz Əsgərov
Hafiz Əsəd
Hafiz Əsəd (ərəb. حافظ الأسد‎; 6 oktyabr 1930[…], Qərdahə[d], Fransız Suriya və Livan mandatlığı[d] – 10 iyun 2000[…], Dəməşq) — Suriyanın hərbi, siyasi və dövlət xadimi, Suriyanın müdafiə naziri (1966–1972), Suriyanın baş naziri (1970–1971), Suriya prezidenti (1971–2000), general. 1930-cu ildə anadan olmuşdur. 1970–1971-ci ildə Suriya dövlətində baş nazir, 1971–2000-ci illərdə Suriya Prezidenti olmuşdur. 2000-ci ildə vəfat etmişdir. Bəşər Əsədin atasıdır.
Hafizulla Əmin
Hafizulla Əmin (1 avqust 1929, Paqman[d], Əfqanıstan krallığı[d] – 27 dekabr 1979) — ƏXDP liderlərindən olan və ƏXDP MK-nın hərbi şöbəsinin müdiri, hərbi nazir, sonra isə baş nazir, prezident. ƏXDP liderlərindən olan və ƏXDP MK-nın hərbi şöbəsinin müdiri, hərbi nazir, sonra isə baş nazir vəzifələrinə yiyələnmiş Hafizullah Əminlə N. M. Təraki arasında ixtilaflar başlanır. Kabildə SSRİ-nin Əfqanıstandakı səfirinin vasitəçiliyi ilə H. Əmin və N. M. Təraki arasında barışıq üçün görüş keçirilir, lakin real hakimiyyəti öz əlində toplamış H. Əmin yaranmış şəraitdən məharətlə istifadə edərək sentyabrın 14-də N. M. Tərakini hakimiyyətdən salır, həmin gecə partiyanın iclasını keçirir və ƏXDP MK-nın baş katibi və İnqilab Şurasının sədri seçilir. Daha sonra N. M. Tərakini həbs etdirir və fiziki məhvinə nail olur. Bu dövrdə ölkədə zorakılıqlar və qanunsuzluqlar baş alıb gedirdi. Vəziyyətin çətinləşdiyini görən H. Əmin SSRİ-yə hərbi yardım üçün müraciət edir. Ümumiyyətlə, Əfqanıstan hökuməti 1979-cu ilin dekabr ayına kimi SSRİ-yə hərbi yardım üçün 20-yə qədər müraciət etmişdir. İlk belə müraciət haqqında fikirlərini H. Əmin hələ baş nazir olarkən N. M. Təraki ilə bölüşmüşdü və N. M. Təraki həbs olunmamışdan bir az əvvəl SSRİ rəhbəri L. İ. Brejnevdən hərbi yardım üçün kömək istəmişdi. H. Əmin hakimiyyəti ələ keçirdikdən sonra hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edir və buna görə də oradakı vəziyyəti öyrənmək üçün sentyabrın ortalarında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 17 zabiti Kabilə göndərilir. 1979-cu ilin qışında Əfqanıstanda cərəyan edən hadisələr SSRİ üçün qənaətbəxş hesab edilmirdi.
Hafizə
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır.
Hafizə Əsgərova
Hafizə Əsgərov Hüseyn qızı (d.1950-ci ildə 20 mart Cəbrayıl rayonunun Soltanlı kəndi) coğrafiya elmlər doktoru, Coğrafiya və ÇH fakültəsinin Ümumi coğrafiya kafedrasının dosenti. Əsgərova Hafizə Hüseyn qızı 1950-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1967-ci ildə ADPU-nun Coğrafiya fakültəsinə qəbul olmuş, 1971-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. 1971-ci ildən 1979-cu ilə kimi təyinatla Xırdalan şəhərində 2 saylı orta məktəbdə müəllim işləmiş, 1979-cu ildə Pedoqoji Universitetin coğrafiya fakültəsində ümumi coğrafiya kafedrasında baş laborant vəzifəsinə qəbul olunmuşdur. 1992-ci ildən kafedrada müəllim, baş müəllim işləmişdir. 1999-cu ildə AMEA ak H.Əliyev adına Coğrafiya İnstitutunun “Fiziki coğrafiya” şöbəsinin “landşaftşünaslıq” bölməsində “Landşaftların səhralaşmasının fitocoğrafi xüsusiyyətlərinin tədqiqi Kiçik Qafqazın şimal-şərq və Ceyrançöl alçaq dağlığı timsalında” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru adını almışdır. O, bir ixtisasçı kimi səhralaşma sahəsi üzrə 34 məqalə, 4 tezis çap etdirmişdir, 4 tədris proqramı, 2 metodik göstərişin müəllifidir. “Landşaftın geokimyası” kursunun proqramı. Pedaqoji universitet və institutlarda magistr hazırlığı üçün. Bakı, ADPU, 2005, səh 24-28.
Hafnium
Hafnium (Hf) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 72-ci element. Hafniumun kəşfi atomun quruluşu haqqında kvant nəzəriyyəsinin praktiki surətdə isbatı ilə əlaqədar olaraq, elm tarixində böyük əhəmiyyətə malikdir. Dövri sistemdə 72-ci elementin mövcudluğu atom quruluşunun kvant nəzəriyyəsinin müddəaları əsasında əvvəlcədən müəyyən edilmişdir. Elementi macar kimyaçısı D.Heveşi və holland alimi Koster 1923-cü ildə sirkon mineralının tərkibində kəşf etmiş və ona Kopenhagen şəhərinin adı ilə əlaqədar olaraq, hafnium adı vermişlər. Hafniumun Yer qabığında miqdarı 3,2-10-4%-dir. O səpələnmiş element olub, fərdi minerala malik deyil. Hafnium sirkonium minerallarında izomorf qatışıq (20%-ə qədər olur) şəklində rast gəlir. Bu elementlərin Yer qabığında birlikdə yayılması onların ion radiuslarının çox yaxınlığı (Zr+ - 0,74 A, Hi+-0,74A) və kimyəvi oxşarlıqları ilə əlaqədardır. Hafnium, HfO2-in 1300oC-də natrium ilə reduksiyası nəticəsində alınır: HfO2 + 4Na = 2Na2O + Hf Hafnium kompakt halda poladaoxşar ağ metaldır. O çətin əriyir.
Hafsa Sultan
Hafsa Sultan (d. 1500 – ö. 10 iyul 1538) - 9. Osmanlı padşahı I Səlimin Ayşə Hafsa Sultandan doğulan qızıdır. Hafsa Sultan 1516-cı ildə Rumeli bəylərbəyi İsgəndər Paşanın oğlu Mustafa Paşa ilə evlənmişdir. 1526-cı ildə Mustafa Paşanın vəfatı ilə dul qalmış və bir daha evlənməmişdir. 10 iyul 1538 tarixində vəfat etmişdir. Cənazəsi Yavuz Sultan Səlim külliyəsindəki Şahzadələr türbəsinə bacısının yanına dəfn edildi.
Hafsa Xatun
Hafsa Xatun (1380, Səlcuq (İzmir), İzmir ili – 1403, Bursa) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Aydınoğlu İsa bəyin qızı. Aydınoğlu İsa bəyin qızıdır. Həyatı haqqında yetərli məlumat yoxdur. Birinci Kosovo döyüşünün ardından xəyanətkar Anadolu bəyliklərini cəzalandırmaq üçün səfərə çıxan İldırım Bəyazid ilk hədəf olaraq Aydınoğulları bəyliyini seçdi. Osmanlı ordusunun Alaşəhər qalasını işğal etməsinin ardından, Aydınoğlu İsa bəy dərhal İldırım Bəyazidə elçi göndərərək Osmanlı təbəəliyini qəbul etdiyini bildirdi. Sülhün təminatı olaraq İldırım Bəyazid İsa bəyin qızıyla evləndi və beləcə, bəyliyə aid torpaqların böyük bir hissəsini ələ keçirdi. 1390-cı ildə baş tutan mərasimin ardından Bursaya göndərilən Hafsa Xatun cehiz olaraq aldığı pulla 1390-1392-ci illərdə Tirədə məscid, türbə, təkkə, imarət və hamamdan ibraət bir külliyə inşa etdirdi. Hafsa Xatun məscidi olaraq anılan bu məscid günümüzə gəlib çıxmasa da, külliyənin digər binaları gələ də ayaqdadır. İldırım Bəyazidlə olan evliliyindən övladı olmayan Hafsa Xatunun qalan həyatıyla bağlı heç bir məlumat yoxdur. Nə vaxt və harada vəfat etdiyi, harada dəfn olunduğu bilinmir.
Hafsiya Herzi
Hafsiya Herzi (fr. Hafsia Herzi; 25 yanvar 1987, Manosk) —Tunis-Əlcəzair əsilli Fransa aktrisası. Hafsiya Herzi 25 yanvar 1987-ci ildə Fransanın Manosk şəhərində anadan olub. O, 13 yaşında Notes sur le rire telefilmində rol alıb. Getdikcə püxtələşən Hafsiya Herzi Plus belle la vie и Sous le soleil filmlərində çəkilib. Hafsiya Herzi 2005-ci ildə Əbdüllətif Keşişin Kus-kus və barabulka filmində Rum roluna dəvət alıb.
Hafta.az
Həftə içi — Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet Medianin İnkişafı Agentliyinin elektron bazasında qeydə alınmış "Həftə içi" ictimai-siyasi qəzeti 22 iyul 1998-ci ildən nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru Sevinc Seyidovadır. Fəaliyyətə başladığı andan bu günədək "Həftə içi" qəzetində boyük məktəb keçmiş əməkdaşlar sırasında hazırda Azərbaycanın müxtəlif televiziyalarında, radiolarında, dövlət qəzetlərində, agentliklərdə çalışan tanınmış jurnalistlər, ictimai xadimlər var. Hazırda "Həftə içi" qəzetində çalışanlar arasında yazıçı-publisist Vüsal Tağıbəyli, siyasət yazarı Azad Əliyev və başqaları da var. Qəzetin veb-saytı hafta.az vasitəsilə ölkəmizdə və düntada baş verən son proseslərlə bağlı xəbərləri operatib\v şəkildə izləyə bilərsiniz.
Haftaruon
Haftaruon (əvvəlki adı: Rvo zavodu) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Osaküçə kənd inzibati-ərazi vahidi tərkibindəki Rvo zavodu kəndi Haftaruon kəndi adlandırılmışdır.
Haftoni
Haftoni (Lənkəran) — Lənkəran rayonunda yerləşən şəhər tipli qəsəbə. Haftonu — Lerik rayonunda yerləşən kənd.
Haftoni (Lerik)
Haftonu və ya Haftoni — Azərbaycan Respublikasının Lerik rayonunun Nücü inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Əhalisi 291 nəfərdir. Oykonim talış dilindəki haft (yeddi) və honi (bulaq) sözlərindən düzəlib, "yeddi bulaq" deməkdir.
Haftoni (Lənkəran)
Haftoni — Azərbaycan Respublikasının Lənkəran rayonundan 12 km şimal-qərbdə yerləşən qəsəbə. Dağətəyi ərazidədir. Haftoni sözü, talış dilindən "Yeddi bulaq" (haft-yeddi, honi-bulaq) kimi tərcümə olunur.[mənbə göstərin] 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Ləj kəndi Haftoni qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ləj kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Talış dağlarının ətəyində yerləşir.
Haftoni bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Haftonu
Haftonu və ya Haftoni — Azərbaycan Respublikasının Lerik rayonunun Nücü inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Əhalisi 291 nəfərdir. Oykonim talış dilindəki haft (yeddi) və honi (bulaq) sözlərindən düzəlib, "yeddi bulaq" deməkdir.

haf sözünün leksik mənası və izahı

  • 1 is. zool. Gecələr çox iti uçan, işığa gələn uzunxortumlu kəpənək. ◊ Haf kimi – gözlənilmədən, cəld, özünü birdən çarparaq. Qasid gəldi haf kimi; İncəlmişdi sap kimi; Gözlə, yarın qəlbini; Qırma çini qab kimi. (Bayatı).

    Azərbaycan dilinin izahlı lüğəti / haf

haf sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. зоол. чепелукь (йифиз гзаф зарб лув гудай, экуьнал къведай); ** haf kimi хабарни авачиз, зирингдаказ, цицӀидаказ, чукуна.

    Azərbaycanca-ləzgicə lüğəti / haf

haf sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Bakı) bəzəkli kəpənək

Azərbaycan dilinin dialektoloji lüğəti.

"haf" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#haf nədir? #haf sözünün mənası #haf nə deməkdir? #haf sözünün izahı #haf sözünün yazılışı #haf necə yazılır? #haf sözünün düzgün yazılışı #haf leksik mənası #haf sözünün sinonimi #haf sözünün yaxın mənalı sözlər #haf sözünün əks mənası #haf sözünün etimologiyası #haf sözünün orfoqrafiyası #haf rusca #haf inglisça #haf fransızca #haf sözünün istifadəsi #sözlük