Kanta sözü azərbaycan dilində

Kanta

Yazılış

  • Kanta • 93.7500%
  • kanta • 6.2500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kanta-Hyame
Kanta-Hyame və ya köhnə adıyla Tavastiya mülkü (fin Kanta-Häme; isv. Egentliga Tavastland) - Finlandiyanın vilayətidir. Kanta-Hyame bəzən sadəcə Hyame vilayəti olaraq da adlandırılır. Bu vilayət Cənub-qərbi Finlandiya, Pirkanmaa, Pyayat-Hyame və Uusimaa ilə əhatələnib. Mərkəzi Hyaameenlinaa şəhəridir. == Tarixi == Kanta-Hyame bölgəsində məskunlaşma daş dövründən bəri mövcuddur. Tarixi Tavastiya vilayətinin ilk yazılı qeydinə 1042-ci ildə Şahzadə Vladimir tərəfindən başladılan hərbi kampaniyaya istinad edən Novqorod Salnaməsində rast gəlinir. Bölgə Birger Yarlın Tavastiya vilayətinin sakinlərinə qarşı apardığı 13-cü əsrdəki səlib yürüyüşünə qədər bölgə isveçlilər tərəfindən idarə olunur. 14-cü əsrdə Hyame inzibati əyaləti Hyame qalası olan quldurluq mərkəzinə çevrildi. 1809-cu ildə Finlandiya ruslar tərəfindən İsveçdən alınanda Tavastiya da Rus İmperiyasının bir hissəsi oldu.
Kanta İbrahimov
Kanta İbrahimov (9 iyul 1960, Qroznı) — Rus, çeçen yazıçısı və ictimai xadimi, Çeçenistan Respublikasının xalq yazıçısı, Ədəbiyyat və incəsənət sahəsində Rusiya Federasiyası Dövlət Mükafatı laureatı, Çeçenistan Respublikası Yazıçılar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor. == Bioqrafiya == Alim, kimya elmləri doktoru Həmzət İsmayıloviç İbrahimovun ailəsində anadan olmuşdur. 1982-ci ildən Çeçen-İnquş Dövlət Universitetinin İqtisadiyyat Fakültəsini bitirdikdən sonra Şali rayonundakı Calka sovxozunda iqtisadçı işləmişdir. 1987-ci ildə Moskva Kənd Təsərrüfatı Akademiyasının aspiranturasına daxil olur. 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək "Sevkavneftegaz" (Qroznı) Çeçen-İnquş Elmi-İstehsalat Birliyinin direktor müavini təyin edilmişdir. 1991-ci ildə Çeçen-İnquş Respublikası Nazirlər Sovetinin birinci kateqoriyalı mütəxəssisi, 1992–1994-cü illərdə "Alam" tədqiqat ekoloji mərkəzinin direktor müavini (Qroznı) işləmişdir. Çeçenistan Respublikasında qarşıdurmanın artmasından sonra Moskvaya köçür, 1995-ci ildə K. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının doktoranturasına daxil olur. 1996-cı ildə "Bazar şəraitində meyvənin inkişafının təşkilati və iqtisadi problemləri və səmərəliliyinin artırılması" mövzusunda doktorluq dissertasiyasını vaxtından əvvəl müdafiə etmişdir. 1999-cu ildə Rusiya Federasiyası Vergilər İdarəsinin şöbə müdirinin müavini təyin edilir. 2004-cü ildən Çeçenistan Respublikası Elmlər Akademiyasının akademikidir.
Füzuli kantatası
Füzuli kantatası — bəstəkar Cahangir Cahangirov tərəfindən 1959-cu ildə yazılmış və elə həmin il Azərbaycan Dövlət Opera və Balet Teatrında premyerası baş tutmuş kantata. Əsərdə klassik Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəllərindən və Rəsul Rzanın Füzuliyə həsr edilmiş şerindən istifadə edilmişdir. Bütövlükdə üç hissədən ibarət olan kantata girişlə başlayır. Burada Füzuli dövrünün ab-havası və lirik fəlsəfi ideyası yüksək emosional tonda təcəssümünü tapmışdır. Bunun üçün bəstəkar “Rahab” muğamından bacarıqla istifadə etmişdi. Ümumiyyətlə, kantatada Füzuli qəzəllərinin ruhu musiqi təcəssümünü tapır. Eyni zamanda bəstəkar müxtəlif emosional vəziyyətlərin qarşılaşdırılması ilə dramatik inkişafa nail olur. Füzuli kantatası aid olduğu musiqi janrının ən gözəl nümunələrindən biri hesab edilir. Cahangir Cahangirovun kantatası bu janrda yazılan digər əsərləri kölgədə qoyub. 500 ilə yaxındır ki, poeziyada davam edən Füzuli möcüzəsi Cahangir Cahangirov yaradıcılığında öz musiqi əksini tapıb.
Kantabir sarmaşıq
Convolvulus cantabrica (lat. Convolvulus cantabrica) – sarmaşıqkimilər fəsiləsinin sarmaşıq cinsinə aid bitki növü. Hündürlüyü 15–60 sm, gövdəsi düzduran və ya yuxarıya doğru qalxan, bəzən sərilən, əsasından budaqlanan, sıx və uzun qabarıq və ya qısa basıq tüklü çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları boz-yaşıl rəngli, üst tərəfdən adətən çılpaqdır, alt tərəfdən basıqtüklüdür, bəzən uzun qabarıq tüklüdür, aşağıdakılar saplaqlıdır, uzunsov, əksinəneştərşəkilli və ya uzunsov-neştərvaridir, küt ucludur, orta və yuxarıdakı yarpaqlar oturaqdır və ya demək olar ki, oturaqdır, uzunsov-xətvaridir, sivri təhərdir. == Çiçək == Çiçəkləri tək və ya 2–4 saydadır, kənar və ya təpə yarımçətirlərdə, uzun çox vaxt qabarıq çiçək oxu üzərindədir. Tac çəhrayıdır və kasacıqdan 2–3 dəfə uzundur. == Meyvə == Qutucuq enli-yumurtaşəkillidir, yuxarı hissədə tüklüdür, kasacıqdan qısadır. Toxumları enli-yumurtaşəkillidir, tünd-qəhvəyi rəngdədir, uzunluğu 2,5–3,5 mm-dir. == Çiçəkləməsi == May-İyul (Avqust) == Meyvə verməsi == İyul-Sentyabr == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ cənub, KQ mərkəzi, Lənk. oval., Lənk.
Kantabriya
Kantabriya (isp. Cantabria) — Şimali İspaniyada müxtar bölgə. Rəsmi adı Comunidad Autónoma de Cantabriadır. Paytaxtı Santander şəhəridir. Sahəsi 5.321 km², əhalisi isə 593.121 nəfərdir (2011).
Kantabriya dənizi
Biskay körfəzi (isp. Golfo de Vizcaya,Mar Cantábrico, ing. Cantabrian Sea ; fr. Golfe de Gascogne; bask Bizkaiko golkoa; bret. Pleg-mor Gwaskogn; Qaskonca: Golf de Gasconha)- şimalşərq Atlantik okeanında Kelt dənizinin cənubunda yerləşən körfəz. == Əsas şəhərlər == Biskay körfəzinin sahilində əsas şəhərlər bunlardır: Fransa: Brest, Nant, La Roşell, Bordo, Bayonn, Biarritz. İspaniya: Donostia-San Sebastian, Bilbao, Santander, Gijon, Aviles.
Kantabrlar
Kantabrlar (lat. Cantabri) — İspaniyanın şimalında, müasir Kantabriya əyalətində, Asturiyanın şərqində və Kastiliya-Leonun dağlıq rayonlarında məskunlaşmış 11 tayfanın qədim konfederasiyası. == Haqqında == Strabonun məlumatına əsasən kantabrlar əvvəllər luzitanlar (Hind-Avropa xalqlarına aiddir) adlanırdı, Qay Yuli Sezarın məlumatına görə isə onlar yerli mənşəli xalq idi. . Kantabrlar məğlubedilməz və azad dağlılar kimi şöhrət qazanmışlar. Onlar uzun müddət romalıların hücumlarını dəf etməyə müvəffəq oldular. İlk dəfə Roma respublikasının orduları kantabrlara e.ə.150-ci ildə hücum etmişlər. Sezar özünün "Qall müharibələri haqqında qeydlər" əsərində göstərir ki, Roma sərkərdəsi Krass "qohum tayfalar" olan kantabrların və akvitanların birləşmiş qüvvələri üzərində qələbə qazandı. Bu əsərdə Sezarın kantabrlarla akvitanları "qohum tayfalar" adlandırması kantabrların keltiber tayfalarına aid olması barədə Qərbi Avropa tarixçiləri arasında geniş yayılmış fikri şübhə altına alır. Tədqiqatçıların əksəriyyətinin fikrinə görə "kantabrlar" sözü liqur mənşəli olub, "dağlılar" deməkdir. Tantabr tayfalarının adları və onların adət-ənənələri də qonşu keltiberdən xeyli fərqlənir.
Kantakuzinlər
Kantakuzinlər - Bizanslı məşhur ailələrdən biri. Tarixdə ilk dəfə adları I Aleksey Komnin dövründə çəkilir. IV Səlib Yürüşü dövründə ən çox torpaqlar bu ailəyə aid idi. 1308-ci ildə Mixail Kantakuzin Moreya despotu təyin olunmuş. Oğlu VI İohann ilə nəvəsi Matvey Kantakuzin Bizans imperatorları olmuşdular. Rumın Kantakuzenlər ailəsi bu sülalənin qolu hesab olunur. Şah İsmayıl ana tərəfdən VI İohannın kötücəsidir.
Kantal
Kantal (fr. Cantal; oks. Cantal ) — Fransanın Mərkəzi Cənub hissəsində departament.Overn rayonunun departamentlərindən biridir. Seriya Nömrəsi-15. İnzibati mərkəzi - Oriyak. Əhali sayı - 154.135 nəfər (şöbələri arasında 96-ci yeri tutur) (2010-cu il məlumatına görə). == Coğrafiyası == Şöbənin sahəsi 5726 km². == Tarixi == Kantal— 1790-ci ildə mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılmış, ilk 83 şöbədən biridir. Adı Lo və Qaronna çaylarından götürülüb. Keçmiş Overn vilayetində yerləşir.
Kantata
Kantata (it. cantata, lat. саntare — mahnı sözündən) — solistlər, xor və orkestr üçün vokal və instrumental əsər. == Tarixi == XVII əsrin birinci yarısında. bir səs üçün vokal əsəri (madriqal) sonata adlı instrumental əsərdən fərqli olaraq kantata adlanırdı. İtaliyada operanın inkişafı ilə bir solo vokal nömrəsini deyil, bir neçəsini daxil etməyə başlayan kantata forması da inkişaf etdi. Kantataya daxildir: xorlar, reçitativlər, ariyalar və daha sonra orkestr müşayiəti ilə duetlər. Kantata onun yaradıcısı sayılan Karissimi sayəsində hazırlanıb. 17-ci əsrin əvvəllərindən 18-ci əsrin sonlarına qədər basso continuo (və ola bilsin ki, bir neçə solo alət) ilə müşayiət olunan bir və ya iki solo səs üçün kantata italyan vokal kamera musiqisinin əsas forması idi. Kantata konsertlərdə və kilsələrdə ifa olunur.
Karmina Burana (kantata)
Boyern nəğmələri və ya Karmina Burana (lat. Carmina Burana; tam adı."Carmina Burana: Cantiones profanae cantoribus et choris cantandae comitantibus instrumentis atque imaginibus magicis" - Boyern nəğmələri: Musiqi alətlər və ovsunlu rəsmlərin müşayəti ilə müğənnilər və xor qrupları tərəfindən oxunması üçün sekulyar nəğmələr ) – alman bəstəkarı Karl Orf tərəfindən 1935 – 1936 – cı illərdə bəstələnmiş tetral kantata. Əsərin mövzusu orta əsrlərə aid şeirlər dəsti olan "Carmina Burana"dan götürülüb. Əsərin tam adı belədir: "Carmina Burana: Cantiones profanж cantoribus et choris cantandж comitantibus instrumentis atque imaginibus magicis" (Beuern mahnıları: İfaçıları və xorun musuqi alətləri və sehirli görüntülərlə ifa etməsi üçün). "Carmina Burana", "Catulli Carmina" və "Trionfo di Afrodite" kontataları ilə birgə "Trionfo" adlı dəstin tərkib hissəsidir. Carmina Burananın ən məşhur hissəsi əsəri açılışı və bağlanışında ifa edilən "Fortuna Imperatrix Mundi" ("O Fortuna") hissəsidir. == Məzmun == 1934 – cü ildə Orf Carmina Burana əsərinin İohann Andreas Şmeller tərəfindən 1847 – ci ildə yazılmış mətni ilə rastlaşır. Latın və yunan dillərini öyrənən gənc tələbə Maykl Hofmann Orfa "Carmina Burana" toplusuna daxil olan 24 şeirdən hissələri əsərin librettosu üçün seçməyə yardım etmiş və onlardan böyük hissəsi latın dilində, bir hissəsi isə alman dili və qədim Provansal dilində olmuşdur. Seçim geniş mövzu rəngarəngliyini əhatə etməklə XIII əsrdə məşhur olan, XXI əsrdə isə daha çox şans və zənginlik, həyatın keçici təbiəti, Baharın qayıtmasının gətirdiyi əyləncə və zövq, içkinin təhlükəliyi, acgözlülük, qumarbazlıq və şəhvət kimi mövzulardan ibarət idi. == Təqdim == Carmina Burana ilk dəfə 8 iyun, 1937 – ci ildə Frankfurtda, Frankfurt Opera Teatrı tərəfindən (rəhbər: Bertil Vetzelberq, xor Sisilensor, səhnələşdirmə Oskar Volterlin, kostyumlar Oskar Volterlin) ifa edilmişdir.
Meliton Kantariya
Meliton Kantariya (gürc. მელიტონ ქანთარია, rus. Мелитон Варламович Кантария; 5 oktyabr 1920, Cvari, Salencix bələdiyyəsi[d] – 27 dekabr 1993, Moskva) — Sovet ordusunun gürcü əsilli çavuşu. Mixail Yeqorov və Aleksey Berest ilə birlikdə 1945-ci ilə Reystağa Sovet bayrağını sancmışdır. == Həyatı == Gürcüstandakı kiçik qəsəbələrdən biri olan Cvaridə (hazırda şəhərdir), kəndli ailəsində anadan olmuşdur. 1940-cı ilə qədər kolxozda işləmişdir. Həmin il Qırmızı Ordunun sıralarına qatılmışdır. İkinci Dünya müharibəsi dövründə 1-ci Belarusiya cəbhəsinin 756-cı atıcı alayının 150-ci tüfəng diviziyasında xidmət etmişdir. 1945-ci il aprelin 30-da Mixail Yeqorov və Aleksey Berest ilə birlikdə Reystağa Sovet bayrağını sancmışdır. === Müharibədən sonra === 1946-cı ildə ordudan tərxis olundu.
Santander, Kantabriya
Santander — İspaniyada bir şəhər. Kantabriya bölgəsinin paytaxtıdır.
İoann Kantakuzin (pinkern)
İoann Kantakuzin (yun. Ἱωάννης Καντακουζηνός, translit. Ioánnis Kantakouzinós; 1190 – 1257) — Frakesiya femasının qubernatoru (hak. 1244–1249), duka və pinkern. O, 1249-cu ildə Nikeya imperatoru III Duka İoann Vatas tərəfindən Rodos hakimi İoann Qavalasın orada olmadığı dövrdə adanı işğal edən və nəzarəti ələ keçirən genuyalılara qarşı göndərilən yürüşə rəhbərlik etmişdir. İoann Kantakuzin ömrünün son illərində İoanniki adını özünə götürərək rahib olmuş, 1257-ci ildən bir müddət əvvəl vəfat etmişdir. == İstinadlar == == Mənbə == Nicol. The Byzantine Family of Kantakouzenos (Cantacuzenus), ca. 1100–1460: A Genealogical and Prosopographical Study. Dumbarton Oaks studies 11.
Kantara qalası
Kantara qalası — Kiprdə Beşbarmaq dağlarında bir qaladır. Adanın şimal sahillərinə və Mesarya düzənliyinə nəzarət etmək üçün tikilmişdir. “Kantara” sözü ərəbcə “körpü” deməkdir. Adanın ən şərq qalasıdır və dəniz səviyyəsindən 630 metr yüksəklikdə, Şimali Kiprin Girniya dağlarının yamaclarında yerləşir. == Tarixi == Onun nə vaxt tikildiyi dəqiq bilinməsə də, əksər mənbələrə görə ərəb hücumları bitdikdən sonra 965-ci ildən sonra bizanslılar tərəfindən inşa edildiyi yazılır. Ancaq ingilis kralı I Riçardın adanı ələ keçirdiyi tarixə qədər qalayla bağlı heç bir qeyd aparılmamışdır. 1489-cu ildə ada venesiyalılar tərəfindən tutuldu. Bu tarixdən etibarən qala öz əhəmiyyətini itirməyə başladı. Beşbarmaq dağlarında Kantara, Müqəddəs Hilarion və Bufavento qalaları Venesiyalılar tərəfindən əhəmiyyətli hesab edilməməsi və əsgər çatışmazlığı səbəbindən tərk edildi. Bəzi mənbələrə görə, qala 1525-ci ildə tərk edilib.
Dimitri Kantakuzin
Dimitri Kantakuzin ( bolq. Димитър Кантакузин; XV əsr, Novo Brdo – 1487, Qara dəniz) - (yunan və serb yunan mənşəli mənbələrinə görə) XV əsrin ikinci yarısında yaşamış bolqar ilahiyyatçı. XV əsrin Bolqar ədəbiyyatı onun birbaşa varisi olduğu üçün Tırnovo Kitab məktəbinin nümayəndəsi hesab olunur O, Osmanlı İmperiyasında yüksək vəzifə tutmuş, ədəbi fəaliyyətin inkişafına himayədarlıq etmiş və 1469-1479-cu illərdə Rila monastırında yaşamışdır. 1469-cu ildə "Zaqreb Kolleksiyası" nı yazmağı tapşıran görkəmli yazıçı Vladislav Qramatik ilə əlaqələri olmuşdur. Əsərlərini bolqar və yunan dillərində yazmışdır. Onun üslubu emosional-lirik olaraq müəyyən edilir. Dimitri Kantakuzin ilk başda Kantakuzinlər sülaləsi ilə əlaqəlidir və Bolqarıstan kralı Aseni ailəsinin nəslindən olan Georgiy Brankoviçin ikinci arvadı İrina Kantakuzinanın qohumudur. İrinanın George Brankoviç ilə evli olsa da, Kantakuzenlərin bəziləri Moraviya despotizminə keçdilər. Beləliklə, Dimitri Kantakuzinin atası 1435-ci ildə Dimitrinin doğulduğu Novo Brdo qeysəri təyin edildi. Onun kiçik qardaşları Yan (İohann), Aleksey və Georgi idi.
Kantaron
Kantaron (fr. Cantaron) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Kommunanın sahəsi — 7,38 km², əhalisi — 1186 nəfərdir (2006) artım tendensiyası ilə: 1337 nəfər (2012), əhalinin sıxlığı 181,2 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 1288 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1337 nəfər.
Feodora Kantakuzenos (Orxanın həyat yoldaşı)
Feodora Kantakuzenos (yun. Θεοδώρα Καντακουζηνή; təq. 1332, Bizans imperiyası – ən tezi 1381, Konstantinopol) və ya Feodora Xatun — Bizans şahzadəsi, imperator VI İohann ilə alman mənşəli kraliça İrini Asaninin üç qızından biridir. O, Osmanlı sultanı olan Orxan Qazinin dördüncü və sonuncu həyat yoldaşı olmuşdur. == Mənşəyi == İmperator VI İohann ilə onun german mənşəli həyat yoldaşı olan kraliça İrini Asaninadan olan üç qızından biridir. Tarixçi Nikifor Qriqora bir fəsildə onu səhvən “Mariya” adlandırmışdır. == Bioqrafiyası == 1346-cı ilin yanvar ayında o, atasının yüksələn Osmanlı bəyliyi ilə ittifaqını möhkəmləndirmək və davam edən Bizans vətəndaş müharibəsində Osmanlıların Savoyyalı imperator-regenti olan Annaya yardım göndərməsinin qarşısını almaq üçün Osmanlı hökmdarı olan Orxan Qazi ilə nişanlanmışdır. Evlilikləri də elə həmin ilin yayında baş tutmuşdur. Valideynləri və bacıları onu Orxanın sarayının nüfuzlu adamları ilə bir atlı qaravul alayının da iştirak etdiyi Osmanlı nümayəndə heyətinin 30 gəmidən ibarət donanma ilə gəldikləri Selimbriyaya qədər onu müşayiət etmişdirlər. Tədbir Selimbriyada baş tutmuş və Orxanın nümayəndələri onu toyun keçiriləcəyi Mərmərə dənizinin o tayındakı Vifiniya torpaqlarında olan Osmanlı ərazisinə qədər onu müşayiət etmişdirlər.
Helena Kantakuzin (imperatriça)
Helena Kantakuzin (yun. Ἑλένη Καντακουζηνή; 1333, Bizans imperiyası – 10 dekabr 1396, Konstantinopol) — Bizans imperatoru VI İohannın qızı, Bizans imperatriçası. == Həyatı == 1333-cü ildə Konstantinopolda (indiki İstanbul) dünyaya gəldi. Atası dövrün Bizans imperatoru III Andronikin ən yaxın adamı İohann Kantakuzin, anası isə Bulqar çarı III İvan Asenin qızı İrina Asen idi. Digər bacı-qardaşları kimi Helena üçün də siyasi bir evlilik planlaşdırıldı. Bacısı Feodora Osmanlı sultanı Orxan Qaziylə, digər bacısı Mariya isə Epir çarı II Nikefor Orsini ilə evləndirildi. Qardaşı Matvey II Andronikin nəvəsi İrinayla, digər qardaşı Manuel isə Erməni-Kilikiya çarı II Konstantinin qızı İzabellayla evləndirildi. Atasının taxt mübarizəsində qalib gəlməsi və V İohannın anası Savoyyalı Annayla sülh bağlaması nəticəsində, Helena imperator V İohannla evləndirildi. 28 may 1347-ci ildə baş tutan mərasimlə imperatriça elan olundu. 1353-cü ildə atasının taxtdan uzaqlaşdırılaraq kilsəyə həbs olunduğu və 1376-cı ildə oğlu Andronikin üsyan edərək ərini taxtdan endirdiyi dövrlərdə tərəfləri uzlaşdıran vasitəçi oldu.

kanta sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Xaçmaz) küt bıçaq

Azərbaycan dilinin dialektoloji lüğəti.

"kanta" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kanta nədir? #kanta sözünün mənası #kanta nə deməkdir? #kanta sözünün izahı #kanta sözünün yazılışı #kanta necə yazılır? #kanta sözünün düzgün yazılışı #kanta leksik mənası #kanta sözünün sinonimi #kanta sözünün yaxın mənalı sözlər #kanta sözünün əks mənası #kanta sözünün etimologiyası #kanta sözünün orfoqrafiyası #kanta rusca #kanta inglisça #kanta fransızca #kanta sözünün istifadəsi #sözlük