çanta sözü azərbaycan dilində

çanta

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çanta • 93.3067%
  • Çanta • 6.3936%
  • ÇANTA • 0.2997%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çanta
Çanta — böyük olmayan əşyaların daşınması üçün nəzərdə tutulmuş, dəri və ya parçadan hazırlanan aksessuar. Bəzi heyvanların balalarını daşıması üçün qarın hissələrindəki dəri yuvalar da çanta adlanır. Daşıyacaqları əşyalardan asılı olaraq çantalar müxtəlif görünüşlərdə və növlərdə olurlar. Çantanın forması, materialı və digər xüsusiyyətləri onun təyinatından və istifadə sahəsindən asılıdır. Buna görə də çantanın bəzi növləri daima dəyişir: bəzilər qədim tarixə qovuşur, digərlər muzey eksponatlarının arasında yer alır, bəzi növləri ümumiyyətlə sadəcə unudulur və hətta adları da dildən itir. Çanta mənasına yaxın olunan sözlər bunardır: torba, kisə, xurcun, heybə, ter, səbət, cib, zənbil. Eyni zamanda texnologiyaların inkişafı ilə və yeni fəaliyyət sahələrin yaranması yeni-yeni çanta növlərinin ortaya çıxmasına səbəb olur. Bununla da dilimizə adətan başqa dillərdən xarici köklü adlar daxil olur: sumka, portfel, diplomat, keys, portmanat, çamadan, klaç və s. İndiki dövrdə çantalar hər bir yaş insanların müxtəlif vəziyyətlərdə lazım gəlir: məktəblilərə — məktəbli çantası, iş adamına — keys, səyyaha — çamadan, idmançıya — idman çantası, qadına — qadın çantası.
Diplomatik çanta
Diplomatik çanta — beynəlxalq hüquqda və diplomatiyada xüsusi bir konteyner. Bundan diplomatik missiyalar tərəfindən rəsmi sənədlərin və ya əşyaların daşınması üçün istifadə olunur. Diplomatik çanta toxunulmazlıq statusuna malikdir və gömrük və ya digər yoxlamalara məruz qalmır. Bu çantanın içindəki əşyalar diplomatik missiyaların və ya hökumətlərin rəsmi məqsədləri üçün istifadə olunur və onun məxfiliyi təmin edilir. Çanta, ya möhürlənmiş konteyner, ya da çanta şəklində olur və diplomatik daşıyıcı tərəfindən aparılır. Diplomatik çanta Vyana Konvensiyasına uyğun olaraq qorunur və toxunulmaz sayılır, çünki onun məzmunu dövlətlərarası rəsmi yazışmaların təhlükəsizliyini təmin edir. == Vəzifələri == Diplomatik çantanın vəzifələri və funksiyaları beynəlxalq hüquq və diplomatik praktikalarda mühüm əhəmiyyət daşıyır. Məxfi yazışmaların daşınması, rəsmi sənədlərin ötürülməsi, hökumətə məxsus əşyaların daşınması, təhlükəsizlik və toxunulmazlıq, diplomatik əlaqələrin fasiləsizliyini təmin etmək diplomatik çantanın vəzifələri sırasındadır. Diplomatik çanta diplomatik missiyalar arasında dövlətlərarası rəsmi və məxfi yazışmaların təhlükəsiz şəkildə göndərilməsi üçün istifadə olunur. Bu, hökumətlər və səfirliklər arasında əlaqənin qorunması məqsədini daşıyır.
Arxa çantası
Bel çantası — arxa üstə geyilən bir növ çanta. Məktəb, turizm, səyahət, gediş və ya düşərgə üçün istifadə edilə bilər. Arxa çantalarının yüngül olanları tək çiyində də daşına bilinər.
Bel çantası
Bel çantası — arxa üstə geyilən bir növ çanta. Məktəb, turizm, səyahət, gediş və ya düşərgə üçün istifadə edilə bilər. Arxa çantalarının yüngül olanları tək çiyində də daşına bilinər.
İlk yardım çantası
İlk yardım çantası — İlk tibbi yardım verilməsi üçün istifadə edilən təchizat və avadanlıqların toplusu.

çanta sözünün leksik mənası və izahı

  • 1 is. Az və xırda şeylər qoyub daşımaq üçün parça, dəri və s.-dən tikilən kisə. Poçtalyon çantası. Patron çantası. Məktəbli çantası. – Bir gün qəhrəmanım əlində çanta; Görüncə: – Gedirəm, – dedi, – fronta. M.Müşfiq. [Fətullayev] …yeməyə əl vurmazdan əvvəl çantasını açdı, oradakı möhürlü kağızlardan birini götürdü. İ.Şıxlı.

    Azərbaycan dilinin izahlı lüğəti / çanta

çanta sözünün etimologiyası

  • 1 Alınma sözdür, mənbələrdə yançıq kimi işlədilib, “yandan asılan” deməkdir. Ehtimal ki, çanta elə yançaq sözünün təhrifidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / çanta

çanta sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. ÇANTA (məktəbli sumkası) [Xasay] məktəbdən evə gəlincə kitab çantasım yerindən asıb həyətə qaçırdı (A.Şaiq); PORTFEL Rəcəbin başında qiymətli şlyapa, boynunda qalstuk, əlində kitab və dəftərlə dolu bir portfel var idi (A.Şaiq). 2. ÇANTA, KİSƏ

    Azərbaycan dilinin sinonimlər lüğəti / çanta

çanta sözünün rus dilinə tərcüməsi

  • 1 сума, ранец, сак

    Azərbaycanca-rusca lüğət / çanta
  • 2 I сущ. 1. сумка (изделие из кожи, ткани и т.п. с ручками, предназначенное для ношения чего-л.). Hörmə çanta плетёная сумка, yol çantası дорожная сумка, sanitar çantası санитарная сумка, təsərrüfat çantası хозяйственная сумка, ovçu çantası охотничья сумка, çantaya qoymaq nəyi положить в сумку что, çantadan çıxarmaq достать, вынуть из сумки 2. сак (рыболовная снасть в виде сетчатого мешка на обруче) 3. ранец (походная или ученическая сумка, которую носят на лямках за спиной). Şagird çantası ученический ранец 4. рюкзак (особый заплечный мешок для вещей) II прил. сумочный (относящийся к сумке). Çanta fabriki сумочная фабрика

    Azərbaycanca-rusca lüğət / çanta

çanta sözünün inglis dilinə tərcüməsi

çanta sözünün fransız dilinə tərcüməsi

çanta sözünün ləzgi dilinə tərcüməsi

çanta sözünün türk dilinə tərcüməsi

"çanta" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çanta nədir? #çanta sözünün mənası #çanta nə deməkdir? #çanta sözünün izahı #çanta sözünün yazılışı #çanta necə yazılır? #çanta sözünün düzgün yazılışı #çanta leksik mənası #çanta sözünün sinonimi #çanta sözünün yaxın mənalı sözlər #çanta sözünün əks mənası #çanta sözünün etimologiyası #çanta sözünün orfoqrafiyası #çanta rusca #çanta inglisça #çanta fransızca #çanta sözünün istifadəsi #sözlük