* Sözün müxtəlif mətnlərdə yazılışı.
Dastanlarda kan “bu dünya”, məkan “o dünya” mənasında işlənir. Saleh sövdəyər ondan soruşdu: – Oğul, haradan gəlib, haraya gedirsən? Qurbani dedi: – Əmi, kandan gəlib, məkana gedirəm. Saleh sövdəyər soruşdu: – Sən bir tikə uşaqsan. Nə bilirsən kan nədi, məkan nədi? Qurbani ona dedi: – Əmi, kan bu dünyadı, məkan o dünya. (“Qurbani”) * Məsum əfəndi Valehə salam verib dedi: – Oğlum, söylə görüm, səfərin haradı? Valeh salamı alıb ərz etdi: – Əmi, səfərim kannan məkanadı. Məsum əfəndi dedi: – Oğlum, kan kandı, məkan nədi? Aşıq Valeh dedi: – Kan bu dünya, məkan da o dünyadı. (“Valeh və Zərnigar”) Prof. M.Qasımlının sözlərinə görə, aşıqdan haradan gəlib hara getdiyini soruşduqda arif aşıq konkret yer adı çəkməməlidir. Həqiqi aşıq bu suala “kandan məkana” cavabını verir.
Azərbaycan dastanlarının leksikası