məkanı sözü azərbaycan dilində

məkanı

Yazılış

  • məkanı • 85.7480%
  • Məkanı • 14.1429%
  • MƏKANI • 0.1091%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dil məkanı
Dil məkanı, sprachraum (ing. spraaʊm) - bir dilin, müxtəlif dialektləri ilə birlikdə əhatə etdiyi coğrafi məkan. == Ümumi məlumat == Bir sıra dil məkanlarının milli sərhədləri yoxdur. Məsələn, Cənubi Amerika ispan dil məkanının aeralıdır, ancaq ərazicə kiçik İsveçrə dörd dil məkanının kəsişdiyi yerdə yerləşir. Dil məkanı bəzən ayrı-ayrı qitələrdə yerləşir. Dörd iri Qərb dil məkanına ingilis, ispan, portuqal və fransız dilləri daxildir. İngilis dil məkanı bütün dünyanı əhatə edir, o bir çox keçmiş müstəmləkələrində rəsmi dil statusuna malikdir. Fransız dil məkanı frankofoniya adlanır. Portuqal sprachraumu özündə sərhədləri ümumi olmayan ölkələri birləşdirir. Lusosphere və ya Lusophony özündə təkcə portuqal dilli ölkələri deyil, həmçinin portuqal dilli diasporanı da birləşdirir.
Musiqi məkanı
Musiqi məkanı — konsert və ya musiqi şouları üçün istifadə olunan istənilən məkandır. Musiqi məkanları, xalq musiqisi ifaları üçün nəzərdə tutulmuş kiçik qəhvəxana, qapalı idman zalı, açıq səma altında orkestr, konsert zalı, stadion, açıq hava məkanı və s. ola bilər. Tipik olaraq, müxtəlif növ məkanlar müxtəlif musiqi növlərinə ev sahibliyi edirlər. Opera salonları və konsert salonlarında klassik musiqi tamaşaları keçirilir. Pablar, barlar, gecə klubları və diskotekler rok, rəqs, kantri və pop kimi müasir musiqi növlərini təklif edirlər.
Postsovet məkanı
Postsovet ölkələri (rus. Постсоветское пространство) — SSRİ-nin tərkibinə daxil olan respublikalar.
"YARAT" Müasir İncəsənət Məkanı
YARAT Müasir İncəsənət Mərkəzi və ya qısaca YARAT — 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmişdir. YARAT öz fəaliyyətini daimi sərgi, təhsil tədbirləri və festival proqramları vasitəsilə həyata keçirir. Təşkilatın binası yeni Dənizkənarı Bulvarda, Dövlət Bayrağı Meydanının yaxınlığında yerləşir. == Bina == YARAT Müasir İncəsənət Mərkəzi Sovet dövründə Hərbi Dəniz Qüvvələrinin binası olmuş və 1960-cı illərdə hərbi gəmilərə texniki xidmət bazası rolunu oynayan Xəzər dənizinə açılan binada yerləşir. Binanın təyinatının dəyişməsi nəticəsində iki mərtəbəni əhatə edən, 2000 m² sahəsi olan sərgi məkanı yaradılmışdır. Binada aparıcı beynəlxalq rəssamların müvəqqəti sərgiləri, yeni yaranan istiqamətlər, eləcə də YARAT Kolleksiyasının sərgi ekspozisiyaları və kitabxana təqdim olunur. Rəsmi olaraq 24 mart 2015-ci il tarixində təşkilat bu binaya köçüb. == Struktur == YARAT təşkilatının tərkibinə YARAT Müasir İncəsənət Mərkəzi, XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi və ARTIM Layihə Məkanı daxildir. XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, milli muzeylər və qalereyalar kolleksiyalarından götürülmüş əsərlərdən sərgilər təqdim edərək, ekspozisiyanın ictimai-maarifləndirici proqramlarını həyata keçirir. Həmçinin muzey tədris müəssisələri ilə sıx əməkdaşlıq quraraq, şagird və tələbələr üçün interaktiv ekskursiyalar təşkil edir, onlara incəsənəti dərk etməyi və interpretasiya etməyi öyrədir.ARTIM Layihə Məkanı 2015-ci ilin oktyabrında, Bakıda, qədim İçərişəhərdə təsis edilib.
YARAT Müasir İncəsənət Məkanı
YARAT Müasir İncəsənət Mərkəzi və ya qısaca YARAT — 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmişdir. YARAT öz fəaliyyətini daimi sərgi, təhsil tədbirləri və festival proqramları vasitəsilə həyata keçirir. Təşkilatın binası yeni Dənizkənarı Bulvarda, Dövlət Bayrağı Meydanının yaxınlığında yerləşir. == Bina == YARAT Müasir İncəsənət Mərkəzi Sovet dövründə Hərbi Dəniz Qüvvələrinin binası olmuş və 1960-cı illərdə hərbi gəmilərə texniki xidmət bazası rolunu oynayan Xəzər dənizinə açılan binada yerləşir. Binanın təyinatının dəyişməsi nəticəsində iki mərtəbəni əhatə edən, 2000 m² sahəsi olan sərgi məkanı yaradılmışdır. Binada aparıcı beynəlxalq rəssamların müvəqqəti sərgiləri, yeni yaranan istiqamətlər, eləcə də YARAT Kolleksiyasının sərgi ekspozisiyaları və kitabxana təqdim olunur. Rəsmi olaraq 24 mart 2015-ci il tarixində təşkilat bu binaya köçüb. == Struktur == YARAT təşkilatının tərkibinə YARAT Müasir İncəsənət Mərkəzi, XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi və ARTIM Layihə Məkanı daxildir. XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, milli muzeylər və qalereyalar kolleksiyalarından götürülmüş əsərlərdən sərgilər təqdim edərək, ekspozisiyanın ictimai-maarifləndirici proqramlarını həyata keçirir. Həmçinin muzey tədris müəssisələri ilə sıx əməkdaşlıq quraraq, şagird və tələbələr üçün interaktiv ekskursiyalar təşkil edir, onlara incəsənəti dərk etməyi və interpretasiya etməyi öyrədir.ARTIM Layihə Məkanı 2015-ci ilin oktyabrında, Bakıda, qədim İçərişəhərdə təsis edilib.
Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsi
Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsi (ing. United Nations Committee on the Peaceful Uses of Outer Space (COPUOS)), 1959-cu ildə (Sputnikin buraxılmasından qısa müddət sonra) Birləşmiş Millətlər Təşkilatının 1472 (XIV) saylı qətnaməsi ilə Ad hoc komitə kimi yaradılmış və 1962-ci ildə daimi komitəyə çevrilmiş katibliyini Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosunun etdiyi komitədir. Komitə, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatları kimi beynəlxalq bir müqavilə ilə müstəqil bir beynəlxalq təşkilat olaraq deyil, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin bir institutu olaraq yaradılmışdır. Komitənin 2016-cı il tarixində 83 üzvü olmuşdur.COPUOS-un missiyası “kosmosun dinc istifadəsində beynəlxalq əməkdaşlığın əhatə dairəsini öyrənmək, Birləşmiş Millətlər Təşkilatının himayəsi altında bu sahədəki proqramları planlaşdırmaq, kosmos haqqında davamlı tədqiqatları və məlumatların yayılmasını təşviq etmək və kosmosun kəşfindən yaranan hüquqi problemləri öyrənmək” kimi müəyyənləşdirilmişdir. == Tarix == Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin kosmosa dair 18 dekabr 1958-ci il tarixli və 1348 (XIII) saylı ilk qətnaməsində kosmosun dinc məqsədlər üçün istifadəsinin vacibliyi vurğulanmış və bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsinin yaradılmasına qərar verilmişdir. Bu komitə 1959-cu ildə fəaliyyətə başlamışdır. 1962-ci ildə “hüquq alt komitəsi” və “elm və texnologiya alt komitəsi” adlı iki alt komitəyə ayrılmışdır. Komitə, kosmosla əlaqəli hüquqi və texniki məsələlərin Birləşmiş Millətlər Təşkilatı qarşısında müzakirə edilərək qərar veriləcəyi ilk platforma olaraq yaradılmışdır.
Məkanın melodiyası (film, 2004)
== Məzmun == 80 yaşlı violençelist — Murad(Ələddin Abbasov) özünün ad günündə, ömrünün boş və hədər keçdiyini hiss edib sarsılır. Gəncliyindən bəri ürəyində gəzdirdiyi melodiyanı heç cür tamamlaya bilməyən qəhrəmanın fikrindən hətta intihar da keçir. Amma parkda təsadüfən rastlaşdığı Rəna(Ayan Mirqasımova) ilə tanışlığı onu bu fikirdən daşındırır. Çünki özünün xərçəng xəstələyinə tutulduğundan şübhələnən rəqqasə Rəna da, az qala intihar ərəfəsindədir. Bunu bilən Murad o cavan qadının xilaskarına çevrilir. Rəna isə bu xeyirxah qocanın haçansa gənclik illərində ilk baxışdan görüb sevdiyi, amma iradəsizlik göstərib həmişəlik itirdiyi Minanın axtarışına çıxır. Bu, həm də o nakam sevginin ifadəsi olan itirilmiş melodiyanın axtarışıdır. Tamaşaçının bir çox dramatik məqamlarıyla rastlaşdığı bu film qəhrəmanın uzun ömrünün cəmi iki gününü göstərsə də, əslində onun bütün həyatını əhatə edir.Filmdə söhbət idealların məhv olmasından gedir. Və idealların məhv olması fonunda insanların arasında olan münasibətlərin dəyişməsi, eləcə də onların psixoloji məqamları diqqət mərkəzindədir. Bu filmin qəhrəmanı bütün ömrü boyu cəmiyyətin qanunları ilə yaşayıb.
Zamanın və məkanın fəlsəfəsi
[[İmage:Titian - Allegorie der Zeit.jpg|thumb|250px|Tisian, „Zamanın alleqoriyası" - Keçmişin, çağdaşın və gələcəyin münasibətlərinin alleqorik təsviri. Burada keçmiş sola, gələcək sağa, çağdaş yaşlı kişi düz baxır.]] Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər. Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 18.51 dəfə / 1 mln.
2002 ••••• 6.85
2003 •••••• 7.48
2004 ••••••• 10.11
2005 •••••• 8.77
2006 ••••••• 9.91
2007 •••••••••• 14.59
2008 ••••••••••• 15.10
2009 •••••••••• 14.40
2010 ••••••••• 12.62
2011 ••••••••••• 15.01
2012 ••••••••••••• 18.93
2013 •••••••••••••••• 22.17
2014 •••••••••••••••••• 25.91
2015 ••••••••••••••••••• 27.73
2016 •••••••••••••••••••• 29.50
2017 ••••••••••••••••• 24.55
2018 •••••••••••••••• 23.37
2019 •••••••••••••••••• 25.87
2020 ••••••••• 13.13

"məkanı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məkanı nədir? #məkanı sözünün mənası #məkanı nə deməkdir? #məkanı sözünün izahı #məkanı sözünün yazılışı #məkanı necə yazılır? #məkanı sözünün düzgün yazılışı #məkanı leksik mənası #məkanı sözünün sinonimi #məkanı sözünün yaxın mənalı sözlər #məkanı sözünün əks mənası #məkanı sözünün etimologiyası #məkanı sözünün orfoqrafiyası #məkanı rusca #məkanı inglisça #məkanı fransızca #məkanı sözünün istifadəsi #sözlük