çıxıq sözü azərbaycan dilində

çıxıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çıxıq • 93.3333%
  • Çıxıq • 3.3333%
  • ÇIXIQ • 3.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aşağı çənənin çıxıqları
Aşağı çənənin (gicgah-çənə oynağının) çıxıqları - aşağı çənənin oynaq başının (kondilus çıxıntısının) oynaq çuxurunda yerdəyişməsidir. Aşağı çənə başının yerdəyişmə istiqamətindən asılı olaraq aşağı çənə çıxıqları bölünür: ön çıxıqlar (çənə başı önə doğru yerini dəyişib); arxa çıxıqlar (çənə başı arxaya doğru yerini dəyişib); birtərəli çıxıqlar; ikitərəfli çıxıqlar.Daha çox ön çıxıqlara rast gəlinir. Çənə başının daxilə və ya xaricə yerdəyişməsi çox az müşahidə edilir, ona yalnız kondilus çıxıntısının sınığı ilə birləşdikdə rast gəlinir (sınıqlı çıxıq). == Etiologiyası və patogenezi == Ön çıxıqların əmələ gəlməsinə səbəb olur: kapsulyar-bağ aparatının zəifləməsi; oynaq elementlərinin deformasiyası (hipertrofiyası); oynaqarası diskin formasının, ölçüsünün və strukturunun dəyişməsi.Adətkar çıxıqlar çənələrin bəzi deformasiyaları, dişlərin qapanma anomaliyaları (məsələn, arxa dişlərin itirilməsilə progeniya) ilə əlaqədardır. Aşağı çənənin önə doğru çıxığı adətən əsnəmə, qışqırma, qusma, dişlərin çəkilməsi və ya böyük ölçülü qida topasını udma zamanı ağızın həddindən artıq açılması nəticəsində baş verir. Bəzən bu çıxıq mədənin zondlanması, traxeyanın intubasiyası zamanı, traxeobronxoskopiya zamanı narkoz vəziyyətində müşahidə edilir. Yaranma tezliyindən asılı olaraq çıxıqlar kəskin və adətkar olmaqla iki yerə ayrılır. Travmatik çıxıq adətən aşağı çənə nahiyəsinə zərbə endirərkən əmələ gəlir: zərbənin sagital istiqaməti zamanı çənə aşağı sallanmış vəziyyətdədirsə ikitərəfli çıxıq baş verir; zərbə yan tərəfdən olanda birtərəfli çıxıq əmələ gəlir (zərbənin dəydiyi tərəfdə).Adətkar çıxıqlar gündə bir neçə dəfə əmələ gələ bilər və xəstənin özü tərəfindən yerinə salınır. Adətkar çıxıqlar çox vaxt epileptiklərdə, həmçinin ensefalit keçirmiş şəxslərdə və klonik qıcolmadan əziyyət çəkənlərdə müşahidə edilir. Burxulmanın səbəbləri: oynağın revmatik və ya podaqrik (onların nəticəsində aşağı çənəaltı çuxurun dərinliyi azalır) zədələnməsi; dişlərin itirilməsi və ya patoloji sürtülməsi ilə əlaqədar dişləmin əvvəlki hündürlüyünün dəyişməsi.Adətkar çıxıq aşağı çənənin kəskin çıxığının düzgün müalicə edilməməsi nəticəsində də yarana bilər (çənənin yerinə salınmasında müəyyən vaxt sonra onu immobilizasiya etməmək).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2010 •••••• 0.09
2012 •••••• 0.09
2013 •••••••••••••••••• 0.29
2014 •••••••••••••••••••• 0.34
2015 •••••••••• 0.17
2019 ••••••••• 0.14

çıxıq sözünün leksik mənası və izahı

  • 1 1. is. Oynaqda sümüklərin yerindən oynaması. İmamverdi baba bilirdi ki, çıxığı yerinə tez salmaq lazımdır. Hərgah tez salınmasa yerinə ət gələr və sonra onu düzəltmək çətin olar. S.S.Axundov. 2. sif. Yerindən çıxmış, yerindən oynamış. // İrəli çıxmış, qalxıq. Zaman keçdikcə Güləbətinin üzünün çıxıq sümükləri görünməz olur, rəngi açılırdı. M.İbrahimov. [Nuriyyə:] Lakin Qulu Kəhrizli balaca çıxıq gözlərini gizli bir təbəssümlə oynadaraq birini İmi, digərini isə Cimi deyə, mənə təqdim etdi. İ.Əfəndiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / çıxıq

çıxıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

çıxıq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 ÇIXIQ – BATIQ Sinəsi batıq, sifəti saralıb, çiyinləri qalxıb (Ə.Haqverdiyev); Ayaz gördü ki, onun geniş alnındakı çıxıq, yanaqlarındakı nazik damarlar qızarıb (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / çıxıq

çıxıq sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. вывих (смещение костей в суставе, затрудняющее или делающее невозможным их нормальную подвижность). Çıxığı yerinə salmaq (düzəltmək) вправить вывих. Sınıqçı çıxığı düzəltdi костоправ вправил вывих, мед. anadangəlmə çıxıq врождённый вывих, köhnəlmiş çıxıq застарелый вывих, natamam çıxıq неполный вывих, tam çıxıq полный вывих, təzə çıxıq свежий вывих, travmatik çıxıq травматический вывих II прил. 1. вывихнутый (сдвинутый, смещённый с места – о суставах) 2. мед. выпуклый (выступающий, выдающийся вперёд, образующий округлый выступ). Çıxıq alın выпуклый лоб

    Azərbaycanca-rusca lüğət / çıxıq

çıxıq sözünün inglis dilinə tərcüməsi

çıxıq sözünün fransız dilinə tərcüməsi

çıxıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. сущ. акъатай чка (гъилин, кӀвачин); 2. прил. акъатай, чкадилай юза хьайи; 3. прил. хкатай, хкис хьайи, виликди хкатай; экъис хьайи.

    Azərbaycanca-ləzgicə lüğəti / çıxıq

"çıxıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çıxıq nədir? #çıxıq sözünün mənası #çıxıq nə deməkdir? #çıxıq sözünün izahı #çıxıq sözünün yazılışı #çıxıq necə yazılır? #çıxıq sözünün düzgün yazılışı #çıxıq leksik mənası #çıxıq sözünün sinonimi #çıxıq sözünün yaxın mənalı sözlər #çıxıq sözünün əks mənası #çıxıq sözünün etimologiyası #çıxıq sözünün orfoqrafiyası #çıxıq rusca #çıxıq inglisça #çıxıq fransızca #çıxıq sözünün istifadəsi #sözlük