çınqıl sözü azərbaycan dilində

çınqıl

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çınqıl • 94.6000%
  • Çınqıl • 5.3500%
  • ÇINQIL • 0.0500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çınqıl
Çınqıl, çaydaşı və ya qənbər — dənizin, çayların və göllərin dalğalarının təsiri altında aşılanaraq yumru, hamar forma almış müxtəlif dağ süxurlarının qırıntıları, xırda daş. Çay daşları adətən daha iri olur. 10–20 sm qədər. Dəniz daşları daha yastı və kiçik. Əsasən yol tikintisində və beton istehsalında istifadə olunur.
Çınqıl və pinqvin
Çınqıl və pinqvin (ing. The Pebble and the Penguin) - 1995-ci ildə "Don Bluth Entertainment" tərəfindən istehsal edilmiş qısametrajlı cizgi filmi. Daş və pinqvin — Internet Movie Database saytında.
Ordubad çınqıl-qum qarışığı yatağı
Naxçıvan Çınqıl-Qum Qarışığı Yatağı-II
Naxçıvan Çınqıl-Qum Qarışığı Yatağı-II — Naxçıvan şəhərindən 10 km şimal-şərqdədir. Geoloji quruluşunda Müasir dövrün çaqıl , çınqıl və qum qarışığından ibarət allüvial-prolüvial çöküntüləri iştirak edir. Sahəsi. 2 km2, faydalı qatın qalınlığı 4,5–6,2 metrdir. Texnoloji tədqiqatlara görə, çınqıl-qum qarışığı "250" markalı adi və hidrotexniki beton istehsalına yararlıdır Yatağın V+S1 kateqoriyaları üzrə ehtiyatı 11047 min m3-dir. Yataq 1979-cu ildən istismar olunur. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Naxçıvan Çınqıl Qum Qarışığı Yatağı-I
Naxçıvan Çınqıl Qum Qarışığı Yatağı- I — Naxçıvan şəhərinin cənub hissəsindədir. Geoloji quruluşunda müasir dövrün çaqıl, çınqıl, qayma və qum qarıçığından ibarət allüvial çöküntüləri iştirak edir. Çaqıl-çınqıl qarışığı yuvarlaqlaşmış əhəngdaşı, qumdaşı, andezit -dasit və diorit süxurlarından ibarətdir. Yatağın sahəsi 1,33 km2, faydalı qatın qalınlığı 9,7–9,8 metrdir. Texnoloji tədqiqatların nəticələrinə görə, çaqıl-çınqıl qarışığı "200–250" markalı beton, asfalt-beton istehsalına və hidrotexniki qurğuların tikintisinə yararlıdır. Yatağın V+S1 kateqoriyaları üzrə ehtiyatı 27957 min m3 -dir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Hələb çınqılotu
Hələb çınqılotu (lat. Geum aleppicum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Yayılması == Orta Asiyada, Şimali Amerikada Rusiyanın Avropa hissəsində, Sibirdə, Uzaq Şərqdə yayılmışdır. == Sinonimləri == Geum aleppicum var. bipinnatum (Batalin) Hand.-Mazz. Geum aleppicum var. glabricaule (Juz.) Vorosch. Geum aleppicum subsp. strictum (Sol.) R.T.Clausen Geum aleppicum var. strictum (Sol.) Fernald Geum besserianum Fisch.
Yaz çınqıllıqotu
Yaz çınqıllıqotu (lat. Rhinanthus vernalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin çınqıllıqotu cinsinə aid bitki növü. Hündürlüyü (8) 15-50 sm, gövdəsi düz, zəif tüklü və ya çılpaqdır, tünd rəngli uzununa cizgili və düyünaraları uzanmış olan birillik ot bitkisidir. Yarpaqları qarşı-qarşıya düzülmüş, oturaqdır, uzunsov-neştərvari, neştərvari və ya ensiz neştərvaridir, sivri, küt və ya demək olar ki, yastı dişcikləri olan mişarvari-dişlidir, təpə hissədə qısa daralmışdır, qısa tüklü və kələkötürdür. Tac açıq-sarı rəngdədir, uzunluğu 15-20 mm-dir, tacın borucuğu azacıq bükülmüşdür və kasacıqla eyni uzunluqdadır. Qutucuq ovalşəkillidir, kasacıqdan qısadır, uzunluğu 10-12 mm-dir. Toxumlarının uzunluğu 5 mm-ə qədər, oval, eni 1 mm-ə yaxın olan qanadı vardır. İyul İyul-avqust Azərbaycanda yayılması: BQ (Quba) BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax. dağ. Orta və ya subalp qurşaqlarında.
Çay çınqılotu
Çay çınqılotu (lat. Geum rivale) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. Anemone dodecaphylla Krock. Bernoullia hybrida Raf. Bernoullia rivalis (L.) Raf. Caryophyllata aquatica Lam. Caryophyllata nutans Moench Caryophyllata rivalis (L.) Scop. Geum hybridum Wulfen ex Jacq. Geum nutans Crantz Geum nutans Raf. Geum pallidum Fisch.
Çınqıllıtəpə dağı
Çınqıllıtəpə dağı – Babək rayonu ərazisində dağ (hünd. 826,3 m). Naxçıvan dağarası çökəkliyinin tərkib hissəsi olan Naxçıvan düzünün cənub-şərqində, Naxçıvançayın mənsəbində, Nehrəm kəndindən 4 km-ədək şimal-qərbdə, Araz su qovşağı su anbarının şərq sahilindədir. Orta Miosenin Konka regiomərtəbəsinə aid Tumbul lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş erozion-denudasion mənşəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında yerləşir.
Çınqılotu
Çınqılotu (lat. Geum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Acomastylis Greene Coluria R.Br. Erythrocoma Greene Neosieversia Bolle Novosieversia F.Bolle Oncostylus (Schltdl.) F.Bolle Oreogeum (Ser.) E.I.Golubk. Orthurus Juz. Parageum Nakai & H.Hara Sieversia Willd. Stylypus Raf. Taihangia T.T.Yu & C.L.Li Waldsteinia Willd. Hələb çınqılotu (Geum aleppicum Jacq.) Bolqar çınqılotu (Geum bulgaricum) Kanada çınqılotu (Geum canadense Jacq.) Yapon çınqılotu (Geum japonicum) Geum laciniatum Murr. Geum macrophyllum Willd.
Şəhər çınqılotu
Şəhər çınqılotu (lat. Geum urbanum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. Caryophyllata officinalis Moench Caryophyllata urbana (L.) Scop. Caryophyllata vulgaris Lam. Geum caryophyllata Gilib. Geum hederifolium C.C.Gmel. Geum hirtum Wahlb. Geum hyrcanum C.A.Mey. Geum ibericum Besser ex Boiss. Geum klettianum Peterm.
Bolqar çınqılotu
Bolqar çınqılotu (lat. Geum bulgaricum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü.
Kanada çınqılotu
Kanada çınqılotu (lat. Geum canadense) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü.
Yapon çınqılotu
Yapon çınqılotu (lat. Geum japonicum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü.
Çınqıllıqotu
Çınqıllıqotu (lat. Rhinanthus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinə aid bitki cinsi.

çınqıl sözünün leksik mənası və izahı

  • 1 is. Tikinti işlərində istifadə olunan daş qırıntısı, xırda daş. Çəpərlər aradan bir-bir sökülsün; Palçıqlı yollara çınqıl tökülsün. S.Vurğun. Sən gəzdiyin torpağın çınqılı, çəlik daşı; Sanıram ki, misilsiz bir incidir, gövhərdir. M.Rahim. // Çınqılla örtülmüş, çınqıl döşənmiş; çınqıllı. Çınqıl yol.

    Azərbaycan dilinin izahlı lüğəti / çınqıl

çınqıl sözünün etimologiyası

  • 1 Çaqıl forması da mövcuddur. Su axarkən bir-birinə, ya da iri daşlara to­xunaraq (çaxılaraq) səs salan xırda daşlara deyilir. Çaxılmaq sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / çınqıl

çınqıl sözünün sinonimləri (yaxın mənalı sözlər)

çınqıl sözünün rus dilinə tərcüməsi

  • 1 щебень, галька, гравий

    Azərbaycanca-rusca lüğət / çınqıl
  • 2 I сущ. 1. гравий (осадочная горная порода в виде мелких камешков; употребляется в строительных и дорожных работах). Dağ çınqılı горный гравий, dəniz çınqılı морской гравий, çay çınqılı речной гравий, karxana çınqılı карьерный гравий, yuyulmuş çınqıl промытый гравий, qatışıqlı çınqıl гравий с примесью 2. галька (мелкий, гладкий, окатанный и отшлифованный водой камень) 3. щебень: 1) раздробленный камень или кирпич, употребляемый для дорожных и строительных работ; щебенка 2) геол. осадочная рыхлая горная порода, состоящая из неокатанных, остроугольных обломков. Çınqıl təbəqəsi слой щебня II прил. 1. гравийный. Çınqıl karxanası гравийные карьеры 2. щебневый, щебённый. Çınqıl zavodu щебённый завод

    Azərbaycanca-rusca lüğət / çınqıl

çınqıl sözünün inglis dilinə tərcüməsi

çınqıl sözünün fransız dilinə tərcüməsi

çınqıl sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. кукӀварнавай куьлуь, хирхем къванер; чиргъ, чирх, кьер (рекье твадай); 2. чиргъ ттур (вегьенвай), чиргъ авай, чиргъ квай (мес. рехъ).

    Azərbaycanca-ləzgicə lüğəti / çınqıl

çınqıl sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(İsmayıllı, Quba) itburnu meyvəsi. – Çınqıl dərmana yaxşıdı (Quba)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"çınqıl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çınqıl nədir? #çınqıl sözünün mənası #çınqıl nə deməkdir? #çınqıl sözünün izahı #çınqıl sözünün yazılışı #çınqıl necə yazılır? #çınqıl sözünün düzgün yazılışı #çınqıl leksik mənası #çınqıl sözünün sinonimi #çınqıl sözünün yaxın mənalı sözlər #çınqıl sözünün əks mənası #çınqıl sözünün etimologiyası #çınqıl sözünün orfoqrafiyası #çınqıl rusca #çınqıl inglisça #çınqıl fransızca #çınqıl sözünün istifadəsi #sözlük