Çingi sözü azərbaycan dilində

Çingi

Yazılış

  • Çingi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həsən Çingiz oğlu Hüseynov
Həsən Hüseynov (azərb. Həsən Çingiz oğlu Hüseynov‎; 2 sentyabr 1953, Bakı) — Azərbaycan mənşəli sovet və rus filoloqu — Filologiya üzrə elmlər doktoru (2002), AİM -nin professoru (2012). Mədəniyyət tarixi, klassik filologiya, müasir siyasət və ədəbiyyat sahəsində bir neçə kitab və yüzdən artıq məqalə müəllifidi. "Mifaloji lüğət" və "Dünya xalqlarının mifləri" ensiklopediyasının həmmüəlliflərindəndi. == Bioqrafiya == 1975-ci ildə Moskva Dövlət Universitetinin filologiya fakültəsinin klassik şöbəsinin məzunu olub. Filologiya elmləri namizədi (elmi rəhbəri A. A. Taxo-Qodi, Moskva Dövlət Universiteti, 1979), filologiya elmləri doktoru (elmi məsləhətçi S. Yu. Neklyudov, Rusiya Dövlət Humanitar Universiteti, 2002). A. F. Losev və A. A. Tahxe-Qodinin tələbəsi olmuşdur. Rusiya Teatr İncəsənəti İnstitutunda dərs demiş (1978–1984), sonra SSRİ Elmlər Akademiyasının M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda işləmişdir. 1990–1991-ci illərdə Heydelberqdəki Humboldt Fondunun təqaüdçüsü, 1992–1997-ci illərdə Bremendə Şərqi Avropa İnstitutunda elmi işçi olmuş, Danimarka, Almaniya, ABŞ-nin universitetlərində dərs demiş, "Alman dalğası" internet-nəşrində çalışmış (2001–2006), Bonn Universitetinin dosenti (2002-ci ildən), 2006–2007-ci illərdə yenidən Şərqi Avropa İnstitutunun üzvü olmuşdur.
Temuçin (Çingiz xan)
Çingiz xan və ya Timuçin (monq. Чингис Хаан; təq. 31 may 1162 – 18 avqust 1227 və ya 25 avqust 1227) — Monqol hökmdarı və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında birləşdirərək, insanlıq tarixindəki ən böyük ikinci imperiya olmuş Böyük Monqol imperiyasını (1206–1368) qurmuşdur. == Arxa plan == Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə — bozqır aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər ölkələrdəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nur və Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Nayman qəbiləsi isə keraitlərdən qərbdə məskən salmışdı.
Çingiz
Çingiz — Kişi adı, təxəllüs. Çingiz xan — Çingiz Qacar — Çingiz Əliyev Çingiz Əliyev (rektor) — Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru. Çingiz Əliyev (geoloq) — AMEA-nın müxbir üzvü. Çingiz Əliyev (deputat) — Qızıl şəhərinin deputatı. Çingiz Axundov Çingiz Axundov (dirijor) — Azərbaycan Respublikasının Xalq artisti. Çingiz Axundov (tarixçi) — Azərbaycan tarixçisi. Yaşayış məntəqələri Çingiz (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd.
Çingiz (Baymak)
Çingiz (başq. Сыңғыҙ, rus. Чингизово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Tatlıbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 23 km, kənd sovetliyindən (Tatlıbay): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 68 km. Kənd Samkara çayının sağ sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir.|0 == Tanınmış şəxsləri == Xusain Faizulloviç Akhmetov (1914-1993) — XX əsrin başqırd bəstəkarı. Rəşidə Qilmutdinovna Tuysina (10 may 1942) — rəqqasə, Rusiyanın əməkdar artisti. Ənvər Zakiroviç Asfəndiyarov (15 may 1934) Sovet və rus tarixçisi, tarix elmləri namizədi, professor, Salavat Yulayev ordenli.
Çingiz Abbasov
Çingiz Abbasov — Azərbaycanın neftçi alimi, Bakı Neft texnikumunun direktoru (1973–1981), 80 texnikum üzrə direktorlar şurasının sədri (1974–1980). == Həyatı == Çingiz İsgəndər oğlu Abbasov 27 noyabr 1926-cı ildə Laçın rayonunun Sus kəndində anadan olmuşdur. 2–3 yaşında atasını itirmiş və anası 3 uşağını zəhmətkeşlik ruhunda tərbiyə etmişdir. Sus kəndində məktəb olmadığından kənddən 3–4&;km məsafədə yerləşən Qızılca kənd məktəbinə 1936–1938-ci illərdə təhsil almışdır. 1939-cu ilin yayında ailə Laçın şəhərinə köçmüş və təhsilini orada davam etmişdir. 1946-cı ildə Laçın şəhərindəki orta məktəbi "Əla müvəffəqiyyət və nümunəvi əxlaq üçün" Gümüş medalla bitirmişdir və imtahansız M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə bitirmiş və "Dağ mühəndisi" adını almışdır. 1942–1946-cı illərdə — Laçın şəhər orta məktəbində Baş pioner dəstə rəhbəri (eyni zamanda kitabxanaçı) axşamlar isə kinomexanik köməkçisi işləyib. 1951–1952-ci illər — Dövlət elmi-tədqiqat layihə institutunda (indiki Az. NQS. DETLİ) mühəndis. 1952–1958-ci illər — "Lenin Neft" tresti (hazırkı "Balaxanı Neft" NQÇİ) 8-ci mədəndə neftçıxarma ustası (sahə rəisi), 14 və 12-ci mədənlərdə baş mühəndis və 14-cü mədəndə müdir.
Çingiz Abdullayev
Çingiz Akif oğlu Abdullayev (7 aprel 1959, Bakı) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi (müavini), hüquq elmləri doktoru (1991). == Həyatı == Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.. Çingiz Abdullayevin dördüncü nəsil hüquqşünaslar nəslindəndir. Ata tərəfdən onun ulu babası hələ 1890-cı illərdə Bakıda vəkil köməkçisi olub. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç. Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976–1981) 2024-cü il 13 aprel tarixində reanimasiyaya yerləşdirilib. == Fəaliyyəti == Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984–1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır.
Çingiz Abdullayev (dissident)
Çingiz Abdullayev (1929, Laçın rayonu – bilinmir, Bern) — Sovet dövründə Azərbaycanda milli hərəkatçı, dissident, siyasi mühacir. == Həyatı == 1947–1950-ci illərdə Azərbaycandakı gizli tələbə dərnəklərindən birinin rəhbəri Çingiz Mirzağa oğlu Abdullayev 1929-cu ildə Laçın rayonunda anadan olmuşdur. 1947-ci ildə Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsində oxumağa başlamışdır. Özünə həmfikirlər axtararkən onunla eyni institutda oxuyan Cahid Hilaloğlu ilə tanış olur. Birgə dərnək qurub Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaq istəyirlər. Lakin bu dərnəyin ömrü çox da uzun olmur. Xüsusi xidmət orqanları onların yazdıqlrı vərəqlərin izinə düşür. Beləliklə 1948-ci il avqustun 28-də Çingiz Abdullayev Bakıdakı Varaşilov rayonunun 3-cü sahəsində mühakimə edilir və Azərbaycan SSR CM 213-cü maddəsinin 2-ci bəndilə-yəni "dələduzluqla dövlətə və ya ictimai idarəçiliyə zərər vurmaq"da ittiham edilərək üç il azadlıqdan məhrum etmə ilə cəzalandırılır və institututdan qovulur. O, cəzasını SSRİ-nin ən sərt rejimli cəza müəssisələrində çəkib 1950-ci ilin 19 iyununda azadlığa buraxılır. Bakıda yaşamasına və işləməsinə icazə verməsələr də məsləkdaşları ilə daima əlaqə saxlayır, mübarizənin yeni formalarını düşünür.
Çingiz Abdullayev (ictimai xadim)
Çingiz Əli oğlu Abdullayev (1 aprel 1960, Ağstafa) — professor, texnika üzrə fəlsəfə və kulturologiya üzrə elmlər doktoru, Alman–Azərbaycan Cəmiyyətinin sədri (1994—), "Azərsu" ASC-nin sədrin müşaviri (2011—), sülh səfiri, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin fəxri üzvü. == Ümumi məlumatlar == Çingiz Abdullayev 1 aprel 1960-cı ildə Ağstafa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1977–1982-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. 1982–1985-ci illərdə Keşlə maşınqayırma zavodunda mühəndis olaraq başlamışdır. 1985–1990-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında əyani aspirant, elmi işçi və müəllim işləmişdir. 1990–1994-cü illərdə Alman–Azərbaycan Cəmiyyətinin Azərbaycanda nümayəndəsi olmuşdur. 2008–2011-ci illərdə Bakı Slavyan Universitetinin V.f.Humbolt adına tədris və mədəniyyət mərkəzinin rəhbəri olmuşdur. 2011–2015-ci illərdə Bakı Slavyan Universitetinin Avropaşünaslıq kafedrasının professoru, Ölkəşünaslıq laboratoriyasının elmi işçisi vəzifəsində işləmişdir. 2013–2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının eksperti olmuşdur. 2011–2012 və 2015–2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dissertasiya Şurasının üzvü olmuşdur.
Çingiz Abdullayevin biblioqrafiyası
Çingiz Abdullayevin biblioqrafiyası — azərbaycanlı yazıçı Çingiz Abdullayevin biblioqrafiyası. == Romanlar == Mavi mələklər. Bakı: Yazıçı, 1988 Əclafların qanunu. Bakı: Zaman, 1997 Qanın üç rəngi. Bakı: Azərbaycan, 2001 Allahın tərəfində. Bakı: Çıraq, 2003 Müqəddəs olmaq istəyi. Bakı: Adiloğlu, 2004hj Alçağın üslubu. Bakı: Çıraq, 2005 Məhşər ayağında. 2 cilddə. I cild.
Çingiz Alqazax
Çingiz Alqazax (1938, İğdır – 1992, Ankara) — Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarəçisi, polkovnik. Gəncə, və Şəki üsyanlarının iştirakçısı Qiyas bəy Şıxlinskinin oğlu. == Həyatı və fəaliyyəti == 1938-ci ildə Türkiyənin İqdır şəhərində dünyaya gəlmişdir. 1931-ci ildə Türkiyəyə mühacirət etmiş Qiyas bəy Şıxlinskinin oğludur. Türkiyədə Hərbi Aviasiya Məktəbini bitirmişdir. Paraşüt-desant idmanı üzrə Avropa çempionu olmuşdur. Türkiyə Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət etmiş, aviasiya hərbi eskadrilyasının komandiri olmuşdur, albay (polkovnik) rütbəsinədək yüksəlmişdir. 1992-ci ildə Ankarada vəfat etmiş, dövlət və ordu rəsmilərinin iştirakı ilə dəfn olunmuşdur.
Çingiz Aslanov
Çingiz Aslanov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun televiziya üzrə müavinidir. Telejurnalistdir. == Həyatı == 30 ildən çoxdur televiziya sahəsində çalışır. "Qızıl Qələm" və "Araz" mükafatları ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının əməkdar jurnalistidir.
Çingiz Axundov
Çingiz Axundov (dirijor) — Azərbaycan Respublikasının Xalq artisti. Çingiz Axundov (tarixçi) — Azərbaycan tarixçisi.
Çingiz Axundov (dirijor)
Axundov Çingiz Məmməd oğlu (03.09.1959, Naxçıvan şəhəri) — Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Dövlət Universitetinin "Orkestr alətləri və dirijorluq" kafedrasının professoru, Naxçıvan Dövlət Filarmoniyası kamera orkestrinin bədii rəhbəri və dirijoru. == Həyatı == Çingiz Axundov 1959-cu ildə Naxçıvan şəhərində anadan olub. 1978-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1983-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Orkestr alətləri" fakültəsini bitirib. 1982-ci ildə I "Zaqafqaziya kamera musiqisi" festivalının laureatı olmuş və I dərəcəli diploma layiq görülmüşdür. 1976-cı ildən orkestr ifaçısı kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrı və Azərbaycan Dövlət Filarmoniyasında işləmişdir. 1996-cı ildən Naxçıvan Dövlət Universitetində işləyir. "İncəsənət" fakültəsində ilk xalq çalğı alətləri orkestri, skripkaçılar ansamblı, kiçik tərkibli simfonik orkestrini təşkil etmişdir. Fakültənin "Opera studiyası"nda Ü.Hacıbəyovun "Leyli və Məcnun" operası, "Arşın mal alan" operettasını tələbə orkestri üçün orkestrləşdirmiş və orkestrə rəhbərlik etmiş, bu əsərlərlə Türkiyənin Qars, Trabzon, Samsun, Rusiyanın Novosibirsk şəhərlərində çıxış etmişdir. Pedagoji fəaliyyətlə yanaşı 1985-ci ildən ifaçılıq fəaliyyətilə də məşğul olmuş Naxçıvan Dövlət Filarmoniyasının Kamera orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışır. Bu kollektiv ilə Ü. Hacıbəyovun "Koroğlu" operasını tamaşaya qoyub Türkiyənin Ordu və Türkmənistanın Aşqabad şəhərində konsertlər vermişdir.
Çingiz Axundov (tarixçi)
Çingiz Səməd bəy oğlu Axundov — tarix elmləri namizədi, dosent. == Həyatı == Çingiz Axundov 1932-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Seyidlinin Axundovlar nəslindəndir. Çingiz Axundov 1939–1949 illərdə Ağdam şəhər 1 nömrəli orta məktəbdə oxumuş, 1949–1954 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində ali təhsil almışdır. Çingiz Axundov 1954–1958 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Tarix İnstitutunda işləmiş, aspiranturada oxumuşdur. O, Respublika Komsomol təşkilatının mərkəzi komitəsində şöbə müdiri (1958–1965), Azərbaycan Respublikası Nazirlər Sovetində şöbə müdiri (1965–1969), Azərbaycan Respublikasının Xalq Təsərrüfat İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) müəllim, prorektor, partiya tarixi kafedrasının müdiri (1970–1977) vəzifələrində işləmişdir. Çingiz Axundov 1977-ci ildə Bakıda vəfat etmişdir. == Elmi fəaliyyəti == Çingiz Axundov 1966-cı ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 50-dən çox elmi əsərin müəllifi olmuşdur. == Mənbə == Orxan Zakiroğlu (Baharlı).
Çingiz Aytmatov
Çınğız (Shyngýz, Shyngýs) Töröquloviç Aytmatov (12 dekabr 1928[…], Şəkər[d], SSRİ – 10 iyun 2008[…], Nürnberq, Bavariya) — görkəmli qırğız yazıçısı, ictimai-siyasi xadim. Çingiz Aytmatov dünya ədəbiyyatının bənzərsiz örnəklərini yaradan, əsərlərinin dünyada tərcüməsi və nəşr edilməsinə görə çox nadir yazıçılara xas miqyasa sahib olan yazıçıdırAytmatovun əsərləri dünyanın 174 dilinə tərcümə olunub, əsərlərinin ümumi tirajı 80 milyondur.Ali təhsil almış Çingiz Aytmatov Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. O, 1952-ci ildə yerli qəzetlərdə dərc edilən bir neçə hekayəsi ilə ədəbi mühitə qədəm qoyub. Qırğız yazıçılarının əsərlərini rus dilinə tərcümə edib, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. == Həyatı == Çingiz Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstan Muxtar Sovet Sosialist Respublikasının Talas Kantonunun (indiki Qırğızıstanın Talas vilayəti) Şəkər kəndində anadan olub . Atası — Torequl Aytmatov (1903–1938) əvvəlcə kəndli fəalı, sonra sovet və partiya işçisi, Qırğızıstan SSR-in görkəmli dövlət xadimi olmuşdur. Torequl Aytmatov görkəmli dövlət xadimi idi, lakin 1937-ci ildə millətçilik bəhanəsi ilə həbs olunmuş, 1938-ci ildə isə güllələnmişdir. Anası — milliyyətcə tatar olan Naqimə Abduvəliyeva (1904–1971) ordu siyasi xadimi, sonralar ictimai xadim olmuşdur. O, 1904-cü ildə İssık-göl yaxınlığındakı Karakol şəhərində anadan olmuşdur. Çingiz, qardaşları və bacıları atalarının təkidi ilə həbs olunmamışdan əvvəl Şəkərə köçüblər.
Çingiz Babayev
Çingiz Babayev — Azərbaycanın Milli Qəhrəmanı, 1995-ci il Bakı metrosu yanğını zamanı şəhid olub. == Həyatı == 2 oktyabr 1964-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. Əslən Naxçıvandandır. O Yasamal rayonu 20 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İstitutuna daxil olmuşdur. 1992-ci ildə Əhalinin Əmək və Məşğulluq Mərkəzində aparıcı mütəxəsis olan Çingiz Babayev könüllü olaraq Milli Ordu sıralarına daxil olur. O "N" saylı hərbi hissədə qərərgah rəisi vəzifəsində çalışır. == Ölməz qəhrəman == 28 oktyabr 1995-ci il payız axşamı idi. Bakı metrosu həmişəki kimi iş rejimi ilə işləyirdi. Ulduz metrostansiyası və Nəriman Nərimanov metrostansiyası arasında hərəkət edən qatarda yanğın baş verir və bütün qatarı alov bürüyürdü. Çingiz də bu qatarda sərnişinlər arasında idi.
Çingiz Babayev (milli qəhrəman)

Çingiz Babayev (əsgər)
Çingiz Balayev
Çingiz Biriya
Çingiz Biriya (1961, İran – 27 may 2021, Təbriz) — Azərbaycanlı aşıq. == Həyatı == Aşıq Çingiz Hüseyn oğlu Biriya 1961-ci ildə Qaradağ mahalının Ələzin kəndində anadan olub. Hələ uşaq yaşlarından saza-sözə könül verib. Aşıqlıq sənətini atasından və qardaşlarından öyrənən Çingiz Biriya 14 yaşından aşıqlıq sənəti ilə məşğul olmağa başlayıb. Qaradağın ustad aşıqlarından olan aşıq Rəsul Qurbani, Həsən Qəffari, Hüseyn Əsədidən faydalanıb. Bir neçə dastan bilmişdir. Dəfələrlə beynəlxalq festivallarda çıxış edib, Türkiyəyə, Almaniyaya, Kanadaya dəvət alıb. 30-a yaxın şagird yetirib. O, Rəsul Qurbaninin yanında 4 il şəyirdlik edərək aşıq sənətinin sirlərini öyrənib. Qaradağın tanınmış aşıqlarından biri olmuşdur.
Çingiz Briya

Çingiz Cuvarlinski
Çingiz Mehdi bəy oğlu Cuvarlı (1 may 1913, Yelizavetpol – 13 avqust 2000, Bakı) — akademik, əməkdar elm xadimi. XX əsr Azərbaycan Respublikasının görkəmli elm xadimi olan akademik Çingiz Mehdi oğlu Cuvarlı 1 may 1913-cü ildə Gəncə şəhərində, ziyalı ailəsində, anadan olmuş, Respublikamızın Sovet İttifaqına daxil olan dövründə təhsil alaraq, yaşamış-yaratmış və Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra o, yeni bir enerji ilə öz zəngin bilik və bacarığını müstəqil Respublikamızın möhkəmlənməsinə və inkişaf etməsinə sərf etmişdir. 1960-cı ildən 1962-ci ilədək Azərbaycan SSR EA-nın Energetika İnstitutunun direktoru olmuşdur. == Həyatı == Akademik Çingiz Mehdi oğlunun həyat və elmi fəaliyyətinə həsr olunmuş monoqrafiyalarda və dövrü mətbuatda dərc olunan elmi-publisist məqalələrdə, geniş oxucu kütlələrinə-Ç. M. Cuvarlı portretinin bütün cizgiləri tam kaloriti ilə təqdim olunduğundan, respublikamızda və onun hüdudlarından kənarda bu böyük alimin çoxsaylı pərəstişkarları, onun haqqında olan hər yeni mə'lumatı, hər bir yeni yazını izləyir və onu böyük razılıq hissi ilə qəbul edirlər. Ç. M. Cuvarlı, öz mənalı həyatını energetika elminin sirrilərinin öyrənilməsi, öyrədilməsi, inkişafı, elmi nailiyyətlərin sənaye tətbiqi, energetkanın uyğun elm sahələri ilə vəhdətinin araşdırılması, yeni texnoloji proseslərin və texniki vəsaitlərin işlənilməsi, fundamental məsələlərin nəzəri və praktiki həlli, enerji sistemlərində mövcud olan prosesslərin fiziki-kimyəvi mahiyyətlərinin aşkar edilməsi, proseslərin idarə olunması, enerjinin istehsalı və istehlakında mövcud olan problemlərin həlli, enerji sistemlərinin dayanıqlı işləməsinin nəzəri əsaslarının işlənməsi və sairə mühüm problemlərin həllinə həsr edərək, gərgin əmək sərf etməklə, əldə etdiyi nailiyyətlər sayəsində dünya energitiklərinin arasında geniş tanınmışdır. == Elmi nailiyyətlər == Ç. M. Cuvarlı əməyinin nəticəsi olaraq, ifrat gərginlikdən mühafizə, rele mühafizəsi, qısa qapanma cərəyanlarının məhdudlaşdırılması və s. sahələrdə yaradılan yeni texniki tədbirlərin labaratoriya şəraitində hər tərəfli araşdırılmasında, mürəkkəb elektrik şəbəkələrində dalğa proseslərinin ədədi hesablanması üçün riyazi ifadələr alınmışdır. Bu ifadələr yerdə və məhtillərdə səth effekti, elektrik verilişi xətlərində taclanma prosesləri kimi dissipativ amilləri tam nəzərə almaqla paylanmış parametrli qeyri-xətti elektrik dövrələrinin nəzəriyyəsi sahəsində yerinə yetirilən ən əhəmiyyətli işlərdəndir. Yerlə qeyri-simmetrik qısa qapanma cərəyanlarının məhdudlaşdırılmasının nəzəri əsasları və texniki vasitələri işlənib hazırlanmışdır. Torpaqlayıcı dövrənin qeyri-xəttilik xassəsindən istifadə etməklə, qısa qapanma cərəyanın dəyişmə sürətinin azadılmasının və bu cərəyanın açılmasının asanlaşdırılması istiqamətində işlər inkişaf etdirilmişdir.
Çingiz Cuvarlı

Çingiz Cəfərov
Çingiz Dağçı
Çingiz Dağçı (Krımtatarca: Cengiz Dağcı; 9 mart 1919, Qurzuf, Yalta qəzası[d] – 22 sentyabr 2011, London) — Krım Tatarı yazıçı. == Həyatı == Çingiz Dağçı Qurzufda doğulub. Uşaqlığı Kızıltaş (indiki adıyla Krasnokamenka) kəndində keçib. Çingiz Dağçı Türkiyəyə heç gəlmədiyi halda kitablarını Türkcə ilə yazmış, kitablarının ilk redaktorluğunu da şair Ziya Osman Saba etmişdir. Türkiyədə çap olanan əsərləri sayəsində Türkiyədə bir çox insan Krımı və Krım tatarları nın yaşantılarını öyrənmiş oldu. İlk və orta təhsilini kəndində və Akməscitdə aldı. 1938-ci ildə orta məktəbi bitirdi. Krım Pedaqoji İnstitutunu ikinci kursda ikən İkinci dünya müharibəsi başladı. 1941-ci ildə Ukrayna cəbhəsində Almanlarla əsir düşdü. Almanların məğlub edilməsindən sonra əsir düşərgəsindən qurtularaq müttəfiq dövlətlər ordusuna sığındı.

"çingi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çingi nədir? #çingi sözünün mənası #çingi nə deməkdir? #çingi sözünün izahı #çingi sözünün yazılışı #çingi necə yazılır? #çingi sözünün düzgün yazılışı #çingi leksik mənası #çingi sözünün sinonimi #çingi sözünün yaxın mənalı sözlər #çingi sözünün əks mənası #çingi sözünün etimologiyası #çingi sözünün orfoqrafiyası #çingi rusca #çingi inglisça #çingi fransızca #çingi sözünün istifadəsi #sözlük