çəngi sözü azərbaycan dilində

çəngi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çəngi • 75.0000%
  • Çəngi • 22.5000%
  • ÇƏNGİ • 2.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

çəngi sözünün leksik mənası və izahı

  • 1 is. 1. Dəf çalıb oxuyan və göbək atmaq kimi rəqslər oynayan rəqqasə (başlıca qaraçı qızlardan olur). [Şəhrəbanu xanım:] [Hatəmxan ağa] israğagün aşnası zərdablı Qurban bəyə kağız yazırdı ki, Şamaxı çəngilərinin vədəsini alsın, toya göndərsin. M.F.Axundzadə. 2. Əxlaqsız, həyasız qadın mənasında. [Ziba xanım:] Sənin [vəzirin] gözün örtülüb, uyubsan bir çənginin məkrinə, felinə, təmiz adını-sanını itiribsən. M.F.Axundzadə. // Eyni mənada söyüş kimi işlədilir. [Məşədi Ağabanı Haf Səkinəyə:] Ağız, ay mütrüb, ay çəngi, mən sındırmalı qoz degiləm sındırasan! M.Əliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / çəngi
  • 2 f. 1) dəf çalıb-oxuyaraq oynayan adam; 2) çəngçalan.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / çəngi

çəngi sözünün etimologiyası

  • 1 Həyasız adamlara, xüsusən də qadınlara el arasında çəngi deyirlər. Bu söz qaraçılarla bağlıdır; göbəyini oynadaraq rəqs edən qaraçı qızlarına çəngi deyilib. İndi çəngi sözü “davakar” mənasını kəsb edib. Ehtimal ki, çəngə sözü ilə qohumluğu var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / çəngi

çəngi sözünün sinonimləri (yaxın mənalı sözlər)

çəngi sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 ÇƏNGİ I is. [ fars. ] Dəf çalıb nəğmə oxuya-oxuya oynayan rəqqasə. Çənginin qazandığı ənlik-kirşana gedər (Ata. sözü). ÇƏNGİ II is. Rəzil; murdar; nacins. [ Hafizə xanım: ] Bəli, indi də it-qurd küçüyü saxlayacağam. Götür, çıx çölə, çəngi (Ə.Haqverdiyev).

    Azərbaycan dilinin omonimlər lüğəti / çəngi

çəngi sözünün rus dilinə tərcüməsi

  • 1 1. стерва, подлый, отвратительный человек; 2. вакханка;

    Azərbaycanca-rusca lüğət / çəngi
  • 2 сущ. 1. см. çəng 3. Çəngi səsi звуки чанга 2. устар. танцовщица 3. устар. вакханка (о сладострастной женщине) 4. бран. бесстыдница, бесстыжая

    Azərbaycanca-rusca lüğət / çəngi

çəngi sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. чинги (1. гъиле тафт аваз манияр лугьудай, пицӀ къугъурариз кьуьлердай дишегьли (гзафни-гзаф къарачидин рушариз лугьуда); 2. чалкечир, ахлакьсуз, гьаясуз дишегьли манада).

    Azərbaycanca-ləzgicə lüğəti / çəngi

çəngi sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Gədəbəy, Gəncə, Qazax, Qax, Kürdəmir, Şuşa, Zaqatala) bax çengi. – O, çənginin biridi, ona qoşulmasan yaxşıdı (Şuşa); – Çəngiynən üz-üzə durmax yaxşı döy (Gəncə); – Xanım çəngidi (Zaqatala)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"çəngi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çəngi nədir? #çəngi sözünün mənası #çəngi nə deməkdir? #çəngi sözünün izahı #çəngi sözünün yazılışı #çəngi necə yazılır? #çəngi sözünün düzgün yazılışı #çəngi leksik mənası #çəngi sözünün sinonimi #çəngi sözünün yaxın mənalı sözlər #çəngi sözünün əks mənası #çəngi sözünün etimologiyası #çəngi sözünün orfoqrafiyası #çəngi rusca #çəngi inglisça #çəngi fransızca #çəngi sözünün istifadəsi #sözlük