Səadətyar xan Rəngin
Səadətyar xan Təhmasibqulu xan oğlu Rəngin (1757 – 1835, Lakhnau, Britaniya Hindistanı) — Azərbaycan əsilli urdu şairi.
== Həyatı ==
Azərbaycan xalqının Hindistanda yaşayıb yaratmış oğullarından biri şair Səadətyar xan Rəngin (1767-1835). Atası, Təhmasibqulu bəy, xan Etiqat Cəng Nadir şah Qırxlı-Avşarın ordusuyla Hindistana getdi. Orda ordu başçısı oldu. Müqiməddövlə ləqəbini daşıyırdı.
Rəngin, həyatının çoxunu Böyük Moğollar imperiyası şahzadəsi Mirzə Süleyman-Şukuhun xidmətində Luknovda keçirdi. Türk dilində yaradıcılığı, çalışmaları, "Nişab-i Türki" adında bir Türk-Urdu lüğəti və Məcmuai-Rengində bir neçə sətiri əhatə edir.
Cürət, İnşallah xan İnşa, Rəngin və daha çox Dehlili şair Lakhnova gəldikdən sonra, fikir, dünyəvi görüş və yaşayış etibariylə Lakhnovlu olmuşdular.
Əsgəri meydanda alanda heç bir təsiri olmayan və tamamilə ingilis müstəmləkəsi altına girən, ancaq iqtisadi cəhətdən yaxşı, sosial və siyasi açıdan sükunətin və əmniyətin hakim olduğu Laknovda nəvvablar, soylular və xalq, özlərini
zövq və əyləncəyə vermiş; dünyəvi istək və arzularını, ola bildiyincə yerinə yetirmişdilər.
== Mənbə ==
Ənvər Çingizoğlu, Hindistanda yaşayıb-yaratmış Azərbaycan aydınları, Bakı: Mütərcim, 2014, 322 səh.