* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Qafqazlıların üstdən geyilən, beli büzməli, uzun, kişi milli geyimi. Çərkəzi çuxa (döşündə vəznələri olan çuxa növü). – [Usta Ağabala] dolahadola neçə arşın qurşağını açıb tökdü və sonra çuxa, arxalıq, canarxalıq – hamısını birdən çıxarıb tappıltı ilə saldı keçənin üstünə. Çəmənzəminli. Kəndli 45-50 yaşında, göy çuxa geymiş, ucaboylu, sarı və bozsaqqallı bir kişi idi. T.Ş.Simurq.
Azərbaycan dilinin izahlı lüğəti / çuxa2 Beli büzməli, uzun kişi üst geyimi. (“Koroğlu” dastanının lüğəti) Baxdı ki, bu əynində çuxa, ayağında bağdadı başmaq, başında tirmə şal, enlikürək, qarnıyoğun bir kişidi. (“Durna teli”)
Azərbaycan dastanlarının leksikası / çuxa1 ÇUXA I is. köhn. Qafqazda üstdən geyilən uzun kişi paltarı. Murad çuxanın ətəyindən dartıb yerə oturtdu (Ə.Vəliyev). ÇUXA II is. Bəxt, tale. Qara çuxa yatdı, ala çuxa qalxdı (Ata. sözü).
Azərbaycan dilinin omonimlər lüğəti / çuxa2 сущ. чуха, чоха (верхняя мужская одежда у некоторых кавказских народов, со стоячим воротником и рукавами до локтя). Vəznəli (çərkəzi) çuxa чоха с газырями на груди, черкеска
Azərbaycanca-rusca lüğət / çuxa1 is. vêtement m de dessus chez certains peuples caucasiens, dont les manches sont jusqu’aux coudes, paletot m caucasien
Azərbaycanca-fransızca lüğət / çuxa