Nuxa sözü azərbaycan dilində

Nuxa

Yazılış

  • Nuxa • 96.1905%
  • nuxa • 1.9048%
  • NUXA • 1.9048%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nuxa
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
Nuxa dialekti
Şəki dialekti və ya əvvəlki adı ilə Nuxa dialekti — Azərbaycan dilinin dialektlərindən biri. == Tarixi == Azərbaycan dilinin dialekt və şivələrinin formalaşması Azərbaycan xanlıqları və sultanlıqlarının yarandığı XVIII əsrə gedib çıxsa da, Nuxa dialekti fərqlənir. Oleq Mudrak(ru) tərəfindən həyata keçirilən dillər arasındakı uyğunluq analizinə və morfologiya və tarixi fonetikaya əsaslanan qlottoxronologiya metodlarına əsasən Nuxa dialektinin ümumazərbaycan dilindən ayrılması Əmir Teymurun (~1360-cı il) dövrünə gedib çıxır.Şəki şivəsi bəzi xüsusiyyətləri etibarilə cənub ləhcəsinin qədim izlərini daşıyır. Bunun səbəbi tarixən olmuş miqrasiyanın — Azərbaycanın cənub hissəsindən əhalinin köçürülməsidir. Həmçinin bəzi dialektik xüsusiyyətlər Qarabağdan Şəkiyə köçmüş və yerlilərlə qarışmış əhalidən miras qalmışdır. == Klassifikasiya == Filologiya elmləri doktoru Məmmədağa Şirəliyev tarixi–coğrafi prinsip əsasında Şəki dialektini Şimal qrupuna aid edir: Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Nuxa dialektini Şimal qrupuna aid edir: İsveçli dilçi və türkoloq Lars Yohanson Nuxa dialektini Şimal qrupu dialektlərinə aid edir: == Gürcü dilindən keçmiş sözlər == cincar — kicitkən, gürcü dilində eyni mənada işlənir; məngəl — oraq, qədim gürcü dilində orağa manqal deyilirdi; axşebı — yer adı, gürcü dilində axo — əkin yeri, eb — cəm şəkilçisidir.
Nuxa fəhləsi
"Şəki" — 1921-ci ildən nəşr edilən və nəşri davam edən qəzet. == Tarixi == İlk olaraq "Şəki fəhləsi" adı ilə nəşrə başlamış, daha sonra "Nuxa işçisi", "Nuxa fəhləsi" adlanmışdır. 8.05.1962-ci il − 30.06.1965-ci il tarixləri arasında nəşri dayandırılmış, onun bazası əsasında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin Nuxa məhəlli kolxoz-sovxoz istehsalat idarəsi yanında rayonlararası qəzet kimi "Lenin bayrağı" adlı qəzet nəşrə başlamışdır. Daha sonra "Lenin bayrağı" qəzetinin 175-ci sayından (17.03.1963) 457-ci sayınadək (17.01.1965) həmin qəzet Vartaşen Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin, Nuxa Şəhər Partiya Komitəsinin, Vartaşen Rayon və Nuxa Şəhər Sovetləri İcraiyyə Komitələrinin orqanı olmuş, o dövrlərin rayon qəzetləri kimi həftədə cəmi 3 dəfə çıxmışdı. "Lenin bayrağı" qəzetinin 30 iyun 1965-ci il tarixli 525-ci sayından sonra, həmin qəzet bir daha çap edilməmişdir. Əvəzində, 2 iyul 1965-ci il tarixdə "Nuxa fəhləsi"nin nəşri bərpa edilmişdir. Bundan sonra "Vartaşen kolxozçusu" qəzeti "Lenin bayrağı" adlandı və Sovet dövrünün sonuna qədər həmin ad altında nəşr olundu. 18 mart 1968-ci ildə Nuxa şəhərinin və Nuxa rayonunun adları müvafiq olaraq “Şəki şəhəri” və “Şəki rayonu” olaraq dəyişdirildikdən sonra "Nuxa fəhləsi" qəzetinin adı da "Şəki fəhləsi" olaraq dəyişdirildi. 1991-ci ildən sonra isə qəzet "Şəki" adı ilə nəşr edilir.
Nuxa qalası
Nuxa qalası — indiki Şəki şəhərindəki qala. Şəki şəhəri 1969-cu ilə qədər "Nuxa" adlandığına görə bu qala da "Nuxa qalası" adı ilə məşhur idi. Hal-hazırda Azərbaycan Respublikası ərazisindəki salamat qalmış ən böyük orta əsr istehkamı olsa da, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Qala divarları" adı altında memarlıq abidəsi kimi inventarlaşdırılmışdır (inventar № 330). == Ümumi məlumat == Bəzi mənbələrə görə qala 1765-ci ildə tikilmişdir. Qala divarlarının ümumi uzunluğu 1300 m, şimal tərəfdəki divar 4 m hündürlüyündə, cənub tərəfindəki divar isə 8 m hündürlüyündədir. Qala divarlarının qalınlığı 2.2 m-dir. Qalanın cənub və şimal tərəflərdən iki darvazası və mühafizəsi üçün nəzərdə tutulmuş bürcləri vardır. 1825-cı ilə aid mənbədə göstərilir ki, qala divarları bişmiş kərpiclə tikilmişdir, lakin hal-hazırda divarlar əsasən çay daşından hörülmüş vəziyyətdədir. Firidun bəy Köçərlinin şəhadətinə görə, qalanın divarları elə tikilmişdir ki, yuxarıdan baxdıqda adı ərəb əlifbası ilə "Məhəmməd… (xan)" kimi oxunur.Xanlıq dövründə qalada xanın özü, ailəsi, qohumları yaşayırdılar. İndi "Şəki xan sarayı" adlanan bina isə o vaxt Divanxana idi.
Nuxa qəzası
Nuxa qəzası (rus. Нухинский уезд ), Şəki qəzası — 1840-1929-cu illər arasında Cənubi Qafqazda inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi. Cənubi Qafqazın Rusiya imperiyasının işğalı altında olduğu dövrdə, Şəki əyalətinin 22 (10) aprel 1840-cı il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən yeni yaradılmış Kaspi vilayətinin tərkibinə daxil edilməsi və bundan sonra qəza adlandırılması nəticəsində meydana çıxmışdır. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edilmişdir. 1873 ildə isə ərazisinin bir hissəsində ayrıca bir qəza — Ərəş qəzası təşkil edilmiş və bununla da qəzanın ərazisi yarıbayarı kiçildilmişdir. Qəza Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) və Azərbaycan Sovet Sosialist Respublikasının ilk 9 ili ərzində də inzibati-ərazi kimi mövcud olmuşdur. 1929-cu ildə ləğv edilmiş, ərazisi yeni yaradılmış Zaqatala-Şəki mahalına daxil edilmişdir. Qəza 1840–1846-cı illərdə "Şəki qəzası", 1846–1918-ci illərdə isə "Nuxa qəzası" adlanmışdır. 1918–1929-cu illərdə qəza həm "Nuxa qəzası" və həm də "Şəki qəzası" adlanıb.
Nuxa rayonu
Şəki rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi. == Tarixi == Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və.s. kimi adlandırılmışdır. Şəki şəhəri uzun müddət Nuxa da adlanmışdır. Qədim müəlliflərdən biri olan Ptolomey Alban şəhərləri içərisində "Niqa" adlı yaşayış məntəqəsinin olduğunu qeyd etmişdir. A.Bakıxanovun yazdığına görə Nuxa şəhəri yerinin vəziyyətinə görə həmin Naxiya və Naciya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayılırdı. A.Y.Krimski Niqanın sonrakı Nuxa olması mülahizəsinə şərik çıxır. Lakin XIX əsrin başlanğıcında həmin mülahizənin əleyhdarları da var idi. Akademik V.Dorn belə hesab edirdi ki, Niqa Liberiya ilə Alazan arasında olan sahədə yerləşirdi və onu Nuxa ilə eyniləşdirmək olmaz.
Nuxa tətilləri
Şəki tətilləri və ya Nuxa tətilləri — Şəki (o vaxtlar Nuxa) fəhlələrinin iqtisadi və siyasi tətilləri. 1903, 1905, 1907, 1912, 1915 və 1917-ci illərdə keçirilmişdir. Tətillərin səbəbləri müxtəlif olmuşdur. 1903-cü il tətili Bakı tətili ilə həmrəylik, 1905-ci il tətili Qanlı bazar hadisəsinə etiraz, 1907-ci il tətili Lena gülləbaranına etiraz, digər tətillər isə iqtisadi və siyasi problemlərə etiraz üçün keçirilmişdi. Yerli bolşevik rəhbərliyinin iştirakı ilə keçirilən tətillərin əksəriyyəti fəhlələrin qələbəsi ilə nəticələnmişdir. == 1903-cü il tətili == Bakı proletariatının iyul ümumi tətili ilə həmrəylik əlaməti olaraq Nuxa (indiki Şəki) ipək emalı müəssisələrində baş vermişdir. Fəhlələr iş və mənzil şəraitlərinin yaxşılaşdırılması, əmək haqqının artırılması və s. tələblər irəli sürmüşdür. Fəhlələrin inqilabi çıxışından narahat olan Çar Rusiyası hökuməti polis nəzarətini qüvvətləndirmişdir. "İskra" hökumətin bu tədbiri haqqında yazmışdır ki, ölkəni ram etmək üçün hökumət Cənubi Qafqazın 4 şəhərində, o cümlədən Nuxada polis nəzarəti tətbiq etmişdir.
Nuxa şəhəri
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
Soltan Nuxa
Soltannuxa — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Soltannuxa kəndi Böyük Pirəli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Soltannuxa kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Oykonim Soltan antroponimindən və Nuxa toponimindən ibarətdir. Kəndin əsasını Nuxa (indiki Şəki) şəhərindən çıxmış Soltan (Nuxalı Soltan) adlı şəxs qoyduğuna görə belə adlanmışdır. Rayonun ərazisində Soltanuşağı adlı yer də qeydə alınmışdır. Kənd sakinlərinin verdiyi məlumata görə, Şəki bəyi olan Soltan bəy Şəkinin Nuxa adlandığı vaxtlarda bu kəndə sahiblənmiş və kəndin hazırkı adının Soltannuxa olması bilavasitə Nuxa kəndindən Soltan bəy mənasını daşıyır. == Tarixi == Kənd 1768-cu ildə yaradılmışdır. Qəbələ radiolokasiya stansiyası bu kəndin təpələrində yerləşir. == Coğrafiyası və iqlimi == Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Soltannuxa kəndi təpədə meşədən, yamacda otlaq sahələrindən və ətəkdə isə yaşayış evlərindən ibarətdir.
Nuxa dairəsi
Nuxa dairəsi və ya Nuxa mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1930-cu ilin yanvar–avqust aylarında mövcud olmuş inzibati-ərazi vahidi. Şəki dairəsi və ya Şəki mahalı kimi də anlandırılmışdır. == Tarixi == Nuxa dairəsi Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə Zaqatala-Nuxa dairəsinin iki yerə (Zaqatala və Şəki dairələrinə) bölünməsi nəticəsində müstəqil inzibati vahid kimi yaradılmışdır.SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Nuxa dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.
Nuxa mahalı

Nuxa fəhləsi (qəzet)
"Şəki" — 1921-ci ildən nəşr edilən və nəşri davam edən qəzet. == Tarixi == İlk olaraq "Şəki fəhləsi" adı ilə nəşrə başlamış, daha sonra "Nuxa işçisi", "Nuxa fəhləsi" adlanmışdır. 8.05.1962-ci il − 30.06.1965-ci il tarixləri arasında nəşri dayandırılmış, onun bazası əsasında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin Nuxa məhəlli kolxoz-sovxoz istehsalat idarəsi yanında rayonlararası qəzet kimi "Lenin bayrağı" adlı qəzet nəşrə başlamışdır. Daha sonra "Lenin bayrağı" qəzetinin 175-ci sayından (17.03.1963) 457-ci sayınadək (17.01.1965) həmin qəzet Vartaşen Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin, Nuxa Şəhər Partiya Komitəsinin, Vartaşen Rayon və Nuxa Şəhər Sovetləri İcraiyyə Komitələrinin orqanı olmuş, o dövrlərin rayon qəzetləri kimi həftədə cəmi 3 dəfə çıxmışdı. "Lenin bayrağı" qəzetinin 30 iyun 1965-ci il tarixli 525-ci sayından sonra, həmin qəzet bir daha çap edilməmişdir. Əvəzində, 2 iyul 1965-ci il tarixdə "Nuxa fəhləsi"nin nəşri bərpa edilmişdir. Bundan sonra "Vartaşen kolxozçusu" qəzeti "Lenin bayrağı" adlandı və Sovet dövrünün sonuna qədər həmin ad altında nəşr olundu. 18 mart 1968-ci ildə Nuxa şəhərinin və Nuxa rayonunun adları müvafiq olaraq “Şəki şəhəri” və “Şəki rayonu” olaraq dəyişdirildikdən sonra "Nuxa fəhləsi" qəzetinin adı da "Şəki fəhləsi" olaraq dəyişdirildi. 1991-ci ildən sonra isə qəzet "Şəki" adı ilə nəşr edilir.
Nuxa qəza məktəbi
Qəza məktəbləri — 1829-cu il nizamnaməsinə əsasən XIX əsrin 30-cu illərində Azərbaycanda ilk dünyəvi təhsil verən məktəblər. == Tarixi == Zaqafqaziyanın baş hakimi general A.P.Yermolov XMN-nə yazırdı ki, hal-hazırda Cənubi Qafqaz daxilindəki Azərbaycan xalqları ilə, həmçinin xarici qonşu hökumətlərlə saysız-hesabsız əlaqələr Azərbaycan dilini bilən bacarıqlı adamlar, təcrüməçilər olmadan mümkün deyil. Məhz bunun nəticəsi idi ki, hələ XIX əsrin əvvəllərində Tiflis Nücəba Məktəbində Azərbaycan dili də tədris edilməyə başlandı. Admiral Mordvinovun 1816-cı il iyunun 19-da mərkəzi hökumətə müraciəti bu cəhətdən xarakterikdir. O yazırdı: Cənubi Qafqazı gəzən general-adyutant Sipyagin yazırd: Tiflis hərbi qubernatoru, general-adyutant Sipyagin 1827-ci ildə Cənubi Qafqazın bir sıra şəhərlərində, o cümlədən, Nuxada (indiki Şəkidə), Qazax distansiyasında, Şamaxı, Şuşa, Bakı və Qubada qəza məktəbləri açmaq fikrini irəli sürdü. Sonralar həmçinin Naxçıvan və Ordubadda da belə məktəblər açmaq zərurəti meydana çıxdı. Bu məktəblərdə yerli dillərin tədrisi, həmçinin kənd təsərrüfatı kursu və bağçılıq peşəsi öyrədilməsi də lazım bilinirdi. Məktəblərin hər birinə 2 müəllim təyin edilməsi, bunlardan baş müəllimə ildə gümüş pulla 300 manat, kiçik müəllimə isə 250 manat maaş təyin edilməsi məsləhət görülürdü. Rusiya xalq maarif naziri Sişkov 1825-ci ilin aprelində general Yermolova göndərdiyi xüsusi məktubunda onu əmin edirdi ki, maarif və məktəb vasitəsilə yerli əhalidə Rusiyaya rəğbət oyatmaq üçün ondan asılı olan hər şeyi edəcəkdir. O, həmçinin Yermolovun məktəb üçün pul vəsaiti tələbini ödəməyi öhdəsinə götürürdü.
Zaqatala-Nuxa dairəsi
Zaqatala-Nuxa dairəsi və ya Zaqatala-Nuxa mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. Zaqatala-Şəki dairəsi və ya Zaqatala-Şəki mahalı kimi də anlandırılmışdır. == Tarixi == Zaqatala-Nuxa dairəsi VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzaların ləğv edilməsi nəticəsində yaradılmışdır. Nuxa və Zaqatala qəzalarını əvəz etmişdir. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə Zaqatala-Nuxa dairəsi ləğv edilərək iki yerə — Zaqatala və Nuxa dairələrinə bölünmüşdür.
Zaqatala-Nuxa mahalı

Lenin bayrağı (qəzet, Nuxa)
Lenin bayrağı — 8.05.1962-ci il − 30.06.1965-ci il tarixləri arasında Nuxa (Şəki) şəhərində nəşr olunmuş qəzet. == Tarixi == "Nuxa fəhləsi" qəzetinin bazasında yeni bir qəzet kimi yaradılmış, ilk nömrəsi 8 may 1962-ci il tarixdə işıq üzü görmüşdü. "Lenin bayrağı"nın nəşr olunduğu dövr ərzində "Nuxa fəhləsi" çap edilməmişdi. Amma əgər "Nuxa fəhləsi" Azərbaycan KP Nuxa şəhər komitəsi və rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin orqanıydısa (6 may 1962-ci il), "Lenin bayrağı" Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin qəzeti olmaqla, Nuxa məhəlli kolxoz-sovxoz istehsalat idarəsi yanında rayonlararası qəzet kimi nəşrə başlamışdı. "Nuxa fəhləsi"nin həftədə 3 sayı çap olunmuşdusa (1961), "Lenin bayrağı" əvvəlcə bir müddət həftədə 4 dəfə çap edildi. "Nuxa fəhləsi" kimi, "Lenin bayrağı"nın da redaktoru Məhyəddin Abbasov idi. O cümlədən, nəşri dayanmış "Nuxa fəhləsi" qəzetinin digər ştatlı əməkdaşları da "Lenin bayrağı" qəzetinin redaksiyasında əmək fəaliyyətlərini davam etdirirdilər. "Lenin bayrağı" qəzeti nəşrə başladıqdan 7-8 ay sonra, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı ilə Nuxa rayonunun ərazisi, Nuxa şəhəri istisna olmaqla, Vartaşen rayonuna birləşdirildi. 2 il sonra isə Nuxa rayonu, əvvəlki hüdudlarında yenidən bərpa edildi. Bu iki il müddətində "Lenin bayrağı" qəzetinin redaksiya ofisi əvvəlki kimi yenə də Nuxa şəhərində yerləşmişdi və qəzet yalnız Nuxa mətbəəsində çap olunmuşdu.
Nuxa-Hürriyyəti-Maarif Cəmiyyəti
Nuxa-Hürriyyəti-Maarif Cəmiyyəti — XX əsrin əvvəllərində Şəkidə fəaliyyət göstərən və əsas məqsədi maarifçilik olan cəmiyyət. Nuxa-Hürriyyəti-Maarif Cəmiyyətinin hədəfləri mövcud təhsil müəssisələrinə yardım etmək, yeni məktəb və mədrəsələr açmaq, tələbələrə təqaüd vermək, müəllimlərin hazırlığını təmin etmək, teatr tamaşaları, elmi və ədəbi məclislər təşkil etmək, vacib kitabları çap etdirmək olub. == Haqqında == Nuxa Hürriyyəti Maarif Cəmiyyəti 1917-ci il aprel ayında yaranıb. Cəmiyyətin 18 nəfər fəxri, 76 nəfər həqiqi üzvü var idi. Cəmiyyətin fəxri sədri Nurmuhəmməd Əfəndi İmamzadə, sədrin müavini və xəzinədar Abdulla Əbdülrəhmanzadə, katibi isə Veysəl Mustafazadə olub. Cəmiyyətin hədəfləri mövcud təhsil müəssisələrinə yardım etmək, yeni məktəb və mədrəsələr açmaq, tələbələrə təqaüd vermək, müəllimlərin hazırlığını təmin etmək, teatr tamaşaları, elmi və ədəbi məclislər təşkil etmək, vacib kitabları çap etdirmək olub. Cəmiyyət ilk olaraq 60 nəfərə yaxın tələbənin təhsil aldığı ibtidai məktəb müəllimi hazırlayan kurs açdı. Burada təhsil alanlar yalnız Şəkidən yox, həm də Şamaxı, Qaryagin və digər bölgələrdən idilər. Cəmiyyət tələbələrin məişət ehtiyaclarını ödəmək üçün təqaüd də verirdi. Üç aylıq təhsil prosesi başa çatdıqdan sonra uğurla imtahan verən 35 nəfər tələbəyə kursu bitirdikləri üçün diplom verildi.
Nuxay Batırmurzayev
Nuxay Batırmurzayev (qum. Нухай Батырмурзаев; 1865, Yaxsay, Xasavyurd rayonu – 18 sentyabr 1919, Xasavyurd, Dağıstan MSSR) ― qumuq yazıçı, maarifçi. == Həyatı == Batırmurzayev Nuxay 1865-ci ildə Yaxsay kəndində kasıb bir ailədə anadan olub. Doğma kəndində mədrəsədə təhsil alıb. Erkən yaşlarından yazmağı və oxumağı bacarıb, uşaqlıqdan türkcə kitablar oxuyub şərq ədəbiyyatı ilə yaxından tanış olub. Batırmurzayev ilk əsəri 1906-cı ildə yazıb. 1916-cı ildə oğlu Zeynalabdin və digərləri ilə birgə Xasavyurtda "Tanq Çolpan" (səhər ulduzu) ədəbi-dram dərnəyinin əsasını qoyub. Dağıstan ədəbiyyatında realist nəsrin əsasını qoyub. Qumuqları ana dilində oxumağa həvəsləndirmək məqsədilə bir çox ərəb nağıllarını qumuqcaya çevirib. Nəsr əsərlərinə nümunə kimi "Davud və Leyla", "Yazıq Həbibət və bəxtsiz Canbikə" əsərlərini göstərmək olar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.31 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2003 ••• 0.79
2004 •• 0.67
2006 0.23
2008 0.24
2009 0.16
2010 •• 0.36
2011 ••• 0.69
2012 ••• 0.69
2013 0.15
2014 0.17
2015 0.17
2016 0.17
2017 0.16
2019 0.14

"nuxa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nuxa nədir? #nuxa sözünün mənası #nuxa nə deməkdir? #nuxa sözünün izahı #nuxa sözünün yazılışı #nuxa necə yazılır? #nuxa sözünün düzgün yazılışı #nuxa leksik mənası #nuxa sözünün sinonimi #nuxa sözünün yaxın mənalı sözlər #nuxa sözünün əks mənası #nuxa sözünün etimologiyası #nuxa sözünün orfoqrafiyası #nuxa rusca #nuxa inglisça #nuxa fransızca #nuxa sözünün istifadəsi #sözlük