nurla sözü azərbaycan dilində

nurla

Yazılış

  • nurla • 96.8116%
  • NURLA • 1.7391%
  • Nurla • 1.4493%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nurlan
Nurlan — ad. Nurlan Novruzov — Azərbaycan futbolçusu. Nurlan İbrahimov — Azərbaycanlı yüngül atlet. Nurlan Növrəsli — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti (2016) Nurlan Abdullazadə — Azərbaycan Silahlı Qüvvələrinin giziri. Nurlan Əsgərov — Azərbaycan Silahlı Qüvvələrinin giziri. Nurlan Qasımov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.DigərNurlan nəşriyyatı — Azərbaycanda nəşriyyat evi.
Nurlan Abdalov
Nurlan Abdalov (azərb. Abdalov Nurlan Faiq oğlu;‎12 iyun 2000, Sumqayıt – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Abdalov Nurlan Faiq oğlu 12 iyun 2000 - ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2006-2017- ci illərdə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2012-2015 -ci illərdə Sumqayıt şəhər Dostluq Mədəniyyət Mərkəzinin Rəssamlıq kursunu bitirmişdir. == Hərbi xidməti == 2018- ci ildə həqiqi hərbi xidmətə çağırılmış və 2020 - ci ilin yanvar ayında hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmət dövründə vəzifəsi baş sürücü olmuş, ailəsinə 2 dəfə təşəkkur məktubu göndərilmişdir. Müddətdən artıq hərbi xidmət üçün yenidən ordu sıralarına yazılmış və 2020- ci il yay aylarından etibarən müddətdən artıq hərbi xidmətə başlamış və manqa komandiri baş çavuş vəzifəsinə yüksəlmişdir. Azərbaycan Ordusunun çavuşu olan Nurlan Abdalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana qarşı başlanan əks-hücum əməliyyatlarında iştirak etmiş,2-ci Qarabağ müharibəsində mərdliklə vuruşmuş, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd uğrunda döyüşlərdə iştirak etmişdir. 3 noyabr 2020- ci ildə Xocavənd uğrunda gedən qızğın döyüşlərdə həlak olmuşdur. 5 noyabr 2020-ci ildə Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Nurlan Abdullayev
Nurlan Abdullayev (hərbçi) — Nurlan Abdullayev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Nurlan Abdullayev (əsgər)
Nurlan İnqilab oğlu Abdullayev (26 yanvar 1992, Beyləqan rayonu – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdullayev Nurlan İnqilab oğlu 1992-ci il 26 yanvarda Beyləqan rayonunda anadan olub. 1999-cu ildə Beyləqan rayonu N.Allahverdiyev adına 1 nömrəli məktəbində 1ci sinifə getmişdir. 2010-cu il də həmin məktəbi bitirib. == Ailəsi == Ailəlidir, 1 qız övladı var. == Hərbi xidməti == Nurlan Abdullayev 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Tərtər rayonu istiqamətində ön cəbhəyə müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidməti bitirdikdən sonra, 2014-cü ildə könüllü olaraq Beyləqan rayonunda MAXE hərbi qulluqçu kimi ordu sıralarına qoşulmuşdur. 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Ordusunun əsgəri olan Nurlan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonu istiqamətindəki gedən döyüşlərdə savaşıb. Nurlan Abdullayev sentyabrın 30-da Füzuli və Cəbrayıl rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Nurlan Abdullazadə
Nurlan Rasim oğlu Abdullazadə (d. 14 fevral 1994; Zərdab, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Nurlan Abdullazadə 1994-cü ilin 14 fevral günündə Zərdab rayonunun Böyük Dəkkə kəndində anadan olub. == Hərbi xidməti == Gizir Nurlan Abdullazadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə Nurlan Abdullazadə doğulduğu Zərdab rayonunun Böyük Dəkkə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Abdullazadə uğrunda şəhid olduğu torpağa tapşırıldı. Nurlan Abdullazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Nurlan Ağa
Nurlan Xanağa oğlu Salamov və ya Nurlan Ağa (8 fevral 1996, Bakı – 11 oktyabr 2021, İstanbul) — azərbaycanlı jurnalist. == Həyatı == Nurlan Ağa 1996-cı il fevralın 8-də Bakı şəhərində anadan olub.2021-ci il oktyabrın 11-də Türkiyənin İstanbul şəhərində koronavirusdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Masazır qəbiristanlığında torpağa tapşırılıb. == Təhsili == Nurlan Ağa 2002–2013-cü illərdə Əliağa Vahid adına 1 saylı Masazır tam orta məktəbində təhsil alıb.2013–2017-ci illərdə yüksək balla qəbul olduğu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr pilləsi üzrə təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə bitirib. 2017–2019-cu illərdə isə həmin fakültədə magistr pilləsi üzrə təhsil alıb. 2019-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasını ən yüksək ortalama ilə bitirib və fərqlənmə diplomu ilə məzun olub. 2019-cu ildə Atatürk Universiteti Sosial Elmlər İnstitutu Kommunikasiya fakültəsində doktorantura pilləsi üzrə təhsil almağa başlayıb. == Fəaliyyəti == 2018-ci ildən etibarən AzNews.az informasiya portalında beynəlxalq xəbərlər müxbiri, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunda "Füyuzat" və "İşıq" jurnallarının sosial media meneceri olaraq çalışıb. "Kaspi", "Şərq", "Ədalət", "Jurnalist" qəzetləri, "Füyuzat", "İşıq", "Ulduz" jurnalları və bir sıra müxtəlif mətbu orqanlarında yazılarla çıxış edib.
Nurlan Ağakişiyev
Nurlan Ağakişiyev (tam adı: Nurlan Etibar oğlu Ağakişiyev; 22 iyul 2002; Sumqayıt, Azərbaycan – 28 sentyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurlan Ağakişiyev 2002-ci il iyulun 22-də Sumqayıt şəhərində Qarabağ müharibəsinin qazisi Etibar Ağakişiyevin ailəsində anadan olub. 2008-2017-ci illərdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2017-2019-cu illərdə isə Bakı İdarəetmə və Texnologiya Kollecində təhsil alıb. == Hərbi xidməti == Nurlan Ağakişiyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Nurlan Ağakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdam rayonu istiqamətində sentyabrın 28-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Ağakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Ağakişiyev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nurlan Bağırov
Nurlan İsmayıl oğlu Bağırov (21 yanvar 2001; Gəncə, Azərbaycan — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurlan Bağırov 21 yanvar 2001-ci ildə Gəncə şəhərində İsmayıl Bağırovun ailəsində anadan olmuşdur. 2008-2019-cu illərdə Kəlbəcər rayon 28 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Nurlan Bağırov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon üzrə Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Nurlan Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nurlan Bağırov 25 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Nurlan Dadaşov
Nurlan Səyyad oğlu Dadaşov (27 sentyabr 2001, Qarasaqqal, Kürdəmir rayonu – 2 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurlan Səyyad oğlu Dadaşov 27 sentyabr 2001-ci ildə Kürdəmir rayonunun Qarasaqqal kəndində anadan olub. 2007-2018-ci illərdə Qarasaqqal kənd tam orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb. == Hərbi xidməti == 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda Nurlan artıq bir ilin əsgəri idi. O, Murovdağ, Füzuli, Xocavənd, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə igidliklə vuruşub. Son döyüşü Cəbrayıl istiqamətində olub və oktyabrın 2-də orada da şəhidlik zirvəsinə ucalıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Dadaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Dadaşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Dadaşov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Dadaşov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Nurlan Əbilov
Nurlan Fərrux oğlu Əbilov (2 avqust 1994; Ağakişibəyli, Masallı rayonu, Azərbaycan — 19 aprel 2021; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Nurlan Əbilov 2 avqust 1994-cü ildə Masallı rayonunun Ağakişibəyli kəndində anadan olmuşdur. Atasını uşaq ikən, anasını isə 23 yaşında itirmişdir. Orta təhsilini aldıqdan sonra Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olmuşdur. Anası xəstə olduğuna görə təhsilini donduran Nurlan bu səbəblə diplomunu ala bilməmiş, diplomu müharibə zamanı ailəsinə çatdırılmışdır. Ailəli idi, 5 yaşlı və 3 yaşlı iki oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nurlan Əbilov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən baş nahiyəsindən ağır yaralanmışdır və Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilmişdir. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əbilov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əbilov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əbilov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Nurlan Əbilov 19 aprel 2021-ci ildə müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həlak olmuşdur.
Nurlan Əfəndiyev
Nurlan Mürvət oğlu Əfəndiyev (8 oktyabr 1995, Xalxalqışlaq, Oğuz rayonu – 6 oktyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurlan Əfəndiyev 8 oktyabr 1995-ci ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olub. 2001-ci ildə Xalxalqışlaq kənd məktəbinin 1-ci sinfinə getmişdir. 2012-ci ildə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirmişdir. Nurlan Əfəndiyevin ailəsi sadə, zəhmətkeş kəndli ailəsi idi. Odur ki, Nurlan da uşaqlıqdan zəhmətə bağlı böyümüşdür. Bütün təsərrüfat işlərində ailəyə kömək edərdi. Bərbər ixtisasına yiyələnmişdir. Ən böyük arzusu yanğınsöndürmə işində işləmək idi. İdmanın qaçış növü ilə məşğul olmuş, rayon yarışlarında iştirak etmişdir.
Nurlan Əhmədli
Nurlan Rəhim oğlu Əhmədli (12 oktyabr 1996, Xaçmaz, Oğuz rayonu – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurlan Əhmədli 12 oktyabr 1996-cı ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2003-ci ildə M. F. Axundov adına 1 nömrəli tam orta məktəbinə daxil olmuşdur. 2014-ci ildə məktəbi bitirmişdir. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisası üzrə Bakalavr təhsili almışdır. == Hərbi xidməti == Nurlan Əhmədli 2019-cu ilin yanvarında Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin iyulunda da xidmətini uğurla başa vurmuşdur. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Nurlan Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsində savaşıb. Nurlan Əhmədli Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Nurlan Əhmədli oktyabr ayının 27-də Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nurlan Əsgərli
Nurlan Bayram oğlu Əsgərli (3 dekabr 1995; Viləş, Masallı rayonu, Azərbaycan — 4 aprel 2016; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşlərinin şəhidi. == Həyatı və hərbi xidməti == Nurlan Əsgərli 3 dekabr 1995-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur. Orta təhsil zamanı idmanla, xüsusilə, boksla və cüdoyla məşğul olmuşdur. Rayon üzrə cüdo və boks çempionatlarından 1-ci və 3-cü yer tutaraq qayıtmışdır. Orta məktəbi bitirdikdən sonra 2014-cü ilin yanvar ayında Masallı rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. 2015-ci ilin aprel ayında kəşfiyyatçı kursuna daxil olmuşdur. Həmin ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq hərbi xidmətini baş əsgər rütbəsində davam etdirmişdir. Xidmətinə görə gizir rütbəsi almışdır. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Nurlan Əsgərli Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu.
Nurlan Əsgərov
Nurlan Bayram oğlu Əsgərli (3 dekabr 1995; Viləş, Masallı rayonu, Azərbaycan — 4 aprel 2016; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşlərinin şəhidi. == Həyatı və hərbi xidməti == Nurlan Əsgərli 3 dekabr 1995-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur. Orta təhsil zamanı idmanla, xüsusilə, boksla və cüdoyla məşğul olmuşdur. Rayon üzrə cüdo və boks çempionatlarından 1-ci və 3-cü yer tutaraq qayıtmışdır. Orta məktəbi bitirdikdən sonra 2014-cü ilin yanvar ayında Masallı rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. 2015-ci ilin aprel ayında kəşfiyyatçı kursuna daxil olmuşdur. Həmin ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq hərbi xidmətini baş əsgər rütbəsində davam etdirmişdir. Xidmətinə görə gizir rütbəsi almışdır. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Nurlan Əsgərli Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu.
Nurlana Cəfərova
Nurlana Cəfərova (aparıcı) — Azərbaycanlı aparıcı, Azərbaycan Televiziya və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərir. Nurlana Cəfərova (idmançı) — Azərbaycanlıı atıcı. Bir çox beynəlxalq idman yarışlarında Azərbaycanı təmsil etmişdir.
Nurlana Cəfərova (aparıcı)
Nurlana Cəfərova (tam adı: Cəfərova Nurlana Sakit qızı) — azərbaycanlı aparıcı, tərcüməçi. == Həyatı == Nurlana Cəfərova 1988-ci ilin 24 sentyabr tarixində Bakı şəhərində dünyaya göz açıb. İxtisasca filoloq olan aparıcı ilk dəfə 2006-cı ilin iyun ayında Azad Azərbaycan televiziyasının elan etdiyi müsabiqədə iştirak edərək, müsabiqə qalibi kimi 106.3 FM radiosunda çalışmağa başlamışdır. İlk radio efirinə Emin Musavi ilə birlikdə 2006-cı ilin 25 sentyabrında çıxmışdır. Həmin ilin sonu, şəxsi istəyi ilə eyni şirkətin 106 FM radiosunda işə davam edərək, 2007-ci ilin yanvar ayında ATV kanalında TOP 10 adlı ilk televiziya efirinə başlamışdır. Daha sonra, Azad Azərbaycan televiziyasının efirində , həm müəllifi olduğu gündəlik canlı efir yayımına çıxan ATV Club verilişini müğənni Azad Şabanovla birlikdə tamaşaçılara təqdim etmişdir. Ardınca , ATV Səhər və FreeZone verilişləri ilə efirdə olan aparıcı, paralel olaraq radio fəaliyyətini davam etdirmişdir. Nurlana Cəfərova aktrisa kimi ATV-nin "Qız Atası" və "Kişi Sözü" seriyallarında rol alıb. Radioda çalışdığı dönəmdə, bir çox dünya ulduzları : Akcent, Morandi, Byanka, Thomas Nevergreen, Ferry Corsten, Hardwell, Boney M qrupu, 50 Cent və s. ilə müsahibələr etmişdir.
Nurlana Cəfərova (atıcı)
Nurlana Çingiz qızı Cəfərova (d. 11 avqust 1982; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən atıcı. Nurlana Cəfərova, 2015-ci ildə Azərbaycanı I Avropa Oyunlarında təmsil edib, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında isə 2 gümüş medal qazanıb. == Həyatı == Nurlana Cəfərova 1982-ci il 11 avqustda Bakı şəhərində anadan olub. 2008-ci ildən idmanla məşğuldur. == Karyerası == Nurlana Cəfərova 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. Nurlana Cəfərova, stend yarışlarının təsnifat mərhələsində 65 xal topladı və 19 atıcı sırasında 18-ci yeri tutaraq mübarizəni dayandırdı. Komanda halında stend yarışlarında isə Nurlana Cəfərova, Emin Cəfərov ilə birgə 87 xal topladı və təsnifat mərhələsində 11 atıcı sırasında sonuncu, 11-ci yeri tutaraq mübarizəni dayandırdı. Nurlana Cəfərova 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Nurlana Cəfərova, stend yarışlarının finalında 42 xal topladı və 6 idmançı sırasında 2-ci yeri tutaraq IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazandı.
Nurlana Cəfərova (idmançı)
Nurlana Çingiz qızı Cəfərova (d. 11 avqust 1982; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən atıcı. Nurlana Cəfərova, 2015-ci ildə Azərbaycanı I Avropa Oyunlarında təmsil edib, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında isə 2 gümüş medal qazanıb. == Həyatı == Nurlana Cəfərova 1982-ci il 11 avqustda Bakı şəhərində anadan olub. 2008-ci ildən idmanla məşğuldur. == Karyerası == Nurlana Cəfərova 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. Nurlana Cəfərova, stend yarışlarının təsnifat mərhələsində 65 xal topladı və 19 atıcı sırasında 18-ci yeri tutaraq mübarizəni dayandırdı. Komanda halında stend yarışlarında isə Nurlana Cəfərova, Emin Cəfərov ilə birgə 87 xal topladı və təsnifat mərhələsində 11 atıcı sırasında sonuncu, 11-ci yeri tutaraq mübarizəni dayandırdı. Nurlana Cəfərova 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Nurlana Cəfərova, stend yarışlarının finalında 42 xal topladı və 6 idmançı sırasında 2-ci yeri tutaraq IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazandı.
Nurlana Əliyeva
Nurlana Əliyeva (filoloq, 1946) — filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin rektoru. Nurlana Əliyeva (filoloq, 1977) — filologiya elmləri doktoru, "Naxçıvan" Universitetinin rektoru.
Nurlana Əliyeva (filoloq, 1946)
Nurlana Əliyeva (Nurlana Müzəffər qızı Əliyeva; 28 avqust 1946, Kirovabad) — Bakı Slavyan Universitetinin sabiq rektoru (2016-2021), Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri (2009-2021), Filologiya elmləri doktoru, professor. == Həyatı == Nurlana Əliyeva 28 avqust 1946-cı ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli məktəbdə orta təhsil alan Nurlana Əliyeva daha sonra təhsilini ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Bakı Dövlət Universitetində davam etdirib. BDU-nun filologiya fakültəsini bitirdikdən sonra - 1969-cu ildə əmək fəaliyyətinə başlayıb. Bakı şəhərindəki 134 nömrəli məktəbdə, Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu) rəhbərlik edib. Nurlana Əliyeva "Azərbaycan bədii nəsrində müasir kənd və onun problemləri" mövzusunda namizədlik, "60-80-ci illər Azərbaycan nəsrində qəhrəman və üslüb axtarışları" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. BDU-nun professoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq üzrə ixtisaslaşmış dissertasiya şurasının üzvüdür. 12 kitabın, onlarca elmi, publisist məqalənin müəllifidir. YAP Siyasi Şurasının üzvü, eyni zamanda 2009-2021-ci illərdə YAP Respublika Qadınlar Şurasının sədri olmuşdur.Azərbaycan Respublikası Prezidentini İlham Əliyevin sərəncamı ilə, Nurlana Müzəffər qızı Əliyeva 23 iyun 2016-cı ildə Bakı Slavyan Universitetinin rektoru təyin edilib.
Nurlana Əliyeva (filoloq, 1977)
Nurlana Sabir qızı Əliyeva (1 iyun 1977, Naxçıvan) — "Naxçıvan" Universitetinin rektoru (2019). == Həyatı == Nurlana Əliyeva 1 iyun 1977-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Ailəlidir, iki övladı var. == Təhsili və karyerası == 1983-cü ildə Naxçıvan şəhər 7 nömrəli orta məktəbin I sinfinə daxil olmuş, 1993–cü ildə oranı bitirmişdir. 1993-1997–ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix – filologiya ixtisası üzrə bakalavr təhsili almışdır. 1997-1999–cu illərdə Naxçıvan Dövlət Universitetində həmin istiqamət üzrə magistr təhsili almışdır. 1999-2001-ci illərdə Naxçıvan Dövlət Universiteti, “Qeyrət ” nəşriyyatında redaktor vəzifəsində işləmişdir. 2001-ci ildən “Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2013-cü ildə “Məhəmməd Tağı Sidqi və uşaq ədədbiyyatı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimi dərəcəsi almışdır. 2017-ci ildə isə “Naxçıvan” Universitetinin Elmi şurasının qərarı ilə universitetin dosenti seçilmişdir.
Nurlanan (film, 2002)
Nurlanan (ing. The Glow) — 2002-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Mett və Ceki Nyu-Yorkda yaşayırlar. Onların həyatı çox nurlu görünür. Halbuki, onlar uşaq və pul üzündən nisbətən problem həyat sürürlər. Bir dəfə Mett parkda özgə insanlarla tanış olurlar. Onlar Mett ilə çox mülayim rəftar edirlər. Həmin insanlar onlara ucuz ev təklif edirlər. Cavanlar razı olurlar. Lakin evə gələndən bəri özgə insanlar onların hər addımını izəyirlər.
Nurlann
Nurlann (norv. Nordland Nurlann) — Norveç Krallığının inzibati-ərazi vahidi (fülke). Şimalda Troms, cənubda Nur-Tröndelaq, şərqdə İsveçin Norrbotten leni, cənub-şərqdə Vesterbotten leni və qərbdə Atlantik okeanı (Norveç dənizi) ilə sahilləri yuyulur. Quberniya əvvəllər Nurlannen amt kimi tanınırdı. Fülkenin inzibati mərkəzi Budö şəhəridir. Uzaq Arktika adası olan Yan-Mayen 1995-ci ildən bəri Nordland fülkesinə tabedir. Cənub hissəsində YUNESKO-nun ümumdünya irsi siyahısında olan Veqa arxipelaqı yerləşir. Nurlann, balıq ovundan çox asılı olan bir sahil bölgəsidir. == Coğrafiyası == Nurlann, Şimali Norveçdə Skandinaviya yarımadasının şimal-qərb sahili boyunca yerləşir. Avropanın sıx məskunlaşdığı yerlərdən çox uzaqlıqda olduğundan, fülke ən az çirklənmiş ərazilərindən biridir.
Nurlat
Nurlat (tatar. Нурлат; rus. Нурлат) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Nurlat rayonu
Nurlat rayonu (tatar. Nurlat rayonı, Нурлат районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın cənubunda yerləşir. kama çayının sağ sahilində yerləşir. Rayonun inzibati mərkəzi Nurlat kəndidir. == Coğrafiyası == Rayon respublikanın cənubunda yerləşir. Respublikanın Əlki, Alekseyevsk, Aksubay, Çirmeşən rayonları, Samara vilayəti (Koşkinski və Çelno-Verşinski rayonları) və Ulyanovsk vilayəti (Novomaluklinski rayonu) ilə həmsərhəddir. Ən böyük çayları: Bolşaya Çirmeşən, Kondurca, Bolşaya Sulça. Rayon ərazisindən keçir Moskva - Ulyanovsk - Ufa dəmir yolu keçir. == Tarixi == 1920-ci ilə qədər rayonun ərazisi Kazan vilayətinin Çistopol qəzasına və Samara vilayəytinin Melekess qəzasına daxil idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.38 dəfə / 1 mln.
2002 •••••••••• 6.85
2003 •••••••••••••••••••• 13.78
2004 ••••••••••• 7.41
2005 •••••••• 5.40
2006 •••• 2.25
2007 ••• 1.69
2008 •••••• 3.65
2009 •• 0.96
2010 0.54
2011 0.60
2012 0.34
2013 •• 0.88
2014 0.34
2015 0.34
2016 •• 1.21
2017 •• 0.81
2019 •• 0.83
2020 0.66

"nurla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nurla nədir? #nurla sözünün mənası #nurla nə deməkdir? #nurla sözünün izahı #nurla sözünün yazılışı #nurla necə yazılır? #nurla sözünün düzgün yazılışı #nurla leksik mənası #nurla sözünün sinonimi #nurla sözünün yaxın mənalı sözlər #nurla sözünün əks mənası #nurla sözünün etimologiyası #nurla sözünün orfoqrafiyası #nurla rusca #nurla inglisça #nurla fransızca #nurla sözünün istifadəsi #sözlük