narda sözü azərbaycan dilində

narda

Yazılış

  • narda • 85.1852%
  • Narda • 14.8148%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Axund Cavad Nardarani
Axund Cavad Nardarani — din alimi == Həyatı == Axund Cavad Talıbzadə Mоlla Talıb оğlu Nardaran kəndində 1845-46-cı illərdə ruhani ailəsində dünyaya göz açıb.Atası Mоlla Talıb öz zəmanəsinin məşhur və savadlı ruhanilərindən biri оlub. İlk təhsilini dоğma kəndində atasından alan Axund Cavad ağa İranın Qum şəhərinə yоllanır. Bir müddət оrada təhsil alan Axund Cavad ağa elmin mərkəzi оlan Nəcəfül-Əşrəfə getmək qərarına gəlir. О zamanın məşhur alimlərinin dərslərində iştirak edir və bir sıra dini və dünyəvi elmlərə yiyələnən Axund Cavad Nardarani vətənə qayıdır. Qafqaz müsəlmanları tərəfindən 1902-ci ildə Bakı şəhərinin Cümə məscidinə axund və qazi təyin edilir. 17 ilə yaxın burada fəaliyyət göstərir. Sоnralar Axund Cavad Nardarani öz ailəsilə birgə Nəcəfül-Əşrəf şəhərinə hicrət edir və ömrünün axırına qədər оrada yaşayıb dini fəaliyyət göstərmişdir. Yaşlıların söylədiklərinə görə Axund Cavad ağa İmam Xоmeyninin (r) ustadı оlmuşdur. 1950-ci ildə Nəcəfdə dünyasını dəyişən Axund Cavad Nardarani Həzrət Əlinin (ə) ziyarətgahının yaxınlığında yerləşən qəbiristanlıqda dəfn оlunub. Bu qəbiristanlıq Axund Cavadın atası Mоlla Talıb Nardaraninin şəxsi mülkü оlub.
Nardar Bayramov
Nardar Bayramov (azərb. Nardar Məmməd oğlu Bayramov‎; d. 21 aprel 1977, Saatlı) — Azərbaycanın əməkdar jurnalisti. == Həyatı == Bayramov Nardar Məmməd oğlu 21 aprel 1977-ci ildə Saatlı rayonu Əliabad kəndində dünyaya gəlib. === Təhsili === Orta məktəbi 1983-1994-cu illərdə Saatlı rayonu A.Bayramov adına Məmmədabad kənd orta məktəbində oxuyub. Azərbaycan İctimai-Siyasi Universitetinin filologiya ixtisası üzrə bitirib. == Fəaliyyəti == Tələbə vaxtarından mətbuatda yazıları dərc olunub. İlk məqaləsi “Mədəniyyət” qəzetində çap olunub. 1998-ci ildən “Yeni Azərbaycan” qəzetində işləyir. == Təltifləri == Mətbuat sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Jurnalist” fəxri adı ilə təltif olunub(22.04.2013).
Nardaran
Nardaran — Bakının Sabunçu rayonu ərazisində qəsəbə. Bakıətrafı tarixi 32 kənddən biri. Bakıdan 25 kilometr şimalda yerləşir. Kəndin dəniz kənarındakı qayalıq ərazisində qədim mayakın alt hissəsində Ocaqqulu adlı mağara yerləşir. Kənddə təxminən 10 min nəfər yaşayır. Bir çox qədim adət ənənələr burada qorunub saxlanılır. == Tarixi == Kəndin adının mənası barədə müxtəlif versiyalar söylənilir. Amma ən çox ehtimal olunan mənalar bunlardan ibarətdir: Tədqiqatçılara görə bu yaşayış məntəqəsinin adı fars dilindəki nər (ikihürgüclü erkək dəvə) və daran (yer məkan) komponentlərindən düzəldilib, "dəvə saxlanan, yetişdirilən yer" mənasındadır. Etnoqrafik materiallar da yaşayış məntəqəsində əhalinin keçmişdə dəvəçiliklə məşğul olduğunu sübut edir. Xalq etimologiyasına əsaslanan tədqiqatçılar isə oykonimi "nar bitkisinin çox olduğu yer" və ya atəşpərəstlik əlaqədar ""od olan yer" kimi izah edirlər.
Nardaran (Qobustan)
Nardaran — Azərbaycan Respublikasının Qobustan rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == == Tarixi == Burada olan köhnə qəbiristanlıq isə XV-XIX əsrdən qalıb. Kənd dağətəyi ərazidədir. == İqtisadiyyatı == Əhali maldarlıq, heyvandarlıqla məşğul olur. Nardaran kəndində elektrik enerjisi olsa da, yanacaq kimi kənd əhalisi gərmədən (heyvanların peyinin qurudulmuş forması) istifadə edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 116 nəfər əhali yaşayır.
Nardaran (Sabunçu)
Nardaran — Bakının Sabunçu rayonu ərazisində qəsəbə. Bakıətrafı tarixi 32 kənddən biri. Bakıdan 25 kilometr şimalda yerləşir. Kəndin dəniz kənarındakı qayalıq ərazisində qədim mayakın alt hissəsində Ocaqqulu adlı mağara yerləşir. Kənddə təxminən 10 min nəfər yaşayır. Bir çox qədim adət ənənələr burada qorunub saxlanılır. == Tarixi == Kəndin adının mənası barədə müxtəlif versiyalar söylənilir. Amma ən çox ehtimal olunan mənalar bunlardan ibarətdir: Tədqiqatçılara görə bu yaşayış məntəqəsinin adı fars dilindəki nər (ikihürgüclü erkək dəvə) və daran (yer məkan) komponentlərindən düzəldilib, "dəvə saxlanan, yetişdirilən yer" mənasındadır. Etnoqrafik materiallar da yaşayış məntəqəsində əhalinin keçmişdə dəvəçiliklə məşğul olduğunu sübut edir. Xalq etimologiyasına əsaslanan tədqiqatçılar isə oykonimi "nar bitkisinin çox olduğu yer" və ya atəşpərəstlik əlaqədar ""od olan yer" kimi izah edirlər.
Nardaran (Siyəzən)
Nardaran — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Nardaran kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi Şıx Aladınlı kəndinin qışlaq yeri olmuş­dur. Sonralar həmin kənddən çıxmış ailələr bu qışlaq yerində məskən salmış və kənd də Şıx Aladınlı adlanmışdır. Tədqiqatçılara görə, yaşayış məntəqəsinin adı fars dilin­dəki nar (ikihürgüclü erkək dəvə) və daran (yer, məkan) komponentlərindən düzəlib, "dəvə saxlanılan, dəvə yetişdirilən yer" mənasındadır. Etnoqrafik materiallar da yaşayış məntəqələrində əhalinin keçmişdə dəvəçiliklə geniş məşğul olduğunu sübut edir. Xalq etimologiyasına əsaslanan bəzi tədqiqatçılar oykonimi "nar bitkisinin çox olduğu yer" və ya atəşpərəstliklə əlaqədar "od olan yer" kimi izah edirlər. == Coğrafiyası və iqlimi == Kənd Samur-Dəvəçi ovalığında yerləşir. == Əhalisi == Əhalisinin sayı 54 nəfərdir (2009-cu il).
Nardaran Tarix və Mədəniyyət Qoruğu
Nardaran Tarix və Mədəniyyət Qoruğu — Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən tarixi memarlıq və mədəniyyət abidələrini qoruyan qoruqdur. == Tarixi == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1992-ci il tarixli 26 №-li qərarı ilə Nardaran Tarix və Mədəniyyət Qoruğu elan edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 23 mart 2006-cı il tarixli 65 №-li qərarı ilə Bakı Şəhəri Sabunçu rayonu ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin mühafizəsi Nardaran Tarix və Mədəniyyət Qoruğuna verilmişdir. == İş prinsipi == Bakı şəhəri Sabunçu rayonu Nardaran Tarix və Mədəniyyət Qoruğu tabeliyində Sabunçu, Ramana, Balaxanı, Zabrat, Maştağa, Nardaran, Bilgəh, Kürdəxanı, Pirşağı qəsəbələrindəki tarixi memarlıq və mədəniyyət abidələri Mədəniyyət və Turizm Nazirliyi Nardaran Tarix və Mədəniyyət Qoruğu tərəfindən qorunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Sabunçu rayonu ərazisindəki 99 tarix və mədəniyyət abidəsi təsdiq edilmiş və mühafizəsi Nardaran Tarix və Mədəniyyət Qoruğuna həvalə edilmişdir.
Nardaran bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nardaran hadisələri (2015)
Nardaran hadisələri — 26 noyabr 2015-ci ildə Bakının Nardaran qəsəbəsində baş vermiş, 7 nəfərin ölümü, 4 nəfərin yaralanması və 14 nəfərin həbs olunması ilə nəticələnən qarşıdurma. Həlak olanlardan 2-si Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, digər 5 nəfər isə qəsəbə sakinləri olmuşdur (onlardan biri daha sonra xəstəxanada keçinib). Hadisədən sonra Nardaranlılar qəsəbədə etiraz aksiyası keçirib, barrikadalar qurub və yaşayış məntəqəsinə giriş-çıxışı bağlayıblar. Hər iki tərəf insidentə görə bir-birini günahlandırır. Hadisədən 3 gün sonra Nardaran Ağsaqqallar Şurası İmam Hüseyn meydanının boşaldılması və barrikadaların sökülməsi haqqında qərar qəbul edib. Bundan sonra 1–2 dekabr 2015-cil tarixlərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu Nardaranda birgə əməliyyat keçirib, qəsəbənin küçə və meydanlarından dini simvollar o cümlədən bayraq, şüar və yazılar götürülüb, qəsəbədə bəzi evlərdən silah-sursatın aşkar olunaraq götürüldüyü və daha 19 nəfərin həbs olunduğu iddia olunub. == Hadisədən əvvəlki vəziyyət == Nardaran ölkənin paytaxtı, Bakı şəhərindən 40 km uzaqlıqda yerləşən, kasıbçılıq və işsizlik kimi problemləri olan qəsəbədir. O, 1991-ci ildən bəri dindarlığı ilə digər Bakı kəndlərindən seçilir. Beləki, Azərbaycan İslam Partiyası və s. kimi islamçı təşkilatlar məhz bu qəsəbədə yaranmışdır.
Nardaran məscidi
Nardaran məscidi və ya Rəhimə xanım məscidi— Abşeronda Səfəvilər dövrünə aid 4 minarəli məscid. XV əsr Şirvan memarlıq ənənələrinin XVII əsrdə də davam etdiyini göstərən abidələrdən biri Abşeron rayonunun Nardaran kəndində 1663-cü ildə tikilmiş məsciddir. Binanın üzərindəki kitabədə abidənin memar Muradəli tərəfindən tikildiyi göstərilir. İstər quruluşca, istərsə texniki cəhətdən Nardaran məscidi XV əsr Şirvan məscidlərinə oxşayır. Burada xüsusən daşların incə zövqlə, xüsusi şəkildə yonulmasını qeyd etməliyik. Nardaran məscidi Şirvanşahlar saray kompleksindəki binalar kimi yüksək keyfiyyətdə tikilmişdir Nardaran məscidinin quruluşunda orijinal cəhətlər də vardır. Məscidin əsas düzbucaqlı hissəsinə bitişik tikilmiş yeni bir hissə dəhliz vəzifəsini görür. Məscidə gələnlər burada ayaqqabılarını çıxartdıqdan sonra ibadət salonuna daxil olurlar. == Haqqında == Bakının Nardaran kəndinin Cənub-Şərq hissəsində, qədim Qaladan cənuba doğru 250 m-lik məsafədə, Molla Talıblı ərazisində hicrətin 1073-cü ilində (Hicri 1073 — miladi 1662–63-cü il) II Şah Abbasın hakimiyyəti dövründə tikilmiş qədim məscid yerləşir. Ona bitişik halda Azərbaycanda yeganə üstü açıq yay məscidi yerləşir.
Nardaran qalası
Nardaran qəsri — Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qəsr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alımışdır. 2001-ci ildə Nardaran qəsri digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir.Qəsr qülləsinin fasadında yerləşdirilmiş iki kitabə tikilinin 1301-ci ildə memar Mahmud ibn Səd tərəfindən inşa edilməsi haqqında məlumat verir. Bu memar eyni zamanda Bakı buxtasındakı Bibiheybət məscidi və İçərişəhərdəki 1300-cü ildə inşa edilmiş və kitabəsində memarın adı da qeyd olunmuş Molla Əhməd məscidinin də plan və inşa işlərini həyata keçirmişdir. Nardaran qəsri planda kvadrat formalı həyətə malik qala divarları və həyətin mərkəzinə yerləşən silindrik qüllədən ibarətdir. Qəsrin inşasında yerli daşlardan istifadə edilmişdir. == Tarixi == Qəsr qülləsinin fasadında yerləşdirilmiş iki kitabə tikilinin hicri 700-cü ildə (miladi 1301-ci il) memar Mahmud ibn Səd tərəfindən (və ya Mahmud ibn Səid) inşa edilməsi haqqında məlumat verir. Qüllə girişi üzərində ikinci yarus hündürlüyündə yerləşmiş kitabələrdən böyük olan birinci kitabədə deyilir: Birinci kitabədən bir qədər yuxarıda və şərq tərəfdə yerləşən kiçik ölçülü ikinci kitabədə deyilir: "Səd oğlu Mahmudun işi."Bu memar eyni zamanda Bakı buxtasındakı Bibiheybət məscidi və İçərişəhərdəki 1300-cü ildə inşa edilmiş və kitabəsində memarın adı da qeyd olunmuş Molla Əhməd məscidinin də plan və inşa işlərini həyata keçirmişdir.Hər üç abidə memarın qeyri-adi istedadından, qala tikililərinin xarakterindən yaxşı xəbərdar olmasından və bədii təsəvvürə malik olmasından xəbər verir. == Memarlıq xüsusiyyətləri == Nardaran qəsri planda kvadrat formalı həyətə malik qala divarları və həyətin mərkəzinə yerləşən silindrik qüllədən ibarətdir. Qəsr həyətini əhatə edən divarların hündürlüyü 6 metrdir və dörd tərəfdən mazğallı qüllələrlə tamamlanmışdır.
Nardaran qəsəbəsi
Nardaran — Bakının Sabunçu rayonu ərazisində qəsəbə. Bakıətrafı tarixi 32 kənddən biri. Bakıdan 25 kilometr şimalda yerləşir. Kəndin dəniz kənarındakı qayalıq ərazisində qədim mayakın alt hissəsində Ocaqqulu adlı mağara yerləşir. Kənddə təxminən 10 min nəfər yaşayır. Bir çox qədim adət ənənələr burada qorunub saxlanılır. == Tarixi == Kəndin adının mənası barədə müxtəlif versiyalar söylənilir. Amma ən çox ehtimal olunan mənalar bunlardan ibarətdir: Tədqiqatçılara görə bu yaşayış məntəqəsinin adı fars dilindəki nər (ikihürgüclü erkək dəvə) və daran (yer məkan) komponentlərindən düzəldilib, "dəvə saxlanan, yetişdirilən yer" mənasındadır. Etnoqrafik materiallar da yaşayış məntəqəsində əhalinin keçmişdə dəvəçiliklə məşğul olduğunu sübut edir. Xalq etimologiyasına əsaslanan tədqiqatçılar isə oykonimi "nar bitkisinin çox olduğu yer" və ya atəşpərəstlik əlaqədar ""od olan yer" kimi izah edirlər.
Nardaran İslam Kolleci
Xan hamamı (Nardaran)
Xan hamamı — Nardaran qəsəbəsi ərazisində yerləşən XIV əsrə aid tarix memarlıq abidəsi. Abidənin inşaat kitabələrində onun 1388-ci ildə Xacə Zeynəddinin sifarişi ilə ustad Güştasf ibn Musa tərəfindən inşa edildiyi göstərilmişdir. Nardaran hamamının ümumi planlaşdırma xüsusiyyətləri və ayrı-ayrı otaqlarının planı XIV əsrə aid Kürdəxanı hamamı ilə bir çox ümumi xüsusiyyətlərə malikdir. Bu tip hamamların otaqları, Abşeronun, eləcə də ümumilikdə Azərbaycanın digər ərazilərində yayılmış hamam tikililərinin otaqlarının quruluşundan əsaslı şəkildə fərqlənir. == Tarixi == XIV əsrə aid memarlıq abidəsi olan Nardarandakı Xan hamamı iki inşaat kitabəsinə malikdir ki, onlardan birincisində binanın “790-cı ilin müqəddəs məhərrəm ayında (yanvar-fevral, 1388-ci il) ustad Güştasf ibn Musa tərəfindən inşa edil”məsi, ikincisində isə binanın “Xacə Zeynəddinin sifarişi ilə” tikilməsi qeyd edilir. == Memarlıq xüsusiyyətləri == Nardaran hamamının ümumi planlaşdırma xüsusiyyətləri və ayrı-ayrı otaqlarının planı XIV əsrə aid Kürdəxanı hamamı ilə bir çox ümumi xüsusiyyətlərə malikdir. Bu tip hamamların otaqları, Abşeronun, eləcə də ümumilikdə Azərbaycanın digər ərazilərində yayılmış hamam tikililərinin otaqlarının quruluşundan əsaslı şəkildə fərqlənir. Bu tip hamamlarda səkkizguşəli formaya malik mərkəzi zal olmur və bütün otaqlar dördbucaqlı fomaya malikdir.Hamam, saxsı borular vasitəsiylə isti və soyuq suyla təmin edilirdi. Suyun qızdırılması zamanı yaranan isti hava axını daş döşəmələrin altından keçən daş kanallara buraxılır və beləcə hamamın otaqları həm isidilir, həm də isti döşəmə ilə təmin edilirdi.Hamamın günbəzlərinin mərkəzində saxlanılmış kiçik oyuq da günbəz formalı kiçik fənərlərlə tamamlanır. Bütöv daşdan yonulmuş bu fənərlər üzərində kiçik oyuqlar yaradılması ilə hamamın işıqla təmin edilməsi problemi həll edilmişdir.
Şah Abbas məscidi (Nardaran)
Hacı Baxşı məscidi və ya Şah Abbas məscidi — Bakının Nardaran qəsəbəsində yerləşən XVII əsrə aid tarixi məsciddir. == Tarixi == Daş üzərində yonulmuş və binanın fasadına yerləşdirilmiş kitabədə məscidin inşa tarixi və inşaatçıların adı göstərilmişdir. İki sətirlik kitabə bəzi fars söz və formaları istifadə edilməklə ərəb dilində yazılmışdır: Kitabəyə əsasən abidə miladi təqvimlə 1662-1663-cü illərdə ustad rütbəsinə malik memar Murad Əli tərəfindən inşa edilmişdir. Kitabədə inşaat işlərinə rəbərlik edən – sərkar vəzifəli şəxsin adının da qeyd edilməsi diqqət çəkən məqamdır. Sərkar termini Azərbaycan ərazisində bir neçə başqa kitabələrdə də qeyd olunsa da, Hacı Baxşı məscidinin kitabəsinin tədqiq olunmasına kimi başqa mütəxəssis rütbələri ilə bir yerdə işlədilməmişdi. Məhz Hacı Baxşı məscidinin kitabəsi “sərkar” terminin mənasını müəyyənləşdirməyə imkan vermişdir: sərkarlar tikinti işlərinə ümumi başçılıq edərək maddi təminatın hazırlanması və təşkilatçılıq funksiyasını həyata keçirirdilər. == Memarlıq xüsusiyyətləri == Mənbə Hacı Baxşı məscidi Abşeronun dini tikililəri arasında xaraketrik memarlıq xüsusiyyətləri ilə diqqət cəlb edir. Planda məscid iki əsas hissədən ibarətdir: mərkəzində dörd sütun olan kvadrat formalı ibadət zalı və ona birləşən giriş poratl nişi. Planda xüsusi qeyd edilmiş mərkəzi kvadrat, həcm baxımından həm də günbəz örtüyü ilə vurğulanmışdır. Binanın digər otaqları tağvari tavan örtüyünə malikdir.
Şeyx Rəsul ağa Nardarani
Şеyx Rəsul ağa Nardarani — == Həyatı == Şеyx Rəsul ağa Nardarani 1881-ci ildə Nardaranda anadan olmuşdur. Şеyx Rəsul Ağarəbi oğlu ilk təhsilini doğma kəndində aldıqdan sonra İranın Qum şəhərinə yollanır. Bir müddət orada təhsil aldıqdan sonra еlm mərkəzi olan Nəcəfə gеdir.Üst-üstə 25 il təhsil alan Şеyx Rəsul ağa doğma kəndi Nardarana qayıdır. O, çox hеybətli və qarayanız bir şəxs olduğuna görə еl arasında "Qara Axund" kimi tanınmışdır. Şеyx Rəsul ağa Nəcəfdə təhsil almağa gеdən zaman orada müxtəlif alimlərin dərslərində iştirak еdir, hər bir dərsdə müəllimin soruşduğu suallara hamıdan öncə cavab vеrərmiş. Onun bu cür istеdada malik olduğunu görən ustad ona bildirir ki, sən artıq təhsilini tamamlamısan. Amma Şеyx Rəsul ağa Nəcəfdə təhsil almaq arzusunu ona bildirir. Еlə bu hadisədən sonra Şеyx Rəsul ağa 12 il həmyеrliləri Şеyx Əhməd, Şеyx Həsən ağa, Şеyx Baqir ilə birlikdə Nəcəfdə təhsil alır. Şеyx Rəsul ağa dini еlmlərlə yanaşı dünyəvi еlmlərə də yiyələnmişdir. Riyaziyyat, astronomiya, şərq təbabəti, ədəbiyyat, həndəsə, botanika, və s.
Şeyx Əhməd Nardarani
Şeyx Əhməd Nardarani — din xadimi. == Həyatı == Bakının Nardaran kəndində dünyaya göz açmış ruhanilərdən biri də Şeyx Əhməd ağadır. Şeyx Əhməd Kərbəlayi Alxas oğlu təxminən 1870–1872-ci illərdə dünyaya gəlib. İlk təhsilini doğma kəndində mədrəsədə alan Şeyx Əhməd, bir sıra elmlərə yiyələndikdən sonra 1884-cü ildə atası Kərbəlayi Alxasın məsləhəti ilə İranın Qum şəhərinə yollanır. Dörd ilə yaxın müddətdə orada təhsil alan Şeyx Əhməd, ustadlarının köməyi ilə Nəcəfül-Əşrəfə gedir.O vaxtın məşhur alimlərindən olan Mirzə Nainin (r.ə) fiqh, Axund Xorasaninin və Mirəbdülhəsən İsfəhaninin üsul dərslərində iştirak edir. Bu və digər alimlərin dərslərində iştirak edən Şeyx Əhməd, dərin zəka və hafizəyə malik olduğuna görə fəlsəfə, irfan, astronomiya, həndəsə, qədim Şərq tarixi və təbabəti mükəmməl öyrənir. Tam surətdə 32 il təhsil alan Şeyx Əhməd ictihad dərəcəsinə çatır. 1912-ci ildə vətənə qayıdan Şeyx Əhməd ağa öz doğma kəndində dini fəaliyyətə başlayır. O vaxtın şəraitini nəzərə alan kəndin ağsaqqal alimi Şeyx Muhəmmədəmin ağa ona belə məsləhət görür ki, özünün müctəhid olduğunu heç kəsə deməsin. 1913-cü ildə Şeyx Əhməd ağa ailə həyatı qurur.
Nardaran (dəqiqləşdirmə)
Nardaran aşağıdakı mənalara gələ bilər: Nardaran — Bakının Sabunçu rayonunda qəsəbə. Nardaran (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Nardaran (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2009 ••••••••••• 0.16
2017 ••••••••••• 0.16
2018 •••••••••••••••••••• 0.30
2019 •••••••••• 0.14

"narda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#narda nədir? #narda sözünün mənası #narda nə deməkdir? #narda sözünün izahı #narda sözünün yazılışı #narda necə yazılır? #narda sözünün düzgün yazılışı #narda leksik mənası #narda sözünün sinonimi #narda sözünün yaxın mənalı sözlər #narda sözünün əks mənası #narda sözünün etimologiyası #narda sözünün orfoqrafiyası #narda rusca #narda inglisça #narda fransızca #narda sözünün istifadəsi #sözlük