* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Cür, növ. Maşının keçdiyi yerlərdə, onun arxasınca, uçurulan evlərin yerində yeni binalar, başqa dürlü küçələr, meydançalar tikilir. S.Hüseyn. [Bəhram:] Yox, mənim ürəyimdə başqa dürlü hisslər oyanır və get-gedə qüvvətlənir. C.Cabbarlı. □ Bir dürlü (inkar feillərlə işlənir) – bir növ, bir qədər, heç də, heç cür. Buna bir dürlü yaxışmaz, belə, saqqal deyəməm; İki yüz rəngə çalır; sürx, qara, al deyəməm. Ə.Nəzmi. Xalidə bir saat əvvəl yuxudan oyanmışdı. Ağlamaqdan həlak olurdu. Şərifə bir dürlü onu sakit edə bilməyirdi. S.Hüseyn. Sazını torbadan çıxardanda belə, gözünü şairdən çəkmir, maraqla onu dinləmək istəyən bu adamı bir dürlü anlaya bilmirdi. M.Hüseyn. Min dürlü – çox müxtəlif, min cür, çoxlu. Qoy qonşular alsın hələ min dürlü fəvaid. M.Ə.Sabir. Min dürlü fayidə yetirərdin cəmaətə. A.Səhhət. Heç bir dürlü – qətiyyən, əsla, heç cür. Hər dürlü – hər cür, müxtəlif. Ey milləti cəhalətə vadar edən axund; Hər dürlü fəqrü iczə giriftar edən axund. Ə.Qəmküsar. Əyilməm bir daha … bir həvəs məni; Hər dürlü matəmdən, qəmdən uçurdu; Xəstə xatirimdə bir həyat qurdu. S.Vurğun. 2. Cürbəcür, çoxlu, növbənöv. …Baxmazlar sənin sinəndə dürlü gühərin var. M.Ə.Sabir. Yaxşılığa yaxşı cəzalar olar; Pisliyə həm dürlü cəzalar olar. A.Səhhət.
Azərbaycan dilinin izahlı lüğəti / dürlü1 прил. разный, различный, разнообразный. Dürlü fikirlər разные мысли, dürlü məsələlər разные вопросы; в сочет.: hər dürlü разнообразный
Azərbaycanca-rusca lüğət / dürlü1 sif. différent, -e, divers, -e, varié, -e ; ~ fikirlər opinions f pl différentes
Azərbaycanca-fransızca lüğət / dürlü1 сущ. 1. жуьре; жуьредин; // bir dürlü (inkar fellərdə işlənir) (гьич) са жуьрени, сакӀани; min dürlü агъзур жуьре(дин), жуьреба-жуьре, гзаф; heç bir dürlü гьич са жуьре(да)ни, сакӀани, эсиллагь, асла; hər dürlü гьар жуьре(дин), жуьреба-жуьре, акахьай; 2. гьар жуьре(дин), жуьреба-жуьре(дин), гзаф.
Azərbaycanca-ləzgicə lüğəti / dürlü