naza sözü azərbaycan dilində

naza

Yazılış

  • naza • 70.0000%
  • Naza • 30.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəriğə Nazarbayeva
Dariqa Nursultan qızı Nazarbayeva (qaz. Darïğa Nursultanqızı Nazarbayeva; 7 may 1963, Temirtau[d], Karaqanda vilayəti) — Qazaxıstan siyasi xadimi, siyasi elmlər doktoru; Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin böyük qızı. == Siyasi karyerası == Dariqa Nazarbayeva 2012-ci ildə deputat seçilib və Məclisin sosial-mədəni inkişaf Komitəsinə rəhbərlik edib. 2014-cü ildə isə Məclisin spikeri seçilib. O, 2015-ci ilin sentyabrında prezidentin imzaladığı sərəncamla baş nazirin müavini vəzifəsinə təyin edilib. == Ailəsi == Qazaxıstan prezidenti Nursultan Nazarbayevin böyük qızı olan Dariqa Rahat Əliyev ilə evli olub. Onlar 1983-cü ildə evlənib. Nurali (d. 1985), Aysultan (d. 1990) və Venera (d.
Hakmar Nazarğol (Xaybulla)
Hakmar Nazarğol (başq. Һаҡмар Наҙарғол) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Əbeş kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Hakmar Nazarğol kəndinin milli tərkibi: başqırdlar 100 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 51 km., kənd sovetliyindən (Böyük Əbeş): 33 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 108 km. Hakmar çayının sahilində yerləşir. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Konstantin Nazarov
Konstantin Aleksandroviç Nazarov (17 avqust 1923, Kislovodsk, Terek quberniyası[d] – 8 oktyabr 1996, Moskva) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Konstantin Aleksandroviç Nazarov RSFSR-in Stavropol diyarının Kislovodsk şəhərində anadan olub. Uşaqlıq və gənclik illəri Bakı şəhərində keçib. Böyük Vətən müharibəsi başlamasına bir-neçə gün qalmış Tbilisi Dağ-Topçu Məktəbinə daxil olub. Buranə bitirdikdən sonra atıcı diviziyanın bölmə komandiri təyin edilir. Narev çayının alınmasında igidlik göstərmişdir. Müharibədən sonra Dzerjinsk adına Artileriya Akademiyasını bitirmişdir. Müxtəlif hərbi vəzifələrdə çalışmış, General-mayor rütbəsinə qədər yüksəlmişdir. 1985-ci ildə vəfat edib. == Təltifləri == Narev çayının alınmasında igidlik göstərdiyinə görə Konstantin Aleksandroviç Nazarov 1945-ci il 21 fevral tarixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Nazan Bəkiroğlu
Nazan Bəkiroğlu — Türk yazıçı, akademik. 3 May 1957-ci ildə Trabzonda dünyaya gəlib. Ədəbiyyatçı ailənin üç uşağından ən kiçiyidir. Atası "Hədəf" adlı kiçik qəzetin sahibi olub. 14 yaşında atasını itirib. Sonradan. Atası "Bir sızı var" adlı hekayəsinin qəhrəmanı olmuşdur. İlk və orta təhsilini Trabzonda alıb. Ali təhsilini Ərzurumda Atatürk universitetinin Ədəbiyyat fakültəsi türk dili və Ədəbiyyat bölümünü bitirib (1979-cı il). Ali məktəbdə xalq yaradıcılığına maraq göstərib.
Nazan Ölçer
Nazan Əhməd qızı Ölçər (1942, İstanbul) — Türkiyə sənət tarixçisi, muzeyşünas, elmlər doktoru, professor, Xalça və kilim sahəsində dünya miqyasında tanınmış bir mütəxəssis, 1978–2003-cü illərdə Türk və İslam Əsərləri Muzeyinin müdiri kimi fəaliyyət göstərmişdir. 2003-cü ildən etibarən Sakıp Sabancı Muzeyinin müdiri. Nazan Ölçər 1942-ci ildə İstanbulda anadan olmuşdur. Atası Azərbaycanın görkəmli mühacir alimi, İstanbul Universitetinin professoru Əhməd Cəfəroğludur. Türk etnoqrafiyası sahəsində dərin biliyə malik olan atasının yanında xalça və kilim bilgiləri aldı. Orta mktəbi və lisey təhsilini Sankt Georg Avstriya Qız Lisesində tamamlamışdır. 1962–1969-cu illər arasında Almanyanın Münxen Lüdviq Maximilian Universitetində etnologiya, erkən dövr tarixi, Yaxın Şərq tarixi və mədəniyyətləri sahələrində təhsil almşdır. Hans Joachim Kisslingin elmi rəhbərliyi ilə doktorluq dissertasiyası müdafiə etmişdir. Universitet təhsili dövründə Münxen Universiteti Etnologiya Bölümü kolleksiyalarında muzeyçilik çalışmalarına başlamışdır. Universiteti bitirdikdən sonra Münxen və Vyana Etnologiya Muzeyləri, habelə Berlin İslam Sənətı Muzeyində təcrübə keçmişdir.
Nazan Ölçər

Nazan Öncel
Nazan Öncel (6 fevral 1959, İzmir, Türkiyə) — türkiyəli müğənni, bəstəkar. Türkiyədə "Küçə Kızı" ləqəbi ilə bəhs edilən sənətçi ilk qırx beş, "Sənin köləsi ola bilərdim İstifadə" 1978-ci ildə nəşr olundu. 1982-ci ildə LP formatında çıxan ilk albomunu tuta bilmədikdə, TRT üçün demo hazırlamağı dayandırdı və karyerasına yalnız səhnə işi ilə davam etdi. 9 il sonra 11 Oktyabr 1991-ci ildə çıxardığı "Bir Hadise Var" albomunun satış müvəffəqiyyəti ilə möhkəm, davamlı və möhtəşəm bir başlanğıc etdi.
Nazar (Baymak)
Nazar (başq. Наҙар, rus. Назарово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Mukas kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Baymak): 71 km, kənd sovetliyindən (1-ci Türkmən): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 41 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Nazar Nacaryan
Nazar Najarian (ərəb. نزار نَجَاريَان‎; təq. 24 iyul 1957, Beyrut – 4 avqust 2020, Beyrut), həmçinin Nazo — erməni əsilli Livan biznesmeni və siyasətçisi, 11 iyun 2018-ci ildən 4 avqust 2020-ci ilə qədər "Əl-Kataib" partiyasının baş katibi. Nacaryan 4 avqust 2020-ci il tarixində, Beyrut limanında baş verən partlayışlar nəticəsində aldığı yaralardan vəfat etmişdir. Keçmiş Livan Prezidenti Bəşir Cəmil Livanda vətəndaş müharibəsi zamanı ona "şəxsləri səfərbərliyə cəlb etmək" ilə vəzifələndirmişdir.
Nazarbayev Universiteti
Nazarbayev Universiteti (NU)—Nazarbayev Universiteti (NU) Qazaxıstanın paytaxtı Astanada bir tədqiqat universitetidir. 2010-cu ildə ilk Qazaxıstan Prezidentii Nursultan Nazarbayev təşəbbüsü nəticəsində qurulmuş, beynəlxalq bir müəllim heyəti və işçi heyəti olan bir İngilis orta məktəbidir. Lisenziya proqramları üçün qəbul nisbəti 1: 8.5-dir. Bütün bakalavr tələbələri pulsuz iştirak edir və yaxşı vəziyyətdə olan tələbələr təqaüd alır. Müəllim-tələbə sinif nisbəti 1: 9-dur.Nazarbayev Universiteti, milli təhsil sisteminin üstünlüklərini və dünyanın ən yaxşı elmi və təhsil təcrübəsini özündə birləşdirən Qazaxıstan ali təhsilinin milli markası olmağı hədəfləyir. Universitetin idarəetmə orqanları İdarə Heyəti, Qəyyumlar Şurası və Ali Himayəçilik Şurasıdır. Ali Qəyyumlar Şurasının sədri Qazaxıstan Respublikasının keçmiş Prezidenti Nursultan Nazarbayevdir.. 17 oktyabr 2009-cu ildə, Baş nazir Kərim Məsimovun sədrliyi ilə Astananın Yeni Universiteti İdarə Heyətinin ilk iclasında 2010–2012 universitet inkişaf strategiyası təsdiq edildi.2010-cu ilin iyununda, hökumətin qərarına əsasən, universitet Nazarbayev Universiteti adını dəyişdirdi. 2010-cu ilin payızında Nazarbayev Universitetinin Vəqf Proqramına qəbul başladı. 22 dekabr 2010-cu ildə Məclis, Nazarbayev Universitetinin statusu ilə bağlı bir qanun qəbul etdi.
Nazarbayev şəxsiyyətinə pərəstiş
Nazarbayev şəxsiyyətinə pərəstiş — bu ifadə siyasi və media mühitində Nursultan Nazarbayev şəxsiyyətinə pərəstişlə dünyanın digər liderlərinin şəxsiyyətlərinə pərəstişlə müqayisəsinin siyasi və sosioloji imicinin təbiətini təsvir etməkdir. Qazaxıstanın birinci prezidentinin gününə həsr olunmuş "Тұнғыш-Birinci"" sənədli film həftəsi Astanada keçirilir. Birinci gün iki film təqdim olunmuşdur. Birinci "El anası" sənədli filmində prezident özü anası haqqında danışır. İkinci film isə "Səhabələr" adlanır bu filmdə prezidentlə birgə oxuyanlar, işləyənlər onun şəxsiyyətindən danışır, onun necə insan olmasını bildirir. Təşkilatçıların sözlərinə görə sənədli film həftəsi ərzində 8 yeni film təqdim olunacaqdır. Burada Qazaxıstan Prezinedtinin həyatı və şəxsiyyəti öz əksini tapacaqdır. Hər gün müstəqil Qazaxıstan tarixinin müxtəlif mərhələlərinə və dövlətin inkişafında Nursultan Nazarbayevin roluna həsr olunmuş filmlər təqdim olunacaqdır. Bundan əlavə hərəkət şəkillərinin təqdimatından sonra iştirakçılar Elbaşı həyatından maraqlı anları müzakirə edəcəklər. Nursultn nazarbayevin hakimiyyəti illərindəcə ona çoxlu sayda abidə qoyulmuşdur: Alma-atadakı prezident parkında, Taldıkorqan, Astanada baralyef.
Nazaret
Nazaret (ivr. ‏נָצְרַת‏‎, Nasaret və ya Nasrat; ərəb. الناصرة‎, ən-Nasıra) — İsraildə tarixi şəhər. Bibliya, Əhdi-Cədidə görə İsa məhz burada doğulmuşdur.
Nazaret Gürcü yazıları
Nazaret Gürcü yazıları — 1955–1960-cı illərdə, arxeoloq Belarmino Baqatinin rəhbərlik etdiyi arxeoloji qazıntılar nəticəsində, Nazaretdə tapılan divar yazıları. Yazılar Nazaret şəhərinin kilsəsi altında yerlaşən köhnə kilsənin qalıntılarında tapılıb. Arxeoloji üsulla təsdiqlənmişdir ki yazılar 427-ci ildən gec olmayaraq yazılmışdır, çünki 427-ci ildə çıxarılan fərman ilə köhnə kilsənin döşəmə rəsmində istifadə edilən xaçlar sonradan qadağan edilmişdir. Tarixi mənbələrə görə, Gürcü yazıları Nazaret Kilsəsində 330–427 illər ərzində yazıla bilərdi. Nazaret kilsəsinin Gürcü yazıları Zaza Aleksidze tərəfindən araşdırılmışdır. Bu gün Nazaret kilsəsinin yazıları divardan çıxarılmış və dünyanın müxtəlif muzeylərində saxlanılır. Gürcüstanın ənənəvi mədəniyyətinin tarixi, Tbilisi, 2017. Z. Aleksidze, "Luvr, Sina dağı, Nazaret: Epiqrafik Etud", Tbilisi, 2000. B. Bagatti, Excavations in Nazareth.
Nazarov çöl siçanı
Dağıstan çöl siçanı (lat. Microtus dagestanicus) — gəmiricilər dəstəsinin (Rodentia) dağ siçanları fəsiləsinin boz siçanlar cinsindən heyvan növü. Baş Qafqaz silsiləsi və Kiçik Qafqazda Microtus dagestanicus (Dağıstan çöl siçanı) endemik hesab olunur.(Qromov, Erbaeva, 1995).
Nursultan Nazarbayev
Nursultan Əbiş oğlu Nazarbayev (qaz. Nursultan Äbişulı Nazarbayev; 6 iyul 1940[…], Çemolqan[d], Almatı vilayəti) — Qazaxıstan Respublikasının 1-ci Prezidenti (1990–2019). El başı (qaz. Елбасы) titulun daşıyıcısı, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurasının sabiq rəhbəri və hakim Nur Otan partiyasının sabiq lideri. Nursultan Nazarbayev 6 iyul 1940-cı il tarixində Qazaxıstan Respublikasında doğulmuşdur. 1958–1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxumuş, "Kazmetalurqstroy" trestində fəhlə işləmişdir. 1960–1969-cu illərdə Karağandı metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 1967-ci ildə Karağandı metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirmişdir, iqtisad elmləri doktorudur. 1969–1984-cü illərdə Karağandı metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışmışdır. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirmişdir.
Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanı
Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanı (qaz. Astana Xalıqaralıq Äwejaýı) (IATA: NQZ, ICAO: UACC) — Astana şəhərindən 16,7 km cənub-şərqdə yerləşən beynəlxalq hava limanı. Astananın ilk hava limanı 1931-ci ildə şəhərin kənarında tikilmişdir və İkinci Dünya müharibəsindən sonra daha da inkişaf edilmişdir. Ancaq Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanına çevrilən yeni hava limanı, şəhərin cənubundan 11 kilometr məsafədə inşa edilmiş və noyabr 1963-cü ildə açılmışdır. Aeroflot və onun yerli müdirliyi tərəfindən böyük ölçüdə istifadə edilmişdir. 1997-ci ilin dekabrında Almatıdan Astanaya paylamanın ardından hava limanı bir sıra böyük təkmilləşdirmələrə məruz qaldı. Yaponiya memarı Kişo Kurokava tərəfindən hazırlanan yeni sərnişin terminalı 2005-ci ilin fevral ayında açılıb. Digər təkmilləşdirmə isə 2017-ci ildə Expo 2017-də ikinci bir terminalın açılması ilə baş verdi - bütün beynəlxalq uçuşlar bu yeni terminala köçdü. 2015-ci il ərzində sərnişin sayı 3,366,560-a çatıb. Yerli və beynəlxalq uçuşlar üçün ayrı terminal binaları mövcuddur.
Ruzi Nazar
Ruzi Nəzər (1917-2015), Türkistan əsilli ABŞ vətəndaşı, Mərkəzi Kəşfiyyat İdarəsi agenti. Həyatının böyük qismini Mərkəzi Kəşfiyyat İdarəsi agenti olaraq SSRİ-yə qarşı mübarizəyə həsr etmişdir. Rus inqilabı dövründə Sovet Orta Asiyasında dünyaya gəlmişdir. Həyatının çoxu doğulduğu yerlərdən uzaqda keçmişdir. II Dünya Müharibəsi dövründə Almaniyada, sonradan da ABŞ və Türkiyədə yaşadı. 1950-ci illərin əvvəlindən etibarən MKİ işçisi olaraq işlədi. İş müddətinin 11 ili ABŞ-nin Ankaradakı səfirliyindı, sonrakı 10 ili də Bonnda keçmişdir. 1979-cu ildə Tehranda, 1980-ci illərin əvvəlində Əfqanıstanda ABŞ adına gizli tapşırıqlarda olmuşdur. 1917-ci ildə sonralar Özbəkistan sərhədləri daxilində qalacaq Fərqanə vadisində olan Mərğilan şəhərində dünyaya gəldi. Nəzərın atası Cəmşid Umirzaoğlu yüz illərdir Mərğilanda ipək ticarəti ilə məşğul olan bir ailədən idi.
San Nazaro relikeri
San Nazaro relikerləri, bizim eranın IV əsrinə aid bir gümüş relikerdir. Adını Milandakı eyni adlı kilsədən götürən bu reliker indi Milandakı Museo Diocesaneda nümayiş etdirilir. Relikerlər ilk dəfə 1578-ci ildə San Nazaro kilsəsinin transept meydanının altındakı qurbangahın altından tapılmışdır. İddiaya görə, Xristian müqəddəslərindən San Nazaro, Venerius, Glycerius, Marolus və Lazarusun sümükləri gün üzünə çıxarılarkən, relyeflərlə bəzədilmiş gümüş qutu da tapılmışdır. 1579-cu ildə yenidən qurbangahın altında basdırılan tapıntılar, 8 may 1894-cü ildə kilsə keşişi Padre Pozzinin təşəbbüsü ilə San Nazaronun 1500 illiyi üçün yenidən gün üzünə çıxarılmışdır. Bu ikinci qazıntıda, birincisindən tapılan qalıqlara əlavə olaraq, liturgik bir geyim olan pluviale, müxtəlif urnalar, bezlər və saç telləri tapılmışdır. Kub şəklində gümüş reliker in uzunluğu 17,5 sm, ölçüsü 18,5 sm × 18,5 sm-dir. Relyeflərlə bəzədilmiş gümüş lövhə müəyyən hissələrdə zərlənmişdir. Relikerlərin qabağında başında hale gəzdirən və taxtda oturmuş, ayaqları bir suppedaneum üstündə olan bir fiqur təsvir edilmişdir. Sağında və solunda onunla üzbəüz iki nəfər vardır.
Sara Nazarbayeva
Sara Alpıs qızı Nazarbayeva (qaz. Sara Alpısqızı Nazarbayeva) — Qazaxıstanın keçmiş birinci xanımı. Sara Nazarbayeva 1941-ci ilin yanvarın 9-da anadan olub. Nazarbayeva 1962-ci ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə ailə həyatı qurub. Onların Dariqa, Dinara və Aliyə adlı üç qızı və üç nəvəsi vardır. Sara Nazarbayeva Beynəlxalq Uşaq Xeyriyyə Fondunun sədridir. Xanım Nazarbayeva uşaqlarla bağlı xeyriyyə işlərinə görə “İhsan Doğramaçı adına Ailə Sağlamlıq Fondu”nun mükafatına layiq görülüb.
Silviya Nazar
Silviya Nazar (alm. Sylvia Nasar‎; 17 avqust 1947, Rozenxaym, İşğal Almaniyası) — Almaniyada anadan olmuş amerikalı iqtisadçı və yazıçıdır. Onun ən məşhur kitabı Con Forbs Neş tərəfindən yazılmış və kinoya uyğunlaşdırılmış Ağıl oyunları əsəridir. 17 avqust 1947-ci ildə Almaniyanın Rozenhaym şəhərində dünyaya gəlmişdir. Özbək əsilli ABŞ vətəndaşı və MKİ üzvü Ruzi Nazarın qızıdır. Ruzi Nəzər İkinci Dünya müharibəsinə qatıldıqdan sonra, almanlara əsir düşmüş və Türküstan legionlarına qoşulmuşdur. Müharibə almanların məğlubiyyəti ilə sonlandıqdan sonra ABŞ-yə köçməyi bacarmış və MKİ-ə qoşulmuşdur. Ailəsi 1951-ci ildə ABŞ-yə köçdükdən sonra 1960-cı ildə yenidən Ankaraya qayıtmışlar. 1970-ci ildə Antiox Kollecini Ədəbiyyat fakültəsini bitirmişdir. 1976-cı ildə Nyu-York Universitetində İqtisadiyyat ixtisası üzrə magistr oxumuşdur.
Nazanin Boniadi
Nazənin Bünyadi (ing. Nazanin Boniadi, fars. نازنین بنیادی‎, [nɒːzæˈniːn bonjɒːˈdiː], 22 may 1980, Tehran) — Britaniya aktrisası. Nazənin Bünyadi 22 may 1980-ci ildə Tehranda doğulub. Valideynləri London şəhərinə mühacirət ediblər. Orda ailə istəyinə görə biologiya fakültəsinə qəbul olub. Nazənin Bünyadi hal hazırda Nuru İmanovilə sevgi yaşayır.
Nazanin Bonyadi

Nazaret və Sinayda gürcü dilində yazılar
Nazaret Gürcü yazıları — 1955–1960-cı illərdə, arxeoloq Belarmino Baqatinin rəhbərlik etdiyi arxeoloji qazıntılar nəticəsində, Nazaretdə tapılan divar yazıları. Yazılar Nazaret şəhərinin kilsəsi altında yerlaşən köhnə kilsənin qalıntılarında tapılıb. Arxeoloji üsulla təsdiqlənmişdir ki yazılar 427-ci ildən gec olmayaraq yazılmışdır, çünki 427-ci ildə çıxarılan fərman ilə köhnə kilsənin döşəmə rəsmində istifadə edilən xaçlar sonradan qadağan edilmişdir. Tarixi mənbələrə görə, Gürcü yazıları Nazaret Kilsəsində 330–427 illər ərzində yazıla bilərdi. Nazaret kilsəsinin Gürcü yazıları Zaza Aleksidze tərəfindən araşdırılmışdır. Bu gün Nazaret kilsəsinin yazıları divardan çıxarılmış və dünyanın müxtəlif muzeylərində saxlanılır. Gürcüstanın ənənəvi mədəniyyətinin tarixi, Tbilisi, 2017. Z. Aleksidze, "Luvr, Sina dağı, Nazaret: Epiqrafik Etud", Tbilisi, 2000. B. Bagatti, Excavations in Nazareth.
Nazarbayev
Nursultan Əbiş oğlu Nazarbayev (qaz. Nursultan Äbişulı Nazarbayev; 6 iyul 1940[…], Çemolqan[d], Almatı vilayəti) — Qazaxıstan Respublikasının 1-ci Prezidenti (1990–2019). El başı (qaz. Елбасы) titulun daşıyıcısı, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurasının sabiq rəhbəri və hakim Nur Otan partiyasının sabiq lideri. Nursultan Nazarbayev 6 iyul 1940-cı il tarixində Qazaxıstan Respublikasında doğulmuşdur. 1958–1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxumuş, "Kazmetalurqstroy" trestində fəhlə işləmişdir. 1960–1969-cu illərdə Karağandı metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 1967-ci ildə Karağandı metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirmişdir, iqtisad elmləri doktorudur. 1969–1984-cü illərdə Karağandı metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışmışdır. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirmişdir.
Ronaldo Nazariu
Ronaldu Luis Nazariu di Lima (port. Ronaldo Luís Nazário de Lima; 22 sentyabr 1976[…]) və ya qısa olaraq Ronaldo — Mərkəz hücumçusu mövqeyində çıxış etmiş braziliyalı futbolçu. Bir çoxlarının fikrinə görə tarixin ən yaxşı futbolçularından biri.. 3 dəfə FİFA Dünyada İlin Oyunçusu və 2 dəfə Ballon d'Orun qalibi. Ronaldo 1990-cı illərə damğasını vuran futbolçudur. Onu müasir futbolun inqilabçısı saymaq olar. Performansının ən yüksək nöqtəsində olduğu 90-cı illərdə dizindən arxa-arxaya zədələnməsi onu futboldan bir neçə il kənarda tutdu. Ronaldo Avropanın böyük klublarında çıxış etdi, qollar vurdu. 1993-cü ildə başladığı klub karyerası (Kruzeyro, PSV, Barselona, İnter), 2000-ci illərdə Real Madrid və Milan ilə davam etdi. Milanda yenidən zədələnməsi futbolu onun üçün çətinləşdirdi.

"naza" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#naza nədir? #naza sözünün mənası #naza nə deməkdir? #naza sözünün izahı #naza sözünün yazılışı #naza necə yazılır? #naza sözünün düzgün yazılışı #naza leksik mənası #naza sözünün sinonimi #naza sözünün yaxın mənalı sözlər #naza sözünün əks mənası #naza sözünün etimologiyası #naza sözünün orfoqrafiyası #naza rusca #naza inglisça #naza fransızca #naza sözünün istifadəsi #sözlük